Məhkəmə qərarları › İş №2-1(102)-2993/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2993/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2993/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil haqqının ödənilməsindən azad edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Əliyev Səməd Eyyub oğlunun, Cavabdehin nümayəndəsi x2, Cavabdehin vəkili Cəlilov Haqqı Elman oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “təhsil haqqının ödənilm əsindən azad edilmə və s.” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 20 iyun tarixli 2-1(103)1231/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: x3 ərizə ilə cavabdehə müraciət edərək onun adının güzəştli tələbələr siyahısına əlavə olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 20 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mövcud qanunvericiliyə müvafiq olaraq ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və aşağıda göstərilən kateqoriyalara aid olan tələbələr təsdiqedici sənədləri təqdim etdikləri halda təhsil haqqını ödəməkdən azad olunurlar: dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan məcburi köçkün ailələrindən olan tələbələr; dövlət ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini itirmiş və ya ona bərabər tutulan (bir valideyni vəfat etmiş, digər valideyni İ və İİ qrup əlil olan) 23 yaşınadək tələbələr; özəl ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini 18 yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideyni vəfat etmiş, digər valideyni İ və İİ qrup əlil olan) 23 yaşınadək tələbələr; 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əm əliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan övladları. Digər hallarda ödənişli əsalarla təhsil alan tələbələr təhsil haqqını ödəməkdən azad olunmurlar. İddiaçı x3 cavabdeh Təhsil Nazirliyinə qarşı 2018-ci il 26 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x1 adının güzəştli tələbələr siyahısına alınmaqla, təhsil haqqını ödəməkdən azad olunması, 2017-ci il tarixdə ödəniş etdiyi təhsil haqqının 1.320 manat pulun növbəti illərə ödəyəcəyi əlavə ödənişlərlə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. x1 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı x3nun əsl iddiaçı x1 ilə əvəz olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 31 yanvar tarixli 2-1(82)948/2019 nömrəli qərardadı ilə iddiaçı x3 əsl iddiaçı x1 ilə əvəz olunmuşdur. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, Bakı Qızlar Universitetinin “ibtidai sinif müəllimliyi” ixtisası üzrə İİ kurs tələbəsidir. O, həmin universitetdə ödənişli əsaslarla təhsil alır. Onun atası x3 Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, müharibə veteranı statusunu almışdır. Eyni zamanda, 2004-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən xəsarət aldığına görə ona 2005-ci ilin mart ayında İİ qrup əlillik dərəcəsi verilərək təqaüdə buraxılmışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli, 347 sa ylı Sərəncamı şamil edilməklə o, ödənişli təhsildən azad olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 31 yanvar tarixli 2-1(82)948/2019 nömrəli qərarı ilə iddiaçının adının güzəştli tələbələr siyahısına alınmaqla, təhsil haqqını ödəməkdən azad olunması, 2017-ci il tarixdə ödəniş etdiyi təhsil haqqının 1.320 manat pulun növbəti illərə ödəyəcəyi əlavə ödənişlərlə əvəz olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) tə hsil səviyyələrində, ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 25 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 17 aprel tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 2019-ci il 13 iyun tarixli 2-1(103)-1231/2019 nömrəli qərardadıilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmuş, şikayət üzrə apellyasiya mümkün sayılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 20 iyun tarixli 2-1(103)-1231/2019 nömrəli qərarıilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,qanunvericilikdə bu kateqoriyadan olan tələbələrin ödənişlə təhsildən azad olunması nəzərdə tutulmamışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətin in dəlillərinə görə, Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən xidməti vəzifəsinin yerinə yetirən zaman xəsarət almış müharibə veteranları Qarabağ əlilləri ilə eyni statusa malikdirlər. İddiaçının atası Azərbaycan Respublikasının Prezidentinin Prezident təqaüdünü alır. 2014-cü il tarixdə Qarabağ əlillərinə və şəhid ailələrinə edilən güzəştlərdən biri də Qarabağ əlillərinin və şəhid ailələrinin və övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 31 yanvar tarixli qərarından şikayət verilmədiyi üçün iş artıq icraya yönəlmişdir. Qərar qanuni qüvvəsini aldıqdan 23 gün sonra cavabdeh apellyasiya şikayəti vermişdir. Şikayətə müddətin bərpasına dair heç bir ərizə və ya vəsatət əlavə olunmamışdır. Məhkəmə icl ası 2019-cu il 13 iyun tarixdə saat 11:50-yə təyin olunmuşdur. Proses zamanı bildirmişdir ki, cavabdeh müddəti buraxıb və işdə müddətin bərpası üçün ərizə yoxdur. İclasda hakim cavabdehin nümayəndəsinə bildirdi ki, ərizəni yazıb təqdim etsin. Nümayəndə zalda ərizə yazıb hakimə təqdim etdi. Lakin ərizəyə isə heç bir əlavə sənəd qoşmamışdır. Daha sonra hakim məhkəmə iclasını 2019-cu il 20 iyun tarixə təyin etdi. İclas zamanı iddiaçının hüquq və vəzifələri izah olunmamış, ona söz verilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkə məsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Məhkəmə kollegiyası nəzərə alır ki, İPM-in 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Bununla yanaşı, həmin müddəa müstəq il qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilmək imkanına təsir etmir (İPM-in 83.4, 90.3-cü maddələri). Hazırkı işdə də, iddiaçı prosessual müddətin bərpasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni yekun qərardan verdiyi şikayətdə mübahisələndirmişdir. Şikayətin əsasını da məhz prosessual müddətin bərpasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı dəlillər təşkil edir. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Normanın məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. İPM-in 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İşdən göründüyü kimi, məhkəmə aktının təqdim edildiyi tarixdən cavabdehin sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Həmin müddətdən cavabdeh istifadə etməmiş, prosessual müddəti 20 gün ötürmüş və bunun səbəbi kimi cavabdehin dəftərxanasında və İKT şöbəsində olan texniki problemləri qeyd etmişdir. Lakin həmin texniki problemlərin nədə ifadə olunduğu, hansı müddəti əhatə etdiyi, şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş imkandan istifadəni mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hansı halların müəyyən edildiyi, İPM-in 24.2-ci maddəsində nəzərdə tutulmuş 15 günlük müddətə əməl olunub-olunmadığı məhkəmə araşdırmasının predmeti olmayıb. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual müddətin bərpasına dair ərizəyə baxılarkən İPM-in yuxarıda istinad edilən normalarının tələbləri pozulduğundan və prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılmalı olduğundan, şikayətə mahiyyəti üzrə baxılıb həll edilməsi də məhz prosessual müddətin bərpasına dair məsələnin həllindən asılı olduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı, habelə onunla bağlı olan prosessual müddətin bərpasına dair 2019cu il 13 iyun tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 20 iyun tarixli 2-1(103)-1231/2019 nöm rəli qərarı və bununla bağlı 2019-cu il 13 iyun tarixli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar