Məhkəmə qərarları › İş №2-1(102)-2997/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2997/2019

26.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2997/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: daşınmaz əmlaka hüququn qeydə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili X16, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin in 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “dövlət reyestrindən çıxarışların verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1624/2019 saylı, 3 iyul 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İpotekasaxlayan “xxxx” ASC ilə ipotekaqoyan X17, X15, X13 arasında bağlanmış İ469 saylı, 07 aprel 2006-cı il tarixli ipoteka müqaviləsinin su rətindən görünür ki, tərəfləri ipotekasaxlayan və X9 olan 7 aprel 2006-cı il tarixli 469 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə müqavilə bağlanmışdır. İpoteka qoyulmuş əmlak ipotekaqoyan şəxslərin hər birinə məxsus ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X12 Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat nömrəsi ********** saylı, 7 may 2012-cü il tarixdə qeydiyyata alınmış “xxxx” ASC-nin Nizamnaməsinə dəyişiklik edilərək İddiaçı olmuş və (VÖEN **********) şəhadətnamə verilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-77/2000 saylı 19 mart 2009-cu il tarixli qətnaməsindən görünür ki, X1 “xxxx” ASC-nin xeyrinə 31.10.2007-ci il tarixli kred it sazişinə əsasən ödənilməmiş 615.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 615.020 manat məbləğində pulun tutulması və həmin tutmanın cavabdehlər X13, X17 və X15 tərəfindən ipotekaya qoyulmuş ünvan 1ndə yerləşən hər birinin sahəsi 0,07 ha olan torpaq sahələrinə yönəldilməsi, həmin torpaq sahələri açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. X3 yekunları barədə 40/01, 40/03 və 40/02 saylı, 15 aprel 2011-ci il tarixli protokollardan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrdən görünür ki, əmlakların açıq hərracda satılması məqsədilə “xxxx” MMC tərəfindən ekspertiza keçirilmiş və X13, X17 və X5 hər birin ə məxsus olan 0,07 ha torpaq sahələrinin hər birinin ilkin hərrac qiyməti 112 000 manat qiymətləndirilmiş və təkrar hərracdakı qiymətindən 25% aşağı salınmış qiymətə 71400 manat qiymətinə tələbkar (alıcı) “xxxx” ASC-yə satılmışdır. İddiaçı cavabdehə müraciət edərək ünvan 1ndə yerləşən 0,07 ha torpaq sahəsinə dair “xxxx” ASC-nin adına çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29 mart 2014-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının ərizəsinə baxılmış və torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş şəhadətnaməyə əsasən digər fiziki şəxsin mülkiyyətində olduğundan ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin qeyd olunan imtinasından sonra iddiaçı 15 iyul 2014-cü il tarixdə cav abdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ndə yerləşən torpaq sahəsinə dair iddiaçının adına çıxarışların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi tələbin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək X4 mülkiyyətində olmuş və açıq hərracdan iddiaçı tərəfindən alınmış ünvan 1ndə yerləşən 0.07 ha torpaq sahəsinə, X6 mülkiyyətində olmuş və açıq hərracdan iddiaçı tərəfindən alınmış ünvan 1ndə yerləşən 0.07 ha torpaq sahəsinə, X5 mülkiyyətində olmuş və açıq hərracdan iddiaçı tərəfindən alınmış ünvan 1ndə yerləşən 0.07 ha torpaq sahəsinə dair iddiaçının adına dövlət reyestrindən çıxarışların verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəm ənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2885/2014 saylı, 14 oktyabr 2014-cü il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Cavabdehin imtina üçün əsas gətirdiyi mübahisəli torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olması dəlilinin araşdırılması zamanı məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin surəti təqdim olunmuşdur. Təqdim edilmiş JN-341 H KOD 00400003 saylı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 1 7 iyul 1997-ci il tarixli, 1118 saylı sərəncamı ilə Səbail rayonu, H.Rəhmanov küçəsi 6-cı Bayıl massivində yerləşən 0.07 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X5 mülkiyyətinə verilmiş, eyni zamanda torpaq sahəsinin yerləşdiyi yerin sxemi tərtib edilmişdir. JN-342 H KOD 00400003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 17 iyul 1997-ci il tarixli, 1118 saylı sərəncamı ilə Səbail rayonu, H.Rəhmanov küçəsi 6-cı Bayıl massivində yerləşən 0.07 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X4 mülkiyyətinə verilmiş, eyni zamanda torpaq sahəsinin yerləşdiyi yerin sxemi tərtib edilmişdir. JN-29713 H KOD 00400003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Səbail rayon İcra Hakimiyyəti başç ısının 17 iyul 1997-ci il tarixli, 1118 saylı sərəncamı ilə Səbail rayonu, H.Rəhmanov küçəsi, 6-cı Bayıl massivində yerləşən 0.07 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X6 mülkiyyətinə verilmiş, eyni zamanda torpaq sahəsinin yerləşdiyi yerin sxemi tərtib edilmişdir. Beləliklə, işdə olan sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılmış araşdırmalar nəticəsində mübahisəli torpaq sahələrindən birinin faktiki ölçüsünün 595 kv.metr olmaqla hüquqmüəyyənedici sənəddə göstərilən 700 kv.metr ölçüdən 105 kv.metr az olması, torpaq sahələrindən döngələrin faktiki ölçüsünün 600 kv.metrdən az olmaqla hüquqmüəyyənedici sənəddə göstərilən 700 kv.metr ölçüdən 100 kv.metr az olması və X7 məxsus olan və hazırda “xxxx” ASC-yə satılan 0,07 ha torp aq sahəsinin 450 kv.metr hissəsinin DTXK tərəfindən X10 verilmiş kadastr planı ilə üst-üstə düşməsi müəyyən olunduğundan, iş üzrə ekspertiza təyin edilmişdir. 27 avqust 2018-ci il tarixli, 17418 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən, qərardadın suallarına dair nəticələr aşağıdakı kimi müəyyən edilir: elektron kadastr baza məlumatlarına əsasən koordinatlar verilmiş və üç hissədən ibarət olmuş 1865 kv.metr torpaq sahəsinin 600 kv.metr hissəsi **********65 reyestr nömrəsi ilə X2 mülkiyyətindədir, 460 kv.metr hissəsi **********90 reyestr nömrəsilə X8 mülkiyyətində olan tor paq sahəsinin bir hissəsidir. 600 kv.metr hissəsində JN-341 saylı şəhadətnamənin elektron baza məlumatı mövcuddur. 205 kv.metr torpaq sahəsi ilə bağlı məlumat yoxdur. Beləliklə, iddiaçı bank ipoteka predmeti olan 0,21 ha torpaq sahəsini hərrac yolu ilə alsa da, həmin torpaq sahələrinin faktiki ölçüsü ümumilikdə 1865 kv.metr təşkil etdiyindən, iş üzrə ekspertiza həmin ölçüdə olan torpaq sahələri üzərində aparılmış və müəyyən olunmuşdur ki, həmin 1865 kv.metr torpaq sahəsinin 460 kv.metr hissəsinin hazırda **********90 reyestr nömrəsilə X8 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə aiddir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(81)-19/2019 saylı iş) 5 aprel 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək X4, X6 və X5 mülkiyyətində olmuş və açıq hərracd an iddiaçı tərəfindən alınmış ünvan 1ndə yerləşən faktiki ölçüsü 1865 kv.metr təşkil edən torpaq sahəsinin **********65 reyestr nömrəsi ilə X2 mülkiyyətində olan 600 kv.metr hissəsinin və JN-341 saylı şəhadətnaməyə əsasən X5 mülkiyyətində olan 600 kv.metr hissəsinin, ümumilikdə 1200 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışların verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin5 aprel 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X14-məruzəçi, X19 və X18, 2-1(103)-1624/2019 saylı iş) 3 iyul 2019-cu il tarixli qərarla cavabdeh apelyasiya şikayətini təmin etməm iş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 30 iyul 2019-cu il tarixdə qərarın surətini almış, 26 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: X25 və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş şəhadətnaməyə əsasən müvafiq torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. Bundan əlavə ekspert rəyinə əsasən sözügedən torpaq sahəsinə dair elektron kadastr baza məlumatlarına əsasən koordinatlar verilmişdir. Belə ki, üç hissədən ibarət olmuş 1865 kv.metr torpaq sahəsinin 600 kv.metr hissəsinin **********65 reyestr nömrəsi ilə X2 mülkiyyətindədir. 460 kv.metr hissəsinin **********90 reyestr nömrəsilə X8 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsid ir, 600 kv.metr hissəsində JN-341 saylı şəhadətnamənin elektron baza məlumatı mövcuddur. Lakin, 205 kv.metr torpaq sahəsi ilə bağlı məlumat yoxdur. Bu səbəbdən İdarə tərəfindən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Şikayətin hüquqi əsası kimi Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad olunmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş e tmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 19 mart 2009-cu il tarixli qətnaməsi ilə X1 iddiaçının xeyrinə 31.10.2007-ci il tar ixli kredit sazişinə əsasən ödənilməmiş 615.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 615.020 manat məbləğində pulun tutulması və həmin tutmanın üçüncü şəxslər tərəfindən ipotekaya qoyulmuş ünvan 1ndə yerləşən hər birinin sahəsi 0,07 ha olan torpaq sahələrinə yönəldilməsi, həmin torpaq sahələri açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qət edilmişdir və qətnamə qanuni qüvvəsini almışdır. X3 Yekunları barədə 40/01, 40/03 və 40/02 saylı, 15 aprel 2011-ci il tarixli protokollardan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrdən görünür ki, Əmlakların açıq hərracda satılması məqsədilə “xxxx” MMC tərəfindən ekspertiza keçirilmiş və üçüncü şəxslərin hər bi rinə məxsus olan 0,07 ha torpaq sahələrinin hər birinin ilkin hərrac qiyməti 112.000 manat qiymətləndirilmiş və təkrar hərracdakı qiymətindən 25% aşağı salınmış qiymətə 71400 manat qiymətinə iddiaçıya satılmışdır. İddiaçı hərrac protokolunu cavabdehə təqdim edərək torpaq sahələrinə hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh mübahisəli torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olmasını bildirib bundan imtina etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən, üçüncü şəxslərin hər birinə fərdi yaşayış evi tikintisi üçün Səbail rayonu, H.Rəhmanov küçəsi 6-cı Bayıl massivində 0.07 ha torpaq sahəsi ayrılmışdır. Üçüncü şəxslərin hər birinin mülkiyyətində 0,07 ha torpaq sahəsi olmuş, həmin torpaq sahələri kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edi lmiş, kredit ödənilmədiyindən məhkəmə qətnaməsi əsasında torpaq sahələrinin hərrac qaydasından satılması qərara alınmış, sonra isə torpaq sahələri alqı-satqı ilə iddiaçıya satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılmış araşdırmalar nəticəsində mübahisəli torpaq sahələrindən birinin faktiki ölçüsünün 595 kv.metr olmaqla hüquqmüəyyənedici sənəddə göstərilən 700 kv.metr ölçüdən 105 kv.metr az olması, torpaq sahələrindən döngələrin faktiki ölçüsünün 600 kv.metrdən az olmaqla hüquqmüəyyənedici sənəddə göstərilən 700 kv.metr ölçüdən 100 kv.metr az olması və X7 məxsus olan və hazırda “xxxx” ASC-yə satılan 0,07 ha torpaq sahəsinin 450 kv.metr hissəsinin DT və XK tərəfindən X10 verilmiş kadastr planı ilə üstüstə düşməsi müəyyən olunduğundan, iş üzrə ekspertiza təyin edilmişdir. 27 avqust 2018-ci il tarixli, 17418 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən, qərardadın suallarına dair nəticələr aşağıdakı kimi müəyyən edilir: elektron kadastr baza məlumatlarına əsasən koordinatlar verilmiş və üç hissədən ibarət olmuş 1865 kv.metr torpaq sahəsinin 600 kv.metr hissəsi **********65 reyestr nömrəsi ilə X2 mülkiyyətindədir, 460 kv.metr hissəsi **********90 reyestr nömrəsilə X8 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsidir. 600 kv.metr hissəsində JN-341 saylı şəhadətnamənin elektron baza məlumatı mövcuddur. 205 kv.metr to rpaq sahəsi ilə bağlı məlumat yoxdur. Beləliklə, iddiaçı bank ipoteka predmeti olan 0,21 ha torpaq sahəsini hərrac yolu ilə alsa da, həmin torpaq sahələrinin faktiki ölçüsü ümumilikdə 1865 kv.metr təşkil etdiyindən, iş üzrə ekspertiza həmin ölçüdə olan torpaq sahələri üzərində aparılmış və müəyyən olunmuşdur ki, 1865 kv.metr torpaq sahəsinin 460 kv.metr hissəsinin hazırda **********90 reyestr nömrəsilə X8 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə aiddir. Apellyasiya instansiyası məhkəməsi də müvafiq olaraq 460 kv.m və 205 kv.m torpaq sahələri istisna olmaqla faktiki olaraq qalan 1200 kv.m hissəyə aid iddiaçının hüququnu tanımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair et irazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşin yuxarıda sadalanan hallarından görünür ki, 1865 kv.metr torpaq sahəsinin 460 kv.metr hissəsi artıq **********90 reyestr nömrəsilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bununla bağlı X8 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisələndirilməmiş, çıxarışın ləğvi ilə bağlı hər hansı hal qanuni qüvvəsini almış məhkəmə qərarı iş üzrə müəyyən olunmamışdır. Belə olan halda mübahisəli torpaq sahəsinin 460 kv.metr hissəsi ilə bağlı X8 adına dövlət reyestrindəki qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan həmin torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri ndə iddiaçının adına qeydiyyata alınmasından imtina edilmişdir. Eləcə də iş üzrə verilmiş ekspert rəyi əsasında torpaq sahəsinin 205 kv.metr hissəsi ilə bağlı məlumatın olmadığı müəyyən edildiyindən və həmin hissədə torpaq sahəsinin hazırda X4 və X5 mülkiyyətində olması ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etmişdir. İddianın rədd edilən hissəsi ilə bağlı iddiaçı mübahisə açmamışdır. Hazırkı mübahisə üzrə cəmi 1200 kv.m torpaq sahəsinə iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının ( yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol hesab olunur. İddiaçı hüququn qeydə alınmasını arzu etdiyi torpaq sahəsini ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol əsasında əldə etmişdir. Odur ki, mübahisə olunan hissədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İPM-in 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orq anın üzərinə düşür. Cavabdeh inzibati orqan hüququn qeydə alınmasından imtina üçün faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İd arəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1624/2019 saylı, 3 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar