Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-299/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayət üzrə kassasiya icraatının mümkün sayılmaması, kassasiya şikayəti müddət ötürülməklə verildiyinə görə. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1580/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Sərhəd Xidməti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən ona dəymiş maddi zərərə görə 977 manat, mənəvi zərərə görə isə ona və 3 azyaşlı uşaqlarının hər birinə 5.000 manat, ümumilikdə 20.000 (iyirmi) manat, 8 gün üçün 958,94 manat və məhkəmə xərclərinə görə 20,40 manat pulun ödənilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətini göstərməklə, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən ona dəymiş maddi zərərə görə 977 manat, mənəvi zərərə görə isə ona və 3 azyaşlı uşaqlarının hər birinə 5.000 manat, ümumilikdə 20.000 manat, 8 gün üçün 958,94 manat və məhkəmə xərclərinə görə 20,40 manat pulun ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməs i barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini göstərməklə, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən ona dəymiş maddi zərərə görə 977 manat, yük daşımalarına görə ödədiyi 38,40 manat pulun, 8 gün üçün 958,94 manat, mənəvi zərərə görə isə ona və 3 azyaşlı uşaqlarının hər birinə 5.000 manat, ümumilikdə 20.000 manat və məhkəmə xərclərinə görə 20,40 manat pulun ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-324/2020 nömrəli qərarı ilə (hakim: P.A.Hüseynov) iddia qis mən təmin edilmiş, dəymiş maddi ziyana görə 1015,40 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin bilavasitə təqsirli hərəkətləri nəticəsində iddiaçının səfəri baş tutmadığından, eləcə də iddiaçıya ziyan dəymə faktı ilə cavabdehin hərəkətləri arasında bilavasitə səbəbli əlaqə olduğundan iddia dəymiş maddi zərərə görə 1015,40 (977+38,40) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində əsaslıdır.
6. İddiaçı maddi ziyana görə 8 gün üçün 958,94 manat, məhkəmə xərclərinə görə 20,40 manat, eləcə də mənəvi zərərin vurulması ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən, məhkəmə həmin hissələrdə iddianı təmin et məmişdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia üzrə cavabdeh qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyini təyin etməklə iddiaçıya dəymiş maddi zərərin ödənilməsinin Ədliyyə Nazirliyinə həvalə olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1580/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: İ.S.Şirinov və X.N.Cəmilova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-324/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 1
0. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
11. İş kassasiya instansiyasına daxil olduqdan sonra cavabdehin şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.
12. Bununla əlaqədar cavabdehin dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması xx xxxx 2021-ci tarixinə təyin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin vaxtında verildiyini, müddətin ötürülmədiyini hesab edərək, kassasiyanın mümkün sayılma sını xahiş etdilər.
14. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ:
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxd ığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasi ya şikayətinin qəbulundan imtina edilməlidir.
17. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
18. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərarı xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə göndərilmiş, SS649868623AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən həmin qərar cavabdehin səlahiyyətli nümayəndəsinə xx xxxxxxx 2020-ci tarixdə imza edilməklə təqdim olunmuşdur. (iş vər 140) Kassasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
19. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təhvil edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur.
20. Cava bdehə məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onun diqqətinə çatdırılmış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi ona təklif edilməklə kassasiyanın mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyin edilsə də, müəyyən edilmiş müddətdə qeyd edilən çatışmazlıq aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdehin verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
22. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2-1(103)-1580/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.