Məhkəmə qərarları › İş №2-1(102)-2994/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2994/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2994/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: (Daşınmaz Əmlakı Dövlət Reyestri Xidməti haqqında Qanunun 22.2ci maddəsinin tətbiqi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2-1(103)-1450/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhəri Əzizbəyov RİH tərəfindən verilmiş 26 iyul 1994-cü il tarixli, 646 saylı sərəncamla iddiaçının atası X3 Buzovna qəsəbəsində qəsəbə daxili torpaq sahəsində 211 saylı ərazidə fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının atası X5 16.11.2006-cı il tarixdə vəfat etmişdir. İddiaçı Ünvan1 ünvanda yerləşən 1200 kv. m torpaq sahəsinə dair məlumatın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin 18 oktyabr 2018-ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, həmin torpaq sahəsinin X1 adına qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoru N.Ə.Vədətov Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ünvan ünvanda yerləşən 1.200 kv.m torpaq sahəsinə aid hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsini xahiş etmiş, lakin cavabdeh ərizəni cavablandırmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ba kı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan ünvanda yerləşən 1.200 kv.m torpaq sahəsinə dair məlumatın (həmin torpaq sahəsinə dair hüququn kimə məxsus olması barədə), arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-905/2019 saylı, 05 fevral 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan ünvanda yerləşən 1.200 kv.m torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-905/2019 saylı, 05 fevral 2019-cu il tarixli qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2-1(103)-1450/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-905/2019 saylı, 05 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum atası X3 Bakı şəhəri Əzizbəyov RİH-nin 26 iyul 1994-cü il tarixli 646 saylı sərəncamı ilə Ünvan1 ərazidə yerləşən 0.12 ha torpaq sahəsi ayrıldığından və həmin sərəncamın ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sərəncam sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının mərhum atasımım həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2-1(103)-1450/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə müvafiq torpaq sahəsinə dair idarəyə təqdim edilmiş ərizəyə əlavə olunmuş yerləşmə cisgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə idarənin elektron kadastr məlumatlarına əsasən müvafiq torpaq sahəsi bağlar massivində (300 saylı bağların ərazisidir) yerləşir. Bundan başqa müvafiq torpaq sahəsinə dair sərəncamda hüquq sahibinin adı və ata adı fərqlidir. Həmçinin ərizəyə əlavə edilmiş məhkəmə qərarlarına əsasən İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bundan əlavə, İdarəni n mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlu olmuşdur ki, iddiaçı tərəfindən əlavə torpaq shaəsi zəbt olunmuş və 1 mərtəbəli tikili inşa edilmişdir. Həmçinin müvafiq torpaq sahəsi bağlara aid torpaq shaəsi olmaqla bağ massividir və qanunvericiliyə zidd olaraq Xəzər rayon İcra Hakimiyyətinin sərəncamı əsasınd aayrılmışdır. Zəbt olunmuş torpaq sahəsinə və inşa edilmiş tikiliyı dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 90-96-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2-1(103)-1450/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə ic lasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2-1(103)-1450/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2-1(103)-1450/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən a raşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən 26.06.1994-cü il tarixdə Bakı Şəhər XDS İK-nın 27 yanvar 1989-cu il tarixli 22/45 nömrəli qərarını rəhbər tutaraq, Ünvan2 evdə yaşayan Tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləyən, mənzil növbəsində olmayan, ailə tərkibi 3 nəfərdən ibarət X4 Buzovna qəsəbəsində 211 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış 211 saylı sahənin cizgisi və xəritədən çıxarışı tərtib edilmiş və Bakı şəhəri Xəzər RİH Buzovna qəsəbəsi nümayəndəsi və RİH Rayon Təsərrüfatı şöbəsinin memarı tərəfindən təsdiq edilmişdir. Mirzəli Axundova ayrılmış 211 saylı torpaq sahəsi Buzovna qəsəbəsinin başqa ərazisində bağ torpaq sahələrinə bitişik olmaqla 23, 24, 25, 26 saylı bağ sahələri ilə həmsərhəd yerləşir və Buzovna qəsəbəsində qəsəbə daxili torpaq sahələrinə aiddir. Bununla da apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 0,12 ha torpaq sahəsi iddiaçının mərhum atasının 1994-cü ildən qanuni istifadəsində olmuşdur. X8 tərəfindən onun torpağa olan hüquqları müvafiq qaydada qeydiyyatdan keçirilməmiş və o 2006-cı ildə vəfat etmişdir. Mərhumun vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoru N.Ə.V. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ünvan ünvanda yerləşən 1.200 kv.m torpaq sahəsinə aid hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsini xahiş etmiş, lakin cavabdeh ərizəni cavablandırmamışdır. «Daşınmaz əmlakın dövlə t reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının pr otokolundan çıxarışdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı iş üzrə də iddiaçının mərhum atasına Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən 26.06.1994-cü il tarixdə Bakı Şəhər XDS İK-nın 27 yanvar 1989-cu il tarixli 22/45 nömrəli qərarı ilə Buzovna qəsəbəsində 211 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış, ayrılmış 211 saylı sahənin cizgisi və xəritədən çıxarışı tərtib edilmiş və Bakı şəhəri Xəzər RİH Buzovna qəsəbəsi nümayəndəsi və RİH Rayon Təsərrüfatı şöbəsinin memarı tərəfindən təsdiq edilmişdir. Qeyd olunan sənədlər isə Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri hesab olunur. Həmçinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşla rın mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi iddiaçının mərhum atasının vəfat edənədək sözügedən torpaq sahəsinə mülkiyyət hüququ yaranmış, lakin o mülkiyyət hüququnu qeydiyyata almadan vəfat etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilm iş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddiaçının atası olan X1 16 noyabr 2006-cı il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 10 avqust 2017-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin arvadı X2, oğlu İddiaçı olması barədə məlumat vardır. Göründüyü kimi qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün qeydiyyat orqanına müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, bundan sonra həmin vərəsə vərəsəlik sənədlərini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Belə olan halda iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən əsassız olaraq imtina olunmuşdur. Belə ki, cavabdeh öz imtinasında və kassasiya şikayətində qeyd etmişdir ki, torpaq sahəsinin X1 adına qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlən məsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanan hallara aid olmadığından qanunsuzdur. Beləliklə məhk əmə kollegiyası hesab edir ki, İddiaçı mərhum X1 vərəsəsi olması müvafiq vərəsəlik işi açmış notarius tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinə X1 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan vəfat etdiyindən və sonuncu müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin imtinası yuxarıda sadalanan qanun normalarının tələblərinə ziddir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. G östərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2-1(103)-1450/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar