Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2990/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-2990/19 Bakı şəhəri 06 noyabr 2019-cu il 06.11.2019 Açar sözlər: kassasiya mümkünlüyü müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin mü diri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2-1(103)-1535/2019 saylı qərarından verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı(bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçası və arxiv arayışında qeyd olunan illərin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin in 15 fevral 2018-ci il tarixli, 2-1(82)933/2019 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2-1(103)-1535/2019 saylı qərarı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verməklə onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məs ələsinə 16 oktyabr 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bildirişi cavabdehə və vəkilinə göndərilmişdir. Bildirişdə cavabdehin nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılması, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin təqdim olunması cavabdehə təklif edilmişdir. Lakin cavabdeh təyin edilmiş vaxta qədər göstərilən nöqsanı aradan qaldırmamış, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutları və yaxud müddətin bərpasına dair ərizəsini təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları İclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İclasda iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: - 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axı mı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərarının təqdim edil diyi gündən 1 ay - 30 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Müddəaları tətbiq edərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, işin 64-cü səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən göründüyü kimi, cavabdehə apellyasiya məhkəməsinin qərarı 17 iyul 2019cu il tarixdə təqdim edilmişdir. İşin 69-cu səhifəsində olan kassasiya şikayətinin göndərildiyi zərfin üzərindəki poçt ştampından göründüyü kimi, şikayət 17 avqust 2019-cu il tarixdə təqdim olmuşdur. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə b ilməz, çünki şikayət müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülməklə verilmiş, müddətin ötürülmədiyinə dair hər hansı bir sübut təqdim olunmamış, həmçinin müddətin bərpası ilə bağlı əsaslandırılmış vəsatət təqdim olunmamışdır. Habelə, yuxarıda göstərilmiş 96.3-cü maddədə nəzərdə tutulmuş proses iştirakçılarının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə cavabdehə müvafiq bildiriş göndərilmiş və təyin edilmiş müddətə qədər təsvir edilmiş nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Lakin cavabdeh tərəfindən müddətlərə dair hər hansı müvafiq sübutlar və yaxud müddətin bərpasına dair ərizə təqdim edilməmişdir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə cavabdehə münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yu xarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İPM-nin 90, 91, 94, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2-1(103)-1535/2019 saylı qərarından verilmiş kassasiya şikayətimümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2990/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2990/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver