Məhkəmə qərarları › İş №2-1(102)-3/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3/2018

02.05.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3/2018 02.05.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR 02 may 2018-ci il şəhəri iş № 2-1(102)-3/18 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı və cavabdehin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Cavabdeh nümayəndəsi Nail Xəlilovun və vəkili İsmayıl Əhmədin iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Cavabdeh rəis müavini Vüqar Əliyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2016-cı il tarixli, 2-1(103)-271/2016 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxı lmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin «Səyyar vergi yoxlaması keçirilməsi haqqında» 12 sentyabr 2014-cü il tarixli, **********805173 saylı qərarına əsasən onun barəsində tərtib olunmuş 16 fevral 2015-ci il tarixli, **********837235 nömrəli aktın və həmin aktdan əmələ gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» 12 sentyabr 2014-cü il tarixli, **********805173 saylı qərarına əsasən iddiaçı ilə bağlı 16 fevral 2015-ci il tarixdə tərtib olunan aktın qismən, yəni akta əsasən ona hesablanan 496.924,27 manat gəlir vergisinin azaldılması və tətbiq olunan 248.462,14 manat maliyyə sanksiyasına aid hissədə ləğv olunması, 31 mart 2015-ci il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********880509 saylı qərarının ləğv edilməsi və bundan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 12 oktyabr 2011-ci il tarixində notarial qaydada bağlanmış müqavilə əsasında onun nənəsi Ç.Hüseynova mehmanxana kompleksini ona bağışlamışdır. Bu halı əsas götürməklə cavabdeh tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı mehmanxananın dəyərinin 2011-ci ilin yekununa görə gəlir vergisi hesabatında tərəfindən əks etdirilməməsi bildirilmiş və bununla bağlı ona gəlir vergisi və müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Verginin hesablanmasını o əsasla qanunsuz hesab edir ki, əmlak ona nənəsi, müxtəlif qanunvericiliyin tələbləri baxımından yaxın qohumu – ailə üzvü tərəfindən bağışlanmış və bu səbəbdən həmin əmlak vergi qanunvericiliyinə əsasən hədiyyə kimi tam dəyərində gəlir vergisindən azaddır. Cavabdeh təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçı vergi ödəyicisi kimi mehmanxana xidmətlərinin göstərilməsi və daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 12 oktyabr 2011-ci il tarixli müqavilə ilə Ç.Hüseynova tərəfində n “Diplomat Hotel” mehmanxanası bağışlanmış, həmin əmlakın dəyəri gəlir vergisinə cəlb edilməmişdir. Bu səbəbdən 2011-ci il üzrə gəlir vergisinin 496924,27 manat azaldılması müəyyən edilmişdir. İddiaçının istinad etdiyi dəlillər o səbəbdən qəbul edilə bilməz ki, vergidən azad olunmaya dair müddəalara əsasən “nənə” ailə üzvü kimi qəbul edilməmiş və bu baxımdan digər qanunvericiliyin müddəaları deyil, məhz vergi qanunvericiliyin müddəası tətbiq edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli, 2-1(81)1773/2015 saylı qərarı (hakim Fəqan Əhmədov) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən hədiyyə kimi alınmış əmlak gəlir vergisindən azad edilməlidirr, çünki hədiyyə iddiaçının yaxın qohumu olan nənəsi tərəfindən bağışla nmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2016-cı il tarixli, 2-1(103)-271/2016 saylı qərarı ilə (sədrlik edən hakim Ülvi Mayılov, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin mülki hüququ normaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına ziddiyyət təşkil etdiyi üçün “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.3, 13.2.7, 39.2-ci maddələri, “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.5-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2017-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Cavabdeh hüquq varisi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin rədd edilməs inə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, məhkəmə tərəfindən düzgün olmayan maddi hüquq normaları tətbiq edilmişdir, çünki vergi münasibətlərində vergitutma və vergi nəzarəti məsələləri üzrə məhdud çərçivədə olan istisnalar kimi digər qanunvericiliyinin müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 13-cü maddəsində müəyyən edilmişdir ki, bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Lakin Vergi Məcəlləsi nin 13.2.7-ci maddəsində ailə üzvləri sırasına daxil olan şəxslərin dairəsi dəqiq göstərildiyindən, digər qanunvericilik aktlarında müəyyən olunmuş anlayışların məsələyə tətbiqi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Daha bir dəlillə bildirilmişdir ki, məhkəmə tərəfindən “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.5-ci maddəsinin tətbiqi o əsasla düzgün hesab edilməməlidir ki, həmin qanunun 10.3-cü maddəsi konkret münasibətlərə sahə normativ hüququ aktın tətbiqini müəyyən etmişdir. Digər dilillərində cavabdeh əlavə verginin hesablanması üçün əsas olan hallar və onun hüquqi əsasları barədə bildirilmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, o nun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında əsaslandığı sübutlar aşağıdakı kimi gösttərilmişdir. Cavabdeh «Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» 12 sentyabr 2014-cü il tarixli, **********805173 nömrəli qərarına əsasən, İddiaçı fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünl üyünün yoxlanılması məqsədi ilə 2011-ci ilin avqust ayından 2014-cü ilin avqust ayınadək plan vergi dövrünü əhatə edən növbəti səyyar vergi yoxlması təyin edilmiş, yoxlamanın nəticəsi 16 fevral 2015-ci il tarixli, **********837235 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən gəlir vergisinin 2011-ci il üzrə 496924,27 manat azaldılması müəyyən edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 31 mart 2015-ci il tarixli, **********880509 saylı qərarına əsasən, vergi öldəyicisinə gəlir vergisi üzrə 496.924,27 manat hesablanmış və 248462,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bu sübutlara əsaslanmaqla məhkəmə tərəfindən işin halları aşağıdakı kimi müəyyə n edilmişdir. İddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyəəməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2011-ci ilin avqust ayından 2014-cü ilin avqust ayınadək plan vergi dövrünü əhatə edən növbəti səyyar vergi yoxlması təyin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 0,012 ha torpaq sahəsində yerləşən 185/1 saylı fərdi yaşayış evinin nənəsi X1 tərəfindən Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 12 oktyabr 2011-ci il tarixdə notarial qaydada təsdiq olunmuş müqavilə əsasında nəvəsi İddiaçı bağışlaması ilə əlaqədar bağışlanmış əmlakın dəyərinin iddiaçı tərəfindən gəlir vergisinə cəlb edilmədiyi müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq 16 fevral 2015-ci il tarixli səyyar yoxlaması aktı tərtib edilmiş və bu a kt əsasında 31 mart 2015-ci il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********880509 saylı qərar qəbul edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilib -verilmədiyinin mübahisə olunmadığını, lakin iddianın mümkünlüyü məsələsinin yoxlanılması bütün məhkəmə instansiyalarına aid olduğundan məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Tələblərində iddiaçı aşağıdakıları xahiş etmişdir: - iddiaçı ilə bağlı 16 fevral 2015-ci il tarixdə tərtib olunan aktın qismən, yəni akta əsasən ona hesablanan 496.924,27 manat gəlir vergisinin azaldılması və tətbiq olunan 248.462,14 manat maliyyə sanksiyasına aid hissədə ləğv olunması (1); - 31 mart 2015-ci il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********880509 saylı qərarının ləğv edilməsi (2); - bundan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi (3). Birinci tələbə uyğun olaraq iddianın növü müəyyən olunark ən Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğu yoxlanılmalıdır. Həmin maddəyə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən isə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklə rin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, onun inzibati məhkəmə icraatı mümkün hesab edilə bilər. İddiaçının mübahisələndirdiyi akt o əsasla mümkün hesab edilməməlidir ki, özüözlüyündə iddiaçıya münasibətdə hər hansı bir hüquqi nəticəni verməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsində səyyar vergi yoxlaması ilə bağlı aşağıdakı qaydala r müəyyən edilmişdir: - 39.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır; - 49.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; - 62.2-ci maddəsinə əsasə n, vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Müddəalardan göründüyü kimi, səyyar vergi yoxlaması zamanı akt tərtib olunsa da, lakin vergi ödəyicisinə münasibətdə onun təsiri yalnız məsuliyyətə cəlb olunması barədə qərar qəbul edildiyi halda mövcud olur. Qərarın qəbul edilməsi ilə vergi ödəyicisi öz hüquqularının pozulmasına əsaslana bilər və məhz belə qərarın mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmetini təşkil edə bilər. Bu əsaslardan çıxış etməklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 16 fevral 2015-ci il tarixli səyyar vergi yoxlaması aktının ləğv edilməsi hiss əsində mümkün sayılmamalıdır. Üçüncü tələb isə Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia kimi qiymətləndirilə bilər. Həmin maddəyə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Lakin tələblərdən göründüyü kimi, iddiaçının üçüncü tələbi ikinci tələbin, yəni onun məsuliyyətini müəyyən edən qərarın ləğvinin nəticəsi kimi irəli sürülmüşdür. Belə olan halda isə, ikinci tələb üzrə mübahisə müsbət həll olunduqda artıq sonuncu tələbin müstəqil tələb kimi deyil, qərarın ləğvinə dair tələbin icrası qaydasında bütün hüquqi nəticələrin ləğv edilməsini zəruri edəcəkdir. Bu isə iddia tələblərin in asılılığını müəyyən edən amil olmaqla üşüncü tələbə müstəqil qaydada baxılmasını istisna etmişdir. Məsələyə münasibətdə məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 10.1-ci bəndində əks olunmuş hüquqi mövqeyinin bildirilməsini zəruri hesab edir. Həmin müddəada göstərilmişdir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalı dır. Bu əsaslardan çıxış etməklə məhkəmə kollegiyas hesab edir ki, üçüncü tələb hazırki mərhələdə Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinin anlamında mümkün hesab edilə bilməz. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslrının tam düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyası tərəfindən aşağıdakı qaydada qiymətləndirmə aparılmışdır. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2011-ci il üzrə gəlir vergisi hesablanmışdır. Onun hesablanmasının əsasını 12 oktyabr 2011-ci il tarixli əmlakın bağışlanması barədə müqavilə təşkil etmişdir. Cavabdeh hesab etmişdi ki, həmin müqavilə əsasında iddiaçı gəlir əldə etmiş, lakin həmin gəlirdən vergini ödəməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya əmlak kompleksi nənəsi tərəfindən bağışlanıldığından, gəlir vergisindən azad olunmalıdır. Məhkəmə kollegiyası tərəfindindən aşağıdakı qaydada qiymətləndirmə aparılmışdır. İşin hallarına görə iddiaçıya sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş gəlirə münasibətdə vergi hesablanmışdır. Bu vergi növünün müəyyən edilməsi ilə bağlı zamana görə qüvvədə olmuş Azərbaycan Resublikası Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) aşağıdakılar nəzərdə tutulmuşdur: - 13.2.10-ci maddəsinə əsasən, malların təqdim edilməsi — mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzr ə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi; - 13.2.16.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir, o cümlədən bu əmlakda iştirak payının təqdim edilməsindən gəlir Azərbaycan mənbəyindən gəlirə aiddir; - 96.1-ci maddəsinə əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir; - 97.1-ci maddəsinə əsasən, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir; - 97.3.2-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir gəlirlərə aidd ir; - 99.2.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir sahibkarlıq fəaliyyətindən gəlirə aiddir; - 99.3-ci madəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: 99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla; - 101.2-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən dərəcələrlə vergi tutulur; - 114.1-ci maddəsinə əssən, bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır; - 114.7-ci maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) tə qdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir. - 114.9-ci maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ, həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır. Sadalanmış müddəaların ümumi mənasına görə, daşınmaz əmlakın (aktivin) təqdim edilməsi onun üzərində mülkiyyət hüququnun başqasına verilməsi kimi qiymətləndirilir və belə təqdim etmə bir halda sahibkarlıq fəaliyyətindən gəlirə aid edilir, digər halda isə həmin aktiv sahibkarlıq fəaliyyəti üçün istifadə edilmədikdə - qeyri-sahibkarlıq fəaliyyətdən gəlirə aid edilmişdir. Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətdən gəlirlərin hesablanması qaydaları müxtəlif olmaqla, müxtəli f halların (hüquqi faktların) müəyyən edilməsini zəruri edir. Belə ki, aktivlərin təqdim edilməsi üçün gəlirin müəyyən edilməsi məqsədilə onun qalıq dəyəri müəyyən edilməli, bu zaman amortizasiya ayırmaları nəzərə alınmalıdır. Hesablanmış gəlir vergisinə münasibətdə müddəaların tətbiqi ilk olaraq onunla bağlıdırı ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktiv təqdim edilməmişdir. Həmin aktiv hətta belə sahibkarlıq məqsədləri üçün istifadə edilsə də, lakin iddiaçıya hədiyyə kimi təqdim edilmişdir. Bu halda fiziki şəxsə hədiyyə edilən aktiv onun qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməlidir. Bu növ verginin hesablanması isə xüsusi qayda üzrə həyata keçirilməlidir. Bu qaydaya görə şəxsin illik gəlirindən müvafiq dərəcələrlə vergilərin hesablanm ası nəzərdə tutulmuşdur. Yəni, vergini müəyyən edən şərtlərdən birini vergitutma bazası təşkil etdiyi üçün, Vergi Məcəlləsinin 12.4-cü maddəsinə əsasən, vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi müəyyən edilməlidir. İşin hallarına münasibətdə bu qayda üzrə vergilərin hesablanması həyata keçirilməmişdir. İddiaçının vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti yoxlanılmış və onun tərəfindən təqdim edilmiş 2011-ci il üzrə gəlir vergisi bəyannaməsi ümumi gəlirlərinin yuxarıda göstərilmiş əsas üzrə azaldılması müəyyən edilmiş və sahibkarlıq fəaliyyətini həyata keçırən şəxslərə münasibətdə vergi qanunveriicliyin müddəaları tətbiq edilməklə vergilər hesablanmışdır. Bu halda cavabdeh tərəfindən Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələbləri tətbiq edilmişdir ki, həmin madd əyə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Halbuki, istinad edilən əməliyyatla iddiaçının əldə etdiyi gəlir sahibkarlıq fəsliyyətindən əldə edilən gəlirə aid edilə bilməzdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin də məsələyə bu qaydada verdiyi qiymətləndirmə ilə razılaşdığını qeyd edir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər istər sahibkarlıq fəaliyyəti ilə bağlı, istərsə də sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə vergi növünün müəyyən edilməsində qeyri-müəyyənliyin aradan qaldırılmasına, vergi siyasətinin daha dürüst tətbiq edilməsinə zəmanət yaradmışdır. B elə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu ilə məsələ ilə bağlı müxtəlif maddələrə əlavə və dəyişikliklər edilmiş və həmin qanunun 01 yanvar 2016cı il tarixindən qüvvəyə minməsi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi habelə digər əsaslar üzrə mübahisələndirilən qərarı qanunsuz hesab etsə də, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına uyğun olaraq hüquqi əsaslar üzrə həmin qərarı qanunsuz hesab etməklə, bu hissədə apellyasiya məhkəməsinin nəticəsinin qüvvədə saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası İPM-nin 96.7-ci maddəsinə əsasən mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmən in gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bundan başqa, məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, istinad edilmiş müqavilə məhkəmə qaydasında mübahisələmdirilmiş və cavabdehin maraqlı şəxs kimi cəlb edilmiş məhkəmə icraatı qaydasında qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktları (Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(102)2566/18 saylı qərar) ilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsi nin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə qismən uyğun qəbul edilmişdir və kassasiya şikayət qərarın qismən ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Cavabdeh rəis müavini Vüqar Əliyev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 11 iyul 2016-cı il tarixli, 2-1(103)-271/2016 saylı qərarı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmış hissədə qismən ləğv edilsin. İddia tələbləri “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» 12 sentyabr 2014cü il tarixli, **********805173 saylı qərarına əsasən iddiaçı ilə bağlı 16 fevral 2015-ci il tarixdə tərtib olunan aktın qismən, yəni akta əsasən ona hesablanan 496.924,27 manat gəlir vergisinin azaldılması və tətbiq olunan 248.462,14 manat maliyyə sanksiyasına aid hissədə və bütün hüquqi nəticələrin ləğv edilməsi hissəsində - ləğv edilsin və həmin iddia tələbləri mümkün sayılmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar