Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-299/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ziyanın inzibati orqanın hərəkətləri nəticəsində vurulmasının sübuta yetirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə qarşı “obyektin tikilərək ona verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci tarixli, 2-1(103)1745/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat q aydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qaradağ rayon İcra Hakimiyyət başçısının xx.xx.1992-ci il tarixli sərəncamına əsasən, Səngəçal qəsəbəsi, Bakı-Astara yolunun ətrafında tikilmiş avtotexniki xidmət məntəqəsi və kommersiya mağazası "xxxx" Kiçik Müəssisəsinə məxsus olmuşdur (müəssisənin direktoru M.A.Ababsovdur–iddiaçı).
2. İddiaçı cavabdehə müraciət edərək "xxxx" Kiçik Müəssisəsinə məxsus avtotexniki xidmət məntəqəsi və kommersiya mağazasının onun adına keçirilməsini xahiş etmiş, cavabdehin xx.xx.1998-ci il tarixli sərəncamı ilə xidmət məntəqəsi və kommersiya mağazası onun adına keçmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ə rizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Astara yolunun 48-ci km-də yerləşmiş və cavabdeh tərəfindən sökülmüş ona məxsus olan qeyri-yaşayış sahəsinin cavabdehin hesabına tikilərək ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona məxsus olan obyektlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Daha sonra, 2008-ci ilin oktyabr ayında Səngəçal qəsəbə nümayəndəliyi tərəfindən ona tikililərin təcili sökülməli olması ilə bağlı şifahi tapşırıq verilmiş, söküntüyə razılıq vermədiyi üçün cavabdeh tərəfindən tikililər sökülmüş, nəticədə ona maddi ziyan dəymişdir.
5. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ona m əxsus obyeklərin sökülməsi barədə 12 ildən sonra məlumat vermişdir. Aparılmış araşdırma zamanı icra hakimiyəti tərəfindən 2008-ci ildə sözügedən qeyri-yaşayış sahələrinin söküntüsü ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-4392/2022 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia rədd edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə iddiaçıya yerli icra hakimiyyəti orqanının sərəncamı ilə ayrılmış əmlakların sökülməsi ilə bağlı cavabdeh inzibati orqanın hər hansı hüquqazidd, təqsirli hərəkətinin olduğu və yaxud da söküntünün məhz bu cavabdeh tərəfindən həyata keçirildiyi müəyyən olunmur. Beləliklə, iddiaçıya məxsus obyektlərin cavabdeh tərəfindən sökülməsi halı iş üzrə sübuta yetirilməmişdir.
8. İddiaçı apellyasi ya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1745/2022 nömrəli qərarı ilə (hakimlər X.A.Cəmilova - sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏ LİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus obyektlərin söküntüsü istiqamətində hər hansı araşdırma aparılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşı yır.
15. Mülki Məcəllə Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul ed ir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASS ASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyas ı xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiall arla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. 25 Mübahisəyə dair işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Qaradağ rayon İcra Hakimiyyət başçısının xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Sangaçal qəsəbəsi, Bakı-Astara yolunda tikilmiş avtotexniki xidmət məntəqəsi və kommersiya mağazası "xxxx" Kiçik Müəssisəsinə məxsus olmuş (müəssisənin direktoru M.A.Ababsovdur–iddiaçı), daha sonra iddiaçı cavabdehə müraciət edərək "xxxx" Kiçik Müəssisəsinə məxsus avtotexniki xidmət məntəqəsi və kommersiya mağazasının onun adına keçirilməsini xahiş etmiş, cavabdehin xx.xx.1998-ci il tarixli sərəncamı ilə xidmət məntəqəsi və kommersiya mağazası onun adına keçirilmişdir.
26. Sözügedən qeyri-yaşayış sahələrinin iddiaçının istifadəsində olması iş materiallarında olan sənədlərlə də təsdiqlənir (Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamenti tərəfindən iddiaçıya verilmiş “Bakı şəhərində ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinə dair” qeydiyyat şəhadətnamələri (İ cild:iş v.12-15), əmlakın yanğından sığorta şəhadətnaməsi (İ cild: iş v.18), obyektin elektrik təchizatı ilə bağlı sənədləri (İ cild: iş v.25-32; 34-41), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilmiş əmlakın planı (İ cild: iş v.46-48).
27. Bununla yanaşı, məhkəmə icraatı zamanı Qaradağ rayon Prokurorluğuna və və Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış sorğular nəticəsində müəyyən edilmişdir ki, söküntü ilə bağlı müvafiq qurumlar da hər hansı məlumat yoxdur (İ cild: iş v.114) və iddiaçı tərəfindən rayon prokurorluğuna qanunsuz söküntü faktı ilə bağlı müraciət edilməmişdir (İ cild: iş v.112).
28. İddiaçı ona məxsus olmuş əmlakın məhz cavabdeh tərəfindən söküntüsünə istinadən hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
29. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu or qanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
31. Eyni zamanda, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (Mülki Məcəllənin 1115-ci maddəsi).
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının m ənasından göründüyü kimi, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas meyarın məcmu halında mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması deliktə əsaslanan tələbin əsassız olması anlamına gəlir.
33. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdehin qanuns uz hərəkətləri ilə bağlı vurulmuş ziyanın əvəzinin ödənilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçı ona məxsus obyektlərin əvəzində yeni qeyri-yaşayış sahəsinin cavabdehin hesabına tikilərək onun istifadəsinə verilməsinin cavabdehə həvalə olunmasını tələb edir. Bununla bağlı qeyd olunmalıdır ki, yeni qeyri-yaşayış sahəsinin cavabdehin hesabına tikilərək onun istifadəsinə verilməsi ilə bağlı iddiaçının tələbi mahiyyət baximindan vurulmuş ziyanın natural formada əvəzinin (restitusiyanın) tələb olunması kimi qiymətləndirilməlidir. İddiaçının vurulmuş ziyanın natural formada əvəzini (restitusiyanı) tələb etməsi inzibati orqanın həmin ziyanın vurulmasına səbəb olmuş hərəkətinin (hərəkətsizliyinin) mövcudluğunun və həmin hərəkətin qanunsuzluğunun müəyyən olunmasına (qanunsuzluğunun tanınma sına) bağlıdır. Hazırkı mübahisəyə münasibətdə maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması sübut olunmur.
34. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçının ötən müddət ərzində həmin obyektlərin sökülməsi ilə bağlı hərəkətləri mübahisələndirdiyi də görünmür. Eləcə də iddiaçı tərəfindən ona aid obyektlərin məhz cavabdeh tərəfindən söküldüyünü təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamaışdır.
35. Odur ki, zərərin məhz cavabdeh tərəfindən (onun hərəkət və ya hərəkətsizliyi nəicəsində) vurulması müəyyən olunmadığından, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır.
35. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli 21(103)- 1745/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.