Məhkəmə qərarları › İş №2-1(102)-299/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-299/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-299/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (inzibati hüquq münasibəti, iddianın mümkün sayılmaması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsinə qarşı kanalizasiya borularının yenisi ilə əvəz edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2021-ci il tarixli, 21(103)-2168/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən keçən və ümumi istifadədə olan dayaq kanalizasiya xəttinin dəyişdirilməsi və həmin binanın zirzəmisindən keçən ümumi istifadədə olan köhnə ötürücü dayaq kanalizasiya borularının yenisi ilə əvəz edilməsi üçün aidiyyəti qurumlara müraciət etmiş, onun müraciəti baxılması üçün Cavabdeh ASC Nəsimi rayon Sukanal idarəsinə göndərilmişdir.

2. Cavabdehin iddiaçıya ünvanlanmış 03.02.2021-ci il tarixli, EH-02/3-90 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ASC-yə daxil olmuş Ə-953 saylı, 28 yanvar 2021-ci il tarixli məktub aidiyyəti üzrə Nəsimi rayon Sukanal İdarəsinə daxil olmuşdur. Məktubun icrası ilə əlaq ədar olaraq İdarənin nümayəndələri tərəfindən həmin ünvana baxış keçirilmiş, lakin buna baxmayaraq iddiaçının ərizəsində qeyd etdiyi problemlərin heç biri həllini tapmamış, o cümlədən, dayaq xəttinin yuxarı hissəsi kəsilib bağlanmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mənzilin daxilindən keçən və ümumi istifadədə olan dayaq kanalizasiya xəttinin d=110 mm-lik boru ilə əvəz edilməsi və həmin binanın zirzəmisindən keçən istismar dövrünü başa vurmuş ümumi istifadədə olan köhnə ötürücü dayaq kanalizasiya borularının yenisi ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə olunması və 1500 (bir min beş yüz) manat mənəvi zərərin cavabdehdən tutularaq ona ö dənilməsinə dair qərar qəbulolunmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin (hakim Aygün Abdullayeva ) 02 iyun 2021-ci il tarixli, 2-1(112)-5432/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir faktiki hərəkətsizlik olmamış, iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya onun qanunla qorunan hüquq və azadlıqlarının pozulması faktı müəyyən edilməmiş, mübahisənin mənbəyi bir başa X1 məxsus mənzilin daxilinə baxış keçirilərək, tərəfindən dəyişdirilmiş borunun əvvəlki konstruktiv vəziyyətinə gətirilməsinə şərait yaradılmaması olmuşdur. Odur ki, hazırki iddia ərizəsi Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsinə münasibətdə mümkün sayılmamalı, iddi açıya X1 qarşı ümumi yurisdiksiyalı (rayon) məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Bundan başqa məhkəmənin qənaətinə görə, iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi, bina 21, blok-2, 5-ci mərtəbənin 19 saylı mənzilindən keçən dayaq kanalizasiya xəttinin d=110 mm-lik boru ilə əvəz edilməsi və həmin binanın zirzəmisindən keçən istismar dövrünü başa vurmuş ümumi istifadədə olan köhnə ötürücü dayaq kanalizasiya borularının yenisi ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində mümkün sayılmadığından, hüquqi müqəddəratı həmin tələbə bağlı olan mənəvi zərərin ödənilməsi tələbi də, müzakirə edilmədən mümkün sayılmamalıdır.

6. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəmə sində icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2021-ci il tarixli, 21(103)-2168/2021 nömrəli (hakimlər Səadət Bektaşi - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Aida Hüseyn) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-5432/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunması və iddia tələbinin mümkün sayılması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikay əti onunla əsaslandırılmışdır ki, məhkəmələr cavabdehin abonentlər qarşısında qanunla və öz nizamnaməsi ilə hansı öhdəlikləri daşıdığını, abonentlərə hansı xidmətləri göstərməli olduğunu aydınlaşdırmamışdır. Məhkəmələr tərəfindən mübahisənin mənbəyinin Ağayeva Svetlana olduğu göstərilsə də, cavabdehin balansında olan əmlaka həmin şəxs tərəfindən qarşı qanunsuz müdaxilə edilməsinin qarşısının alınmasının kimin öhdəliyi olduğuna, cavabdehin onun əmlakına qəsd edən təqsirli şəxsi niyə məhkəməyə vermədiyinə aydınlıq gətirilməmişdir. Məhkəmə qərardadını qanuna və sübutlara uyğun deyil, cavabdehin istəyinə uyğun vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 13. “İnzibati icraat haqqında” Qanun Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçiri lən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ün vanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə

3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

14. Mülki Məcəllə Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfi ndən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

18. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan h üquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

19. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

20. Yuxarıda istinad olunan normalara görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

21. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.

22. Hazırkı qərarın 15-ci bəndində istinad olunan Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən də görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələrin ilk növbədə yoxlamalı olduğu hallardan biri də inzibati hüquq münasi bətlərində tərəflərdən ən azı birinin «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan, mübahisənin isə inzibati mübahisə olması ilə bağlıdır.

23. Məhkəmələr tərəfindən qeyd olunan hüquqi mövqeyə uyğun araşdırma aparılmış və müəyyən edilmişdir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunan anlamda inzibati orqan kimi, hazırkı mübahisə isə inzibati hüquq münasibətindən yaranan mübahisə kimi təfsir edilə bilməz.

24. Belə ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırkı iddia tələbi ünvan 4 ünvanda yerləşən mənzilin daxilindən keçən dayaq kanalizasiya xəttinin d=110 mm-lik boru ilə əvəz edilməsi və həmin binanın zirzəmisindən keçən istismar dövrünü başa vurmuş ümumi istifadədə olan köhnə ötürücü dayaq kanalizasiya borularının yenilənməsi ilə bağlıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, kanalizasiya ilə bağlı xidmətlərin göstərilməsi və bu çərçivədə kanalizasiya xətlərinin dəyişdirilməsi üzrə cavabdeh tərəfindən həyata keçirilən fəaliyyət konkret mübahisəyə münasibətdə mülki hüquqa əsaslanan fəaliyyət xarakteri daşıyır və tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında həyata keçirilir.

25. Eyni zamanda həmçinin nəzərə almaq lazımdır ki, Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsi yuxarıda istinad olunan norma anlamında inzibati orqan kimi fəaliyyət göstərmir. Belə ki, hazırkı mübahisəyə münasibətdə Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsi mülki dövriyyənin subyekti qismində fəaliyyət göstərir və onun həyata keçirdiyi fəaliyyət çərçivəsində gördüyü və görməli olduğu tədbirlər hakimiyyət tədbiri sayıla bilməz. Başqa sözlə, mübahisənin predmetinə münasibətdə onun fəaliyyəti suveren hakimiyyət daşıyıcısının hakimiyyət tədbiri kimi qəbul edilə bilməz. Bu baxımdan tərəflər arasındakı hüquq münasibəti inzibati hüquq münasibəti, ondan yaranan mübahisə isə inzibati hüquq mübahisəsi kimi qiymətləndirilə bilməz. Mübahisənin inzibati hüquq mübahisəsi sayılması üçün mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, hüquq münasibəti tərəflərindən ən azı birinin yuxarıda istinad olunan norma anlamında inzibati orqan olması və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərinin daşıyıcısı qismində çıxış etməsi mütləq şərtdir. Mübahisənin inzibati-hüquqi xarakter daşıması isə iddianın əsas mümkünlük şərtidir.

26. Məhkəmə kollegiyası qeyd edir ki iddianın mü mkünlüyü onun əsaslılığının yoxlanılması üçün zəruri və ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

27. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

28. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2021-ci il tarixli, 2 1(103)-2168/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar