Məhkəmə qərarları › İş №2-1(102)-2995/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2995/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2995/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçılar x1 və x2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasıyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçıların vəkili (nümayəndəsi) x3, Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi x4 və vəkili Əsədov Anar Mehman oğlunun iştirakları ilə, İddiaçılar x1 və x2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qar şı (üçüncü şəxs: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasıyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli 2-1(103)-752/2019 nömrəli qərarından iddiaçılar, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının 1999-cu il 29 iyul tarixli, 681 saylı Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin 1998-ci il 12 avqust tarixli, H-162 nömrəli, Bakı şəhəri Mədəniyyət İdarəsinin 1999-cu il 1 iyun tarixli, 15/172 nömrəli məktubları nəzərə alınaraq şəhid atası x1na Sadıqcan küçəsindəki 2333-cü məhəllədə radio və televizor cihazlarının təmiri emalatxan asının layihələşdirilməsi və tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Tikilinin aparılması üçün zəruri hesab edilən bütün sənədlər və texniki şərtlər əsasında ümumi sahəsi 1497,12 kv.metr olan 3 mərtəbədən ibarət tikili inşa edilmiş, elektrik, su və kanalizasiya xətləri çəkilmiş, beton, hörgü və torpaq işləri görülmüş, lakin maliyyə çətinliyi ilə bağlı binanın inşası tam olaraq başa çatdırılmamışdır. 2016-cı ilin dekabrında Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin göstərişi əsasında tikili sökülmüşdür. İddiaçı x1 ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək ona dəymiş maddi ziyana görə 720.000 manat kompensasiyanın ödənilməsini tələb etmiş, lakin ərizəyə cavab verilməmişdir. İddiaçılar 2018-ci il 14 aprel tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia əriz əsi ilə müraciət edərək 0,06 ha torpaq sahəsinin və onlara məxsus, sahəsi 1590 kv.metr olan 3 mərtəbəli tikilinin sökülməsi ilə bağlı dəymiş maddi ziyana görə cavabdehdən 720.000 manatın tutularaq kompensasiya kimi müştərək qaydada onlara ödənilməsini xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1999-cu il 29 iyul tarixli 681 saylı sərəncamı ilə Xətai rayonu, Sadıqcan küçəsi, 2333-cü məhəllədə şəhid atası kimi iddiaçı x1na məişət cihazlarının təmiri emalatxanasının tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tikinti işləri aparılması üçün x1 və x2 tərəfindən birlikdə müştərək qaydada 720.000 manat vəsait sərf olunaraq orada ümumi sahəsi 1590 kv.metr olan 3 mərtəbədən ibarə t bina inşa edilmiş, elektrik, su və kanalizasiya xətləri çəkilmiş, beton, hörgü və torpaq işləri görülmüş, lakin maliyyə çətinliyi ilə bağlı binanın inşasını tamamilə başa çatdıra bilməmişlər. 2016-cı ilin dekabr ayında Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyinin iştirakı ilə heç bir xəbərdarlıq edilmədən və iddiaçılara kompensasiya ödənilmədən yarım tikili sökülmüş, söküntüsündən qalan tikinti materialları naməlum istiqamətə aparılmışdır. İddiaçı x1 2017ci ilin fevral ayında ərizə ilə Xətai rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək, ona dəymiş maddi ziyana görə 720.000 manat kompensasiyanın ödənilməsini tələb etmiş, lakin ona nəinki kompensasiya ödənilmiş, ərizəsinə belə cavab verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 2018-ci il 19 oktyabr tarixli 2-1(82)77/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsindəki 2333-cü məhəllə ünvanında 0,06 ha torpaq sahəsində inşa edilmiş, sahəsi 1497,12 kv.metr olan 3 mərtəbəli tikilinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq ədalətli kompensasiya kimi 299.400 manat məbləğində pulun iddiaçılara ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi x5 və x6-nin qiymətləndirmə aktını, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ekspertiza haqqında 2018-ci il 12 mart tarixli, DX-03/03-03-305 saylı məktubunda qeyd edilən məbləği ümumiləşdirərək, habelə tikilinin tam başa çatmadığını, tikilinin mövcud olduğu vaxt tərtib edilmiş Bələdiyyə işçiləri nin Həmkarlar ittifaqı x7-nin 2009-cu il 28 iyul tarixli “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid tikililərin qiymətləndirilməsi və istifadəsində olan torpaq sahələrinin inventarizasiyasında qeyd edilən tikilinin ümumi sahəsini (1497,12 kv.m) nəzərə alaraq, 1 kv.m üçün 200 manat hesablamaqla, 299.400 manat (1497,12x200=299.400) kompensasiya ödənilməsini ədalətli hesab etmişdir. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın dəyişdirilərək iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli 2-1(103)-752/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsindəki 2333-cü məhəllə ünvanında 0,06 ha torpaq sahəsində inşa edilmiş, sahəsi 1497,12 kv.metr olan 3 mərtəbəli tikilinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq ədalətli kompensasiya kimi 149.712 manat məbləğində pulun iddiaçılara ödənilməsi cavabdehlərə həvalə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2006-cı ildə inşa edilmiş və 2016-ci ildə sökülmüş yarımçıq tikili üçün kompensasiya onun aşınmaya məruz qalması baxımdan, həmçinin amortizasiya xərcləri nəzərə alınmaqla hesablanmalı idi. Məhkəmənin qərarı tərəflərə və üçüncü şəxsə 2019-cu il 18 iy ul tarixdə təqdim edilmişdir. İddiaçılar həmin qərardan 2019-cu il 19 avqust tarixdə kassasiya şikayəti vermişlər. Onlar qərarın ləğv edilməsini və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını tələb edirlər. Cavabdeh həmin qərardan 2019-cu il 19 avqust tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsinə dair yeni qərarın qəbul olunmasını tələb edir. Üçüncü şəxs həmin qərardan 2019-cu il 9 avqust tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin 2017-ci il 21 iyul tarixli qərarda dı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilərək x5-yə tapşırılmışdır. x5-nin 2017-ci il 8 dekabr tarixli, ƏEM/D 32-1401/17 saylı ekspert rəyinə əsasən iddiaçılara məxsus yarımtikilinin 2016-cı ilə olan orta bazar qiymətinin 487.416,89 manat təşkil etdiyi müəyyən edilmişdir. Lakin məhkəmə ekspert rəyini kifayət qədər aydın və tam olmadığı qənaətinə gələrək onu sübut kimi qəbul etməyərək cavabdehin nümayəndəsinin vəsatəti əsasında 2018-ci il 22 yanvar tarixli qərardadı ilə təkrar kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspertizanın keçirilməsi Maliyyə Nazirliyinin mütəxəssislərinin iştirakı təmin edilməklə x6-yə tapşırılmışdır. x6-nin 2018-ci il 4 aprel tarixli, 04042018/005 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsindəki 2333-cü məhəllədə yerləşən 0,06 ha torpaq sahəsində yerləşən yarımtikilinin 1 kv. metrinin 2016-cı ilə olan orta bazar qiymətinin 250-300 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ekspertizaya dair 2018-ci il 12 mart tarixli, DX-03/03-03-305 saylı məktubunda qeyd olunan əraziyə yaxın, yekunlaşdırılmamış qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar mülkiyyətçilərə həmin sahələrin 1 kv. metri üçün tikintinin keyfiyyətindən, konstruksiyasından, istifadə olunan tikinti materiallarından asılı olaraq, bütün əlavələr nəzərə alınmaqla 200-300 manat arasında kompensasiya hesablanması və ödənilməsi bildirilmişdir. Məhkəmə məhz Maliyyə Nazirliyinin həmin məktubunda tikil inin 1 kv. metri üçün göstərilən ən aşağı qiyməti, yəni 200 manatı məqbul saymış və cəmi 1497,12 kv. metr qeyri-yaşayış sahəsinə görə 299.400 manat kompensasiyanın dəymiş ziyana görə müvafiq ola biləcəyi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi isə tikilinin 1 kv. metri üçün ekspertlər və rəsmi dövlət orqanı tərəfindən göstərilən ən aşağı qiyməti, yəni 200 manatı da çox hesab edərək hər kv. metrə görə 100 manat məbləği məqbul saymış və dəymiş zərərin əvəzi olaraq ədalətli kompensasiya kimi 149.712 manat məbləğində pulun iddiaçılara ödənilməsini qərara almışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.3-ci maddəsinə əsasən, tikili – torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlərdir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən, alınmanın tə sirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 7.3.2-ci maddəsinə əsasən, siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər də (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz) alınmanın təsirinə məruz qalmış şəxslər hesab edilirlər. Həmin Qanun un 54.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almamışdır. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, o cümlədən məhkəmə tərəfindən kompensasiyanın müəyyən edilməsində qanunvericiliyin tələbləri nəzərə alınmamış və nəticədə, heç vaxt mövcud olmamış tikiliyə kompensasiya məbləği müəyyən edilmişdir. İddiaçıların məhkəmələrə təqdim etdikləri və m əhkəmənin öz təşəbbüsü ilə əldə etdikləri sənədlərin mübahisə predmeti olan tikilinin mövcudluğuna kifayət qədər əsas vermədiyi halda, məhkəmə işə əlavə olunmuş fotoşəkillərə və digər qeyri-mötəbər sübutlara əsaslanaraq ekspert funksiyasını üzərinə götürərək iddiaçıların iradəsinə uyğun qərar qəbul etmişdir. Məhkəmələrin bu cür qeyri-qanuni qərarları bu ərazidə yeni iddia tələblərinin yaranmasına və dövlət büdcəsi qarşısında əsassız və əlavə maliyyə öhdəliklərinin ortaya çıxmasına səbəb olur. Məhkəmə qərarın əsaslandırma hissəsində cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərində qeyd edilən tikilinin heç vaxt mövcud olmaması dəlillərini qəbul etməyərək qeyd edir ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 2017-ci il 26 m ay tarixli, 502 saylı məktubunda ərazidə yerləşən qeyri-yaşayış obyektləri, o cümlədən iddiaçılara məxsus uzun illər yarımçıq qalan obyektin söküldüyünü bildirmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətlərində, iddiaçılara məxsus olan ərazidə Bakı şəhər İcra hakimiyyəti başçısının 1999-cu il 29 iyul tarixli Sərəncamı ilə məişət cihazlarının təmiri emalatxanasının tikintisi üçün ayrılmış torpaq sahəsində yalnız bünövrə qazılmış və əlavə olaraq heç bir tikinti aparılmaması dəlillərini qəbul etməmiş və eyni zamanda bu faktın araşdırılmasına əhəmiyyət verməmişdir. Bundan başqa, məhkəmə mövcud olmayan tikilinin, mövcud olmuş kimi qənaətinə gələrkən qərarının əsaslandırıcı hissəsində tikilinin özbaşına tikili kimi hesab olunmalıdır qənaətinə gəlmiş, lakin bu fakta hər hansı hü quqi qiymət verməmişdir. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə görə, obyekt tikintisi üçün torpaq sahəsi x1 ayrıldığı halda, məhkəmənin hansı əsasla hər iki şəxsi birgə iddiaçı, birgə mülkiyyətçi kimi tanıması aydın deyildir. Bundan başqa, qeyd olunan obyektin sahəsinin 1497,12 kv. metr olması da lazımı qaydada əsaslandırılmamışdır. Bununla bağlı x7-nin 2009-cu il 28 iyul tarixli qiymətləndirmə sənədinə istinad olunur ki, həmin sənəddə obyektin sahəsi ilə bağlı hər hansı məlumat mövcud deyildir. Ümumiyyətlə, iddiaçıların sifarişi ilə qiymətləndirmə aparan təşkilatın məlumatının əsas götürülməsi ədalətli olmamaqla yanaşı, mötəbər dəlil hesab oluna bilməz. Qeyd olunan məqamın (obyektin sahəsi) dəqiqləşdirilməsi üçün həmin tikili üzrə ödənilmiş vergilərin hansı sahə üzrə hesablandığ ı da araşdırıla bilərdi. Göründüyü kimi, qeyd olunan tikilinin sahəsi və iddiaçılara məxsusluğu ilə bağlı hallar məhkəmə tərəfindən tam araşdırılmamış və lazımi sübutlarla əsaslandırılmamışdır. Digər tərəfdən, iş materiallarından məlum olur ki, tikinti işləri aparılarkən torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 1997-ci il 29 iyul tarixli Sərəncamının 3-cü hissəsinin tələblərinə əməl olunmamışdır. Belə ki, sərəncamın 3-cü hissəsində göstərilir ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Texniki sənədlər sifarişçi tərəfindən vaxtında Bakı Dövlət Memarlıq və Tikinti Nəzarəti Müfəttişliyinə təqdim edilməlidir. Qeyd olunan pozuntu Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məhkəməyə ünvanlanmış 2018-ci il 12 mart tarixli, DX-03/0303-305 nömrəli məktubunda göstərilsə də, məhkəmə bu faktı nəzərə almamış, əksinə iddiaçıları mülkiyyətçi kimi qəbul edərək onlara kompensasiya hesablamışdır. Halbuki, bu halda həmin obyekt özbaşına tikili hesab olunmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Göründüyü kimi, məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, bəzi hallarda tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, bəzi hallarda isə tətbiq edilən normanı səhv təfsir etmiş, həmçinin cavabdeh təşkilatın büdcədən maliyələşdirilməsini nəzərə almamış və nəticədə, maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla qərar qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçıların vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin cavabdehin və üçüncü şəxsin kassasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Üçüncü şəxsin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə e yni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikay ətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Kassasiya şikayətləri aşağıdakı səbəblərə görə təmin edilə bilməzlər. İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfində n ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının şikayətinin əsas dəlili (həm də tikilinin qiyməti ilə bağlı) ondan ibarətdir ki, məhkəmənin 2018-ci il 22 yanvar tarixli qərardadı ilə təkrar kompleks məhkəmə tikintitexniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Maliyyə Nazirliyinin mütəxəssislərinin iştirakı təmin edilməklə x6-yə tapşırılmış, sonuncunun 2018ci il 4 aprel tarixli, 04042018/005 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsindəki 2333-cü məhəllədə yerləşən 0,06 ha torpaq sahəsində yerləşən yarımtikilinin 1 kv. metrinin 2016-cı ilə olan orta bazar qiymətinin 250-300 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Naz irliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ekspertizaya dair 2018-ci il 12 mart tarixli, DX-03/03-03-305 saylı məktubunda qeyd olunan əraziyə yaxın, yekunlaşdırılmamış qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar mülkiyyətçilərə həmin sahələrin 1 kv. metri üçün tikintinin keyfiyyətindən, konstruksiyasından, istifadə olunan tikinti materiallarından asılı olaraq, bütün əlavələr nəzərə alınmaqla 200-300 manat arasında kompensasiya hesablanması və ödənilməsi bildirilmişdir. Məhkəmə məhz Maliyyə Nazirliyinin həmin məktubunda tikilinin 1 kv. metri üçün göstərilən ən aşağı qiyməti, yəni 200 manatı məqbul saymış və cəmi 1497,12 kv. metr qeyri-yaşayış sahəsinə görə 299.400 manat kompensasiyanın dəymiş ziyana görə müvafiq ola biləcəyi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi i sə tikilinin 1 kv. metri üçün ekspertlər və rəsmi dövlət orqanı tərəfindən göstərilən ən aşağı qiyməti, yəni 200 manatı da çox hesab edərək hər kv. metrə görə 100 manat məbləği məqbul saymış və dəymiş zərərin əvəzi olaraq ədalətli kompensasiya kimi 149.712 manat məbləğində pulun iddiaçılara ödənilməsini qərara almışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ekspert rəyini işin digər faktiki halları ilə birgə qiymətləndirərək hesab etmişdir ki, 2006-cı ildə inşa edilmiş, lakin inşası başa çatdırılmadığından istifadəsiz qalmış və 2016-ci ildə sökülmüş yarımçıq tikilinin yekun qiyməti müəyyən edilərkən onun aşınmaya məruz qaldığı da nəzərə a lınmalı idi. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəalarına iddiaçının istinadına gəldikdə, nəzərə alınmalıdır ki, iddiaçının inzibati orqana qarşı hazırkı məzmunda tələbinin qismən də olsa təmini məhz həmin Qanunun tələbləri baxımından mümkün olmuşdur. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmənin qərarı ilə heç vaxt mövcud olmamış tikiliyə kompensasiya məbləği müəyyən edilmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, iddiaçılara məxsus tikilinin mövcudluğu və həmin tikilinin məhz cavabdehin iradəsi ilə söküldüyü işin materialları ilə tam təsdiq olunmuşdur. Cavabdehin şikayətinin digər dəlili ondan ibarətdir ki, “məhkəmələrin bu cür qeyriqanuni qərarları bu ərazidə yeni iddia tələblərinin yaranmasına və dövlət büdcəsi qarşısında əsassız və əlavə maliyyə öhdəliklərinin ortaya çıxmasına səbəb olur.”. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin müddəalarına görə, hər kəsin mülkiyyət hüququ vardır (İ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (İİ). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (İİİ). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (İV). Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinə əsasən “Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”. Həmin maddənin X hissəsinə əsasən “Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər”. Birbaşa qüvvədə olan həmin normalara istinadən məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq, dövlət orqanları, həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qayda da və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun. Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti həmin tikilini (məhkəmə qərarı olmadan) sökməkdə (iddiaçıların əşya hüquqlarına müdaxilə etməkdə) səlahiyyətli deyildi. Buna səlahiyyəti və qanuni əsası olmadan mülkiyyətə müdaxilə edən Xətai Rayon İcra Hakimiyyəti nəzərə almalıdır ki, “hazırkı məzmunda iddia tələbini və iddiaçılar qarşısında dövlətin maliyyə öhdəliklərini” məhkəmə deyil, həmin müdaxilənin baş verdiyi andan cavabdeh inzibati orqan bilavasitə özü yaratmışdır. Məhkəmənin hazırkı işdə vəzifəsi bu müdaxilənin qanuni, mütənasib və zəruri olub-olmadığını yoxlamaqdan ibarətdir. Həm də, məhkəmə bunu öz təşəbbüsü ilə deyil, maraqlı şəxsin ərizəsinə və ya şikayətinə əsasən başlanan icraat çərçivəsində edir. Başqa sözlə, ərizə və ya şikayət olduqda məhkəmə və məhkəmə icraatı var. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Üçüncü şəxsin şikayətinin əsas dəlili ondan ibarətdir ki, obyekt tikintisi üçün torpaq sahəsi x1 ayrıldığı halda, məhkəmənin hansı əsasla hər iki şəxsi birgə iddiaçı, birgə mülkiyyətçi kimi tanıması aydın deyildir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, üçüncü şəxsin mülkiyyətçi hesab etdiyi iddiaçı sökülmüş tikilinin digər iddiaçı ilə birgə inşa edildiyini nəinki mübahisələndirmir, həm də ha zırkı tələblə onunla birgə çıxış edir. Bu fakt təsdiq edir ki, ikinci iddiaçı (x2) tikintinin inşasında köməkçi qismində deyil, ümumi mülkiyyət obyektinin yaradılmasının bilavasitə iştirakçısı kimi çıxış etmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, qeyd olunan tikilinin sahəsi ilə bağlı hallar məhkəmə tərəfindən tam araşdırılmamış və lazımi sübutlarla əsaslandırılmamışdır. Şikayətin həmin dəlili qərarın ləğvinə əsas vermir. Belə ki, İPM-in 12.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Hazırkı halda, tikinti obyektinin sahəsi ilə bağlı məhkəmənin istinad etdiyi halları təkzib edən hər hansı sübut üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilm əmişdir. Şikayətin digər dəlilinə görə, tikinti işləri aparılarkən torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 1997-ci il 29 iyul tarixli Sərəncamının 3-cü hissəsinin tələblərinə əməl olunmamışdır. Belə ki, sərəncamın 3-cü hissəsində göstərilir ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Texniki sənədlər sifarişçi tərəfindən vaxtında Bakı Dövlət Memarlıq və Tikinti Nəzarəti Müfəttişliyinə təqdim edilməlidir. Qeyd olunan pozuntu Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məhkəməyə ünvanlanmış 2018-ci il 12 mart tarixli, DX-03/03-03-305 nömrəli məktubunda göstərilsə də, məhkəmə bu faktı nəzərə almamış, əksinə, iddiaçıları mülkiyyətçi kimi qəbul edərək onlara kompensasiya hesablamışdır. Halbuki, bu halda həmin obye kt özbaşına tikili hesab olunmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili iddiaçılara kompensasiya ödənilməli olduğuna dair apellyasiya instansiyası məhkəməsinin qənaətinin əsaslılığına təsir etmir. Belə ki, tikilinin özbaşına inşa edildiyi qəbul edildikdə belə, iddiaçılar, ən azından həmin tiklinin konstruktiv elementlərinin mülkiyyətçiləridirlər və cavabdeh həmin tikilini (məhkəmə qərarı olmadan) sökməkdə (iddiaçıların əşya hüquqlarına müdaxilə etməkdə) səlahiyyətli deyildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəalarına əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Sahiblik hüququ—əml aka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.2). İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (152.3). Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini rəhbər tutaraq şikayətlərin əsassız olduğu nəticəsinə gəlir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli 2-1(103)-752/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar