Məhkəmə qərarları › İş №2-1(102)-2987/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2987/2019

29.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2987/2019 29.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXnın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2987/19 Bakı şəhəri 29 dekabr 2019-cu il Açar sözlər: əlilliyə görə pensiyanın təyin edilməsi, sığorta stajının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı XXXnın, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinin vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinin müdiri XXXtərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2-1(103)-1479/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı XXX (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon Şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, onun 2000ci il tarixdən birinci qrup əlil olan bacısı X1 və 79 yaşlı yataq xəstəsi olan anası X2 qulluq edərək baxmaqla xidmət etdiyi illərin sığorta stajına daxil edilməsi və 03 mart 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 05 iyul 1981-ci ildən 17 mart 1993-cü ilədək Kəlbəcər rayonunun Ağcakənd kəndində yerləşən Engels adına kolxozda sağıcı, 08 may 1994-cü ildən 27 avqust 1999-cu ilədək XXX çoxsahəli kiçik müəssisəsində xadimə, 04 mart 2000-ci ildən 17 sentyabr 2003-cü ilədək fiziki şəxs X3 məxsus kafedə qabyuyan işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edil ərək, ona 03 mart 2017-ci ildən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 05 iyul 1981-ci il tarixdən 17 mart 1993-cü il tarixədək Kəlbəcər rayonunun Engels adına kolxozda sağıcı vəzifəsində işləmiş, 1993-cü ildən məcburi köçkün olaraq Bakı şəhərində məskunlaşmış, 2-ci grup əlildir. İddiaçı, 2000-ci ildən hazırki tarixədək anadangəlmə birinci qrup əlil olan bacısına və yataq xəstəsi olan anasına qulluq etmişdir. O, cavabdehə ikinci qrup əlil olaraq əmək pensiyası almaq üçün müraciət etmiş, cavabdeh isə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının birinci qrup əlil bacısı və 70-dən artıq yaşı olan anasının üzərində qəyyumluğu olmadığından onlara xidmət etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2-1(82)2657/2018 saylı qərarı ilə (hakim Xaliq İmanov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əlilliyə görə pensiya hüququnun yarandığı 03 mart 2017-ci il tarixə, yəni 52,5 yaşına 12 il 07 ay əmək stajının mövcud olmasının tələb olunduğu halda, iddiaçı həmin tarixə 20 ildən artıq əmək stajına malik olmuş və göstərilən fakt qanuni qüvvəsini almış məhkəmə qətnaməsi, iddiaçının əmək kitabçası və müvafiq arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2-1(103)-1479/19 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1994-1999-cu illərdə XXX çoxsahəli kiçik müəssisəsində işləməsi onun əmək kitabçası ilə, 2000-2003-cü illərdə isə C.Bayramova məxsus iaşə obyektində işləməsi işdə olan digər sübutlarla öz təsdiqini tapmış, cavabdeh inzibati orqan isə bunun əksini sübuta yetirə bilməmişdir. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları silindiyindən cavabdehin iddiaçının işlədiyi müəssisələr tərəfindən möcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə dair dəlili də əsaslı olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69, “ İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş XXX çoxsahəli kiçik müəssisəsindəki əmək fəaliyyətinin araşdırılmasının mümkün olmadığı və müəssisənin 28 aprel 2004-cü il tarixdə DSMF-də qeydiyyata alındığı halda, məhkəmələr tərəfindən iddiaçının həmin müəssisədə 1994-1999-cu illər ərzindəki fəaliyyəti sosial sığorta stajın a daxil edilmiş, habelə iddiaçının X4 il aralarında bağlanmış əmək müqaviləsinin DSMF-nin müvafiq yerli şöbəsində olub-olmaması araşdırılmadan mübahisəli qərar qəbul edilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 11.1, 12.1, 27.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 03 mart 2017-ci il tarixindən iddiaçıya ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsinin (Xəzər RPİ 13.05.2016) surətindən görünür ki, o, xx xxxxxxxx 1964-cü il təvəllüdlüdür. İddiaçının əmək kitabçasının surətinə və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(003)-6583/2017 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, 05 iyul 1981-ci ildən 17 mart 1993-cü il tarixədək (11 il 6 ay 12 gün) Kəlbəcər raonunun Ağakənd kəndində yerləşən Engels adına kolxozda sağıcı işləmişdir. İddiaçının əmək kitabçasının qeydlərinə əsasən müəyyən edilir ki, 08 may 1994 – 27 avqust 1999-cu il tarixinədək (5 il 3 ay 19 gün) XXX çoxsahəli kiçik müəssisəində xadimə işləmişdir. Fiziki şəxs qismində fərdi sahbkarlıq fəaliyyətini (VÖEN;**********) həyata keçirən X4 tərəfindən verilmiş 04 sentyabr 2000-ci il və 17 sentyabr 2003-cü il tarixli əmrlərdən, eyni zamanda, onun 08 fevral 2018-ci il tarixli arayışından (iş vərəqi:38) görünür ki, iddiaçı 04 mart 2000 – 17 sentyabr 2003-cü il tarixinədək həmin sahibkara məxsus iaşə obyektində qabyuyan işləmişdir. DSMF-nin Bakı şəhəri üzrə X9 İdarəsinin 1-ci instansiya məhkəməsinə ünvanladığı məktubundan görünür ki, iddiaçının çalışdığı XXX çoxsahəli kiçik müəssisəsi vergi ödəyicisi kimi qeydiyyat dadır (VÖEN;**********), 28 aprel 2004-cü il tarixdə isə DSMF-nin Xəzər rayon şöbəsində qeydiyyatdan keçmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq n ormaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddinaın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrarlayaraq hesab etmişdir ki, iddiaçının nəzərə alınmasını tələb etdiyi dövrlərdə işləməsi əmək kitabçasına və təqdim etdiyi arayışlara əsasən öz təsdiqini tapdığından, cavabdehin imtinası əsassız olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdeh hesab etmişdir ki, iddiaçının işləməsinin qarşılıqlı yoxlanılması mümkün olmadığından, həmin dövr onun siğorta stajına daxil edilməklə pensiya hüququnun müəyyən edilməsi zamanı nəzərə alınmamışdır. Məhkəmə kollegiyası dəlillə aşağıdakı qaydada qiymətin verilməsini zəruri hesab edir. İddiaçının iddia etdiyi və məhkəmələrin müəyyən etdi yi 03 mart 2017-ci il tarixində iddiaçnını pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra mətndə Qanun): - 12.1-ci maddəsinə əsaəsn, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin (...) müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Z amana görə qüvvədə olmuş müddəada əlilliyə görə əmək pensiyasının təyin edilməsinin zəruri edən şərtlər – şəxsin əlilliyin müəyyən edilməsi və müvafiq sığorta stajına malik olmasıdır. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Stajın hesablanması qaydasına görə şəxsin 5 ildən az olmamaqla əmək qabiliyyətli yaş dövrünün, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 249-cu maddəsinin 1-ci bəndinə əsasən 15 yaşından, hər tam ili üçün 4 ay sığorta stajının olmasıdır. Qeyd olunan normanı hazırki inzibati mübahisəyə tətbiq etdikdə apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının tələb olunan sığorta staji 12 il 5 ay təşkil etməlidir. Sığorta stajının müəyyən edilməsinə münasibətdə istind edilən Qanunun: - 1.0.2- ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin ed ilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1994 – 1999-cü və 2000-2003-cü illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, baş qa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq mə hkəmə kollegiyası hesab edir ki, ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. Həmin qanunvericilikdə əmək stajının arayışlar əsasında təsdiq edilməsi göstərilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının sosial sığorta stajının bir hissəsi əmək kitabçasına, digər hissəsi təqdim edilmiş arayışlar əsasında müəyyən edilir. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlili qismən əsaslı hesab edir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçının işlədiyi müddətlərə aid olan dövrdə qüvvədə olmuş: - 2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir; - 12-c i maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən (...) bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar; - 13-cü maddəsinə əsasən, işəgötürənlər təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan, (...) sonra bir aydan gec olmayaraq, işçilərinin sayı barədə məlumatları təqdim etməklə, (...) məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar; - 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu) həyata keçirir və məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır və s. Habelə, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının 1997-ci il 23 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq olunmuş və 26 iyun 1997-ci il tarixdə 55 sayla qeydiyyata alınmış “Məcburi dövlət sosial sığorta üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın (09 avqust 2006-cı il tarixdə qüvvədən düşmüşdür ) 6-cı bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondu orqanları sığortaedənlərin uçota alınmasında X5 və Ədliyyə orqanları ilə sıx qarşılıqlı əməkdaşlıq edirlər. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, işçilərin məcburi sosial sığortasının həyata keçirilməsi məqsədilə işəgötürənlərin təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan sonra sığortaçı təşkilatda uçota durması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın isə məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirlərin görülməsi vəzifələri müəyyən edilmişdir. Beləliklə, bu müddəaların tələblərinin tətbiqi üçün ilk olaraq işəgötürənlərin dövlət qeydiyyatına alınması faktı müəyyən edilməlidir. Zamana görə qüvvəyə minən Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü bölməsi “Sosial sığorta stajının hesablanması proseduru”nu müəyyən etmiş və 3.5-ci bənddə müəyyən olunmuşdur ki, 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, (...) iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Bu müddəanın tətbiqi ilə bağlı cavabdeh bildirmişdir ki, iddiaçı nın işlədiyi müəssisələrə dair araşdırmanın aparılması mümkün olmamışdır. Lakin bildirilmiş əsasları, yəni həmin müəssisələrin, ümumiyyətlə, hüquqi şəxs kimi dövlət qeydiyyatında olması halını yoxlamadan, apellyasiya məhkəməsinin nəticəyə gəlməsini məhkəmə kollegiyası yuxarıda göstərilmiş maddələrin tələblərinə görə qanuni hesab etmir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”və 58-ci maddəsində müəyyən edilmiş sübutların araşdırılması qaydasına riayət etməmişdir (məhkəmənin prosess iştirakçılarından zəruri olan sənədlərin tələb edilməsi, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni tamamlanması və s.), habelə apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri tam yerinə yetirilməmişdir. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının işlədiyi müəssisələrlə bağlı əlavə olaraq araşdırma aparılmaqla, sorğular verilməklə, onun istinad edilən müəssisələrin mövcudluğu və şəxsin orada işləməsi faktları müəyyən edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi nin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayət ində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon Şöbəsinin müdiri XXXtərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2-1(103)-1479/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar