Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2993/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxslər X2, X1, X3, Məmmədyarova Yeganə Daşdəmir qızı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsindən imtina. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respub likası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə (üçüncü şəxslər X2, X1, X3, Məmmədyarova Yeganə Daşdəmir qızı) qarşı “Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58.34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2-1(107)-455/2024 nömrəli qərardadından üçüncü şəxs Məmmədyarova Yeganə Daşdəmir qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qə bul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58.34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv olunmasını xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin (hakim: F.S.İsmayılzadə) 28 aprel 2023-cü il tarixli 21(116)-274/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı və üçüncü şəxs X2 qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 27 sentyabr 2023-cü il tarixli 2-1(107)-407/2023 nömrəli qərarı ilə apelyasiy a şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdehin üzərinə Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58.34 kv.m mənzili üzərində xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarına dair qeydiyyatın və çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur.
4. Üçüncü şəxs Məmmədyarova Yeganə Daşdəmir qızı həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər R.S.Nəbizadə /məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) 28 fevral 2024-cü il tarixli 2-1(102)-532/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏ BUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. Üçüncü şəxs Məmmədyarova Yeganə Daşdəmir qızı yeni açılmış hallara dair ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətlə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
6. Üçüncü şəxs yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsində Göyçay XDS İK-nın 29 aprel 1990-cı il tarixli 188 nömrəli qərarının “nəticə” hissəsində mənzillərin dəyişdirilməməsinin qərara alındığını, dəyişdirilmə ilə bağlı orderlərin arxiv nüsxəsinin olmadığını və işə mahiyyəti üzrə baxılarkən əsassız olaraq bunların sübut qismində qəbul olunduğunu qeyd etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 12 iyun 2024-cü il tarixli 21(116)-274/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 2-1(116 )-274/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı üzrə üçüncü Məmmədyarova Yeganə Daşdəmir qızının “yeni açılmış hallara dair” ərizəsi və “Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-407/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının icrasının dayandırılmasına dair” vəsatəti təmin edilməmişdir.
8. Üçüncü şəxs Məmmədyarova Yeganə Daşdəmir qızı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, E.B.İsayev və İ.H.Şükürov) 30 iyul 2024-cü il tarixli 2-1(107)455/2024 nömrəli qərardadı ilə apellyasiy a şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş üzrə yeni qərardad qəbul edilərək, ərizəçi (üçüncü şəxs) Məmmədyarova Yeganə Daşdəmir qızının “yeni açılmış hallara dair” ərizəsi və “Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-407/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının icrasının dayandırılmasına dair” vəsatəti təmin edilməmiş, həmçinin apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
10. Üçüncü şəxs Məmmədyarova Yeganə Daşdəmir qızı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
11. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Göy çay rayon XDS İcraiyyə Komitəsinin 29 aprel 1990-cı il tarixli 188 nömrəli qərarı işə mahiyyəti üzrə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən tədqiq edilsəydi, məhkəmələr həmin qərarda göstərilən “ünvan 1 ünvanda yaşayış sahəsi 46.5 kv.m olan 3 otaqlı mənzildə 3 nəfər ailə üzvü ilə yaşayan X4 ilə ünvan 2 ünvanda yaşayış sahəsi 58.34 kv.m olan 4 otaqlı mənzildə 5 nəfər ailə üzvü ilə yaşayan Məmmədyarova Yeganə Daşdəmir qızının yaşadıqları mənzillər dəyişdirilməsin” cümləsinə aydınlıq gətirər, aydınlıq gətirmək üçün müvafiq sorğular verib sənədlər əldə edərdi. Məhkəmələr qeyd edilən qərara istinad etsələr də, mənzillərin dəyişdirilməməsinin nəzərdə tutulduğu halda, hər iki rayon XDS İK-nin sədrinin məktubu ilə mənzillərin dəyişdirilməsinə razılıq verildiyini, Göyçay rayon XDS İK-nin 24 aprel 1990-cı ildə onun adına Göyçay şəhərində olan mənzilə dair dəyişdirmə orderi tərtib və təsdiq etdiyini göstərmişlər. Halbuki, Zərdab rayon Dövlət Arxivinin 10 iyul 2023- cü il tarixli 23 saylı məktubunda göstərilir ki, Zərdab rayon XDS İK-nin 1990-cı ilin aprel-may aylarında heç bir qərarı olmamışdır. Göründüyü kimi, yeni açılmış hal kimi təqdim etdiyi qərar nə apellyasiya instansiyası məhkəməsində, nə də Ali Məhkəmədə tədqiq edilməmişdir. Çünki tədqiq edilsəydi, məhkəmələr ”mənzillər dəyişdirilməsin” ifadəsinə hüquqi qiymət verərdilər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstər ilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə ərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağ lı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsa ssızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
17. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə ərizənin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə yeni açılmış halların mövcud olub-olmaması ilə bağlı zəruri olan həddə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
19. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, icraatın yeni açılmış hallar üzrə icraat qaydasında təzələnməsi üçün təzələnmə barədə ərizə ilə müraciət edən tərəf məhkəməyə yeni sübutlar və ya halların olduğunu əsaslandırmalıdır. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Həmin sübut və hallar mütləq mübahisənin olduğu dövrdə mövcud olmalı və ancaq obyektiv maneələr səbəbindən məhkəməyə təqdim edilməsinin mümkün olmadığı sübuta yetirilməlidir.
20. Nəzərə alınmalıdır ki, qanunvericinin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün müəyyən etdiyi şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin q orunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini daşıyır.
21. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda, ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər.
22. Konstitusiya Məhkəməsinin Plenumu Y.Cümşüdovun şikayəti üzrə 3 iyul 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki: “...işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı, bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır...” 23. “Yeroqova Rusiya Federasiyasına qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni mövqedən çıxış edərək qeyd etmişdir ki, “işə aid və məhkəmə prosesi zamanı mövcud olan, lakin hakimdən gizli qalmış hallar “yeni açılmış haldır”.
24. Hazırkı iş üzrə üçüncü şəxs tərəfindən yeni əldə edilmiş sübut kimi təqdim edilmiş sənədlər birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə əlavə edilmiş, həmin sənədlər apellyasiya və kassasiya instansiyası məhkəmələrində icraat zamanı məhkəmə araşdırmasının predmeti olmu ş, araşdırılmış, tədqiq edilmiş və həmin sənədlərə də hüquqi qiymət verilməklə, iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı yekun nəticəyə gəlinmişdir. Başqa sözlə, iddiaçının yeni açılmış hal qismində istinad etdiyi qərar Göyçay rayon XDS İcraiyyə Komitəsinin 29 aprel 1990-cı il tarixli 09 saylı iclas protokolundan çıxarış adı altında olmaqla, işə mahiyyəti üzrə baxılarkən tərəflərə və məhkəməyə məlum olmuş və araşdırma predmeti olmuşdur. Belə olan halda, üçüncü şəxsin istinad etdiyi sənədlər yeni açılmış hal üçün əsas ola bilməz.
25. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən s axlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2024-cü il tarixli 21(107)-455/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.