Məhkəmə qərarları › İş №2-1(102)-2996/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2996/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2996/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə ("xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın qismən ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə ("xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) qarşı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamının iddiaçıya m əxsus torpaq sahəsi hissəsində ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 11 iyun tarixli 2-1(103)-1302/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 nömrəli Sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 109 nömrəli və xx.xx.2008-ci il tarixli, 06 nömrəli Sərəncamları ilə Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə "xxxx" MTK-nın icarə əsasında istifadəsinə verilmiş 2203 ha torpaq sahəsinin 11845 ha hissəsinin eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əs asında istifadəsinə verilərək adına rəsmiləşdirilməsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 06 nömrəli Sərəncamında “2.203 ha” ifadəsinin “1.0185 ha” ifadəsi kimi oxunması qərara alınmışdır. 2. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş razılaşmadan görünür ki, xx.xx.2023-cü il tarixdə tərəflərin və onların nümayəndələrinin iştirakı ilə İddiaçı faktiki istifadəyə verilmiş 596,0 kv.m olan torpaq sahəsinin ölçüləri yerində aparılmış və nəticədə müəyyən edilmişdir ki, MMC tərəfindən tikinti işləri aparılarkən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhədini keçərək eni 4 m, uzunluğu 16,35 m olan, ümumilikdə torpaq sahəsinin 65,4 kv.m hissəsində bünövrə qazılmış, hündürlüyü 1 m səviyyədə olan daş hasarı sökülmüş, nəticədə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə müdaxilə edilərək onun hüquqları pozulmuş və bu Tərəflər arasında olan münasibətlərin mübahisəsiz halıdır. MMC hazırkı Razılaşma qüvvəyə mindiyi tarixdən etibarən 7 təqvim günündən gec olmayaraq İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin müdaxilə edilən 65,4 kv.m hissəsinin sərhədlərini dəmir hasarla əhatə edib Əli Behbutovun xeyrinə təmin edəcəyinə öhdəlik götürmüşdür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin müdaxilə edilən 65,4 kv.m hissəsinin əvvəlki vəziyyətdə olduğu kimi bərpa edilməsi, yəni sərhədlərini hündürlüyü 1 m səviyyədə olmaq şərti ilə daş hasarla əhatə edib İddiaçı xeyrinə təmin edilməsi müddəti MMC Razılaşmanın 6-ci bəndi ilə müəyyən edilmiş öhədlikləri lazımınca 7 təqvim günün dən gec olmayaraq icra etdikdən sonra tərəflər arasında ayrıca Razılaşma imzalanmaqla müəyyən ediləcək. MMC öhdəsinə götürür ki, İddiaçı və onun təyin etdiyi nümayəndəsinə/lərinə Əmlaka öz mülahizəsi ilə istədiyi vaxt heç bir məhdudiyyət olmadan avtomobil ilə (eləcə də yük avtomobil ilə) sərbəst daxil ola bilməsini qeyd-şərtsiz olaraq təmin edəcək və bu məqsədlə hazırkı Razılaşma qüvvəyə mindiyi andan dərhal İddiaçı giriş darvazasının 1 (bir) ədəd açarını təhvil verəcəkdir. MMC Razılaşma ilə öhdəsinə götürdüyü öhdəlikləri vaxtında icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə müdaxilə edilməsi nəticəsində vurulmuş ziyanın qeydşərtsiz olaraq ona ödənilməsi təmin ediləcəkdir.

3. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilm iş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi ölçüsü 596 kv.m olan torpaq sahəsi İddiaçı məxsusdur.

4. İddiaçının adı qeyd olunmuş Bakı şəhəri İcra Hakimiyyəti, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya FM, 012841 №-li Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Düşərgə küçəsi (əvvəlki adı - Laqernaya) ünvanında yerləşən 11 otaqdan, 125,6 kv.m yaşayış sahəsi, ümumi sahəsi 175.9 kv.m olan 11 saylı fərdi yaşayış evi barədə 184 saylı reyestr kitabında, 9033-cü səhifədə, 30/5856 qeydə alma nömrəsi ilə xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkə zinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1013 nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı müəyyən olundu ki, təqdim olunan torpaq sahəsi cavabdehin faktiki istifadəsində olmaqla üç tərəfdən mişar daşı ilə hasara alınmışdır. Bir tərəfdən (iddiaçı tərəfindən tikinti işləri aparılan sahəyə tərəf) isə hasar mövcud deyildir. Baxışda iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, həmin hasara alınmayan hissədə də əvvəllər hasar mövcud olmuşdur. Təqdim olunan torpaq sahəsinin giriş-çıxış qapısı faktiki vəziyyətdə park ərazisi istiqamətində quraşdırılmışdır. Torpaq sahəsinin üzərində tikilinin mövcud olmadığı müəyyən olundu. Qərardadın birinci sualı üzrə qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 08/118 №-li, xx.xx.2008-ci il tari xli “Ayrıc Akt”ında qeyd olunanlara əsasən, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 239 № li Sərəncamına əsasən "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş 1/845 ha torpaq sahəsinin döngə nöqtələri (koordinatları) müəyyən edilmişdir. Baxış zamanı təqdim olunan mübahisəli torpaq sahəsinin 08/118 №-li, xx.xx.2008-ci il tarixli “Ayrıc Aktı” ilə ayrılan sahənin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə qeyd olunur ki, təqdim olunan mübahisəli torpaq sahəsində tikilinin mövcud olmadığı müəyyən edilmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsində faktiki olaraq tikililər mövcud olmadığından, 11 saylı yaş ayış evinin Texniki pasportunda torpaq sahəsinin koordinatları qeyd olunmadığından (eyni zamanda torpaq sahəsinin yerləşdiyi ərazinin situasiya planı göstərilmədiyindən) İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Düşərgə küçəsindəki 125,6 m2 yaşayış sahəsindən ibarət olan 11 saylı xüsusi mülkiyyətin, o cümlədən İddiaçı istifadəsində olması bildirilən ümumi ölçüsü 596,0 m2 olan torpaq sahəsinin döngə nöqtələrini müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə qeyd olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Düşərgə küçəsindəki 125,6 m2 yaşayış sahəsindən ibarət olan 11 saylı xüsusi mülkiyyət, o cümlədən İddiaçı istifadəsində olması bildirilən ümumi ölçüsü 596,0 m2 olan torpaq sahəsinin döngə nöqtələrini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin Bakı şə hər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli Sərəncamına əsasən "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş 1.1845 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə, elektron qaydada iddianın dəyişdirilməsi barədə ərizə il ə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamının İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən, texniki pasporta uyğun 596 kv.m ölçüdə olan torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti, Texniki İnventar laşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya FM, 012841 №-li Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 3 ünvanında yerləşən 11 otaqdan, 125,6 kv.m yaşayış sahəsi, ümumi sahəsi 175.9 kv.m olan 11 saylı fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 184 saylı reyestr kitabında, 9033-cü səhifədə, 30/5856 qeydə alma nömrəsi ilə xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmışdır. Eləcə də, iddiaçının adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport verilmişdir. Həmin Pasporta əsasən, iddiaçının qanuni əsaslarla ünvan 1 ünvanında yerləşən faktiki istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsü 596 k v.m təşkil edir. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 239 nömrəli Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədi ilə 11845 ha torpaq sahəsi "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Cavabdehin Sərəncamı ilə "xxxx" MMC həmin ərazidə tikinti işləri apararkən mülkiyyət hüququnun toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsinə, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilməsinə baxmayaraq, açıq-aşkar hüquqdan sui-istifadə edərək iddiaçının əmlakdan istifadə etmək imkanından məhrum etmiş, həmçinin həmin əmlakı məhv et mişdir. Belə ki, əvvəla, üçüncü şəxs "xxxx" MMC-nin qanunsuz hərəkətləri səbəbindən iddiaçı ona məxsus olan əmlakdan lazımınca istifadə edə bilmir. Həmin MMC, özbaşınalığa yol verərək əmlaka gələn Abay döngəsi adlı yeganə gediş-gəliş avtomobil yolunu, eləcə də iddiaçıya məxsus olan əmlakın yerləşdiyi ərazini zəbt edərək, iddiaçını əmlakından istifadə etmək imkanından məhrum etmişdir. Yeganə ictimai gediş-gəliş yolu olan Abay döngəsi vasitəsi ilə əmlakın ərazisinə daxil olmaq və ya oradan çıxmaq mümkün deyildir. İkincisi, üçüncü şəxs tərəfindən tikinti işləri aparılarkən iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin sərhədini keçərək eni 4 m, uzunluğu 16.35 m olan, ümumilikdə torpaq sahəsinin 65.4 kv.m hissəsində bünövrə qazılmış, hündürlüyü 1 m səviyyədə olan daş hasarı sökülmüş, n əticədə iddiaçının istifadəsində olan torpaq sahəsinə müdaxilə edilərək onun hüquqları pozulmuşdur. Baş verilən həmin faktlar iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış və 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş Razılaşmada qeydə alınmışdır.

12. Bakı İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-5600/2024 saylı qərarı ilə (hakim H.A.Ağalarov) iddia tələbinin təmin edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamının İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən, texniki pasporta uyğun 596 kv.m. ölçüdə olan torpaq sahəsi hissəsində ləğv edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinə münas ibətdə istinad etdiyi hüquqmüəyyənedici sənəd Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin dairəsi müəyyənləşdirilmişdir. İstinad olunan Siyahının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar tutulmuşdur. Cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək hüququna malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir.

14. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə Bakı Şəhər İcra Hakimiyyəti, xü susi mülkiyyətdə olan (buna dair qanuni gözlənti hüququ olan) torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçıların torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə qanunsuz inzibati akt qəbul etmişdir

15. Həmin qərardan narazı qalan üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 11 iyun tarixli 21(103)-1302/2025 nömrəli qərarı ilə (sədrlik edən-məruzəçi hakim N.X.Nəbizadə, hakimlər M.N.Tağızadə və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edil miş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hal-hazırda iş materiallarında iddiaçıya münasibətdə yeganə mövcud olan hüquqmüəyyənedici sənəd – Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriya FM, № 012841 Qeydiyyat vəsiqəsidir, həmin qeydiyyat vəsiqəsi isə iddiaçının yalnız fərdi yaşayış evinə münasibətdə xüsusi mülkiyyəti hüququnun olmasını təsbit edir. Eyni zamanda hal-hazırda evin fiziki olaraq mövcud olmadığı və texniki pasportun legitimliyi qəbul edilsə belə, torpaq sahəsinin müvafiq koordinatlarını əks e tdirmədiyi işin mübahisələndirilməyən hallarındandır. İş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, sözügedən fərdi yaşayış evi ərizəçinin nümayəndəsinin sözlərinə görə 10-12 il qabaq sökülüb. Yerini təyin etmək mümkün olmadı. Nümayəndənin göstərdiyi ərazidən təxmini nöqtə koordinatı əlavə olundu. Göründüyü kimi, hal-hazırda iddiaçının mübahisələndirdiyi 596 kv.m. ölçüdə olan torpaq sahəsinin məhz Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 239 № li Sərəncamına əsasən "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş 1.1845 ha torpaq sahəsi ilə üst-üstə d üşüb-düşməməsi, düşdüyü təqdirdə isə həmin sahənin 1.1845 ha torpaq sahəsinin hansı hissəsində olması nə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti, nə də ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müəyyən edilə bilməmişdir. İş materiallarında olan "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli razılaşmanın müddəalarından görünür ki, bünövrə qazılan zaman iddiaçının istifadəsində olan torpaq sahəsinin 65,4 kv.m. hissəsinə müdaxilə edilmiş və həmin müdaxilənin aradan qaldırılması və s. barədə tərəflər razılığa gəlmişlər. Lakin həmin razılaşma hər hansı hüquqmüəyyənedici sənədə əsaslanmadığı təqdirdə inzibati aktın ləğvi üçün əsas olaraq qəbul edilə bilməz.

18. Kollegiya hesab etmişdir ki, iş üzrə mübahisəli sərəncamın – inzibati aktın qanuniliyi maddi-hüquqi və formal hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati orqanın mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməməsi hazırkı vəziyyətdə iş materialları ilə öz təsdiqini tapmır. Hal-hazırda inzibati aktın qanunilik şərtlərinə əməl edilməklə qəbul edilməməsi iş materialları ilə öz təsdiqini tapmadığından, onun ləğv edilməsinə hər hansı əsas müəyyən edilmir.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və biri nci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan qeydiyyat vəsiqəsində qeyd edilən iddiaçının fərdi yaşayış evinin yerləşdiyi 596.0 kv.m hazırda iddiaçının faktiki sahibliyindədir. İş materiallarında olan arxivdə saxlanılan texniki pasportun nüsxəsi də məhz iddiaçının fərdi yaşayış evinə aid olması aşkardır. Ona görə də, MM-nin 157.8-ci maddəsinə əsasən, qanuni istifadəsində olan 596.0 kv.m torpaq sahəsinə də mülkiyyətçi hüquqları iddiaçıya məxsusdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin h alları tam və hərtərəfli tədqiq olunmamışdır. 21. ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka dair Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X5 və X3 məxsus pasportun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsi və mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyi ilə torpaq sahəsinin koordinatları da əlavə olunmuşdur. Lakin, apellyasiya məhkəməsi nədənsə iş üzrə mövcud olan və əhəmiyyətli sübutlardan biri olan həmin mütəxəssis rəyini qiymətləndirmədən, torpaq sahəsinin koordinatlarının əlavə olunmasına baxmayaraq qanunsuz qərar çıxarmışdır. Belə ki, bu rəy işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edir və iddiaçının mövqeyini əsaslandırır. Lakin apel lyasiya instansiyası bu rəyi nəinki rədd etməmiş, ümumiyyətlə heç onu təhlil və müzakirə də etməmiş, nəticədə qərar natamam sübutlar əsasında çıxarılmışdır.

22. İş üzrə üçüncü şəxs "xxxx" MMC tərəfindən tikinti işləri aparılarkən iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin sərhədini keçərək eni 4.0 m., uzunluğu 16.35 m. olan, ümumilikdə torpaq sahəsinin 65.4 kv.m hissəsində bünövrə qazılmış, hündürlüyü 1 m. səviyyədə olan iddiaçının daş hasarı sökülmüş, nəticədə iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə müdaxilə edilərək onun hüquqları pozulmuşdur. Mütəxəssisin qeyd etdiyi “Sahənin cənub tərəf bir hissəsi qazılmış-çökək ərazi” məhz iddiaçının faktiki sahibliyində olan torpaq sahəsi "xxxx" MMC tərəfindən zəbt edilərək bünövrə qazdığı ərazidir. Buna görə də torpaq sahəsi nin ölçüsü 596,0 kv.m deyil, 530 kv.m kimi görsədilir. Qeyd edilən həmin faktlar iş materiallarında olan 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş Razılaşmada qeydə alınmışdır. O cümlədən, Razılaşmanın 4-cü bəndi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC Əli Behbutovun faktiki istifadəsində olan torpaq sahəsinə müdaxilə edilərək onun hüquqları pozulmuş və bu Tərəflər arasında olan münasibətlərin mübahisəsiz halıdır. Razılaşmanın məzmunundan da göründüyü kimi, Razılaşma iddaçıya məxsus olan fərdi yaşayış evi üçün verilmiş Qeydiyyat vəsiqəsinə və həmin qeydiyyat vəsiqəsinə aid verilmiş texniki pasporta əsasən imzalanmış və təsdiq edilmişdir.

23. İş materiallarında olan apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq mütəxəssi s rəyi ilə iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-1616/2-10/1013 nömrəli ekspert rəyi ilə isə mübahisəli torpaq sahəsinin üçüncü şəxsə 08/118 №-li, xx.xx.2008-ci il tarixli “Ayrıc Aktı” ilə ayrılan sahənin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Lakin məhkəmə qərarında qeyd edilənlər işin hallarına uyğun gəlmir.

24. Təqdim edilmiş arxiv materiallarından da göründüyü kimi, iddiaçı ünvan 5 ünvanında yerləşən 596.0 torpaq sahəsi olan 11 otaqdan ibarət evi 21 fevral 2002-ci il tarixdə bağlanmış müqavilə əsasında Sultanovlardan almışdır. Arxivdə saxlanılan nüsxə üzərində “X10” qeydin mövcud olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Çünki, arxivdə saxlanılan texniki pasportun nüs xəsi məhz İddiaçı məxsus olan ünvan 5 ünvanındakı 11 otaqdan ibarət evin texniki pasportudur. Başqa sözlə, arxivdə saxlanılan texniki pasportla iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanındakı 11 otaqdan ibarət evə aid olduğu təsdiq edilir.

25. Əgər mübahisəyə səbəb olan əmlak texniki pasportla və dövlət reyestrindəki məlumatlarla, həmçinin ekspertin rəyi ilə təsdiqlənirsə, məhkəmə bu sənədləri sübut kimi qəbul etməli və onların etibarlığına əsaslanmalıdır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin bu hissədə əsaslandırmasını da əsassız hesab edirlər.

26. Apellyasiya məhkəməsi instansiyası iclasında iddiaçının vəkili və nümyəndəsi tərəfindən məhkəməyə sübut qismində Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5590/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı təqdim edilmişdir. Həmin qəra ra əsasən, Bakı şəhəri Nəsimi rayonu, Düşərgə küçəsi (əvvəlki adı - Laqernaya) 11 ünvanında yerləşən 596,0 kv.m olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi bu qərara da ümumiyyətlə heç bir münasibət bildirməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq ed ilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin d üzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, h əmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSA SİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və h ərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq iddianın rədd edilməsi nəticəsinə gələrkən torpaq sahəsinin döngə nöqtələrinin müəyyən olunmadığına görə sərəncamla istifadəyə verilmiş torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmamasına və razılaşmanın hüquqi sənədə əsaslanmam asına istinad etmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir və həmin qərarın ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını lazım bilir.

38. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 nömrəli Sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 109 nömrəli və xx.xx.2008-ci il tarixli, 06 nömrəli Sərəncamları ilə Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə "xxxx" MTK-nın icarə əsasında istifadəsinə verilmiş 2203 ha torpaq sahəsinin 11845 ha hissəsinin eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilməsi, Bakı Şəhər İcra Ha kimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 06 nömrəli Sərəncamında “2.203 ha” ifadəsinin “1.0185 ha” ifadəsi kimi oxunması qərara alınmışdır.

39. Hazırda iddiaçı qeyd olunan sərəncamın icrası nəticəsində əmlakdan istifadə etmək imkanından məhrum edildiyini, həmçinin həmin əmlakın məhv edildiyini və ona məxsus olan əmlakdan lazımınca istifadə edə bilmədiyini əsas gətirərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamının İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən, texniki pasporta uyğun 596 kv.m ölçüdə olan torpaq sahəsi hissəsində ləğv edilməsini tələb edir.

40. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasporta əsasən ünvan 1 ünvanında yerləşən, ümumi ölçüsü 596 kv.m olan torpaq sahəsi iddiaçıya məxsus olmuş, ünvan 6 ünvanında yerləşən 11 otaqdan, 125,6 kv.m yaşayış sahəsi, ümumi sahəsi 175.9 kv.m olan 11 saylı fərdi yaşayış evi barədə 184 saylı reyestr kitabında, 9033-cü səhifədə, 30/5856 qeydə alma nömrəsi ilə xx.xx.2002-ci il tarixində qeydiyyatın aparılmasına dair Bakı şəhəri İcra Hakimiyyəti, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya FM, 012841 №-li Qeydiyyat vəsiqəsində iddiaçının adı qeyd edilmişdir.

41. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri p ublik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğuda Laqernaya küçəsi, ev 11 üzrə X1 (*adın üzərindən xətt çəkilərək X10 qeyd olunub) adına verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasportun idarənizdə mövcud olan arxiv nüsxəsinin, eyni zamanda vətəndaşın adında olan düzəlişlərin hansı tarixdə və kim tərəfindən edilməsi barədə; həmçinin seriya FM, 012841 nömrəli Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin və ünvan 8 ünvanında yerləşən evin koordinatlarına dair məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunsa da, məhkəmə həmin sorğuya cavabı əldə etmədən iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir.

42. Halbuki, həmin sorğuya cavabın əldə olunması işin oybektiv həlli üçün zəruri olmuşdur.

43. Məhkəmənin so rğusuna cavab olaraq 2025-ci il 23 iyun tarixli 3-21-3-30/226134/2025 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə eyni nömrəli və məzmunlu sorğuya **********01 (3-21-3-30/2-23201/2025) nömrəli 2025-ci il 4 iyun tarixli məktub ilə müvafiq sənədlərin təsdiq edilmiş surətinin göndərildiyi bildirilmiş, əlavə olaraq göstərilən torpaq sahəsinin koordinatları əlavə olunmuş mütəxəssis rəyi təqdim edilmişdir.

44. Mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 530.0 kv.m təşkil edir. Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Faktiki göstərilən torpaq sahəsi üç tərəfdən daş hasarla, iki tərəfdən m etal lövhəylə, digər tərəflərdə isə şərti sərhədlənib. Sahə park ərazisi və cənubdan çoxmərtəbəli yaşayış bina inşa olunan sahənin ərazisi ilə həmsərhəddir. Sahənin cənub tərəf bir hissəsi qazılmışçörək ərazidir. Faktiki giriş-çıxış yolu park ərazisindəndir. Göstərilən torpaq sahəsi üzərində tikili yoxdur. Faktiki göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur: XY 1.401213.541 4471087.921 2.401210.570 4471079.532 3.401208.275 4471080.232 4.401206.946 4471073.359 5.401193.827 4471074.812 6.401195.001 4471083.930 7.401197.555 4471108.296 8.401214.378 4471106.695 9.401210.250 4471089.381

45. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahəyə bütövlükdə "xxxx" MMC-nin müraciətləri olmuşdur (1.1845 ha sahə üçün). Həmçinin göstərilən sahənin çox hissəsi “Zabitlər” Parkını n yaşıllıq ərazisinin bir hissəsidir.

46. Göründüyü kimi İddiaçı istifadəsində olması bildirilən torpaq sahəsinin döngə nöqtələri müəyyən edildiyindən, həmin torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli Sərəncamına əsasən "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş 1.1845 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi apellyasiya məhkəməsi tərəfindən araşdırılmalıdır.

47. Bundan başqa, qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli razılaşma (bax § 2) ilə təsdiq olunur ki, üçüncü şəxs tərəfindən tikinti işləri aparılarkən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhədini keçərək eni 4 m, uzunluğu 16,35 m olan, ümumilikdə torpaq sahəsinin 65,4 kv.m hissəsində bünövrə qazılmış, hündürlüyü 1 m səviyyədə olan daş hasarı sökülmüş, nəticədə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə müdaxilə edilərək onun hüquqları pozulmuş və bu tərəflər arasında olan münasibətlərin mübahisəsiz halı kimi qəbul edilmişdir.

48. Həmçinin, razılaşmanın 3 və 3.1-ci bəndlərində qeyd olunmuşdur ki, ünvan 9 ünvanında yerləşən 11 otaqdan yaşayış sahəsi 125.6 kv.m, ümumi sahəsi 175.9 kv.m olan 11 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi hüquqi qeydiyyatdan keçirilmiş, eləcə də ümumi ölçüsü 596 kv.m olan torpaq sahəsi (həyət) İddiaçı faktiki istifadəyə verilmiş və bu barədə Azərbaycan Respublikası, Bakı şəhəri İcra Hakimiyyəti, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 184 saylı reyestr kitabında 30/5856 qeydə alma nömrəsi ilə xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmış seriya FM 012841 qeydiyyat vəsiqəsi, İddiaçı adına X2 Büro tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya qiymətləndirilməsinə aid Pasport verilmiş və həmin pasportda İddiaçı faktiki istifadəsində olan həyətin torpaq sahəsinin (həyətin) ümumi ölçüsü 596.0 kv.m müəyyən edilmişdir.

49. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respu blikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin hüquqmüəyyənediciliyi təsbit edilmişdir.

50. Texniki pasport ilə bağlı qeyd edilməlidir ki, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən iddiaçının ünvan 5 ünvanında yerləşən 596.0 torpaq sahəsi olan 11 otaqdan ibarət evi X6 adından və öz adından X4 ilə bağlanmış 21 fevral 2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. İddiaçının təqdim etdiyi texniki pasportla arxivdə saxlanılan nüsxələri müqayisə etdikdə görünür ki, hər iki texniki pasport eyni daşınmaz əmlaka dair verilib və hər i ki nüsxədə ölçülər eynidir. Arxivdəki nüsxə iddiaçının alqı-satqı əsasında aldığı şəxslərin adına tərtib edilmişdir.

51. Yuxarıda qeyd edilənlər iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmadığını təsdiq edir. Ona görə də təkrar apellyasiya baxışında qeyd edilən işin həlli üçün mühüm əhəmiyyət kəsb edən qeyd edilən halların araşdırılması və dəqiq müəyyənləşdirilməsi təmin edilməlidir.

52. Beləliklə, qeyd olunan halların araşdırılması və bununla əlaqədar sübutların qiymətləndirilməsi ilə bağlı İPM-in 12-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

53. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. (“N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı)

54. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 11 iyun tarixli 2-1(103)-1302/2025 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 11 iyun tarixli 21(103)-1302/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar