Məhkəmə qərarları › İş №2-1(102)-3/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı «Azərbaycan» Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Sabunçu rayon İcra Hakimiyyəti başçısın ın Nardaran qəsəbə nümayəndəliyi, X4 hüquq varisi Abbasbəyli Məmməd Aslan oğlu, X3 və Abbasbəyli Məmməd Aslan oğlu) “torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-729/2020 nömrəli, 2020-ci il 13 mart tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 22 yanvar tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X5 verilmiş **********19 reyestr nömrəli və ona digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X1 və Abbasbə yli Məmməd Aslan oğluna verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 noyabr tarixli, 2-1(82)3190/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, X5 verilmiş **********19 reyestr nömrəli və ona digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X1 və Abbasbəyli Məmməd Aslan oğluna verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri etibarsız hesab edilmişdir.

3. Üçüncü şəxs X10 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 mart tarixli, 2-1(103)-573/2019 saylı qərarı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Üçüncü şəxs X10 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 dekabr tarixli, 2-1(102)-2328/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 mart tarixli qərarı ləğv olunaraq iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci ic raat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-729/2020 nömrəli, 2020-ci il 13 mart tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 noyabr tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəli əmlaka mülkiyyət hüququ üzrə qeydiyyat 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 11 noyabr tarixli qərarı əsasında aparılaraq daşınmaz əmlakların ilkin qeydiyyatı həyata keçirilmiş, plan-ölçü sənədləri və reyestrdən çıxarış verilmişdir. Belə olan halda, həmin məhkəmə qərarı qüvvədə ola-ola, həmin qərar əsasında verilmiş plan ölçülərin etibarsız hesab edilməsi barədə iddiaçının iddiasının məhkəmə icraatı mümkün sayıla bilməz. İddiaçı uğurlu n əticəyə nail olmaq istədiyi və müvafiq subyektiv hüquqa malik olduğu halda məhz həmin məhkəmə aktının özünü mübahisələndirmək imkanına malik olmuşdur. Lakin hazırkı işin halları baxımından belə mübahisələndirmə ilə bağlı hərəkətlərin edilməsi müəyyən olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən sənədlərin verilməsinə əsas olan məhkəmə aktının ləğv edilməsi halından həmin aktın icrası ilə bağlı edilmiş hərəkətlərə geriyə dönüş edilə bilər. Həmin aktın özünün qüvvədə olduğu halda isə onun icrası ilə bağlı edilmiş hərəkətlərin müstəqil iddia qaydasında etibarsızlığının tələb edilməsi yolverilməzdir.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cu il 11 noyabr tarixli qərarında iş üzrə tərəflər X6, X7, Abbasbəyli Məmməd Aslan oğlu, X3, X10, X8 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi olmuş, hazırkı iş üzrə iddiaçı “Azərbaycan” Nəşriyyatı həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsində nəzərdə tutulmuşdur ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə ki, qeyd olunan mövqe Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında göstərilmiş, “Azərbaycan” Nəşriyyatının torpaq sahəsinin hüdudlarını müəyyən edən Ali Məhkəmənin Mülki Kollegiyasının 2016-cı il 20 dekabr tarixli, 2(102)-6123/2016 saylı qərarı ilə bağlı qeyd edilmişdir ki, həmin iş üzrə tərəflər «Azərbaycan» Nəşriyyatı, X11, X12 olmuş, hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 11 noyabr tarixli qərarı ilə adları qeyd edilən şəxslərə torpaq sahələrinin plan və ölçülərini əks etdirən koordinatların verilməsi nəzərdə tutulmamışdır. Həmin qərarda torpaq sahələrinin mövcud vəziyyətdə qeydə alınması və çıxarışların verilməsi göstəril mişdir. Qeyd edilən torpaq sahələrinin mövcud vəziyyətdə qeydə alınması məsələsinə gəldikdə isə, Reyestr Xidməti tərəfindən məhkəmə qərarı icra edilərək onların göstərdikləri “Azərbaycan” Nəşriyyatına məxsus torpaq sahəsinə plan və ölçülər verilərkən, “Azərbaycan” Nəşriyyatına məxsus torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənədləri xidmətin baza məlumatlarında mövcud olmuş, bunun təsdiqi olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubu iş materiallarına əlavə edilmişdir. Həmin məktubda “Azərbaycan” Nəşriyyatının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin bazada mövcud olduğu və həmin torpaq sahəsinə koordinat alınması üçün Ərazi İdarələrinə müraciət etməyin zəruriliyi göstərilmiş, Ərazi İdarəsinə edilən müraciətə cavab olaraq isə həmin torpaq sahəsinə başqa ş əxslərə plan və ölçülərin verildiyi göstərilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi həmin məktubla üçüncü şəxslərə iddiaçıya məxsus torpaq sahəsinə plan və ölçü verildiyini etiraf etmişdir. Belə olan halda məsələyə üçüncü şəxsin subyektiv hüququnun mövcud olub-olmaması mövqeyindən yanaşmalı olan apellyasiya məhkəməsi, qanunsuz olaraq iddiaçının subyektiv hüququ mövqeyindən məsələyə hüquqi qiymət verməyə cəhd etmişdir. Halbuki, üçüncü şəxsə məhkəmə qərarı əsasında verilmiş torpaq sahəsində həmin sahənin koordinatları göstərilməmişdir. Belə olan halda üçüncü şəxsin iddiaçıya məxsus torpaq sahəsinə subyektiv hüququ hansı əsasla yaranmışdır? Bu sual da araşdırılmamışdır.

12. Ali Məhkəmənin müvafiq qərarında tək göstəriş iddianı mümkünlüyün ə qiymət verməkdən ibarət olmamışdır. Həmin qərarda, işə yenidən baxılarkən iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə müvafiq sorğular verilməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, müvafiq məhkəmə ekspertizası təyin edilməklə, torpaq sahələrinin yerləşdiyi yerlərin və onların kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı olduğu göstərişləri də, qoyulmuşdur. Yəni, Ali Məhkəmə həmin araşdırmalardan sonra subyektiv hüquqa qiymət verilməli olduğunu göstərmişdir. Ali Məhkəmənin qərarında göstərdiyi mümkünlük məsələsinə baxılması isə işin inzibati yoxsa mülki məhkəmə icraatı çərçivəsində baxılmalı olunması yönündə olmuş, buna isə Ali Məhkəmənin müvafiq kollegiyasının analoji işlə r üzrə qərarında hüquqi qiymət verilərək, hazırkı işə məhz inzibati icraat çərçivəsində baxılmalı olduğu qənaətinə gəlinmişdir. (Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının 2019-cu il 27 noyabr tarixli qərarı, sədrlik edən hakim İlqar Hüseynov). Ali məhkəmənin müvafiq kollegiyasının “Azərbaycan” Nəşriyyatı barəsində qəbul edilmiş analoji qərarlarında məhz işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə müvafiq sorğular verilməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, müvafiq məhkəmə ekspertizası təyin edilməklə, torpaq sahələrinin yerləşdiyi yerlərin və onların kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı olduğu göstərişləri qoyulmu ş və həmin işlərdən Abbasbəyli Nigarın şikayəti üzrə Ali Məhkəmə tərəfindən ləğv edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı təkrar baxışa göndərilmiş və məhkəmənin ilk iclasında (sədrlik edən hakim Vidadi Məmmədov) tərəflər dinlənildikdən sonra iş üzrə ekspertiza təyin edilmişdir. Həmçinin Ali Məhkəmənin müvafiq qərarında göstərilmişdir ki, iş üzrə əlavə sübutların əldə edilməsi və qiymətləndirilməsi, hərtərəfli məhkəmə tədqiqatı aparılması, zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. Göründüyü kimi, Ali məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə geniş araşdırma aparılmalı bundan sonra məsələyə hüquqi qiymət verilməlidir. Lakin, bu məcburi göstərişə əməl etməyən apellyasiya instansiyası məhkəməsi ilk baxış iclasında, hər hansı araşdırma aparmadan mümkünlük məsələsinə qiymət vermiş və iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gələrək dövlətə məxsus torpaq sahəsinə qanunsuz şəkildə plan və ölçü verilməsinə cəhd edən qanunsuz qərardad qəbul etmişdir. b. İşdə iştirak edən şəxslərin ərizə və vəsatətləri

13. Üçüncü şəxs X10 2021-ci il 11 iyun tarixdə ölmüşdür. A.Aslanovun oğlu Abbasbəyli Məmməd Aslan oğlu ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək onu atasının prosessual hüquq varisi tanınmasını və onunla əvəz edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)3/2022 saylı, 2022-ci il 13 yanvar tarixli qərardadı ilə üçüncü şəxs X10 hüquq varisi Abbasbəyli Məmməd Aslan oğlu ilə əvəz edilmişdir. c. kassasiya şikayətinə etirazın dəlilləri

15. X4 hüquq varisi Abbasbəyli Məmməd Aslan oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsinə etirazda və sonrakı şikayətlərdə xüsusilə mümkünlük məsələsi qeyd edilsə də, bu məsələyə yalnız Ali Məhkəmənin inzibati Kollegiyası diqqət yetirmiş və bu kollegiyanın yuxarıda istinad olunan sonuncu qərarında mövqeyi ondan ibarət olmuşdur ki, işə yenidən baxılarkən ilk növbədə iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilməlidir. Buna müvafiq olaraq, işə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi da qeyd etmişdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia icraatına uyğun olmalı, subyektiv hüququ malik olan şəxs tərəfindən qanunla müəyyən edilən müvafiq cavabdehlik daşıyan in zibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozulması sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxılması mümkün olsun. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Xüsusilə qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisəli əmlaka mülkiyyət hüququ üzrə qeydiyyat 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2014-cü il 11 noyabr tarixli qərarı əsasında aparılaraq daşınmaz əmlakların ilkin qeydiyyatı həyata keçirilmiş, plan-ölçü sənədləri və reyestrdən çıxarış verilmişdir. Belə olan halda, həmin məhkəmə qərarı qüvvədə ola-ola, həmin qərar əsasında verilmiş plan ölçülərin etibarsız hesab edilməsi barədə iddiaçının iddiasının məhkəmə icraatı mümkün sayıla bilməz. İddiaçı uğurlu nəticəyə n ail olmaq istədiyi və müvafiq subyektiv hüquqa malik olduğu halda məhz həmin məhkəmə aktının özünü mübahisələndirmək imkanına malik olmuşdur. Lakin hazırkı işin halları baxımından belə mübahisələndirmə ilə bağlı hərəkətlərin edilməsi müəyyən olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən sənədlərin verilməsinə əsas olan məhkəmə aktının ləğv edilməsi halından həmin aktın icrası ilə bağlı edilmiş hərəkətlərə geriyə dönüş edilə bilər. Həmin aktın özünün qüvvədə olduğu halda isə onun icrası ilə bağlı edilmiş hərəkətlərin müstəqil iddia qaydasında etibarsızlığının tələb edilməsi yolverilməzdir.

16. İddiaçı tərəfindən istinad etdiyi Ali Məhkəmənin Mülki Kollegiyasının 2016-cı il 20 dekabr tarixli, 2(102)-6123/2016 saylı qərarı ilə bağlı qeyd edilməlidir ki, həmin iş üzrə tərəf lər "Azərbaycan Nəşriyyatı" və tamamilə kənar şəxslər olmuşdur. Hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35. 1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiy ası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılma lıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərard adının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, X5 verilmiş **********19 reyestr nömrəli və ona digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş, əvvəllər X2 və Abbasbəyli Məmməd Aslan oğluna verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri məhz 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli qərarının icrasının nəti cəsində əldə olunmuşdur. Cavabdeh orqan isə həmin daşınmaz əmlakların ilkin qeydiyyatını həyata keçirərkən, plan ölçü və reyestrdən çıxarış verərkən həmin məhkəmə aktını icra etmişdir.... Belə olan halda, həmin məhkəmə qərarı qüvvədə ola-ola, həmin qərar əsasında verilmiş plan ölçülərin etibarsız hesab edilməsi barədə iddiaçının iddiasının məhkəmə icraatı mümkün sayıla bilməz. İddiaçı uğurlu nəticəyə nail olmaq istədiyi və müvafiq subyektiv hüquqa malik olduğu halda məhz həmin məhkəmə aktının özünü mübahisələndirmək imkanına malik olmuşdur. Lakin hazırkı işin halları baxımından belə mübahisələndirmə ilə bağlı hərəkətlərin edilməsi müəyyən olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən sənədlərin verilməsinə əsas olan məhkəmə aktının ləğv edilməsi halından həmin aktın ic rası ilə bağlı edilmiş hərəkətlərə geriyə dönüş edilə bilər. Həmin aktın özünün qüvvədə olduğu halda isə onun icrası ilə bağlı edilmiş hərəkətlərin müstəqil iddia qaydasında etibarsızlığının tələb edilməsi yolverilməzdir. Konkret halda isə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı iddianın əsasına və tələbinə müvafiq olaraq inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı istinad etdiyi hallara dair əsaslandırmalarını İPM-in 12.1, 12.2, 35.1, 78 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

23. İPM-in 27-ci maddəsinin müddəalarına əsasən, 27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər.

24. Hazırkı iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli qərarının aid olduğu icraatın iştirakçısı olmamışdır.

25. İPM-in 78-ci maddəsinin tələbinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

26. Oxşar yanaşma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsində də təsbit olunmuşdur: Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə m əhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

27. Beləliklə, hazırkı iş üzrə iddiaçı həmin icraata cəlb olunmadığından həmin məhkəmə aktının qüvvəsi iddiaçıya münasibətdə preyudisial əhəmiyyət kəsb etmir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarında ifadə olunan “... müvafiq subyektiv hüquqa malik olduğu halda məhz həmin məhkəmə aktının özünü mübahisələndirmək imkanına malik olmuşdur” məzmunda qənaətə gəldikdə, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, İPM-in 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

29. Göründüyü kimi, İPM şika yət vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğunu aşkar və imperativ olaraq müəyyən edib. Digər tərəfdən, qanunverici həmin normada aşkar olaraq göstərir ki, istənilən üçüncü şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər.

30. Hazırkı iş üzrə iddiaçı həmin icraata cəlb olunmamışdır. Həmin icraatın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə başa çatdığı da nəzərə alındıqda, belə prosessual imkan da aradan qalxmışdır. Belə ki, İPM-in 28.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarı maraqlarına toxunan şəxs yalnız iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə icraata cəlb oluna bilərlər.

31. Bununla yanaşı, İPM-in 28.1-ci maddəsində nəzərdə tutulmuş imkanının arad an qalxması və məhkəmə aktlarının məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir (həmçinin bax: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.4-cü maddəsi).

32. Mübahisənin inzibati məhkəmə icraatına aidiyyəti ilə bağlı mümkünlük şərtinə gəldikdə, aşağıdakılar nəzərə alınmalıdır. 33. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

34. Beləliklə, tələb inzibati akta qarşı yönəldikdə, bu, aidiyyətlə bağlı sual doğurmur və həmin inzibati akt a qarşı mübahisələndirmə (inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi), yaxud tanınma (inzibati aktın etibarsızlığının tanınması, artıq icra edildiyinə görə əhəmiyyətini itirmiş inzibati aktın qanunsuz sayılması) haqqında iddia irəli sürülə bilər. Bu halda, həmin inzibati akt həm formal-hüquqi baxımdan (məsələn, inzibati aktın inzibati icraat qaydalarının pozulması ilə qəbul edildiyi halda), həm də maddi-hüquqi baxımdan qanunsuz sayıla bilər. 35. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

36. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxs lərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər.

37. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı və qanunsuz olsaydı (məsələn, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulan əsaslara görə), onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı.

38. Maddi-hüquqi baxımdan isə inzibati orqanın faktiki xarakterli hərəkəti o zaman qüsurlu olur ki, həmin hərəkət məzmun baxımından qüsurlu olsun (məsələn, hüquqi vəziyyəti əks etdirən arayışın, yaxud çıxarışın verilməsinə görə). İnzibati orqanın faktiki xarakterli hərəkəti maraqlı şəxsin hüquqlarına müdaxilə etdikdə və bunun üçün hüquqi əsas olmadıqda da həmin hərəkət qüsurlu olur. Bu qənaət “İnzibati icraat haqqında” Qanunun inzibati orqanların faktiki xarakterli fəaliyyətinə də şamil olunan və təkcə formal-hüquqi deyil, həmçinin maddi-hüquqi tələbləri də əks etdirən 10-19-cu maddələrindən irəli gəlir.

39. Göstərilənlər nəzərə alındıqda, cavabdeh tərəfindən verilmiş sənədlərin etibarsızlığına dair tələblər heç də hər bir halda “inzibati aktın etibarsızlığının tanınması haqqında” iddia kimi qiymətləndirilməli deyil. Nəzərə alınsa ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur, deməli maraql ı şəxs “İnzibati icraat haqqında” Qanunun 65.3-cü maddəsinə əsasən, həmin Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati orqan tərəfindən verilmiş sənədlərin etibarsız olduğunu təsdiq etməyi həmin orqandan tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı müəyyən etmə, yaxud öhdəliyin icrası (inzibati fəaliyyətin nəticəsini əks etdirən, lakin inzibati akt hesab edilməyən sənədin etibarsız olduğunu təsdiq etmək öhdəliyi) haqqında iddia qaldıra bilər.

40. Hazırkı işdə, iddiaçı (onun cavabdehə müraciətinin və iddia ərizəsinin ifadə tərzi nəzərə alındıqda) cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) “torpaq sahəsinin pla nı və ölçüsü” sənədlərində ifadə olunan nəticəsinin etibarsız olduğunun təsdiq edilməsini tələb edir. Bu tələbin əsasları isə, yuxarıda qeyd edildiyi kimi, hazırkı inzibati məhkəmə icraatı qaydasında, həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır.

41. Belliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 12.2, 35.1, 78 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

42. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən, həmçinin apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədiyindən şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

43. Yuxarıda göstərilən lərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-729/2020 nömrəli, 2020-ci il 13 mart tarixli qərardadı ləğv olunur. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar