Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2999/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDAD (prosessual müddətin bərpasına dair ərizəyə baxılması barədə) iş № 2-1(102)-2999/19 Bakı şəhəri 6 noyabr 2019-cu il 06.11.2019 Açar sözlər: müddətin bərpasına dair ərizə və kassasiya mümükünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili XXXun iştirakı ilə İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 may 2019-cu il tarixli, 2-1(103)-1120/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəyə baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi və ona 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2-1(82)975/2019 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin qərardan ca vabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 may 2019-cu il tarixli, 2-1(103)-1120/2019 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Sonuncu qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 16 oktyabr 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bildirişi cavabdehə göndərilmişdir. Bildirişdə iddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmiş, şikayət vəkil tərəfindən tərtib olunmaqla imzalanmamış, habelə vəkilin orderi şikayətə əlavə edilməmişdir. Bu səbəbdən, təyin olunan vaxta qədər göstərilmiş nöqsanların aradan qaldırılması, yəni prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin, habelə vəkil tərəfindən tərtib olunmaqla imzalanmış kassasiya şikayətinin və vəkilin orderinin təqdim olunması iddiaçıya təklif edilmişdir. İddiaçı təyin edilmiş vaxta qədər göstərilmiş nöqsanları aradan qaldırmış, vəkil tərəfindən imzalanmış kassasiya şikayətini və vəkilin orderini, habelə prosessual müddətin bərpasına dair ərizəni təqdim etmişdir. Ərizədə bildirilmişdir ki, prosessual müddətin 1 gün ötürülməsinin səbəbi qanunvericiliyin tələblərinin düzgün təfs ir edilməməsi ilə bağlıdır. İddiaçı hesab etmişdir ki, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti təqvim ayı kimi 1 ay müddətində verilməlidir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin verilməsi üçün müddətin üzürlü səbəbdən buraxıldığını bildirməklə onun bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən ke çirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: - 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərarda dı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrd ən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərarının təqdim edildiyi gündən 1 ay - 30 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. İşin 71-ci səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən göründüyü kimi, iddiaçıya apellyasiya məhkəməsinin qərarı 22 iyul 2019-cu il tarixində təqdim edilmişdir. İşin 75-ci səhifəsində olan kassasiya şikayətinin göndərildiyi zərfin üzərindəki poçt ştampından göründüyü kimi, şikayət apellyasiya instansiyası məhkəməsinə təqdim olunması üçün 22 avqust 2019-cu il tarixdə tə qdim olunmuşdur. Prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası İPM-nin müddəalarında aşağıdakılar müəyyən olunmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Müddəaların mənasına əsasən, kassasiya şikayətinin verilmə si üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı səhv olaraq kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin bir təqvim ayı kimi anlaşıldığı üçün, prosessual müddətin 1 gün ötürüldüyünü bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizədə göstərilmiş əsas bur axılmış müddətin bərpası üçün yetərli deyildir. Belə ki, yuxarıda istinad edilmiş Məcəllənin 94.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilməsi müəyyən edilsə də, lakin Məcəllənin 89-cu maddəsində məhkəmə qərarının onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minməsi müəyyən edilmişdir. Hər iki maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, inzibati prosessual qanunvericilikdə kassasiya şikayətinin verilməsi müddəti 1 ay kimi nəzərdə tutulmuş, lakin həmin ayın günlərlə hesablanması 30 gün kimi müəyyən edilmişdir. Hər hansı bir ayın 31ci günü mövcud olduqda belə, bu istisna kimi qəbul edilməməli və hər bir halda şikayətin verilməsi müddəti 1 ay və ya 30 gün kimi qəbul edilməlidir. Şikayətin 31-ci gün verilməsi artıq onu ehtiva edir ki, apellyasiya məhkəməsinin qərarının alındığı gündən 30 gün keçdiyi üçün, o, qanuni qüvvəyə minmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə iddiaçının ərizəsində istinad edilmiş hal qanunvericiliklə müəyyən edilmiş proses iştirakçısının təqsiri olmadan buraxılması kimi qiymətləndirilmir və bu səbəbdən ərizə təmin edilməməli, kassasiya şikayətinin verilmə müddəti buraxıldığından, kassasiya mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 96.2-ci və 96.3-cü maddələrinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Bu səbəbdən şikayət in qəbulundan imtina edilməlidir, apellyasiya instansiyası məhkəməsinin qərarı isə iddiaçıya münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İPM-nin 24 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 may 2019-cu il tarixli, 2-1(103)-1120/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmasın, kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2999/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2999/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver