Məhkəmə qərarları › İş №2-1(102)-299/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-299/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-299/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və so sial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)367/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 2020-ci il üzrə 157221,08 manat əlavə dəyər vergisi, həmin məbləğin 50 faizi məbləğində 78610,54 manat maliy yə sanksiyası, 61388,01 manat mənfəət vergisi, həmin məbləğin 50 faizi məbləğində 30694,01 manat maliyyə sanksiyası və Vergi Məcəlləsinin 57.1-ci və 16.2-ci maddələrinə əsasən 2160 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh səyyar vergi yoxlaması zamanı iddiaçının mal qalığını düzgün müəyyən e tməmişdir. Belə ki, iddiaçı 2020-ci ilin iyun-iyul aylarında 500 ədəd avtobuslar üçün rezin şin, 11750 ədəd minik avtomobilləri üçün rezin şin, 18874 ədəd elektrik akkumulyatoru, 6150 ədəd avtokamer idxal etmişdir. Daha sonra, iddiaçı 4750 ədəd avtokamer, 8511 ədəd minik avtomobilləri üçün rezin şin, 14124 ədəd akkumulyator satmış və nəticədə 4750 ədəd (18874 - 14124) akkumulyator, 3739 ədəd (12250 – 8511) rezin şin və 1400 ədəd (6150 – 4750) avtokamer mal qalığı yaranmışdır. Lakin səyyar vergi yoxlaması zamanı xx.xx.2021-ci il tarixli EBBA seriyalı 207751 nömrəli EQF əsasında 1150 ədəd akkumulyator və 4706 ədəd minik avtomobilləri üçün rezin şinlərin satışı vergi orqanı tərəfindən qəbul edilməmiş və səbəb olaraq həmin EQF-ların göndərildiyi şəxslərin fəaliyyətinin dayandırıldığı və fəaliy yət növünün fərqli olduğu göstərilmişdir. Qeyd edir ki, yuxarıda göstərilən əsasla EQF-nın etibarsız hesab edilməsi qanunsuz olmuşdur. Belə ki, hər hansı qanunvericilik aktında, eləcə də Vergi Məcəlləsində bu əsasla EQFnın etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. İddiaçı mal satdığı şəxslərin fəaliyyət növünə və fəaliyyətini dayandırıb-dayandırmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının mal qalığını əsassız olaraq artırmış və cəmiyyətə iki qat vergi məbləği hesablamışdır. Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçıya məxsus malların satış qiymətini müəyyən edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış akkumulyatorl arın qiymətini “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli rəyinə və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən etmişdir. Bununla bağlı ilk öncə qeyd edir ki, səyyar vergi yoxlamasının 4-cü səhifəsində qeyd edilənlərə əsasən, yoxlamaya ekspert və mütəxəssis dəvət edilməmişdir. Bundan başqa, vergi orqanının istinad etdiyi ekspert rəyi və arayışdan görünür ki, həmin rəy və arayış DVX-nin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müraciəti əsasında həmin quruma verilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı yoxlama zamanı öz təşəbbüsü ilə çağırmadığı, başqa quruma verilmiş və hazırkı vergi ödəyicisi tərəfindən idxal edilmiş mallara görə deyil, başqa vergi ödəyicisi və ya ödəyicilərinə münasibətdə veri lmiş rəyə və arayışa istinad etmişdir. Eyni zamanda, iddiaçı malları 2020-ci il tarixdə idxal etdiyi və 2021-ci il ərzində satdığı halda, cavabdeh vergi orqanı 2019-cu ildə verilmiş rəyə və arayışa istinad etmişdir. Vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış malların dəyərini qanunsuz olaraq müəyyən etmiş və iddiaçıya əsassız vergi məbləği hesablamışdır. Səyyar vergi yoxlamasının 10-cu səhifəsində mənfəət vergisinin hesablanmasına dair hissədə qeyd edilir ki, akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat müəyyən edilmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən 2020-ci il ərzində, ümumilikdə, 734 423.80 manat dəyərində akkumulyator idxal edildiyi halda, vergi orqanı xərc olaraq onun yalnız 315 748.1 manat hissəsini götürmüş və bunu hansı sə bəbdən etdiyini səyyar vergi yoxlaması aktında əsaslandırmamışdır. Eyni zamanda bildirir ki, iddiaçı idxal etdiyi bütün malları 2021-ci ildə satdığı halda, cavabdeh vergi orqanı həmin malları 2020-ci ildə satılmış kimi qəbul etmişdir. Cavabdehin etirazları:

4. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazın dəlillərinə görə, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145775 saylı qərarına əsasən “Azəragroprogres" MMC-də yanvar 2016-cı il tarixdən dekabr 2020-ci il tarixədək olan vergi dövrü əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya 02,04.2021-ci il tarixli **********145784 nömrəli Tələbnamə verilmişdir. İddiaçı MMC-də aparılan səyyar vergi yoxlaması ilə yoxlanılan yanvar 2016 - dekabr 2020-ci illəri əhatə edən dövrdə müəyyən olunmuşdur ki, "Azəragroprogres” MMC tərəfindən 18874 ədəd müxtəlif akkumulyator, 6150 ədəd avtokamer və 12250 ədəd rezin şin idxal edilmişdir. Elektron qaimə məlumatlarına əsasən vergi ödəyicisinin yoxlama ilə əhatə edilən dövrdən sonra 12974 ədəd akkumulyatoru, 4750 ədəd avtokameri, 3805 ədəd rezin şini təqdim etdiyi göstərilmişdir. Lakin qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin 20 aprel 2021-ci il tarixində vergi ödəyicisinin obyektlərinə baxış zamanı aşkar edilməmişdir. Həmin obyektlərin başqa şəxslərə icarə verilməsi məlum olmuşdur. Həmçinin, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli **********598300 nömrəli məktubunda da heç bir mal qalığı olmadığı, idxal olunan malların topdan satış qaydada təqdim edildiyi bildirilmişdir.

5. Ölkəyə idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan BARS markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi barədə vergi orqanının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Ticarət və X2 Birliyinə müraciəti üzrə ekspert rəyi alınmışdır. Mənbəyi bəlli olan bu məlumatlardan istifadə edərək akkumulyatorlar üzrə bazar qiyməti ilə satışı gəlir kimi q əbul edilmişdir, xərc kimi isə malın invoys dəyəri və digər xərclər əsas götürülməklə cəmiyyətin akkumulyator üzrə mənfəəti müəyyən edildi. Akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat olduğunu nəzərə almaqla 49007.2 ({560820.3- 315784.1)*20%) manat mənfəət vergisi hesablanmışdır. Digər mallara münasibətdə (avtokamer, avtoşin) isə satışa dair sənədlər yoxlamaya təqdim edilməməsi səbəbindən satışın dəyərini müəyyən etmək mümkün olmamasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003cü it tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün ol madığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət xərclər əsasında müəyyən edildi. Beləliklə, digər mallar üzrə (avtokamer, avtoşin) ümumi xərc 309518.2 manat, buna əsasən 371421.9 manat gəlir hesablanmışdır.

6. Ümumilikdə 2020-ci ildə vergi ödəyicisinin 932242.2 manat gəliri, 625302.4 manat xərci olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi təqdim etdiyi 2020-ci il mənfəət vergisi bəyannaməsində gəlir məbləğini və vergi məbləğini 0 manat göstərdiyindən 61387.9 manat ((932242.2-625302.4)*20%) mənfəət vergisi kənarlaşması aşkarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2020-ci ilin mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 61388.0 manat azaldılmasına görə 50% məbləğində, yəni 30694.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.

7. Əlavə dəyər vergisi üzrə kənarlaşma araşdırılarkən məlum olmuşdur ki, yük gömrük bəyannamələri məlumatlarına əsasən 2020-ci ildə vergi ödəyicisi tərəfindən 18874 ədəd müxtəlif akkumulyator idxal edilmişdir. Yoxlama dövründən sonrakı dövrdə vergi ödəyicisi tərəfindən bu akkumulyatorların 12974 ədədi elektron qaimə əsasında təqdim edilmişdir. Baxış zamanı qalmalı olan 5900 ədəd akkumulyator aşkar edilməmişdir. Vergi ödəyicisinin baxış zamanı aşkar edilməyən 5900 ədəd akkumulyatora mənbəyi bəlli olan məlumatlardan istifadə edərək topdansatış qiyməti hesablanmış, akkumulyator satışı üzrə dövriyyə 560820.3 manat (ƏDV-siz) təşkil etmişdir. Həmçinin v ergi ödəyicisi tərəfindən 6150 ədəd avtokamer idxal edilmiş, 4750 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, 12250 ədəd rezin şin idxal edilmiş, 3805 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, nəticədə əskik gələn 1400 ədəd avtokamerin və 8445 ədəd avtoşinin ƏDV-si hesablamaya aid edilmişdir (baxış zamanı mal qalığı aşkar edilməmişdir). Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Buna əsasən 2020-ci ilin dekabr ayı ƏDV dövriyyəsi 873450.4 manat (akkumulyator üzrə dövriyyə-560820.3 manat, kamer üzrə dövriyyə 6027.7 mana t, şin üzrə dövriyyə 306602.4 manat) müəyyən olunmuşdur. Vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 0-a bərabər olduğundan səyyar vergi yoxlaması ilə 157221.1 manat (873450.4*18%) ƏDV kənarlaşması aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2020-ci il üzrə əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 157221.1 manat azaldılmasına görə 50 faiz məbləğində, yəni 78610.5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.

8. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli **********145787 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına g örə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron və poçt ünvanına göndərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-188/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarı qismən – 49.904,06 manat mənfəət vergisinin və 95.207,74 manat ƏDV-nin hesablanması və 72.555,90 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilm işdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən satılmış akkumulyatorların bazar qiymətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 859 nömrəli ekspert arayışı və Azərekspertiza Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad edərək müəyyən etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması aktının 4-cü səhifəsində qeyd edilənlərə əsasən yoxlama zamanı ekspertiza həyata keçirilməmişdir. Vergi orqanının yoxlama zamanı istinad etdiyi ekspert rəyləri isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müraciəti əsasında verilmişdir. Cavabdeh vergi orqanı yoxlama zamanı xüsusi bilik tələb olunduğu halda, ekspertizanın həyata keçirilməsi barədə qərar qəbul etməmiş, ekspertiza ilə bağlı vergi ödəyicisinin qanunla nəzərdə tutulan hüquqlarını təmin etməmiş, əksinə başqa bir vergi orqanının müraciəti əsasında verilmiş ekspert rəylərinə istinad etməklə kifayətlənmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir. Cavabdeh nəticəsi mübahisələndirilən səyyar vergi yoxlaması çərçivəsində iddiaçı tərəfindən təqdim edilmiş akkumulyatorların bazar qiymətini müəyyən edərkən Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa və tələblərə riayət etmədən, başqa bir vergi orqanı tərəfindən müraciət edilərək alınmış ekspert rəylərinə istinad etmişdir. Səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış avtokamer və rezin şinlərin qiymətinin necə müəyyən edilməsi ilə bağlı səyyar vergi yoxlaması aktında hər hansı qeyd mövcud deyil və cavabdehin nümayəndəsi məhkəmə araşdırması zamanı buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh mübahisələndirilən qərarında müvafiq rəylər və sənədlər əsasında mənfəət vergisi və ƏDV hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ekspertiza rəyi inzibati orqanın bu qənaətini qismən təkzib edir və 2020-ci il üzrə mənfəət vergisinin 11483.95 manat və həmin ilin müvafiq ayları üzrə ƏDV-nin isə 62013.34 manat hissə istisna olmaqla, qalan hissədə əsassız hesablanmasını müəyyən edir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən – iddianın təmin edilən hissəsində ləğv e dilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-367/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilm işdir ki, səyyar vergi yoxlaması zamanı akkumulyatorların qiymətinin müəyyən edilməsi üçün istifadə edilən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 859 nömrəli ekspert arayışında əks olunan akkumulyator növləri ilə iddiaçının idxal etdiyi BARS markalı elektrik akkumulyatorlar üst-üstə düşür. Səyyar vergi yoxlaması zamanı ekspertizanın təyin edilməsinə zərurət yaranmamış və vergilərin hesablanması üçün əsas olan mənbəyi bəlli olan məlumatlardan Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən istifadə edilməsi qanuni və əsaslı olmuşdur. Bazar qiymətinin müəyyən edilməsi vergi orqanının hüququ olmaqla ona olan zərurət Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin tətbiqini istisna etmir. Mənbəyi bəlli olan məlumatlardan istifadə etməklə bazar qiymətinin müəyyən edilməsi və vergilərin hesablanması üçün onda istifadə edilməsi hər hansı şərtlə məhdudlaşmamış və bu hüquqdan istifadə Vergi Məcəlləsinin 14-cü maddəsindən asılı edilməmişdir.

16. Şikayət olunan məsuliyyət qərarında qeyd edildiyi kimi nəzərə alınmamış elektron qaimə-faktura üzrə alıcı olan X1 qaimənin verildiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə fəaliyyəti dayandırılmış vəziyyətdə olmuş və alınmış mallar həmin vergi ödəyicisinin fəaliyyət növünə uyğun olmamışdır. Tərəflər arasında olan münasibətlər uydurma olmuş və əmtəəsiz əməliyyat aparılmışdır. Bu cür əmtəəsiz əməliyyatların aparılma səbəbi isə mövcud olmayan mal qalığının həcminin azaldılması o lmuşdur. Göründüyü kimi yoxlama xx.xx.2021-ci ildə təyin edilmiş, elektron qaimə-fakturalar isə xx.xx.2021-ci il də təqdim edilmişdir.

17. İddiaçı tərəfindən təqdim edilmiş mallar idxal olunan mallar olduğu üçün matların invoys dəyərini təsdiq edən sənədlər, bank xərcləri, icarə xərcləri, DSMF xərcləri iş materiallarında mövcud olmuş, lakin ekspert araşdırma aparmadığı üçün və iş materiallarından xəbərsiz olduğu üçün qeyd olunanları nəzərə almamış və yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da ekspert rəyini araşdırmadığı və ayrıca olaraq obyektiv həqiqətin müəyyən olunması üçün araşdırma aparmadığı üçün qanunsuz və əsassız olan ekspert rəyini olduğu kimi qərarına köçürmüşdür.

18. Ekspert EQF-da akkumulyatorlar üçün müəyyən edilmiş vahid 40 manat qiyməti əsas götürmüş, həmin EQF-da a kkumulyatorların növünün qeyd edilmədiyinə diqqət etməmiş və müxtəlif növlü akkumulyatorların eyni qiymətə satılması kimi uyğunsuzluğu müəyyən edə bilməmişdir. Halbuki, mal qalığı kimi qalmalı olan akkumulyatorların müxtəlif növdə olması və fərqli qiymətə alındığı işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edildiyi kimi fərqli qiymətə alınmış sözügedən akkumulyatorların təkcə faktura dəyərlərinə diqqət edildikdə müəyyən olunur ki, sözügedən malların faktura dəyəri belə 40 manatdan yüksəkdir. Belə olan halda iddiaçı hansı məntiqlə faktura dəyərindən də aşağı qiymətə akkumulyatorları EQF əsasında təqdim etmişdir. Təbii ki, qeyd olunanlar ağlabatan olmamaqla ziddiyyətli məqamlardır. Araşdırma nəticəsində isə 2016-cı ildən hazırkı dövrə qədər Azərbaycan Respublikasına idxal edilən “Kaynar AKB” şi rkətinin istehsal etdiyi akkumulyatorların invoys sənədləri əsasında gömrük orqanında bəyan edilən qiymətlərinin sabit qaydada, yuxarıda istinad edilən cədvəllərdə göstərilən qiymətlərdən təxminən 1,5-2,5 dəfə aşağı olduğu müəyyən edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsas ən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Ap ellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apell yasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxı mdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

25. Cavabdeh səyyar vergi yoxlaması aktında, eləcə də etiraz və apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, elektron qaimə məlumatlarına əsasən vergi ödəyicisi yoxlama ilə əhatə edilən dövrdən sonra 12974 ədəd akkumulyator, 4750 ədəd avtokamer, 3805 ədəd rezin şin təqdim etmiş, lakin, qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin vergi ödəyicisinin obyektlərinə baxış zamanı aşkar edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, EBBA seriyalı 211210 nömrəli, 2113 25 nömrəli, 207751 nömrəli və 207422 nömrəli elektron qaiməfakturalardan görünür ki, iddiaçı MMC tərəfindən müxtəlif fiziki və hüquqi şəxslərə 4750 ədəd avtokamer, 8511 ədəd rezin şin və 14124 ədəd elektrik akkumulyatoru satılmışdır. Nəticə olaraq, həmin satış əməliyyatlarından sonra iddiaçının mal qalığı akkumulyatorlar üzrə 4750 ədəd (18874-14124), rezin şinlər üzrə 3739 ədəd (122508511) və avtokamerlər üzrə 1400 ədəd (6150-4750) olmuşdur. Yəni, əslində mal qalığı akkumulyatorlar üzrə 4750 ədəd olmalı olduğu halda, vergi orqanı onun 5900 ədəd, rezin şinlər üzrə 3739 ədəd olmalı olduğu halda, vergi orqanı 8445 ədəd olmalı olduğunu iddia edir. Aşağı instansiya məhkəməsi tərəfindən qeyd olunan uyğunsuzluğun səbəbi belə müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan xx.xx.2021ci il tarixli, 207 751 nömrəli elektron qaimə-faktura əsasında mal satılan vergi ödəyicisinin fəaliyyəti dayandırıldığından və fəaliyyət növü ilə mallar arasında uyğunsuzluq olduğundan həmin qaimə-faktura ilə iddiaçı tərəfindən satılan 1150 ədəd akkumulyatorun və 4706 ədəd rezin şinin satışı vergi orqanı tərəfindən mal qalığı hesablanan zaman nəzərə alınmamış və bu səbəbdən, mal qalığı daha artıq müəyyən edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab etmişdir ki, istər Vergi Məcəlləsində, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi” Qaydalarında elektron qaimə-fakturanın, göndərilən vergi ödəyicisinin fəaliyyətinin aktiv olub-olmamasından və ya fəaliyyət növündən asılı olaraq etibarsız hesab edilməsinə dair hər hansı norma mövcud deyildir. Belə ki, həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir. Göründüyü kimi, elektron qaimə-faktura o hallarda mal təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir ki, həmin sənəd Qaydaların tələblərinə uyğun tərtib edilməsin və yaxud əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilsin. Hazırkı işə münasibətdə isə qeyd olunan halların hər hansı birinin mövcudluğu müəyyən edilmir, eləcə də vergi orqanı tərəfindən bununla bağlı məhkəmə kollegiyasına hər hansı sübut və ya dəlil təqdim edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, xx.xx.2021-ci il tarixli, 207751 nömrəli elektron qaimə-faktura əsasında aparılan satış əməliyyatı vergi orqanı tərəfindən nəzərə alınmadığından mal qalığının həcmi əsassız olaraq artırılmışdır.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, qeyd olunduğu kimi, xx.xx.2021-ci il tarixli, 207751 nömrəli elektron qaimə-faktura əsasında mal sa tılan vergi ödəyicisinin fəaliyyəti dayandırıldığından və fəaliyyət növü ilə mallar arasında uyğunsuzluq olduğundan həmin qaimə-faktura ilə iddiaçı tərəfindən satılan 1150 ədəd akkumulyatorun və 4706 ədəd rezin şinin satışı vergi orqanı tərəfindən mal qalığı hesablanan zaman nəzərə alınmamış və bu səbəbdən, mal qalığı daha artıq müəyyən edilmişdir.

29. Göründüyü kimi, burada, söhbət elektron qaimə-fakturanın forma və məzmununun məhkəmənin istinad etdiyi Qaydaların tələblərinə uyğun olubolmadığndan deyil, həmin qaimə-fakturada qeyd olunan sahibkarlıq subyektləri arasındakı əməliyyata dair məlumatların həqiqi vəziyyəti əks etdirdiyinin, tərəflər arasında əməliyyatın əmtəəsiz olub-olmadığının müəyyən edilməsindən gedir.

30. Cavabdehin etiraz və şikayətinin dəlilləri nəzərə alınmaqla, apelly asiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz həmin halları araşdırmalı, qaimə-fakturadakı məlumatların həqiqi vəziyyəti əks etdirdiyini əsaslı şübhələrdən kənar sübutlarla yoxlamalı, onlara qiymət verməli, bununla da apellyasiya şikayətinin dəlillərinə işin müəyyən edilmiş həqiqi hallarına əsaslanmaqla münasibət bildirməli idi. Hazırkı işdə bu, baş vermədiyindən, cavabdeh haqlı olaraq eyni dəlilləri kassasiya şikayətində də irəli sürmüşdür.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti üzrə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 9/4056 nömrəli rəyinə istinad etmişdir.

32. Ümumiyyətlə, inzibati məhkəmə icraatında eks pertizanın, hazırkı halda məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi və ekspert rəyindən sübutetmə vasitəsi kimi istifadə olunması işin hallarının araşdırılması prinsipinin tələbindən irəli gəlir. Bu prinsip İPM-in 12-ci maddəsində ətraflı surətdə tənzimlənir və məzmun baxımından inzibati orqanların fəaliyyətinə dair “İnzibati icraat haqqında” Qanunun 24cü maddəsi ilə uyğunluq təşkil edir. İşin hallarının araşdırılması prinsipinə əsasən, məhkəmə işin hallarını xidməti vəzifəsinə görə araşdırmalı və bu zaman tərəflərin izahatları və ya onların təqdim etdikləri sübutlarla kifayətlənməməlidir.

33. Hazırkı işdə də, əgər məhkəmə işin hallarının araşdırılması prinsipinə və bundan irəli gələn xidməti vəzifəsinə uyğun olaraq, işin düzgün həlli üçün məhkəməmühasibatlıq ekspertizasının keçiril məsini və ekspert rəyindən sübutetmə vasitəsi kimi istifadə olunmasını zəruri hesab edibsə, bu halda, o, İPM-in təkcə 12-ci maddəsinin deyil, 29-1 və 58-ci maddələrinin tələblərini də gözləməlidir.

34. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert rəyində qeyd edilir ki, nəzərə alınmamış EQF-nın nəzərə alınmama səbəbləri əsaslı deyil və Vergi Məcəlləsində bu hal nəzərdə tutulmamışdır.

35. Cavabdeh haqlı olaraq hesab edir ki, ekspert məhkəmə-mühasibatlıq ekspertizasının predmetindən kənara çıxaraq hüquqi rəy vermişdir. Halbuki, tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmamasını qiymətləndirmək məhkəmənin səlahiyyətinə aiddir.

36. Rəydə, həmçinin qeyd edilir ki, səyyar vergi yoxlaması aktının 12-cİ səhifəsində qeyd edildiyi kimi, malların 1 vahidi üçün qiymət vergi orqanı t ərəfindən akkumulyator üzrə 95.05 manat, kamer üzrə 4.30 manat, rezin şinlər üzrə 36.31 manat müəyyən edilmişdir. Lakin akkumulyator üçün 95.05 manat məbləğin hansı qaydada müəyyən edildiyi rəydə açıqlanmır. Halbuki, işin materiallarına görə idxal edilmiş akkumulyatorların növləri, deməli həm də qiymətləri müxtəlif olmuşdur.

37. Bu qeyd olunanlar, eyni ilə ƏDV dövriyyəsinin məbləğinə də aiddir. Belə ki, ekspert rəyinə görə, ekspertiza tədqiqatı zamanı MMC-nin ƏDV dövriyyəsi 344518,57 manat məbləğində müəyyən edilərkən EQF-lar üzrə malların 1 vahidinin qiyməti nəzərə alınmışdır.

38. Rəydə, həmçinin qeyd edilir ki, iş materiallarında mövcud olan EQF-larda təqdim edilən malların bir vahidinin qiyməti nəzərə alınaraq, cəmiyyətin satış dövriyyəsinin 344.518,57 manat məbləğində olduğu müəyyən ed ilir; lakin həmin malların alınmasına çəkilən xərcləri müəyyən etmək mümkün deyil.

39. Cavabdeh haqlı olaraq qeyd edir ki, ekspert iş materiallarında mövcud olan xərc sənədlərini nəzərə almadan hesablama apararaq rəy vermişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş mallar idxal olunan mallar olduğu üçün onların idxalına çəkilən xərclərə dair sənədlər (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər) mövcud olduğu halda, ekspert ətraflı araşdırma aparmadığı üçün qeyd olunanları nəzərə almamış və səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də qərar qəbul edərkən həmin rəyə əsaslanmışdır.

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-367/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar