Məhkəmə qərarları › İş №2-1(102)-2998/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2998/2019

29.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2998/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1596/2019 saylı iş üzrə 04 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin 25 iyul 2018-ci il tarixli, **********2 saylı məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsasl andırılmışdır ki, iddiaçıya pensiya hüququnun yarandığı 30 mart 2007-ci il tarixdən quvvədə olan qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin hazırda onun tərəfindən güzəştli iş stajını təsdiq edən sənəd təqdim olunmadığı üçün güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək onun 03.09.1971-ci ildən 19.08.2004-cü il tarixədək müxtəlif təşkilatlarda qaldırıcı qurğunu idarə edən (kran maşinisti) vəzifəsində işlədiyi illərin güzəştli sığorta stajı kimi nəzərə alınmaqla, 19.08.1996-cı ildən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin 19.08.1996-cı ildən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həva lə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında güzəştli iş stajını təsdiq edən sənədin təqdim olunmadığını nəzərə almaqla iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-209/2019 saylı, 26 fevral 2019-cu il tarixli qərarı (hakim – X.X.İmanov) ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı 03 sentyabr 1971-ci il tarixdən 19 avqust 2004-cü il tarixədək kran maşinisti peşəsində işlədiyi illər güzəştli iş stajı kimi nəzərə alınmaqla 57 yaşının tamam olduğu 19 avqust 2001-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 01.01.2006-cı ildən 09.08.2006-cı ilədək ödənilməmiş əmək pensiyasının İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Nərimanov rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan ayrı-ayrılıqda iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1596/2019 saylı, 04 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov hakimlər – A.B.Nuriyeva və V.M.Ağayev) iddiaçı və cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1814/2019 saylı, 26 fevral 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. İddiaçı və cavabdeh həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. İddiaçı apelyasiya məhkəməsinin qərarını ləğv edərək iddianın təmin edilməsinə dair yeni qərar ç ıxarılmasını xahiş etmişdir. Cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, 33 ildən artıq zərərli və ümumi iş stajı olduğu nəzərə alınmaqla ona 52 yaşdan güzəştli şərtlərə pensiya təyin edilməli idi. Onun işdədiyi zərərli şəraitdə 6-cı dərəcəli krançı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmuşdur. Cavabdehin kassasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi krançı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahıda nəzərədə tutulmamışdır. Eyni zamanda, məhkəmə iddiaçının güzəştli şərtlərlə işləməsi barədə arayışı təqdim etməməsinə baxmayaraq iddianı qismən təmin etmişdir. Belə ki, Qaydalara görə Qanunun 9.1-ci maddəsi ilə əmək pensiyası təyin edilən şəxslərə tələb olunan iş yerindən arayış olmadığı halda, 57 yaşından ona pensiya təyin etmişdir. Qeyd edilən səbəbdən 1971-2004-cü illərin onun sığorta stajına daxil edilməsi qanuna ziddir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı v ə yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur.(İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin m ümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin: - «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifəl ərin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; - «b» bəndinə əsasən isə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; - güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. (13.06.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən və dəyişikliyə görə qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). Apellyasiya məhkəməsi iddiaçının malik olduğu xüsusi stajla bağlı apardığı araşdırma nəticəsində belə müəyyən etmişdir ki, 2002-ci ilə qədər onun qüllə kranı maşınisti kimi xüsusilə ağır iş şəraitində 25 ildən çox iş stajı toplanır. Məhkəmə qeyd etmişdir ki, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq olumuş, «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» nə 1 №-li, nə də ki 2 №-li Siyahısında isə həmin peşə ağır iş şəraitinə aid peşələr sırasına aid edilməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə yalnız 1 yanvar 2006-cı il t arixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə minməsi ilə onun 9.1-ci maddəsinin göstərişindən irəli gələrək Azərbaycan Nazirlər Kabinetinin 23 vanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı»nın 1.1.2-ci hissəsinin («Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər») «a» (fəhlələr) bəndinin 12-ci yarımbəndində («kran maşinistləri») xüsusilə ağır iş şəraitinə aid olan peşələr sırasında təsbit olunmuşdur. Məhkəmə hesab etmişdir ki, 09.08.1944-cü il təvəllüdlü iddiaçının 57 yaşının tamam olduğu 09.08.2 001-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Həmin vaxt qüvvədə olan, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndinə əsasən 2 №-li Siyahı üzrə göstəricilərdə çalışan şəxslər üçün 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı olduquda, 57 yaşdan pensiya hüququnun yarandığı nəzərdə tutulurdu. Lakin iddiaçının çalışdığı kran maşinisti peşəsi həmin vaxt nə 1-ci, nə də 2-ci Siyahıda yer almadığından, qanunun həmin normasının iddiaçıya şamil edilməsi istisna olunur. Bu baxımdan, apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəli hüquq münasibətlərinə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci və 32.1-ci və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci maddələri tətbiq olunmaqla, iddiaçıya onun güzəştli şərtlə rlə yaşa görə əmək pensiya pensiyası hüququnun yarandığı 09.08.2001-ci il tarixdən (57 yaşdan) təyin olunmalı, lakin ona pensiyanın hesablanıb ödənilməsi həmin qanunun müəyyən etdiyi hazırkı prosedur qaydalarına müvafiq olaraq müəyyənləşdirilməlidir. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun belə hüquq verən Azərbaycan Nazirlər Kabinetinin 23 vanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilmiş işdə çalışması nəticəsinə gəlsə də, bununla bağlı işin hallarını xidməti vəzifəsinin tələb etdiyi qaydada tam və hərtərəfli araşdırmamışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası “Azərsənayetikinti” Səhmdar Cəmiyyəti “xxxx” Törəmə Müəssisəsi və “xxxx” ASC tərəfindən verilmiş arayışlarda (i.v.43 - 44) iddiaçının işlədiyi 6-cı dərəcəli krançı peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə və Azərbaycan Nazirlər Kabinetinin 23 vanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsinə (ümumi peşələr üzrə) əsasən güzəştli şərtlə pensiya hüququ verdiyi göstərilmişdir. Lakin nəzərə almaq lazımdır ki, həmin arayışlarda iddiaçının işlədiyi peşənin Siyahıda əks olunmuş konkret kodu göstərilməmişdir. Bundan başqa, hər iki Siyahının ümumi peşələr bölməsində krançı peşəsi nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsinin istinad etdiyi Azərbaycan Nazirlər Kabinetinin 23 vanvar 2007ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı»nın 1.1.2-ci bəndinə münasibətdə isə aşağıdakılar qeyd edilməlidir. Həqiqətən də Siyahının həmin bəndində müəyyən edilmişdir ki, «Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər») «a» (fəhlələr) bəndinin 12-ci yarımbəndində («kran maşinistləri») xüsusilə ağır iş şəraitinə aid olan peşələr sırasına aiddir. Lakin nəzərə almaq lazımdır ki, 1-ci bənd ümumən Dağ-mədən sahəsindəki peşələrə həsr edilmişdir və 1.1.2-ci bənd həmin 1-ci bəndin alt bəndidir. Bu isə o deməkdir ki, 1.1.2-ci b ənddə nəzərdə tutulan peşələr məhz dağ-mədən sahəsindəki işlərə aiddir. Apellyasiya məhkəməsi isə iddiaçının işlədiyi krançı peşəsini 1.1.2-ci bəndə aid etsə də, onun həqiqətən dağ-mədən sahəsində işləməsi halını araşdırmamış və qiymətləndirməmişdir. Məhkəmə bu qaydada araşdırma aparmadığından iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar düzgün müəyyən olunmamış qalmışdır. Təkrar apellyasiya baxışı zamanı sözügedən məsələ üzrə hərtərəfli araşdırmanın aparılması təmin edilməli, mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi təmin olunmalı, iddiaçının işlədiyi peşələr və bu zaman yerinə yetirdiyi əmək funksiyasının xarakteri nəzərə alınmaqla onun güzəştli şərtlə əmək pensiyası hüququna malik olub-olmad ığına qiymət verilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1596/2019 saylı iş üzrə 04 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar