Məhkəmə qərarları › İş №2-1(102)-299/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-299/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-299/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qanuni qüvvədə olan hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlaka hüququn məxsusluğu haqqında arayışın verilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mü lkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(103)-2059/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 nömrəli qərarına əsasən 153 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən nənəsi X2 ayrılmış 0,12 ha bağ torpaq sahəsinin mülkiyyət hüququ üzrə ona məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2-1(112)-1227/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 nömrəli qərarına əsasən iddiaçının mərhum nənəsi X2 153 nömrəli Ləhiş bağtikinti kooperativi tərəfindən Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində ayrılmış 0,12 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(103)-2059/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İK-nın arxiv fondu üzrə xx.xx.1990-ci il tarixli, 1/23 nömrəli qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Ləhiş 153 nömrəli bağ-tikinti kooperativinin üzvlərinin siyahısına uyğun olaraq X2 bağ sahəsi ayrılmışdır (Bakı şəhər XDS İK-nın qərarı ilə təsdiq olunmuş Ləhiş 153 nömrəli bağ-tikinti kooperativinin üzvləri siyahısında 3cü sırada X1 adı təsbit olunmuşdur.) Beləliklə, mübahisəli bağ sahəsinin iddiaçının nənəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması üçün əsas mövcud olmuşdur. 1917-ci il təvəllüdlü X3 xx.xx.1992-ci il tarixində vəfat etmiş və ondan miras qalmış Bakı şəhəri, Ləhiş bağları ərazisində yerləşən 0,12 ha torpaq sahə sinə dair iddiaçı vərəsə kimi tanınmışdır. Bağ sahəsinin sxematik xəritəyə və baza məlumatına əsasən digər şəxsin (o cümlədən, Nardaran mişardaşı (əhəngdaşı) yatağının) adına olan əraziyə uyğun gəldiyinə dair cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, bununla bağlı cavabdeh tərəfindən əsaslandırıcı sübutlar məhkəməyə təqdim edilməmişdir. İkincisi, naturada həmin sahələrin ayrı-ayrı sahələri olduğu işin mübahisəsiz halıdır. Üçüncüsü, cavabdehdən tələb edilərək işə əlavə edilmiş, qonşu bağ sahələrinə dair çıxarışlardan aydın olur ki, həmin ərazidə ayrı-ayrı vətəndaşların bağ sahələrinə mülkiyyət hüquqları artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bütün bu hallar özüözlüyündə cavabdehin istinad etdiyi, digər şəxsin bağ sahəsinin, iddiaçının iddia etdiyi haz ırkı bağ sahəsinin ərazisinə aid olmasını istisna edir. Qeyd olunanlarla yanaşı, həm də, 1990-cı ildən etibarən bağ sahəsi iddiaçının mərhum nənəsinin, daha sonra onun vərəsəsinin faktiki istifadəsində olmuş və bütün bu müddət ərzində onlara qarşı qonşuları və ya digər şəxslər tərəfindən hər hansı bir iddia verilməmişdir. Torpaq sahəsinin yol tərəfindən hasarın üstündən 6 kvt-lıq elektrik xətti keçməsinə və 3-4 metr məsafədə transformatorun yerləşməsinə gəldikdə, həmin hallar, qanuni əsaslarla mərhumun nənəsinin istifadəsinə verilmiş və “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən əvəzsiz olaraq mülkiyyəti hesab edilən torpaq sahəsi üzərində onun hazırkı vərəsəsi iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdıra bilməz. Ən azından, sözügedən məsələ həmin elektrik xəttinin və qurğusunun mülkiyyətçisi ilə iddiaçı arasında olan münasibətləri ehtiva edir ki, bununla bağlı da iddiaçıya ötən müddət ərzində hər hansı iddia irəli sürülməmişdir. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli ünvanda yerləşən bağ sahəsinin iddiaçının mərhum nənəsi X2 məxsus olması barədə arayış verilməsindən imtina olunması əsassızdır.

5. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegi yasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübəni n dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Ha zırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində hüquq müvafiq hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalı, həmin şəxs vəfat etdiyi təqdirdə isə hüququn ona məxsus olması haqqında arayış verilməlidir. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddət də onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və bu barədə müvafiq çıxarışın, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 -1(102)71/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-57/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 21(102)-59/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-832/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1046/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-935/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-810/2024 nömrəli qərarları).

10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığı na, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qə rarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(103)-2059/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar