Məhkəmə qərarları › İş №2-1(102)-3/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(105)-3/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-0465 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarı ilə Xaçmaz rayonunun Şollar kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 6,48 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2006-cı ildə Azərba ycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 1386 nömrə ilə qeydiyyata alınmışdır.

2. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, JN-0465 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq müraciətin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 14 nömrəli qərarı ilə Xaçmaz rayonunun Şollar kəndi ərazisində ona ayrılmış sahəsi 6,48 hektar olan torpaq sahəsinə dair Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən adına verilmiş JN-0465 (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə (əslində torpağa mülkiyyət hüququna dair dövlət aktı) əsasında həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 14 nömrəli qərarı ilə Xaçmaz rayonunun Şollar kəndi ərazisində sahəsi 6,48 hektar olan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş, həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə onun adına JN-0465 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib olunmuş və torpaq sahəsi üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilmişdir. İddiaçı həmin dövlət aktını və digər sənədləri təqdim edərək, hazırkı formada daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin dövlət aktının ona təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında və elektron baza məlumatlarında əks olunmadığını bəhanə gətirərək hələ 2006-cı ildə dövlət qeydiyyatı aparılmış hüquqlarına dair çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.

6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən daşınmaz əmlak 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr və arxiv məlumatlarında aşkar edilmədi yindən sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tə ləblərə uyğun olmalıdır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə bağlı heç bir münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması xahiş edilir.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Ceyhun Məmmədov) 16 mart 2020-ci il tarixli, 2-1(118)-640/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN-0465 (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayon Şollar bələdiyyəsinin ərazisində yerləşən 6,48 hektar torpaq sahəsi üz ərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən edilməmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Xaçmaz rayon Şollar bələdiyyəsinin ərazisində yerləşən, JN0465 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 6,48 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq üzərində hüquqlara dair dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yax ud elektron baza, xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Zaur Məmmədov və Fuad Məmmədov) 07 oktyabr 2020-ci il tarixli, 2-1(105)-305/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmənin mövqeyi cavabdehin imtinasına bağl ı olmadığı üçün cavabdehin göstərdiyi dəlillərlə məhdudlaşmır və cavabdehin aşkar mübahisələndirmədiyi halları belə xidməti vəzifəsinə görə yoxlamaq məhkəmənin vəzifəsidir. Hazırkı işdən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçıya Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarı ilə ayrılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçıya torpaq sahəsinin ayrılmasına əsas olmuş sənədləri əldə etmək mümkün olmamışdır. Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarını məhkəmənin sorğusuna əsasən əldə etmək mümkün olmasa da, həmin qərar əsasında iddiaçının adına tərtib olunmuş JN-0465 (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 n ömrəli qərarı ilə Xaçmaz rayonu Şollar kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 6,48 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Demək ki, dövlət aktından belə nəticə əldə olunur ki, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, həm də kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi satılmışdır. Birinci instansiya məhkəməsi isə bu xüsusata diqqət yetirməmişdir. Qanunvericilikdə bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqlarının vətəndaşlara verilməsinin xüsusiyyətləri tənzimlənmişdir. Kənd təsərrüfatı məqsədləri üçün kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilir. Belə torpaqlar alqı-satqı obyekti ola bilməz. Qanunverici kənd təsərrüfatı təyinatlı t orpaqlardan yalnız kənd təsərrüfatına az yararlı və yararsız torpaqların qeyri-kənd təsərrüfatı ehtiyacları üçün xüsusi mülkiyyətə verilə bilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Hazırkı halda isə işin hallarından görünür ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün satılmışdır. Halbuki yuxarıda aparılan dəyərləndirməyə görə, bu keyfiyyətdə olan torpaq sahəsinin belə məqsəd üçün satılması yolverilməzdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda da iddiaçıya satılmış torpaq sahəsinin satışının onun təyinatına və hüquqi rejiminə uyğun gəlməməsi hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər və bu səbəbdən cavabdeh, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zakir Quliyev /sədrlik edən və məruzəçi/, Rahib Nəbizadə və İspəndiyar Şəfiyev) 19 yanvar 2021-ci il tarixli, 2-1(102)-288/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismə n təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin ayrılması barədə Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarı hazırkı inzibati mübahisənin düzgün həll edilməsi üçün çox önəmli sənəd olmaqla, torpaq sahəsinin iddiaçıya satılmasına (ayrılmasına) dair həmin ilkin sənəddən torpağın bilavasitə təyinatının müəyyən edilməsi haqqında məlumat almaq mümkündür. Lakin sözügedən sənəd iş materiallarında yoxdur, halbuki apellyasiya instansiyası məhkəməsi inzibati mübahisənin düzgün həll edilməsi üçün istənilən sənədi n əldə edilməsi istiqamətində bütün tədbirləri görməyə borcludur (İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi Şollar bələdiyyəsinə bu halda cəmi bir dəfə xx.xx.2020-ci il tarixdə sorğu göndərməklə və oradan cavab almamaqla kifayətlənmişdir, halbuki Ədliyyə Nazirliyində Bələdiyyələrə nəzarət üzrə qurum mövcuddur. Bundan başqa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin bu məsələ ilə bağlı hüquq varisinə də müraciət edilib adıçəkilən sənədi mütləq almaq lazım idi. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş üzrə əsas sübutlardan biri olan Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarını əldə etmədən hazırkı inzibati mübahisə üzrə məhkəmə qərarı qəbul etmiş və bununla da İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərini pozmuşdur.

15. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi nəticəsinə gələrkən yeganə bir sənədə-Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarı əsasında iddiaçının adına tərtib olunmuş JN-0465 (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına istinad etmişdir. Əvvəla, həmin dövlət aktında mübahisəli torpaq sahəsinin təyinatı barədə bir kəlmə belə yazılmamış, sadəcə dövlət aktının “hansı məqsəd üçün” verilməsi hissəsində “kənd təsərrüfatı məhsulları istehsalı” qeyd edilmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi müvafiq maddi hüquq normalarına istinadən qərarında göstərmişdir ki, bələdiyyənin kənd təsərrüfatına yararlı torpaq sahələri alqı-satqı predmeti ola bilməz, icarəyə verilə bilər, amma kənd təsərrüfatına az yararlı və yararsız torpaq sahələri xüsusi mülkiyyətə verilə bilər. Lakin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin hansı növ torpaq sahəsi olması istiqamətində (kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız) ümumiyyətlə heç bir araşdırma aparmamış, yəni Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə həmin məsələyə dair rəy verilməsi ilə əlaqədar müraciət etməmiş və ya müvafiq ekspertiza təyin etməmişdir. Burada xüsusi olaraq qeyd edilməlidir ki, sözügedən torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçıya satılması avtomatik şəkildə həmin torpağın kənd təsərrüfatı təyinatlı olması anlamına gəlmir. Belə ki, iddiaçıya kənd təsərrüfatına az yararlı və yaxud ümumiyyətlə yararsız torpaq sahəsi verilə bilərdi ki, sonradan iddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində aqrotexniki və digər işlər görülməklə onun kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi halına gətirilməsi də istisna olunmur. Lakin, apellyasiya instansiyası məhkəməsi bütün yuxarıda göstərilənləri araşdırmadan, lazım olan sübutları əldə etmədən iş üzrə qanuna uyğun olmayan məhkəmə qərarı qəbul etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. İş üzrə təkrar apellyasiya icraatı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri 4,61 ha təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyildir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. JN-0465 (kod: ********) nömrəli dövlət aktında olan koordinatları ilə qismən uyğunluq təşkil edir (sxem tərtib edilib). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi yeni uçot məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı, uqodiyası təmiz örüş kimi qeyd olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, hal-hazırda yeni uçot məlumat bazasına əsasən yararlıdır.

17. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı məhkəmə tərəfindən alınmış mütəxəssis rəyi ilə razı deyildir. Belə ki, suallar ətraflı cavablandırılmamış, torpaq sahəsinin 16 ildən artıq iddiaçının istifadəsində olmasına, həmin torpaq sahəsinin tam yararlı vəziyyətə iddiaçı tərəfindən gətirilməsinə, bunu bütün qonşuluqda yaşayan sakinlərin də təsdiq etməsinə baxmayaraq, cavabdeh tərəfin təqdim etdiyi rəydə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi göstərilməsi əsassızdır. Bundan əlavə, qeyd olunan torpaq sahəsi başqa bir şəxsə satılmışdır və hazırda alıcının nümayəndəsinin təqdim etdiyi ilkin müqavilədə göstərilən öhdəliyin yerinə yetirilməsi üçün iddiaçı iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

18. Apellyasiya instansiyası məhkəməsinin xx.x x.2023-cü il tarixli qərardadı ilə X2 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

19. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsinin kənd təsərrüfatına yararlı torpaq kimi göstərilməsi bugün mümkündür ona görə ki, həmin sahə uzun illər ərzində iddiaçı tərəfindən böyük həcmdə işlər görülməklə, yəni mindən artıq maşın torpaq tökülməklə yararlı hala gətirilmiş və hazırda çoxsaylı ağaclar əkilmiş vəziyyətdədir. Bundan əlavə, torpaq sahəsi iddiaçı tərəfindən üçüncü şəxsə ilkin alqı-satqı müqaviləsi əsasında satılmış, həmin müqaviləyə əsasən də torpağa çıxarış alınmaqla üçüncü şəxsin adına rəsmiləşdirilməlidir. Hətta həmin torpaq sahəsinin qonşulu ğunda olan demək olar ki, bütün torpaq sahələri üçüncü şəxs tərəfindən alqı-satqı müqavilələri əsasında alınmaqla onun mülkiyyətindədir. Odur ki, üçüncü şəxs iddiaçının dövlət aktı əsasında mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışın verilməsinə dair birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab edir və şikayətin təmin edilməməsini, məhkəmə qərarının qüvvədə saxlanılmasını xahiş edir.

20. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi mütəxəssis rəyinə əsasən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı, uqodiyası təmiz örüş kimi qeyd edilən torpaq sahəsi olduğundan və bunun təyinatı dəyişdirilmədən rəsmiləşdirilməklə mülkiyyətə dair çıxarış verilməsinin mümkün olmaması səbəbindən birinci in stansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşadət Ağayev /sədrlik edən və məruzəçi/, İlqar Dəmirov və Zahid Məmmədov) 10 mart 2023-cü il tarixli, 2-1(105)-3/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd olunmuşdur.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbləri baxımından əsassız olmasına dair birinci instansiya məhkəməsinin arqumenti qəbul edilə bilməz. Belə ki, qeyd edilən Qanun un 15.1.1-ci maddəsində məhz dövlət qeydiyyatı barədə müraciət olunan hüququn həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması onu özündə ehtiva edir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün istinad edilən Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, həmçinin qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlaka dair qəbul edilmiş aktın əlavə olunması zəruridir. İddiaçının təqdim etdiyi sənədlərdən isə müəyyən olunur ki, bələdiyyə mülkiyyətində olan örüş torpaq sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrıldığı, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verildiyi halda, Xaçmaz rayon Şollar bələdiyyəsi həmin torpaqlara aid edilən örüş torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul etmiş, həmin qərar əsasında iddiaçının adına dövlət aktı tərtib olunmuş, bununla da bələdiyyə qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin tələbləri baxımından Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı mübahisələndirilən torpaq sahəsi iddiaçıya satılarkən səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş akt olduğundan, həmin inzibati akt etibarsız sayılır və həmin Qanunun 64.4-cü maddəsinin tələbinə uyğun olaraq da etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.

23. İş üzrə verilmiş mütəxəssis rəyi ilə təsdiq edilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiy yətinə aiddir və yeni uçot məlumat bazasına əsasən uqodiyası təmiz örüş kimi qeyd olunmuş kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahəsidir. Azərbaycan Respublikasında dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti olmaqla həmin Xidmətin elektron baza məlumatlarında olmasa da, iddiaçıya məxsus olduğu iddia olunan dövlət aktındakı torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə qismən uyğunluq təşkil etməsi, eyni zam anda uqodiyası təmiz örüş kimi qeyd edilən torpaq sahəsinin konkret mövcud olmayan qərarla satılmasına əsaslanaraq mülkiyyətə verilməsi təsdiqini tapmadığından, məhkəmə kollegiyası həmin sənədin hüquqi əsas kimi qəbul edilməsini mümkün saymır. Ona görə ki, Torpaq Məcəlləsinin tələblərindən də göründüyü kimi, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları bələdiyyə mülkiyyətində olmaqla həmin torpaqlar Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada yalnız istifadəyə və icarəyə verilə bilər.

24. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

25. İddiaçının kassasiya şikayətinin əsasını mahiyy ətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, sözügedən dövlət aktının verilməsinə əsas olmuş inzibati akt – Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarı səlahiyyətli dövlət orqanı tərəfindən irəli sürülmüş iddia əsasında həyata keçirilmiş ayrıca inzibati icraat qaydasında ləğv edilməmiş və ya etibarsız hesab edilmiş, apellyasiya instansiyası məhkəməsi isə hər hansı mötəbər sübuta istinad etmədən həmin dövlət aktını etibarsız hesab etmişdir. Həmçinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi hal-hazırda kənd təsərrüfatı üçün yararlıdır. Çünki, iddiaçı və üçüncü şəxs tərəfindən uzun illər ərzində həmin torpaq sahəsində böyük həcmdə işlər görülmüş, yəni mindən artıq maşın münbit torpaq tökülməklə y ararlı hala gətirilmiş və çoxsaylı ağaclar əkilmişdir. Lakin həmin torpaq sahəsi 2006-cı ilə qədər demək olar ki, tam yararsız vəziyyətdə olmuşdur və bunu təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilsə də, apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız olaraq həmin sübutları tədqiq etməkdən imtina etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 12.1. Daşınmaz əmlaka mülk iyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazı lar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanını n aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə b orcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxla nılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəm əsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

35. Cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlilləri ondan ibarətdir ki, JN-0465 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı cavabdehin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdehə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. İş üzrə təkrar apellyasiya icraatı zamanı cavabdeh həmçinin bildirmişdir ki, mütəxəssis rəyinə əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası təmiz örüş kimi qeyd edilən torpaq sahəsi olduğundan, təyi natı dəyişdirilmədən rəsmiləşdirilməklə mülkiyyətə dair çıxarış verilməsi mümkün deyildir.

36. İşə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, həmçinin qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlaka dair qəbul edilmiş aktın əlavə olunması zəruridir. İş üzrə verilmiş mütəxəssis rəyi ilə təsdiq edilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və yeni uçot məlumat bazasına əsasən uqodiyası təmiz örüş kimi qeyd olunmuş kənd təsərrüfatı təyi natlı torpaq sahəsidir. Xaçmaz rayon Şollar bələdiyyəsi örüş torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul etmiş, həmin qərar əsasında iddiaçının adına dövlət aktı tərtib olunmuş, bununla da bələdiyyə qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin tələbləri baxımından, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı mübahisələndirilən torpaq sahəsi iddiaçıya satılarkən səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş akt olduğundan, həmin inzibati akt etibarsız sayılır və həmin Qanunun 64.4-cü maddəsinin tələbinə uyğun olaraq da etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.

37. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adına Az ərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən JN-0465 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib olunmuşdur. Həmin akta əsasən, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarı ilə Xaçmaz rayonunun Şollar kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçıya ayrılmış 6,48 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 1386 nömrə ilə qeydiyyata alınmışdır.

38. Bu qərarın 28-ci bəndində istinad olunan normaya görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz h üquqi qüvvəsini saxlayır.

39. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən dövlət aktı ilə rəsmiləşdirilmiş mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi də onun iddia tələbinin məzmununa və iş üzrə materiallara əsasən əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçının həmin torpaq sahəsi üzərində hüququ səlahiyyətli dövlət orqanı tərəfindən artıq 2006-cı il tarixdə qeydiyyata alınmışdır. Məntiqi baxımdan müvafiq səlahiyyətli qeydiyyat orqanı tərəfindən aparılmış dövlət qeydiyyatı qanuna əsasən öz hüquqi qüvvəsini saxladığından hüququnun təkrar qeydiyyatının aparılmasında iddiaçı maraqlı ola bilməz. Bu mənada iddiaçının tələbinin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması kimi ifadə olunmasına baxmayaraq, əslində onun həqiqi niyyəti hüququna dair yeni nümunəli müvafiq sənədin əldə olunmasına yönəlmişdir.

40. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı, hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahəsinə münasibətdə qəbul olunduğu təqdirdə belə, apellyasiya məhkəməsinin qeyd etdiyinin əksinə olaraq, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi, o cümlədən 65.1.2-ci maddəsi anlamında etibarsız sayıla bilməz. Birincisi, inzibati orqanın qərarının qəbulunun qanunvericiliyin müəyyən tələblərinin pozulması ilə müşayiət olunması, həmi n qərarın qəbulunun onun səlahiyyəti ilə ehtiva olunduğu hallarda həmin qərarın etibarsızlığına deyil, qanunsuzluğuna səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, sərəncamında olan torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da bələdiyyənin torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət bələdiyyənin səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasından gedir. İstinad olunan norma məhz bu mənada təfsir və tətbiq olunmalıdır. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüq uqu olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin ayrılmasının onların səlahiyyətinə aid olduğu mübahisə predmeti deyil və təkzib olunmur. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı etibarsız sayıla bilməz.

41. Bundan başqa, bu qərarın 28-ci bəndində istinad olunan normaya görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Həmin norma anlamında dövlət reyestrində saxlanılmalı olan məlumatların cavabdehə, eləcə də arxivə təhvil verilməsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanının məsuliyyət sferasına aid edilməlidir. Eləcə də, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə riayət olunmasını, habelə həmin qərar əsasında tərtib edilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktının elektron baza məlumatlarında və dövlət aktlarının qeydiyyatı kitablarında rəsmiləşdirilməsini təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Bu baxımdan qeyd edilən hallar iddiaçının məsuliyyət sferasına aid edilə, onun ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar yuxarıda istinad edilən normaların mahiyyəti, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas sayıla bilməz.

42. Digər tərəfdən, iddiaçının təqdim etdiyi sənədlərin, o cümlədən dövlət aktının arxiv nüsxəsinin aşkar olunmaması, eləcə də torpağa mülkiyyət hüququna dair dövlət aktının elektron baza məlumatlarında əksini tapmaması həmin aktın həqiqətən bələdiyyə tərəfindən qəbul edilmədiyi və mötəbər olmadığı anlamına gəlmir. Bu zaman həm də cavabdeh tərəfindən həmin aktın mötəbərliyini şübhə altına alan hər hansı sübutun məhkəməyə təqdim olunmadığı, cavabdehin sadəcə ola raq həmin aktın qeydiyyat kitabında və baza məlumatlarında əks olunmadığını iddia etməklə kifayətləndiyi də nəzərə alınmalıdır. Həmçinin iş üzrə materiallardan da bələdiyyə tərəfindən həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Məhkəmə araşdırması zamanı həmçinin bələdiyyənin yalnız iddiaçıya münasibətdə qəbul etdiyi qərarın deyil, ümumiyyətlə həmin dövrə aid bələdiyyə sənədlərinin arxivə təhvil verilmədiyi də müəyyən olunmuşdur. Məhkəmə tərəfindən bu xüsusatlar mübahisənin həlli baxımından nəzərə alınmaya bilməz.

43. Mübahisəyə dair işin faktiki halların dan görünür ki, iddiaçı 6,48 hektar torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 1386 nömrə ilə qeydiyyata alınmış JN0465 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktını cavabdehə təqdim etmişdir. Həmin aktın mötəbərliyini və həqiqiliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, həmin akt qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya geri çağırılmamışdır. 44. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 45. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq icraat nəticəsində qəbul edilmiş yekun qərar – inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini sax layır və hüquqi cəhətdən etibarlı sayılır. Belə yanaşma “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən də irəli gəlir. İstinad olunan həmin hüquqi mövqeyə görə, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun (bununla bağlı bax: “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı).

46. Apellyasiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə istinad edərək, Xaçmaz rayon Şollar bələdiyyəsinin örüş tor paq sahəsinin iddiaçıya ayrılması barədə qərar qəbul etdiyini, həmin qərar əsasında iddiaçının adına dövlət aktı tərtib olunduğunu, bununla da bələdiyyə qanunvericiliyinin tələblərinin pozulduğunu hesab etmişdir. Məhkəmənin həmin mövqeyi ilə bağlı bu qərarın 40-cı bəndində ifadə olunan hüquqi yanaşmanın davamı olaraq məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması zamanı onun təyinatı, kateqoriyası və uqodiyası ilə bağlı qanunvericiliyin tələblərinin nəzərə alınması və həmin tələblərə əməl olunması müvafiq torpaq sahəsinin ayrılması üzrə icraatı həyata keçirən inzibati orqanın xidməti vəzifəsi sayılır və həmin inzibati orqanın risklərinə aid olunmalıdır. Bundan başqa, torpaq sahəsi üzərində hüquqa dair dövlət aktı vermiş müvafiq icra hakimiyyəti orqanı həmin dövrdə həm də torp aq sahələrinin ayrılmasının qanunauyğunluğuna nəzarət edən dövlət qurumu idi. Mübahisəyə dair iş üzrə materiallarda bələdiyyə tərəfindən qeyd olunan torpaq sahəsinin iddiaçıya ayrılmasına həmin qurumun etiraz etməsi barədə hər hansı məlumat və ya sənəd mövcud deyildir.

47. Bundan əlavə, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, mübahisəli torpaq sahəsinin qonşu ətrafında yerləşən torpaq sahələri (kənd təsərrüfatı təyinatlı) üzərində mülkiyyət hüququna dair hazırkı iş üzrə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir və həmin çıxarışlar iş üzrə materiallara əlavə edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qə bul edilməsi qadağandır. Başqa sözlə, həmin ərazidə yerləşən torpaq sahəsi ilə bağlı hazırkı mübahisəyə münasibətdə də cavabdeh eyni qaydada davranmağa və bərabər yanaşma prinsipinə əməl etməyə borcludur.

48. Beləliklə, hazırkı mübahisəyə münasibətdə torpaq sahəsi üzərində hüquqa dair iddiaçıya çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüquqa dair müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

50. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(105)-3/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 14 nömrəli qərarı əsasında tərtib edilmiş JN-0465 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən sahəsi 6,48 hektar olan torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar