Məhkəmə qərarları › İş №2-1(102)-2995/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2995/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2995/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-3338/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 2-1(112)-5596/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2- 1(103)- 809/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-1100/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2- 1(103)-809/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin icraat zamanı yeni sübutların ondan asılı olmayan səbəblərə görə təqdim edə bilmədiyinin nəzərə alınıb, inzibati məhkəmə icraatının təzələnməsi və ona “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Komvol Kombinatının Hamarlayıcı sexinə hamarlayıcı şagirdi kimi daxil olaraq xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1983-cü il tarixdən öz xahişi ilə həmin işdən azad olunmuşdur. xx.xx.1984-cü ildən xx.xx.1995-ci ilədək “Azərelektomaş” İB-də, indiki "xxxx" ASCdə işləmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də xadimə, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" ASC-də fəhlə vəzifəsində çalışmışdır. xx.xx.2012xx.xx.2014-cü illərdə Ekspedisiyanın Texniki Xidmət Sahə sində 3-cü dərəcə fəhlə peşəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi lə bağlı inzibati orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Zərərli iş üzrə 13 il 10 ay xüsusi iş stajı vardır. Ümumi stajı isə 20 ildən çox təşkil edir. Lakin, məhkəmə qərarında “hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir” - kimi qeyd edilmişdir. Ərizəyə əlavə etdiyi xx.xx.2023-ci il tarixli, 09 №-li güzəştli arayışa əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-ci il tarixədək Bakı-Komvol Kombinatında işləmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə tə sdiq edilmiş” "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı’nın Yüngül sənaye bölməsinin səh. 188 Hamarlayıcı sexində əl işləri ilə məşğul olan keçə məmulatını hamarlayanlar. Bu peşələr üzrə 2 il 2 ay 30 gün güzəştli əmək stajı təşkil edir. Ərizəyə əlavə etdiyi xx.xx.2022-ci il 59-18/06 №-li güzəştli arayışdan da görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək “Azərelektromaş” İB-də işləmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin səh.21.bənd.3.3.səh, sətir

19. Bu peşə üzrə 11 il 2 ay 5 gün güzəştli əmək stajı təşkil edir. Ştamplama dəmirçi sexində səsin təzyiqi 95,0-98,0 d BA olmuşdur ki, bu da normadan 15- 18 d BA çoxdur. Göstərilən faktor iş gününün 90%-dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Göründüyü kimi, işlədiyi peşələr üzrə 13 il 10 ay güzəştli əmək stajı mövcuddur. xx.xx.2018-ci ildə iddiaçının artıq 55 yaşı tamam olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində birinci icraat

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5596/2021 nömrəli qərardadı ilə (S.Salahova) ərizə rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, təqdim edilən sübut yeni hallar olmadığından həmin sübut qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul ed ilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün əsas təşkil etmir.

9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-3338/2023 nömrəli qərardadı ilə (hakimlər K.Əkbərov – sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Şirinov) Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən yeni hal kimi təqdim edilmiş arayışda göstərilənlər artıq ilkin məhkəmə icraatı zamanı məhkəməyə məlum olmuş, həmin süb ut qiymətləndirilməklə iddiaçının tələbi təmin olunmamışdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin dəlilləri yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkə mə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apelyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağl ı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

20. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dai rəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.

21. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndir ilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.

22. Hazırkı mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi tərəfindən ilkin məhkəmə icraatı zamanı mövcud olmuş, lakin ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim olunmadığı və məhkəmə tərəfindən araşdırılmadığı bildirilən, yeni sübut və ya hal kimi istinad edilən hallar yuxarıda qeyd olunan mənada icraatın təzələnməsini şərtləndirən yeni sübut və ya hal kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da işə baxan məhkəmələr tərəfindən artıq qiymət verilmişdir.

23. Belə ki, Azərba ycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-1100/2022 saylı qərarında qeyd olunmuşdur ki, “işin halları ilə iddiaçının 55 yaşının tamam olduğu 11 dekabr 2018-ci il tarixə 20 il 11 gün ümumi sığorta stajı olsa da, o, bu müddətin 1 il 2 ay 5 gün müddətində ödənişsiz məzuniyyətdə olması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə 20 ildən az (18 il 2 ay 16 gün) təşkil edir. Həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş hazırkı qərarın 20-ci bəndində göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödə nişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır... 24. "xxxx" ASC məhkəməyə və cavabdehə təqdim etdiyi izahlı arayışda həmin vəzifənin ikinci siyahıya uyğun pensiya almaq hüququ verdiyini təsbit etsə də, istinad etdiyi kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda göstərilən koda uyğun olmuş, həm həmin kod, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda istinad etdiyi kod yığıcı deyil, ştamplayıcı dəmirçilər peşəsinə aid olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığ ından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan peşə ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyindən, iddiaçı isə yığıcı kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz.”

25. Göründüyü kimi iddiaçı tərəfindən yeni hal kimi təqdim edilmiş arayışda göstərilənlər əvvəllər də məhkəmə icraatı zamanı məhkəməyə məlum olmuş, həmin sübut qiymətləndirilməklə iddiaçının tələbi təmin olunmamışdır. 26. "xxxx" ASC tərəfindən verilmiş arayışa gəldikdə orada iddiaçının cəmi 2 il 2 ay 30 gün güzəştli əmək stajının olması göstərildiyindən məhkəmə həmin sübutun məhkəmə icraatının təzələnməsi üçün kifayət hesab etmir

27. Beləliklə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün bu qərarın 15-ci bən dində istinad olunan normalarda təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır.

28. Lakin hazırkı ərizəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.

29. Apellyasiya ins tansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona görə də, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-3338/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar