Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-299/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinəqarşı iş üzrə QƏRAR Açar sözlər: dövlət qulluğunda işlədiyi müddətin bir hissəsi nəzərə alınmayıb, həmin dövr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai r ayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı“pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1810/2019 saylı, 3 oktyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı XX.XX.1932-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının “Pensiya işi”ndə olan, 5 iyun 1959-cu ildə tərtib olunmuş “Əmək kitabçası”na əsasən o, 03.05.1953-cü i l tarixli, 72 saylı arayışla Kənd Təsərrüfatı Nazirliyində böyük müfəttiş peşəsinə qəbul edilmiş və 11.04.1955-ci il tarixdə işdən azad edilmiş, 13.05.1958-ci il tarixli, 41/k saylı əmrlə böyük mühasib vəzifəsinə təyin edilmiş və 22.01.1960-ci il tarixli, 4 saylı əmrlə işdən azad edilmiş, 04.02.1960-cı il tarixli, 8 saylı əmrlə Kənd Təsərrüfatı Nazirliyinin inşaat idarəsində kassir təyin edilmiş, 01.11.1960-cı il tarixli, 127 saylı əmrlə mühasib vəzifəsinə keçirilmiş və 09.09.1961-ci il tarixli, 113 saylı əmrlə işdən azad edilmiş, 25.08.1961-ci il tarixli, 81 saylı əmrlə Sumqayıt rayonu Şuraabad südçülük sovxozuna haqq-hesab üzrə mühasib vəzifəsinə təyin edilmiş və 16.04.1962-ci il tarixli, 90 saylı əmrlə işdən azad edilmiş və 05.04.1962-ci il tarixli, 44 saylı əmrlə Bakselaztexnikuma baş mühasib vəzifəsinə işə qəbul edilmiş, 23.06.1974-cü ildə işdən azad olunaraq köçürmə yolu ilə Azərb.SSR Kənd Təsərrüfatı Nazirliyinə işə qəbul olunmuş və 09.11.1987-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Bundan sonra iddiaçı 20.11.1987-ci ildən 25.11.1992-ci ilədək dövr ərzində Azərbaycan Respublikası DİN-nin Milis alayının maliyyə idarəsinin rəisi vəzifəsində işləmişdir. Cavabdehin 21.02.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibi nin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğ bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasında fərq qədər əlavə ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il ödənilir. İddiaçı 26 fevral 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 03.05.1953 -cü ildən 11.04.1955-ci ilə qədər dövlət qulluğu stajına hesablanmış 38 manat məbləğinin 2006-cı ildən 2015-ci ilədək yaranmış ödənilməyən fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən pensiya alır. İddiaçı dövlət qulluqçusu pensiyası alır, lakin pensiya təyin edilərkən onun dövlət qulluğu stajını on il yox, səkkiz il nəzərə alıblar. 2018-ci ilin iyun ayında pensiya artımı ilə birlikdə aldıqda müəyyən edildi ki, iddiaçıya artım az hesablanıb. Bununla bağlı cavabdehə müraciət edib və ona bildirilib ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilir. İddiaçıya dövlət qulluqçusu kimi pensiya 01.01.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanun qəbul olunduqdan sonra təyin olunmuşdur. Ona görə də, iddiaçıya münasibətdə hazırda qüvvədə olan Qanun tətbiq edilməməlidir. Göründüyü kimi, iddiaçıya pensiya 01.01.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanun qüvvədə olduğu dövrdə təyin olunduğu üçün hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32-1.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq olunmamalıdır. Həmçinin, nəzərə alınmamış iki il stajı da sosial sığorta stajına əlavə edilərək pensiya yenidən hesablanmalıdır. Onun 03.05.1953-cü ildən 11.04.1955-ci ilədək Kənd Təsərrüfatı Nazirliyində böyük müfəttiş kimi işlədiyi staj nəzərə alın mamışdır. Halbuki işlədiyi bütün illər əmək kitabçasında əks olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-1432/2019 saylı iş) 21 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 03.05.1953-cü ildən 11.04.1955-ci ilə qədər dövlət qulluğu stajına hesablanmış 38 manat məbləğinin 2006-cı ildən 2015-ci ilədək yaranmış ödənilməyən fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İşə apelyasiya instansiya məhkəməsində baxılarkən iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin 03.05.1953-cü ildən 11.04.1955-ci ilə qədər dövlət qulluğu stajına hesablanmış əlavə məbləğin 2006-2015-ci illər üzrə nəzərə alınaraq, yaranmış ödənilməyən fərq məbləğinin ödənilməsi öhdəli yinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 03.10.2019-cu il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7-məruzəçi, X4 və X5, 2-1(82)-1432/2019 saylı iş) 21 may 2019-cu il tarixliqərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2019-cu il tarixli qərarı “38 manat məbləğinin” sözləri “əlavə məbləğin” sözləri ilə əvəz olunmaqla dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işin hallarından da göründüyü kimi, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanuna 01.07.2017-ci il tarixdə dəy işiklik edilənə kimi yaranmış və bununla bağlı həmin tarixdən əvvəl cavabdeh İdarəyə müraciət etmişdir. Buna görə də, cavabdehin əsassız və qanunsuz hərəkətləri nəticəsində iddiaçının 2006-2015-ci illər üzrə ona təyin edilmiş pensiya məbləğinin ödənilməsi zamanı nəzərə alınmaması onun hüquqlarının pozulmasına əsas olmuşdur. Cavabdeh 19 noyabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, Qanunun 20.11.2-ci maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunur. Qanunun yuxarıda qeyd olunan maddələri 01.07.2017-ci il tarixədək dövlət qulluqçusu kimi pensiya alan şəxslərə şamil olunur. 01.07.2017-ci il tarixdən sonra isə Qanuna edilmiş dəyişikliklərə əsasən həmin maddələr yeni redaksiyada aşağıdakı şəkildə qeyd olunmuşdur. Dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildə ki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il ödənilir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etm əmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçıya 1996-cı ildə pensiya təyin edilmişdir. Hesab edir ki, əmək pensiyası təyin edilən zaman03.05.1953-cü ildən 11.04.1955-ci ilə qədər dövlət qulluğu stajı nəzərə alınmamışdır. Bu dövrə görə hesablanmış 38 manat məbləğin 2006-cı ildən 2015-ci ilədək yaranmış fərqin ödənilməsini xahiş etmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırk ı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin 03.05.1953-cü ildən 11.04.1955-ci ilə qədər dövlət qulluğu stajına hesablanmış əlavə məblə ğin 2006-2015-ci illər üzrə nəzərə alınaraq, yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçının 03.05.1953-cü ildən 11.04.1955-ci ilə qədər dövlət qulluğunda işləməsini və 1996-cı ildə pensiya təyini zamanı nəzərə alınmamasını cavabdeh mübahisələndirməmiş, bu səbəbdən də iddiaçının ona müraciət etdiyi 2018-ci ildən başlayaraq həmin dövr nəzərə alınmaqla pensiyası yenidən hesablanmış, həmçinin əvvəlki 3 ilin fərqi ona ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il ödənildiyindən cavabdeh də yalnız əvvəlki 3 il üçün ödəmə aparmaqla ondan əvvəlk i dövrlə bağlı iddiaçının tələbini təmin etməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsi 1 iyul 2017-ci ildən qüvvəyə minmişdir və Qanunun bu norması 1 iyul 2017-ci ildən pensiya hüququ yaranan şəxslərə şamil edilə bilər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsində ilkin redaksiyada qeyd edilirdi ki, yaşa görə əmə k pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci ilə qədərki redaksiyasına görə isə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. İddiaçının pensiya hüququ isə 1996-cı ildə yaranmışdır. Hazırkı tələb 1 yanvar 2006cı ildən təmin edilmişdir. Mübahisəyə də “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2006-cı ildə qüvvədə olan normaları tətbiq edilməlidir. Bu səbəbdən mübahisəyə həmin Qanunun 32.1-ci maddəsinin həmin vaxt qüvvədə olan normasına görə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin e dilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1810/2019 saylı, 3 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-299/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-299/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver