Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3/2023 13.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması və tutulmasının qadağan edilməsi, etimad hüququ, birgə məsuliyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul vəsaitinin geri qa ytarılması və pulun tutulmasının qadağan edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)1553/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 5 noyabr 2000-ci il tarixdən 2 dekabr 2005-ci il tarixədək ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2. 23 yanvar 2007-ci il tarixdən iddiaçıya sabiq deputat kimi 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçıya Fondun Səbail rayon şöbəsi tərəfindən sabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəs i (hazırkı cavabdeh) tərəfindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının ödənildiyi aşkar edilmişdir. 4. xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya 58120,82 manat artıq pensiyanın ödənildiyinə istinad edən cavabdeh tərəfindən həmin artıq ödənilmiş 58120,82 manat pensiya məbləğinin 36112,38 manat hissəsi xx.xx.2017xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutulmuş, 22008,44 manat hissəsi isə qalıq olaraq qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı 3 may 2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının pensiyasından tutmaların həyata keçirilməsi ilə bağlı cavabdehin hərəkətlərinin (əmrin, qərarın, sərəncam ın) qanunsuz hesab edilməsi, 58120,82 manat məbləğində tutulmuş pul vəsaitinin iddiaçıya geri qaytarılması və Azərbaycan Respublikası Milli Məclisin komitə sədrinin müavininə deputat səlahiyyətlərinin yerinə yetirilməsinə görə pul təminatının qanunamüvafıq qaydada hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 2007-ci ildən Azərbaycan Respublikası Milli Məclisin sabiq deputat kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan pensiya alır. Ötən müddət ərzində pensiyası qanunamüvafiq şəkildə verilməmiş, müxtəlif vaxtlarda buna etirazını bildirmişdir. Qeyd edir ki, cavabdehin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqı nda” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş aylıq pul təminatının (1 sentyabr 2004-cü il tarixdən 1 avqust 2008-ci il tarixədək 25 faiz, 1 avqust 2008-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək 50% həcmində əlavələr nəzərdə tutulub) ona verilməsindən imtina etməsini mübahisələndirmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)262/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktının icrası zamanı cavabdeh tərəfindən 2007-ci ildən 2013-cü ilədək olan əlavələr qanunsuz şəkildə 28852,62 manat hesablanmış, bu azmış kimi vəsaitin xeyli hissəsi əvvəllər ona ödənilmiş pensiyanın əvəzi kimi çıxılmışdır. Cavabdehin onun müraciətlərinə verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubundan bəlli olur ki, ondan ümumilikdə, 58120,82 manat məbləğində pul tutulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən 58120,82 manat məbləğində pulun tutulması qanunsuz və əsassız olmuşdur. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə aktı natamam icra edilərək “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş aylıq pul təminatı (2007-2013-cü illər üzrə əlavələr) düzgün hesablanmamış, 28852,62 manat vəsaitin müəyyənləşdirilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Milli Məclisin komitə sədrinin müavininə deputat səlahiyyətlərinin yerinə yetirilməsinə görə pul təminatı xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək - 365 manat (25%), xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilədək 731 manat (50%) nəz ərdə tutulduğu halda, cavabdeh tərəfindən həyata keçirilmiş hesablama buna uyğun olmamışdır.
7. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin pensiya tutulmalarının həyata keçirilməsini nəzərdə tutan hərəkətlərinin, 23 noyabr 2017-ci il tarixli sərəncamının qanunsuz və əsassız hesab edilərək tutulmuş pul vəsaitinin ona geri qaytarılmasının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir.
8. İddiaçı dəqiqləşmə barədə ərizəsini onunla əsaslandırmışdır ki, onun razılığı olmadan cavabdeh tərəfindən külli miqdarda pulunun tutulması qanunsuz və əsassız olmuşdur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, cavabdeh heç bir əsaslı səbəb gətirmədən xx.xx.2017-ci ildən etibarən birtərəfli qaydada 56.388, 32 manat pulun ondan alınması haqda sərəncam qəbul etmiş, 4 il ərzində pensiyasından aylıq 1225,83 manat pulun tutulması qərara alınmışdır. Əldə etdiyi məlumata əsasən belə bir qərarın qəbul edilməsinə səbəb iki pensiya almağı olmuşdur. Lakin bu rəqəmin necə hesablanması, habelə iki pensiyanın təyinində pensiyaçının təqsirinin mövcudluğu göstərilməmişdir. Dəfələrlə cavabdehə etdiyi müraciətlərin nəticəsi olmamışdır. Ona 58.120 manat artıq pensiyanın ödənildiyi bildirilsə də, cavabdehin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən bu məbləğ 56.388 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən təqaüdə çıxarkən aylıq 192 manat pensiya təyin edildiyi nəzərə alınsa, 129 ay 8 gün ərzində 58.120 manatlıq pensiya ödənişinin hansı qaydada hesablanmasını bilmək vacibdir. 4 il ərzində pensiyasından aylıq 1.225 manat məbləğində pul tutulduğunu, əvvəllər verilən rəsmi məlumata əsasən xx.xx.2019-cu il tarixə qalan qalığın 30.645 manat təşkil etdiyini, xx.xx.2017-dən xx.xx.2021-ci ilədək 31.850 manat pulun tutulduğunu nəzərə aldıqda, hazırda da pensiyasından tutulmanın aparılması tamamilə qanun pozuntusudur. Bundan başqa cavab məktubundan görünür ki, ona əvvəllər hərbi qulluqçu kimi pensiya verildiyi qeyd edilmişdir. Heç vaxt hərbi qulluqçu kimi fəaliyyət göstərmədiyini nəzərə alıb hərbçi kimi pensiya təyinin hansı əsaslarla həyata keçirildiyi barədə də cavabdeh ona heç bir məlumat vermir. Bütün bunlar isə cavabdehin qanunazidd hərəkətlərə yol verdiyini təsdiq edir. Hələ Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona pensiya təyin edilərkən yol verilmiş pozuntu b arədə aidiyyəti orqanlara, o cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasına müraciətlər göndərmiş, lakin cavabdeh inzibati orqan pensiya ödənişini dayandırmamışdır. Göründüyü kimi artıq pensiya ödənişinə görə məsuliyyəti iddiaçı deyil, cavabdeh daşımalıdır.
9. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək pulun tələb edilməsinin qanunsuz hesab edilməklə 36112,38 manat məbləğində pul vəsaitinin geri qaytarılmasının cavabdehə həvalə edilməsini və qalıq 22008,44 manat pul vəsaitinin tutulmasının cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdehin yazılı etirazının dəlillərinə əsasən, iddiaçı 11 fevral 2021-ci il və 18 fevral 2021-ci il tarixlərində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətl ə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, cavabdehdə mövcud olan pensiya işinə aid sənədlərdə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 23 yanvar 2007-ci il tarixindən sabiq deputat kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixindən onun əmək pensiyası cavabdeh tərəfindən ödənilir. İddiaçı 2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01 sentyabr 2007-ci il tarixindən 01 dekabr 2013-cü il tarixinədək pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini” xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2-1(112)-262/20 20 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2-1(103)-1346/2020 nömrəli qərarı ilə Bakı inzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2-1 (102)1013/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir. İddiaçıya Fondun Səbail rayon şöbəsi tərəfindən sabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslə rlə İş İdarəsi (hazırkı cavabdeh) tərəfindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ona 58120,82 manat artıq pensiya ödənilmişdir. Həmin artıq ödənilmiş 58120,82 manat pensiya məbləğinin 36112,38 manat hissəsi xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə onun əmək pensiyasından tutulmuş, qalıq 22008,44 manat təşkil etmişdir.
11. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 25 avqust 2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən sabiq deputat kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edilməklə 23 yanvar 2007-ci il tarixindən ödənilir. Pensiya işinə da ir sənədlərin cavabdehə köçürülməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixindən adıçəkilən şəxsə əmək pensiyasının ödənişi cavabdeh tərəfindən həyata keçirilir. Araşdırmalar zamanı iddiaçıya Səbail rayon şöbəsi tərəfindən əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (hazırkı cavabdeh) tərəfindən hərbi qulluqçu kimi (Daxili İşlər Nazirliyinin əməkdaşı kimi) yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsə 58120,82 manat artıq pul vəsaitinin ödənilməsi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pensiya məbləğinin 24516,60 manat hissəsi xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 1225,83 manat olmaqla, 11595,78 manat hissəsi xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 828,27 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq ümumilikdə 36112,38 manat hissəsi büdcəyə bərpa olunmuşdur. Qalıq 22008,44 (58120,82-36112,38) manat təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(103)-1346/2020 nömrəli qərarına əsasən iddiaçının əmək pensiyası səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə nəzərə alınmaqla xx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr üçün yenidən hesablanmış və ümumilikdə 28852,62 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd olunan fərq məbləğindən ona artıq ödənilmiş qalıq 22008,44 manat məbləği çıxılmış, qalan 6844,18 manat pul vəsaiti 14 mart 2021-ci il tarixində adıçəkilən şəxsin əmək p ensiyasının (4207,50 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2021-ci tarixli 2-1(102)-1013/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan müvafiq qərarı ləğv edilmişdir. Buna görə də xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək pensiyası üzrə artıq ödənilmiş qalıq məbləğ 22008,44 manat təşkil edir, həmçinin onun kart hesabına 14 mart 2021-ci il tarixində köçürülmüş 6844,18 manat da artıq ödənilmiş vəsait hesab edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ümumilikdə 28852,62 (22008,44+6844,18) manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparıl ması üçün adıçəkilən şəxsin yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi barədə tərəflərindən xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubla xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-6280/2021 nömrəli qərarı (hakim O.X.Həsənov) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən əlavə pensiya ödənişi əsası ilə ödənilmiş 58120,82 manat pul məbləğinin iddiaçıdan geri tələb edilməsi qanunsuz hesab edilmiş, cavabdeh tərəfindən iddiaçıdan tutulmuş 36112,38 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması cavabdehə həvalə edilmiş, cavabdeh tərəfindən iddiaçıya əlavə əmək pensiya ödənişi əsası ilə ödənilmiş, lakin tutulmamış qalıq 22008,44 manat pul vəsaitinin tutulması cavabdehə qadağan edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. 36112,38 manat pul məbləğinin tutulmasına münasibətdə iddiaçıya əmək pensiyasının məbləğinin düzgün hesablanıb-hesablanmaması, hesablanmamışdırsa həmin artıq ödəmənin geri qaytarılıb-qaytarılmaması ilə bağlı əlavə hüquqi dəyərləndirmənin aparılmasına ümumiyyətlə zərurət müəyyən edilmir. Belə ki, cavabdeh pul tutulmalarının aparılmalı olmasını əsasl ı hesab edirsə də, bununla bağlı özü həmin məbləğin tutulması ilə bağlı publik səlahiyyətə o zaman malik olardı ki, buna iddiaçı razılıq vermiş olsun. Razılığın olmaması isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəməyə cavabdehin iddiaçı qismində müraciəti üçün əsas yaradır ki, cavabdeh bununla bağlı müraciət etməmişdir.
14. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir. Yuxarıda adıçəkilən müddəaların tələbindən də görün ür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıbqaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına malik olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad etməsinin istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bil mədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların heç biri mövcud olmamışdır. Məhkəmə hesab etmişdir ki, bu hal iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, əmək pensiyasının artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir.
15. Eləcə də, məhkəmə hesab etmişdir ki, inzibati orqan tərəfindən həm hərbi qulluqçu, həm də əlilliyə görə pensiya ödənilsə də, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Əmək pensiyasının artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda be lə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından, hazırkı tələbin təmin edilməsi istisna olunmur.
16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-1553/2022 nömrəli qərarı (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-6280/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67ci maddəsinin, xüsusən 67.5-67.13-cü maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığ ı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənililibödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalaca ğı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını əsassız hesab edərək bununla bağlı iddia tələbinə yazılı etirazında və birinci instansiya məhkəməsinə ünvan ladığı 25 avqust 2021-ci il tarixli, **********4 nömrəli məktubunda göstərdiyi dəlilləri təkrarlamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inz ibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlah iyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya b axımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8 -ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə
68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzi bati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum oldu ğu gündən 1 il ərzində ləğv edilə bilər....
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahi sələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesa b edir.
29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
30. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan haz ırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
31. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 5-ci maddəsi şəxsin pensiya seçmək hüququ ilə bağlı münasibətləri tənzimləyir. Həmin maddənin tələbinə görə Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən pensiya təyini zamanı i stinad olunan normaya uyğun olaraq iddiaçıya pensiyanın, xüsusilə də ikinci pensiyanın təyin olunması zamanı belə seçim imkanın yaradıldığı, onun yalnız bir pensiya almaq hüququna malik olduğu və şəxsə eyni zamanda iki pensiyanın təyin edilməsinə istinad olunan normaya əsasən yol verilmədiyi barədə xəbərdarlığın edildiyi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
32. Apelyasiya məhkəməsi tərəfindən həmçinin iddiaçının iddia ərizəsində ona pensiya təyin olunarkən yol verilmiş qanun pozuntusu barədə qeyd etdikləri də araşdırılmamışdır. Belə ki, iddiaçı ona hələ Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya təyin edilərkən yol verilmiş pozuntu barədə aidiyyəti orqanlara müraciətlər göndərdiyini, lakin cavabdeh inzibati orqan tərəfindən pensiya ödənişinin dayandırılmadığını, ona görə də artıq pensiya ödənişi ilə bağlı məsuliyyəti iddiaçının deyil, cavabdehin daşımalı olduğunu qeyd etmişdir.
33. Halbuki həmin halların araşdırılması “İnzibati icraat haqqında” Qanunun 67.6.3cü maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, iddiaçının etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
34. Qeyd edilən halların müəyyən olunması həm də ona görə vacibdir ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən məhz etimad hüququnun qorunması prinsipinə və “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində təs bit olunmuş iddiaçının etimadının qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad etmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bununla bağlı hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan R espublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifad ənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almalı idi.
37. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qərarın 33-cü bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir.
38. Nəzərə almaq lazımdır ki, “İnzibati ic raat haqqında” Qanunun 67.6-cı və 67.6.3cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları araşdırmadan iddiaçının ona eyni zamanda iki pensiyanın təyin olunmasının qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etməkdə və bunun üzərindən onun etimad hüququnun qorunduğuna əsaslanmaqla qərar qəbul etməkdə məhkəmə haqlı sayıla bilmə z.
39. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının artıq ödəmənin qanunsuz olduğunu bilməsində və ya ən azından bilməli olmasında ifadə olunan davranışı inzibat icraat hüququnun müddəaları və şəxsin etimad hüququ baxımından qiymətləndirilərkən, həmçinin iddiaçının vəzifəsi, statusu, peşəsi, təhsil və bilik səviyyəsi, eləcə də bununla bağlı digər hallar da nəzərə alınmalıdır. Belə ki, mübahisəyə dair iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı 5 noyabr 2000-ci il tarixdən 2 dekabr 2005-ci il tarixədək ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı və hüquq siyasəti komissiyasının sədr müavini olmuş, həmin müddət ərzində Azərbaycan Respublikasında qanunvericiliyin formalaşmasında, qanun layihələrinin müzakirəsində və qəbul olunmasında birba şa iştirak etmişdir.
40. Digər tərəfdən, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçı müəyyən dövr ərzində eyni vaxtda həm sabiq deputat kimi əlilliyə görə, həm də hərbi qulluqçu kimi əmək pensiyası almışdır. Cavabdeh həmin müddət ərzində iddiaçıya ümumilikdə 58120,82 manat artıq ödəniş edildiyini, artıq ödənilmiş 58120,82 manat pensiya məbləğinin 36112,38 manat hissəsinin xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə iddiaçının əmək pensiyasından tutulduğunu, 22008,44 manat hissəsinin isə qalıq kimi qaldığını iddia edir.
41. Bununla bağlı qeyd olunmalıdır ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin qaydaya görə, artı q ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
42. Buna baxmayaraq, cavabdeh tərəfindən yuxarıda istinad olunan normanın tələblərinə əməl olunmamış, artıq ödənilmiş pensiya məbləği əmək pensiyaçısının razılığı olmadan cavabdeh tərəfindən hissə-hissə iddiaçının pensiyasından tutulmuş, bununla da “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin pozuntusuna və bunun üzərindən də iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxiləyə yol verilmişdir. Bu baxımdan istinad olunan normanın tələblərini pozmaqla iddiaçının pensiyasından tutmanı həyata keçirməkdə cavabdeh haqlı sayıla bilməz.
43. Bundan əlavə, Ali Məhkəmənin hüquqi mövqeyinə görə, əlveri şli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin geri tələb olunması ilə bağlı hallarda məhkəmə, cavabdeh tərəfindən iddiaçıya (hazırkı mübahisəyə münasibətdə onun seçimindən asılı olaraq) pensiyanın təyin olunması barədə əvvəlki icraat nəticəsində qəbul olunmuş ilkin qərarın ləğv edilərək həmin qərarın qəbulu üzrə icraatın “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələndiyini, təzələnmiş inzibati icraatda maraqlı şəxsin icraata cəlb edildiyini və onun dinlənilmə hüququnun təmin olunduğunu və qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərarın qəbul edildiyini də yoxlamalıdır. La kin cavabdeh tərəfindən qeyd edilən prosedur qaydalara əməl olunduğu iş üzrə materiallardan görünmür. Halbuki “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı).
44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən artıq ödəmənin məbləğinin hansı icraat çərçivəsində və hansı qaydada hesablandığı, 36112,38 manat məbləğində artıq ödəmə ilə bağlı pensiya məbləğinin tutulması zamanı cavabdehin yuxarıda istinad olunan normada nəzərdə tutulmuş və bu qərarın 43-cü bəndində qeyd olunmuş həmin qaydaya əməl edib-etmədiyi və bunlarla bağlı cavabdehin davranışının qanuni əsasları araşdırılmamışdır.
45. Apellyasiya məhkəməsi iddiaçıya eyni zamanda iki əmək pensiyasının ödənilməsinin sadəcə iddiaçının təqsirli davranışına bağlı olduğunu deyil, eləcə də, inzibati orqanın təqsirli davranışına bağlı olduğunu, hər iki pensiyanın onun səhvi nəticəsində təyin olunduğunu və hazırkı iş üzrə pensiya məbləğinin artıq ödənilməsində tərəflərin həmməsuliyyətli (birgə məsuliyyət) olduqlarını nəzərə almamışdır.
46. Bu mənada iş üzrə araşdırma zamanı həm də nəzərə almaq lazımdır ki, hər bir inzibati orqan (inzibati orqanın adından qərar qəbul edən vəzifəli şəxs) xidməti vəzifəsini yerinə yetirmək üçün zəruri səviyyədə hüquqi və administrativ biliklərə malik olmalıdı r. Zəruri hüquqi biliklərə vəzifəli şəxsin qanunlar və digər normativ hüquqi, eləcə də normativ xarakterli aktlar, habelə yuxarı instansiya məhkəmələrinin təcrübəsi (qərarları) barədə bilikləri daxildir. İnzibati biliklərə isə yalnız dar mənada idarəçilik bilikləri deyil, müasir idarəçilik sistemi üçün xarakterik olan müvafiq biliklər toplusu aiddir. Vəzifəli şəxs özü zəruri biliklərə sahib olmadığı və buna ehtiyacın yarandığı hallarda müvafiq mütəxəssislərdən rəy almağa borcludur. Bu mənada vəzifəli şəxs qəbul edəcəyi qərarla bağlı inzibati icraatı tam və hərtərəfli aparmalı, qərarın qəbuluna ciddi yanaşmalı və bilikləri yetərli olmadığı hallarda ən azından təmsil etdiyi qurumun müvafiq əməkdaşları və ya digər inzibati orqanların mütəxəssisləri ilə məsləhətləşməlidir.
47. Hazırkı mübahisə yə münasibətdə cavabdeh iddiaçıya iki pensiyanın təyin olunması ilə bağlı məsələni yoxlamaq məqsədi ilə yekun qərar qəbul etməzdən əvvəl müvafiq informasiyanı səlahiyyətli orqandan əldə etmək üçün kifayət qədər əsasa malik olmasına rəğmən, bununla bağlı tam və hərtərəfli araşdırma tələbini obyektiv olaraq yerinə yetirməmişdir. Halbuki ciddi və ətraflı araşdırma hələ ikinci pensiyanın təyini ilə bağlı qərarın qəbulu üzrə icraat mərhələsində iddiaçıya artıq hərbi qulluqçu kimi pensiya təyin olunması barədə məlumatın aşkar olunmasına gətirib çıxara bilərdi. Bu zaman məlumatın əldə olunması üçün cavabdeh yalnız özündə olan sənədlərlə kifayətlənməli deyil, həm də pensiya təyinatının cavabdehdə mərkəzləşdirilməsinə qədər pensiya təyin etmək səlahiyyətinə malik olan müvafiq qurumlara da müraciət etməli idi.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının təqsirli davranışı belə cavabdehi xidməti vəzifəsinə görə qanunun tələblərinə uyğun davranmaq və obyektiv hüquqa uyğun qərar qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, publik hakimiyyət funksiyalarını həyata keçirən vəzifəli şəxslər qanunauyğun davranışla bağlı xidməti öhdəlik daşıyırlar. Onlar vəzifələrini yerinə yetirdikləri və səlahiyyətlərindən istifadə etdikləri hakimiyyət orqanını obyektiv hüquqa uyğun təmsil etməyə borcludurlar. Cavabdehin vurulmuş ziyanın qarşısını almaq və ya onu məhdudlaşdırmaq imkanına malik olduğu belə hallarda məsuliyyətin müəyyən olunması zamanı həmin fakt nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə də bu qayda tətbiq olunmalı, cavabdehin də məsuliyyət daşıdığı qəbul edilməli və bunu n üzərindən həm iddiaçı, həm də cavabdeh həmməsuliyyətin subyekti kimi qiymətləndirilməlidir. Digər tərəfdən, iddiaçının da vurduğu ziyana görə həmməsuliyyətli oduğu nəzərə alınmalıdır.
49. Lakin apellyasiya məhkəməsi iddiaçıya eyni vaxtda iki əmək pensiyasının təyin olunmasında tərəflərin (həm vətəndaşın, həm də inzibati orqanın) təqsirli davranışını nəzərə almadan, yalnız etimad hüququnun qorunması (vicdanlı və dürüst davranış) prinsipinə əsaslanaraq artıq ödəməyə görə bütün təqsiri tərəflərdən birinin (inzibati orqanın) üzərinə qoymaqla ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
51. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə əsaslılıq tələbinə riayət olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
52. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edi ldiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
53. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən həmçinin 30 dekabr 2022-ci il tarixli Qanunla 39-cu maddəyə yeni məzmunda edilmiş əlavələr də Konstitusiyanın 149-cu maddəsində təsbit olunmuş norma baxımından nəzərə alınmalıdır. Həmin Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.
54. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 29 aprel 2022-ci il tarixli, 21(103)-1553/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.