Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3/2020) Bakı şəhəri xx xxxxxx 2020-ci il (açar sözlər: iddiaçıya daxili işlər orqanlarında xidmət etdiyi müddətdə yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluğa görə əlavələr ödənilməmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, vəkili XXX oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublik ası Daxili İşlər Nazirliyinə qarşı yeni məlumat vərəqəsinin göndərilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-2799/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxiliİşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, XXX polis şöbəsinin cinayət axtarışbölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyini və polis mayoru rütbəsi ilə öz xahişi ilə xx xxxxxxxx 2008-ci il tarixdən daxili işlər orqanından xaric edilərkən xidmət müddətinin t əqvim hesabıilə 20 il 25 gün, imtiyazlı hesablama ilə 27 il 07 ay 25 gün təşkil etdiyini, ona 27 ilxidmət ili üzrə təminat xərcliyinin 71 faizi miqdarında pensiya təyin edildiyini, axırıncı işyeri olan XXXu coğrafi mövqeyinə görə dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyi halda, onu yüksəkliyə görə 20 faiz əlavə ödənişin təminat xərclərinin tərkibində məlumatvərəqəsinə daxil edilmədiyini bildirərək, təminat xərcliyinə yüksəkliyə görə 20 faiz olmaqla 106,35 manat pulun pensiyaya hesablanması üçün məlumat vərəqəsinə əlavə edilməsi və 10 il müddətinəona ödənilməyən məbləğin hesablanaraq təminat xərcliyinə daxil edilərək ödənilməsi üçünDövlətSosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi haqqında X6 İdarəsinəgöndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ni xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)2710/2018 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – M.T.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-2799/2018 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və Ş.A.Məmmədova) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından İddiaçı və onun vəkili Vəkilkassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahi ş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, XXXu coğrafi mövqeyinə görə dəniz səviyyəsindən yüksəklikdə yerləşir və iddiaçının iş otağı XXX Polis Şöbəsində olsa da, o, işlədiyi dövrdə yeganə axtarış üzrə əməliyyat müvəkkili olduğundan, axtarış tədbirləri ilə bağlı gecə-gündüz “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli, xx xxxxxx 2002-c i il tarixli qərarının 1 nömrəli əlavəsində müəyyən olunmuş Quxur, Sudur, Xuluq, Ləzə, Əniq, Çətgün kəndlərində olmuş, postda dayanaraq xidmət göstərmiş, buna baxmayaraq, yüksəkliyə görə 20 faiz əlavə ödəniş onun təminat xərclərinin tərkibində məlumat vərəqəsinə daxil edilməmiş, Daxili İşlər Nazirliyinin Baş Kadr və Maliyyə Plan İdarəsinin hərəkətsizliyi nəticəsində 10 ildir ki, iddiaçı bu məbləği ala bilmir. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 və vəkili XXX o ğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin iş in müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, vəkili XXX oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-2799/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı, XXX RPŞ-nin CABnınaxtarış üzrə əməliyyat müvəkkili vəzifəsindən polis mayoru rütbəsi ilə öz arzusuna əsasənxx.xx.2008-ci il tarixindən daxili işlər orqanlarından xaric edilmiş, daxili işlər orqanlarında nxaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 20 il 25 gün, imtiyazlı hesablama ilə27 il 7 ay 25 gün təşkil etmiş, iddiaçının pensiya təminatı vəzifə maaşı 300 manat, rütbəmaaşı 130 manat, xidmət illərinə görə 25 faiz əlavə 107,50 manat, məharət dərəcəsinə görə25 faiz əlavə - 75 manat və ərzaq payı əvəzinə 64 manat nəzərə alınmaqla cəmi 676,50manat aylıq pul təminatının 71 faizi hesabı ilə 480,31 manat təşkil etmiş, iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, xidmət etdiyi yerin yüksəklikdə yerləşməsi ilə bağlı yüksək dağ yerlərində iqlim xüsusi şəraitində qulluğa görə ödənilən əlavənin təminat xərcliyində göstərilməklə yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi X6 İdarəsinə göndərilməsini xahiş etmiş, sonuncu, xx.xx.2018-ci il tarixli mək tubla aparılmış araşdırma nəticəsində iddiaçının XXX polis şöbəsinin cinayət axtarış bölməsinin axtarış üzrəəməliyyat müvəkkili vəzifəsində xidmət edərkən yüksəkliyə görə 20% əlavə ödəniş almasıilə bağlı rayon polis şöbəsində və Daxili İşlər Nazirliyində rəsmi sənədin aşkar edilmədiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli, xx xxxxxx 2002-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi h aqqında” Siyahıda nəzərdə tutulmuş ərazilərdə iddiaçı işləmədiyindən, cavabdehin onun qarşısında yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluğa görə əlavələrin təminat xərcliyinə daxil edilərək yeni məlumat vərəqəsinin DSMF-nin aidiyyəti orqanına göndərmək öhdəliyi yaranmamış, iddiaçının daxili işlər orqanlarında sonuncu xidmət etdiyi vəzifə olan XXX polis şöbəsinin cinayət axtarışı bölməsinin axtarış üzrə əməliyyat müvəkkilli vəzifəsi olmuş, iddiaçı XXX şəhərində işləmiş, bu səbəbdən qanunvericiliyin tələblərinə əsasən ona yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluğa görə əlavələr ödənilməli olmamış, həmçinin iddiaçı apellyasiya şikayətində xidməti fəaliyyəti ilə əlaqədar Quxur, Sudur, Xuluq, Laza, Zindanmuruq, Əniq, Çətgün kəndlərində postda dayandığını və xidmət etdiyini qeyd etsə də, iddiaçıya daxili işlər orqanlarında xidmət etdiyi müddətdə ona yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluğa görə əlavələr ödənilməmiş, bu əlavələr onun təminat xərcliyinə daxil edilməmiş, digər tərəfdən bu cür əlavələr XXXunda daxili işlər orqanlarında xidmət edən bütün polis əməkdaşlarına deyil, yalnız adı Siyahıda təsbit edilmiş kəndlərdə sahə müvəkkilləri, sahə inspektorlarına şamil edilir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əm ək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikası nın qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. Qanunun 20.1-ci maddəsinə əsasən bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli, xx.xx.1992-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün pul təminatları növündə yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi nəzərdə tutulmuşdur. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək ü çün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli, xx xxxxxx 2002-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilmişdir. Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilir. Həmin Qərarın 1 nömrəli əlavəsində müəyyən edilmiş Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında XXXunun belə yüksəkliklərdə yerləşən əraziləri kimi Quxur, Sudur, Quturğan, Əlix, Kənarçay, Gican, Xuluq, Laza, Zindanmuruq, Əniq, Çətgün, Kuzun, Düztahir, Cağar kəndləri göstərilmişdir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli, xx xxxxxx 2002-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Siyahıda nəzərdə tutulmuş ərazilərdə iddiaçı işləmədiyindən, cavabdehin onun qarşısında yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluğa görə əlavələrin təminat xərcliyinə daxil edilərək yeni məlumat vərəqəsinin DSMF-nin aidiyyəti orqanına göndərmək öhdəliyinin yaranmadığını, iddiaçının daxili işlər orqanlarında sonuncu xidmət etdiyi vəzifə XXX polis şöbəsinin cinayət axtarışı bölməsinin axtarış üzrə əməliyyat müvəkkilli vəzifəsi olduğunu, həmçinin iddiaçı apellyasiya şikayətində xidməti fə aliyyəti ilə əlaqədar Quxur, Sudur, Xuluq, Laza, Zindanmuruq, Əniq, Çətgün kəndlərində postda dayandığını və xidmət etdiyini qeyd etsə də, bu halları sübuta yetirmədiyini, iddiaçıya daxili işlər orqanlarında xidmət etdiyi müddətdə ona yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluğa görə əlavələrin ödənilmədiyini, bu əlavələrin onun təminat xərcliyinə daxil edilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)2799/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-2799/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3/2020
08.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver