Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçılar İddiaçı1, İddiaçı2, X8, İddiaçı4, İddiaçı5, İddiaçı6, X2, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı14, İddiaçı15 və X3 Azərbaycan Milli Komitəsinin cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sərəncamının ləğv edilməsi, icarə müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, X8, İddiaçı4, İddiaçı5, İddiaçı6, X2, İ ddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı14, İddiaçı15 və X3 Azərbaycan Milli Komitəsinin (bundan sonra – “iddiaçılar”) cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı "Qax Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 38 nömrəli sərəncamının ləğv edilməsi və Qax Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 38 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair inzibati iş üzrə iddiaçılar İddiaçı1n, İddiaçı2, X14, İddiaçı4, İddiaçı5, İddiaçı6, X12, İddiaçı9, İddiaçı11, İddiaçı12, X5, İddiaçı15 tərəfindən Şəki Apelyasiya Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının 2019-cu il 27 iyun tarixli, 2-1(107)-361/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Zaqa tala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 140 №-li sərəncamına əsasən, Zaqatala RİH ilə İddiaçı1 arasında xx.xx.2004-cü ildə “Acınohur” qış otlaq sahəsindən 15 il müddətinə verilmiş 798,3 ha, o cümlədən yararlı 564,6 ha örüş sahəsinə dair bağlanmış 04 nömrəli icarə müqaviləsi təsdiq edilmişdir.
2. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 116 nömrəli sərəncamı ilə İddiaçı1 xırda buynuzlu heyvanların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə “Acınohur” ərazisindəki 51 nömrəli kvartalda yerləşən, sahəsi 598 ha olan "Qadalı" adlanan qış otlağı bir il müddətinə icarəyə verilmiş və tərəflər arasında buna dair xx.xx.2011-ci il tarixli, 47 №-li torpaq icarəsi müqaviləsi bağlanmışdır.
3. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010 -cu il tarixli 350 nömrəli sərəncamı ilə "Tağı" məhdud məsuliyyətli kəndli (fermer) təsərrüfatına (rəhbəri İddiaçı2dur) məxsus xırdabuynuzlu heyvanların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə “Acınohur” ərazisindəki 59-60 nömrəli kvartalda yerləşən, sahəsi 1860 ha olan "Qadalı" adlanan qış otlağı bir il müddətinə icarəyə verilmiş və tərəflər arasında buna dair xx.xx.2010-cu il tarixli, 33 №-li torpaq icarəsi müqaviləsi bağlanmışdır.
4. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 169 №-li sərəncamı ilə Zaqatala RİH ilə X14 arasında xx.xx.2004-cü ildə “Acınohur” qış otlaq sahəsinin 5-ci kvartalından 15 il müddətinə verilmiş 826 ha, o cümlədən yararlı 271 ha örüş sahəsinə dair bağlanmış 36 nömrəli icarə müqaviləsi təsdiq edilmişdir.
5. Qax Rayon İ cra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 67 nömrəli sərəncamı ilə X10 xırda buynuzlu heyvanların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə “Acınohur” ərazisindəki 50 nömrəli kvartalda yerləşən, sahəsi 750 ha olan "Qaraməccə" adlanan qış otlağı bir il müddətinə icarəyə verilmiş və tərəflər arasında xx.xx.2008-ci il tarixli 67 №-li torpaq icarəsi müqaviləsi bağlanmışdır.
6. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 65 nömrəli sərəncamı ilə X6 şəxsi qoyunların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə “Acınohur” ərazisindəki 55 nömrəli kvartalda yerləşən, sahəsi 765 ha olan "Qobuarası" adlanan qış otlağı 15 il müddətinə icarəyə verilməsi qərar alınmış və tərəflər arasında buna dair xx.xx.2007-ci il tarixli 65 №-li torpaq ic arəsi müqaviləsi bağlanmışdır.
7. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 98 №-li sərəncamı ilə İddiaçı4 Zaqatala rayonunun ərazisindəki yay otlaq sahəsinin "Kiçik Xalaxı" ərazisinin 18-ci kvartalından 955 ha örüş sahəsinin 1 il müddətinə icarəyə verilməsi qərara alınmış və 2018-ci ilin iyun ayında (gün göstərilməmişdir) tərəflər arasında torpaq icarəsi müqaviləsi bağlanmışdır.
8. Qax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 30 nömrəli sərəncamı ilə İddiaçı5 xırda buynuzlu heyvanların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə “Acınohur” ərazisindəki 47 nömrəli kvartalda yerləşən, sahəsi 610 ha olan "Mədənni-2" adlanan qış otlağı üç il müddətinə icarəyə verilmiş və tərəflər arasında xx.xx.2013-cü il tarixli 19 №-li torpaq ic arəsi müqaviləsi bağlanmışdır.
9. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 269 №-li sərəncamı ilə Zaqatala RİH ilə İddiaçı6 arasında xx.xx.2003-cü ildə “Acınohur” qış otlaq sahəsindən 15 il müddətinə verilmiş 513 ha, o cümlədən yararlı 270 ha örüş sahəsinə dair bağlanmış 36 nömrəli icarə müqaviləsi təsdiq edilmişdir.
10. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 37 №-li sərəncamı ilə İddiaçı6 513 ha örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 269 №-li sərəncamı qüvvədən düşmüş hesab edilmiş və həmin sərəncama əsasən bağlanmış icarə müqaviləsinə xitam verilmişdir.
11. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 173 №-li sərəncamı ilə Zaqatal a RİH ilə "Mağara" şəxsi kəndli (fermer) təsərrüfatı (qanuni təmsilçisi X11) arasında xx.xx.2002-ci ildə “Acınohur” qış otlaq sahəsindən 15 il müddətinə verilmiş 861,58 ha örüş sahəsinə dair bağlanmış 08 nömrəli icarə müqaviləsi təsdiq edilmişdir.
12. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 96 nömrəli sərəncamı ilə İddiaçı8 Məhəmməd oğluna xırda buynuzlu heyvanların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə “Acınohur” ərazisindəki 45 nömrəli kvartalda yerləşən, sahəsi 533 ha olan "Kiçik Küyüllər" adlanan qış otlağı bir il müddətinə icarəyə verilmiş və tərəflər arasında xx.xx.2013-ci il tarixli 96 №-li torpaq icarəsi müqaviləsi bağlanmışdır.
13. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 97 nömrəli sərəncamı ilə İddiaçı9 xırda bu ynuzlu heyvanların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə “Acınohur” ərazisindəki 44 nömrəli kvartalda yerləşən, sahəsi 533 ha olan "Böyük Küyüllər" adlanan qış otlağı bir il müddətinə icarəyə verilmiş və tərəflər arasında xx.xx.2013-ci il tarixli 97 №-li torpaq icarəsi müqaviləsi bağlanmışdır.
14. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 67 nömrəli sərəncamı ilə İddiaçı10 sahəsi 480 ha olan "Qaradağ-üçtəpə" adlanan yaylaq xırda buynuzlu heyvanların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə 10 il müddətinə icarəyə verilmiş və tərəflər arasında xx.xx.2006-cı il tarixli 67 №-li torpaq icarəsi müqaviləsi bağlanmışdır.
15. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 62 nömrəli sərəncamı ilə İddiaçı10 xırda buynuz lu heyvanların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə “Acınohur” ərazisindəki 56 nömrəli kvartalda yerləşən, sahəsi 887 ha olan "Xınalı" adlanan qış otlağı 15 il müddətinə icarəyə verilmiş və tərəflər arasında xx.xx.2007-ci il tarixli 62 №-li torpaq icarəsi müqaviləsi bağlanmışdır.
16. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 178 №-li sərəncamı ilə Zaqatala RİH ilə İddiaçı11 arasında xx.xx.2002-ci ildə “Acınohur” qış otlaq sahəsindən 15 il müddətinə verilmiş 773,4 ha, o cümlədən 559,38 ha örüş sahəsinə dair bağlanmış 11 nömrəli icarə müqaviləsi təsdiq edilmişdir.
17. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 63 nömrəli sərəncamı ilə X7 şəxsi qoyunların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə “Acınohu r” ərazisindəki 65 nömrəli kvartalda yerləşən, sahəsi 575 ha olan "Oxaşıran" adlanan qış otlağı 15 il müddətinə icarəyə verilmiş və tərəflər arasında xx.xx.2007-ci il tarixli 63 №-li torpaq icarəsi müqaviləsi bağlanmışdır.
18. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 37 №-li sərəncamı ilə X7 575 ha örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 63 №-li sərəncamı qüvvədən düşmüş hesab edilmiş və həmin sərəncama əsasən bağlanmış icarə müqaviləsinə xitam verilmişdir.
19. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 55 №-li sərəncamı ilə Zaqatala RİH ilə İddiaçı14 arasında xx.xx.2004-cü ildə “Acınohur” qış otlaq sahəsindən 15 il müddətinə verilmiş 677 ha, o cümlədən 367 ha örü ş sahəsinə dair bağlanmış 02 nömrəli icarə müqaviləsi təsdiq edilmişdir.
20. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 80 nömrəli sərəncamı ilə İddiaçı14 şəxsi qoyunların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə “Acınohur” ərazisindəki 63 nömrəli kvartalda yerləşən, sahəsi 670 ha olan "Qobuüstü" adlanan qış otlağı 1 il müddətinə icarəyə verilmiş və tərəflər arasında xx.xx.2012-ci il tarixli 07 №-li torpaq icarəsi müqaviləsi bağlanmışdır.
21. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 104 №-li sərəncamı ilə Zaqatala RİH ilə X9 arasında xx.xx.2003-ci ildə “Acınohur” qış otlaq sahəsindən 15 il müddətinə verilmiş 434,01 ha, o cümlədən 299,8 ha örüş sahəsinə dair bağlanmış 05 nömrəli icarə müqaviləsi təsdiq edilmişdir.
22. X1 ray onu Yuxarı Tala kəndinin “Acınohur” qış otlaq sahəsində yerləşən, istifadəsində olan 434,01 ha torpaq sahəsini istifadəyə vermək, sənədləşmə işlərini aparmaq, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan sənədləri almağı, adından ərizə verməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi xx.xx.2015-ci ildə 2 il 4 ay 23 gün müddətinə verilmiş etibarnamə ilə İddiaçı15 etibar etmişdir. Həmin etibarnamənin qüvvədə olma müddəti xx.xx.2018-ci ilədək müəyyən edilmişdir.
23. Qax Rayon İcra Hakimiyyəti başçısının "xxxx" MMC-yə dövlət fondu qış otlağının icarəyə verilməsi haqqında" xx.xx.2018-ci il tarixli 38 nömrəli sərəncamı ilə Qax rayonunun inzibati ərazisinə aid dövlət fondu qış otlaqlarının 26, 28, 29, 36, 37, 38, 40, 42, 43, 44, 45, 46, 47, 48, 49, 60, 61, 62, 63, 64, 65, 67, 68 və 69 №-li kvartallarında yerləşən dövlət fondu qış otlaqlarından - “Sarıca” ərazisindən 1000 hektar, “Acınohur” ərazisindən 7500 hektar olmaqla, cəmi 8500 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə "xxxx" MMC-yə 15 il müddətinə icarəyə verilmiş və tərəflər arasında xx.xx.2018-ci il tarixli 38 №-li torpaq icarəsi müqaviləsi bağlanmışdır. 24. “Sarıca” ərazisində yerləşən 1000 hektar torpaq sahəsi ilə bağlı A seriyalı 245648 nömrəli, “Acınohur” ərazisində yerləşən 7500 hektar torpaq sahəsi ilə bağlı A seriyalı 245647 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir.
25. RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsas ən, Qax rayonu “Sarıca” qış otlaq sahəsi (1000 ha) üzərində "xxxx" MMC-nin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır.
26. RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən, Qax rayonu “Acınohur” qış otlaq sahəsi (7500 ha) üzərində "xxxx" MMC-nin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
27. İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh Qax Rayon İcra Hakimiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.201 8-ci il tarixli 38 nömrəli sərəncamı ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişlər.
28. Sonra iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin xx.xx.2018-ci il tarixli 38 nömrəli sərəncamının ləğv edilməsini və Qax Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 38 nömrəli icarə müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişlər.
29. İddia tələbini onunla əsaslandırılmışlar ki, Azərbaycan Respublikası torpaq ehtiyatları məhdud olan ölkələr sırasına aiddir, ölkədə adambaşına 0,22 ha əkin yeri və 0,58 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcuddur. Otlaqların və biçənəklərin adambaşına düşən sahəsi isə daha azdır. Azərbaycan Respublikası 1998-ci ildə BMT-nin Ümumdünya quraqlıq və səhralaşma ilə əlaqədar mübarizə Konvensiyasına qoşulmuş və "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı" qəbul edilmişdir. Buna baxmayaraq, “Acınohur”-”Sarıca” ərazisində 7500 ha qış otlaq sahələri Qax Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC ilə qanunsuz icarə müqaviləsi əsasında əkin altına verilmişdir. Dünya üzrə qadağan edilmiş ağır texnikaların yedəyindəki laydırlı kotanlarla 500 ha ərazi 30-35 sm dərinlikdə çevrilərək şumlanmaya məruz qalmışdır. Bu problemin ciddiliyi həmin ərazidə min bir əziyyətlə dövlət səviyyəsində məskunlaşdırılmasına nail olunmuş ceyranlarla yanaşı, ərazidə torpaq örtüyünün durumu ilə daha çox bağlıdır. Cavabdehin sərəncamı iddiaç ıların sahibkarlıq hüququnu pozmaqla, ailə büdcəsinin kəskin azalmasına, həmçinin hər kəsin gündəlik həyatına nüfuz edən iqtisadiyyatın və ekologiyanın zərər çəkməsinə şərait yaradır.
30. Şəki İnzibati–İqtisadi Məhkəməsinin 2019-cu il 11 aprel tarixli, 2-1(84)-170/2019 saylı qərarı ilə iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı "Qax Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 38 nömrəli sərəncamının ləğv edilməsi və Qax Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 38 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi" barədə iddiası təmin edilməmişdir (hakim – V.Qasımov).
31. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qax Rayon İcra Hakimiyyəti başçısının mübahisələndirilən xx.xx.2018-ci il tarixli 38 n ömrəli sərəncamı inzibati aktdır. İddiada etibarsız hesab edilməsi tələb olunan eyni tarixli 38 nömrəli icarə müqaviləsi mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticədir. Ona görə də sərəncamın ləğv edilməsi tələbi ilə birlikdə icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbin də verilməsi mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərinə uyğundur.
32. İddiaçıların subyektiv hüququ ilə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir.
33. X3 Azərbaycan Milli Komitəsi kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış ictimai təşkilat olduğu üçün onun iddiası mümkündür. Digər iddiaçılar isə üçüncü şəxsə icarəyə verilmiş torpaq sahəsinin əvvəlcədən onların icarəsinə verilməsinə istinad etdiklərinə görə onların da iddiası mümkün sayılmalıdır.
34. Üçüncü şəxs "xxxx" MMC dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahə sini icarəyə götürmək niyyəti barədə ərizə ilə Qax Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Sonuncu, torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab edərək, icarə müqaviləsini bağlamaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən rəy almış, bundan sonra cəmi 8500 ha torpaq sahəsinin 15 il müddətinə üçüncü şəxsə icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli 38 nömrəli sərəncam vermiş və həmin gün "xxxx" MMC ilə icarə müqaviləsi bağlamışdır. Torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncam verilərkən və icarə müqaviləsi bağlanarkən qanunvericiliyin normaları pozulmamışdır.
35. X3 Azərbaycan Milli Komitəsi istisna olmaqla, digər iddiaçılar onların icarəsində olan torpaq sahələrinin "xxxx" MMC-yə verildiyini iddia etsələr də, bunun əksi müəyyən edildi.
36. Belə ki, İddiaçı1 (51-ci kvartal), X10 (50-ci kvartal), İddiaçı4 (18-ci kvartal), İddiaçı10 (56-cı kvartal) icarəyə verilmiş torpaq sahələri "xxxx" MMC-yə verilmiş torpaq sahəsindən kənarda yerləşir. İddiaçı4 özünün istifadəsində olduğunu iddia etdiyi, “Acınohur” ərazisindəki 55 nömrəli kvartalda yerləşən 765 ha "Qobuarası" adlanan qış otlağı ona deyil, qohumu X6 icarəyə verilmiş, həmin torpaq sahəsi "xxxx" MMC-yə verilmiş torpaq sahəsindən kənarda yerləşir.
37. İddiaçı2 rəhbəri olduğu "Tağı" məhdud məsuliyyətli kəndli (fermer) təsərrüfatına, İddiaçı5, iddiaçı X2 rəhbəri olduğu "Mağara" şəxsi kəndli (fermer) təsərrüfatına, iddiaçılar İddiaçı8, İddiaçı9, İddiaçı14, İddiaçı11 verilmiş torpaq sahələri ilə bağlı icarə müqavilələrinin müddətləri başa çatmışdır.
38. İddiaçılar İddiaçı6 və İddia çı12 icarəyə torpaq sahələri verilməsi barədə sərəncamlar xx.xx.2018-ci il tarixli sərəncamla qüvvədən düşmüş hesab edilmiş və onlarla bağlanmış icarə müqavilələrinə xitam verilmişdir.
39. İddiaçı15 isə icarəyə torpaq sahəsi verilməsi barədə nə yerli icra hakimiyyəti orqanının sərəncamı, nə də icarə müqaviləsi yoxdur. O, Zaqatala Rayon İcra Hakimiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2003-ci il tarixli icarə müqaviləsində göstərilən torpaq sahəsindən istifadə etmiş, həmin müqavilənin isə müddəti artıq başa çatmışdır.
40. Məhkəmə iddiaçıların mübahisəli torpaq sahəsinin "xxxx" MMC-yə əkin altına icarəyə verilməsinin, həm ərazidə ekoloji tarazlığın pozulmasına, həm də torpağın humus qatının məhv olmasına səbəb olacağı barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, göstərilən torpaq sahəsinin k ateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlar (örüş otlaq) olaraq qalır və hal-hazıradək dəyişdirilməmişdir. "xxxx" MMC-də torpaq sahəsindən məhz həmin təyinatın rejiminə uyğun istifadə etməlidir. Əgər "xxxx" MMC örüş otlaq təyinatlı torpaqdan istifadənin qaydalarını pozarsa, bu xüsusat sərəncamın qanunsuz olmasını iddia etməyə deyil, MMC-nin müvafiq məsuliyyətə cəlb olunmasına əsas verə bilər.
41. Beləliklə, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2018-ci il tarixli 38 nömrəli sərəncamı qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi baş vermədiyindən, həmin sərəncam qanunsuz sayıla və ləğv edilə bilməz, icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün də əsas yoxdur.
42. Məhkəm ə bu qənaətini "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında qanun”) 67.1, 67.2-ci, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Torpaq icarəsi haqqında qanun”) 10-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
43. İddiaçılar İddiaçı1 və qeyriləri həmin qərardan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
44. Şəki Apelyasiya Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının 2019-cu il 27 iyun tarixli, 2-1(107)-361/2019 saylı qərarı ilə (hakimlər R.R.Rəfiyev (sədrlik edən), G.Q.Abbasov və M.R.Hüseynov) iddiaçıların apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-c u il 11 aprel tarixli, 2-1(84)-170/2019 saylı qərarı iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı14, İddiaçı15 və X3 Azərbaycan Milli Komitəsinə münasibətdə “Qax Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 38 nömrəli sərəncamının ləğv edilməsinin təmin edilməməsi hissəsi”ndə dəyişdirilmədən saxlanılmışdır.
45. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində iddiaçıların 7 nəfərinin İddiaçı2 rəhbəri olduğu "Tağı" məhdud məsuliyyətli kəndli (fermer) təsərrüfatı, İddiaçı14, İddiaçı5, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı15 cavabdeh inzibati orqanla aralarında bağlanmış icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, onların yenidən icarə müqaviləsi bağlanması üçün Qax Rayon İcra Hakimiyyətinə müraciət etmələri, lakin cavabdeh tərəfindən həmin müraciətlərin cavablandırılmaması ilə bağlı dəlilinə münasibət bildirirərək qeyd etmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı14, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı15 ilə Qax Rayon İcra Hakimiyyəti arasında müxtəlif vaxtlarda müxtəlif müddətlərlə bağlanmış icarə müqavilələrinin müddəti bitmiş, lakin qeyd olunan iddiaçıların yenidən icarə müqaviləsi bağlamaq üçün Qax Rayon İcra Hakimiyyətinə müraciət etmələri barədə iş materiallarında hər hansı sənəd mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2, İddiaçı5, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı15 da yenidən icarə müqaviləsi bağlamaq üçün Qax Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini hər hansı sübutla təsdiq edə bilmədilər.
46. Həmçinin, iddiaçılar İddiaçı2, İddiaçı5, İdd iaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı15 məhkəmədə hər biri verdikləri izahatlarla onlara məxsus olan çoban evləri, damlar və digər qeyri-yaşayış yerlərinin özlərində olmaqla yanaşı, istifadələrində olan torpaq sahələrinin bütövlükdə yox, bir hissəsinin "xxxx" MMC-yə verildiyini etiraf etmişlər.
47. Qax Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 788 nömrəli məktubunda iddiaçıların təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə etdikləri qoyun damlarının və yardımçı tikililərin Qax Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 38 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşməsi və halhazırda həmin tikililərin iddiaçılar tərəfindən istifadə olunması göstərilmişdir.
48. Məhkəmə apelyasiya şikayətinin İddiaçı6 və İddia çı12 ilə Qax Rayon İcra Hakimiyyəti arasında 15 il müddətinə bağlanmış xx.xx.2003-cü il tarixli və xx.xx.2007-ci il tarixli icarə müqavilələrinin müddətinin bitməməsi, lakin icarəyə verilməsi barədə sərəncamların xx.xx.2018-ci il tarixli Qax Rayon İcra Hakimiyyətinin sərəncamı ilə qüvvədən düşmüş hesab edərək və icarə müqavilələrinə birtərəfli xitam verilməsinin qanunsuz olması ilə bağlı dəlilinə münasibət bildirirərək qeyd etmişdir ki, həmin sərəncamla icarə müqavilələrinə xitam verilməsinin əsası “Acınohur” ərazisində qoyunçuluqla məşğul olan bir qrup sahibkarlar tərəfindən icarəyə götürdükləri otlaq sahələrində tələb olunan normadan az xırda buynuzlu heyvanlar saxlanıldığından aidiyyəti ərazilərdən səmərəli istifadə olunmaması göstərilmişdir. İşə əlavə edilmiş sənədlərdə də İddiaçı6 v ə İddiaçı12 verilən 1088 ha torpaq sahəsində tələb olunan normadan az xırda buynuzlu heyvanın olması öz təsdiqini tapır.
49. İddiaçıların apelyasiya şikayətinin digər dəlili icarəyə verilmiş mübahisəli torpaq sahəsinin təyinatının dəyişdirilməsindən ibarətdir ki, bu da mübahisəli torpaq sahəsinin "xxxx" MMC-yə əkin altına icarəyə verilməsi həm ərazidə ekoloji tarazlığın pozulmasına, həm də torpağın humus qatının məhv olmasına səbəb olacağı ilə məhkəmə razılaşmayaraq göstərmişdir ki, göstərilən torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlar (örüş otlaq) olaraq qalır və hal-hazıradək dəyişdirilməmişdir. "xxxx" MMC də torpaq sahəsindən məhz həmin təyinatın rejiminə uyğun istifadə etməlidir. Əgər "xxxx" MMC örüş otlaq təyinatlı torpaqdan istifadənin qayd alarını pozarsa, bu xüsusat sərəncamın qanunsuz olmasını iddia etməyə deyil, MMCnin müvafiq məsuliyyətə cəlb olunmasına əsas verə bilər.
50. Beləliklə, inzibati iş üzrə cavabdeh Qax Rayon İcra Hakimiyyəti tərəfindən mübahisəli torpaq icarəsi üzrə tərəflər arasında bağlanmış müqavilənin bağlandığı müddətin qurtarması və şərtlərinə uyğun gəlməməsinə əsasən müqavilələrə xitam verilmiş, üçüncü şəxs "xxxx" MMC dövlət mülkiyyətində olan torpaq sahəsini icarəyə götürmək istəməsi barədə ərizə ilə Qax Rayon İcra Hakimiyyətinə müraciət etmiş və sonuncu, torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab edərək, icarə müqaviləsini bağlamaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən rəy almış, bundan sonra cəmi 8500 ha torpaq sahəsinin 15 il müddətinə üçüncü şəxsə icarəyə v erilməsi barədə xx.xx.2018-ci il tarixli 38 nömrəli sərəncam vermiş və həmin sərəncam yuxarıda göstərilən qanunvericiliyin normalarına uyğun verilmişdir.
51. Məhkəmə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə mübahisə predmeti olan torpaq sahəsinə dair Qax Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 38 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmçinin iddiaçılar İddiaçı1, X14 və İddiaçı4 aid olan hissədə apelyasiya şikayətində qərarın əsassız olması barədə dəlilləri ilə qismən razılaşaraq hesab etmişdir ki, məhkəmə qeyd olunan hissədə iddia tələbini mümkün sayaraq mahiyyəti üzrə baxmaqda haqlı olmamış, bununla bağlı prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Buna görə də Şəki Apelyasiya Məhkəməsinin İnzibati– İqtisadi Kollegiyasının 2019-cu il 27 iyun tarixli, 2-1(107)-361/2019 saylı qərardadı ilə iddia tələbi cavabdeh Qax Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab olunması hissəsində mümkün sayılmamışdır.
52. Məhkəmə bu qənaətini “Torpaq icarəsi haqqında” Qanununun 10-1, 13, 15-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1, 721.1, 713, 712.1.1-ci, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1, 67.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
53. İddiaçılar İddiaçı1n, İddiaçı2, X14, İddiaçı4, İddiaçı5, İddiaçı6, X12, İddiaçı9, İddiaçı11, İddiaçı12, X5, İddiaçı15 həmin qərardan kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia ərizəsinin mahiyyəti üzrə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
54. Bəzi bağlanmış müqavilələrin təsviri hissəsindən də göründüyü kimi Qax rayon icra hakimiyyəti müqavilə məsələlərini tənzimləyən hüquqi rejim qaydalarına əməl etməmiş və sadalandığı kimi bu və ya digər formada subyektiv amillərə söykənərək vəzifə səlahiyyətlərini aşmışdır.
55. Qış otlaq sahələrindən təyinatına uyğun və səmərəli istifadənin təmin edilməsi, habelə onların mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2 mart 2006-cı il tarixli 60 saylı qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin üçüncü və altıncı bəndlərini, habelə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.5-ci mad dəsini rəhbər tutaraq inzibati ərazisində qış otlağı yerləşmiş rayon (şəhər) icra hakimiyyəti başçılarına tapşırılsın ki, hüquqi və fiziki şəxslər tərəfindən qışlama məqsədilə qışlağın yerləşdiyi rayona digər bölgələrdən faktiki gətiriləcək davarın otlaq sahəsinə olan tələbatının ilk növbədə aparılan islahatlar nəticəsində qış otlaqlarında kolxoz və sovxozların əmlakından pay alan şəxslərin, qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin və əvvəlki illərdə həmin otlaqların istifadəçilərinin mənafeyini nəzərə almaqla müəyyən olunmuş qaydada ödənilməsini təmin etsinlər.
56. Müqavilə müddətləri bitmiş şəxslər müqavilənin müddətini uzatmaq üçün Qax rayon icra hakimiyyətinə müraciətlər etsələr də, müxtəlif kombinasiyalar quraraq müqavilə müddətini uzatmaqdan yayınmış lakin ilbəil vergi orqanına bizlərin fəaliyyətləri barəsində hesabatlar təqdim etmişdir. Hüquqi olaraq müqavilələrin müddətləri uzadılmasa da, faktiki olaraq iddiaçılar müqavilə tərəfləri kimi sahibkarlıq fəaliyyətini davam etdirmişlər və müqavilələrin müddətlərinin uzadılmaması onların təqsiri ucbatından baş verməmişdir.
57. Qax rayon icra hakimiyyətinin başçısı tərəfindən "xxxx" MMC-yə mübahisələndirilən qışlaq otlaq sahəsindən 8500 ha 15 il müddətinə icarəyə verilərkən istər hüquqi, istər mənəvi, istərsə də psixoloji normaların pozulmasına məhkəmədə iddiaçılar tərəfindən diqqət çəkilsə də, apelyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməmişdir.
58. Bundan başqa Azərbaycan Respublikası torpaq ehtiyatları məhdud olan ölkələr sırasına aid olmasından, ölkədə adam başına 0,22 hekta r əkin yeri və 0,58 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcudluğundan, otlaqların və biçənəklərin adam başına düşən sahəsinin azlığından, bununla əlaqədar olaraq Azərbaycan Respublikasının 1998-ci ildə BMT-nin Ümumdünya quraqlıq və səhralaşma ilə əlaqədar mübarizə Konvensiyasına qoşulmasından, buna uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 22 may 2004-cü il tarixində qüvvəyə minmiş 222 saylı sərəncam imzalamasından, Sərəncamdan irəli gələrək “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”nın qəbul edilməsindən, Dövlət Proqramının məqsədlərindən olan, Yay-qış otlaqlarının və biçənəklərin səmərəli istifadə olunmasından, torpaqların dağ yamaclarında eroziyaya uğramasını n, dağətəyi və düzən rayonlarda şoranlaşmasının qarşısının alınmasından, dövlət və bələdiyyə mülkiyyətinə aid torpaq sahələrindən istifadə mexanizminin təkmilləşdirilməsi və torpaqların münbitliyinin artırılmasından, ətraf mühitin, təbii landşaft və biomüxtəlifliyin qorunub saxlanılması və dayanıqlı inkişafın təmin edilməsi bildirilsə də, nədənsə məhkəmə bu məsələlərə diqqət yetirməyi məqsədə uyğun hesab etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
60. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
61. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütöv lükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. II. TƏTBİQ EDİLƏN HÜQUQ
62. İnzibati Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
63. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzər də tutulur: Maddə
713. İcarəyə götürülmüş torpaqdan müqavilə şərtlərinə uyğun gəlməyən istifadə Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Maddə
719. Torpaq icarəsi müqaviləsinə xitam verilməsi və onun qüvvəsinin uzadılması. Müqavilənin ləğvi 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Maddə
721. Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğvi və təsviyəsi 721.
1. Əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər. Maddə
712. İcarəyə götürülmüş torpaqdan üçüncü şəxslərin istifadə etməsi 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; 67. “Torpaq icarəsi haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 10-1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri 10-1.1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. 10-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 10-1.2.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10-1.2.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 10-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti; 10-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadəni n iqtisadi əsaslandırılması; 10-1.2.5. torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd. 10-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir: 10-1.3.1. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır; 10-1.3.2. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy və bu Qanunun 10-1.1-ci və 10-1.2-ci maddələrində nəzərdə tutulmuş sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. 10-1.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bu zaman ərizəyə baxılma sı ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 10-1.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər kadastr məlumatları ilə uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə əsaslan dırılmalıdır. 10-1.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə uyğun olaraq razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq verilməsi prezumpsiyasından çıxış edir. 10-1.7. Bu Qanunun 10-1.5-ci və 10-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icarəçi ilə icarə müqaviləsi bağlayır və ya icarə müqaviləsinin bağlanmasından imtina haqqında inzibati akt qəbul edir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
64. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının 2019-cu il 27 iyun tarixli, 2-1(107)-361/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
65. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
66. İddiaçıların kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı14, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı15 ilə Qax Rayon İcra Hakimiyyəti arasında müxtəlif vaxtlarda müxtəlif müddətlərlə bağlanmış icarə müqavilələrinin müddəti bitsə də, onların yenidən icarə müqaviləsi bağlamaq üçün Qax Rayon İcra Hakimiyyətinə müraciət etmələri barədə iş materiallarında hər hansı sənəd mövcud deyil, həmin şəxslərin yenidən icarə müqaviləsi bağlamaq üçün cavabdehə müraciət etdikləri isə işə baxılarkən təsdiq edilməmişdir.
67. Apelyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, müvafiq torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlar (örüş otlaq) olaraq qalır və hal-hazıradək dəyişdirilməmişdir. "xxxx" MMC də torpaq sahəsindən məhz həmin təyinatın rejiminə uyğun ist ifadə etməlidir. Əgər "xxxx" MMC örüş otlaq təyinatlı torpaqdan istifadənin qaydalarını pozarsa, bu xüsusat sərəncamın qanunsuz olmasını iddia etməyə deyil, MMC-nin müvafiq məsuliyyətə cəlb olunmasına əsas verə bilər, beləliklə,Qax Rayon İcra Hakimiyyəti tərəfindən 8500 ha torpaq sahəsinin 15 il müddətinə üçüncü şəxsə icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 38 nömrəli sərəncam mövcud qanunvericiliyin normalarına uyğun olmuşdur.
68. Qeyd edilənlərə əsasən iddiaçılardan - İddiaçı2 rəhbəri olduğu "Tağı" məhdud məsuliyyətli kəndli (fermer) təsərrüfatı, İddiaçı14, İddiaçı5, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı15 cavabdeh inzibati orqanla aralarında bağlanmış icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, onların yenidən icarə müqaviləsi bağlanması üçün Qax Rayon İcra Hakimi yyətinə müraciət etmələri, lakin cavabdeh tərəfindən həmin müraciətlərin cavablandırılmaması ilə bağlı dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas ola bilməz.
69. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, əksər icarə müqavilələrinin müddəti iddia qaldırılanadək artıq bitmişdi və həmin müqavilələrini heç birində müqavilə müddəti bitdikdən sonra tərəflərin etirazları olmadığı halda müqavilələrin eyni müddətə uzadılması barədə müvafiq bənd yoxdur, müqavilə tərəfi olaraq da cavabdeh digər hüquqi şəxsə torpaq sahəsi ayırmaqla, bu barədə müvafiq sərəncam qəbul etməklə iddiaçılarla vaxtilə bağlanmış icarə müqavilələrinin müddətinin uzadılmaması barədə mövqeyini bildirmişdir.
70. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Ş əki Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apelyasiya Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının 2019-cu il 27 iyun tarixli, 21(107)-361/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
72. Şəki Apelyasiya Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının 2019-cu il 27 iyun tarixli, 2-1(107)-361/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.