Məhkəmə qərarları › İş №2-1(102)-3/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyi müəyyən olunmuş şəxsin əlillik müddəti bitdikdən sonra eyni diaqnozla xəstəliyin davam etməsi; əlilliyin təyinat tarixinin düzgün göstərilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(103)-180/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə məlumatlarından görünür ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2008-cı il tarixli göndərişinə əsasən İddiaçı “Bel fəqərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəqərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət. L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası” diaqnozu ilə 1 il müddətinə (xx.xx.2 009-cu il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. 2. 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli müayinə məlumatlarından görünür ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişinə əsasən İddiaçı “Bel fəqərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəqərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət. L4L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası” diaqnozu ilə 1 il müddətinə (xx.xx.2015-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. 3. 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli müayinə məlumatlarından görünür ki, elektron təyinata əsasən İddiaçı “Bel fəqərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəqərəarası disk yırtığına görə aparılmış cərrahiyy ə əməliyyatından sonrakı vəziyyət. L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası” diaqnozu ilə 5 il müddətinə (xx.xx.2020-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir.

4. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0284003AAKA6 saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX yi.Gərginlik stenokrdiyası FS İİİ.Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz.Aorta koronar Şuntlama əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə və müayinəni davam etdirməli.” səbəbi ilə imtina verilmişdir. 5. 22 iyun 2021-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu İ20.8 Stenokardiyanın digər formaları. ÜİX Gərginlik stenokardiyası f.s İİİ, ağırlaşmalar isə İ34.0 Mitral (qapağın) çatmamazlıq(-ğı) MÇ İİ dərəcə, İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİ fs., İ25.2 Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardio skleroz Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət (xx.xx.2013) Topçubaşov adına EC Mərkəzi; yanaşı xəstəliklər İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (yi) Hipertoniya İİİ dərəcə, ən yüksək risk, M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu L4L5 fəqərəarası diskin yırtığına görə ap arılmış cərrahiyyə əməliyyatından sonraki vəziyyət kimi müəyyən edilmişdir.

6. İddiaçı 22 iyun 2021-ci il tarixli göndərişə əsasən əlilliyin təyin olunmasından 28 iyun 2021-ci il tarixdə imtina olunmuşdur. İmtinanın səbəbi: əlavə müalicəyə ehtiyac olması-son bir ildə xəstə haqqında ətraflı məlumat qeyd edilmir. Stasionar müalicə müddəti azdır. 7. 10 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının müayinə məlumatlarından görünür ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişinə əsasən iddiaçının əsas diaqnozu İ20.8 Stenokardiyanın digər formaları. ÜİX-yi Gərginlik stenokardiyası İİİ f.s 43% xəstəliklə əlaqədardır. Ağırlaşmalar isə aşağıdakılardır: İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİİ fs. (üç), İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kar dioskleroz A.K.Ş əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2013) Topçubaşov adına ECM; Yanaşı xəstəliklər isə aşağıdakılardır: E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə, Şəkərli diabet İİ tip orta ağır forma; M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət; İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (yi) Hipertoniya İİİ dərəcə, ən yüksək əlavə risk. İddiaçı əlilliyin təyin olunmasından 21 oktyabr 2021-ci il tarixdə imtina olunmuşdur. İmtinanın səbəbi: əlavə müalicəyə ehtiyac olması-əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyac var.

8. Azərbaycan Respublikası Səhiy yə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin 29 iyul 2022-ci il tarixli, T321/222 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş göndərişdə qeyd edilən şəxsin hazırkı vəziyyətini əks etdirən “stenokardiyanın digər formaları, ÜİX-yi, gərginlik stenokardiyası İİİ f.s.43%. Ağırlaşma: İ50.0-durğunluq, ürək çatmamazlığı, QDÇ İİİ f.s. İ25.2-əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, AKŞ əməliyyatından sonrakı vəziyyət (xx.xx.2013). Topçubaşov adına ECM. Yanaşı xəstəliklər: E11.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, şəkərli diabet İİ tip orta ağır forma, M42.1-yaşlıla rda onurğanın osteoxondrozu, onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət; İ11.0-ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi İİİ dərəcə, ən yüksək əlavə risk” diaqnozu şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarına aid etmək mümkün olmadı. Əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar xəstəyə açıq ürək əməliyyatından sonra müvafiq dərman preparatları təyin edilmişdir. Odur ki, xəstəliyi daha da kəskinləşərsə vəziyyətinin ağırlığından asılı olaraq kardioloqa müraciət edə bilər.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X 2” publik hüquqi şəxsin 16 fevral 2023-cü il tarixli 25 saylı ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də müayinəsi zamanı “M51

1. Diskogen (L4-L5) radikulopatiya kökçük ağrı sindromu ilə. Z98.8 Sol tərəfli L4-L5 fəqərəarası disk yırtığın xaric edilməsi, L4-L5 fəqərələrinin “sintez” metal fıksator konstruksiyaya funksiyasından sonrakı vəziyyət.” diaqnozu təyin edilmişdir. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş göndərişdə qeyd olunmuş xəstəliklər “Stenokardiyanın digər formaları, ÜİX-yi, gərginlik stenokardiyası İİİ f.s.43%. Ağırlaşma: İ50.0-durğunluq, ürək çatmamazlığı, QDÇ İİİ f.s. İ25.2-əvvəllər keçir ilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, AKŞ əməliyyatından sonrakı vəziyyət (xx.xx.2013). Topçubaşov adına ECM. Yanaşı xəstəliklər: E11.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, şəkərli diabet İİ tip orta ağır forma, M42.1-yaşlılarda onurğanın osteoxondrozu, onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət; İ11.0-ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi İİİ dərəcə, ən yüksək əlavə risk onda hazırda da müəyyən olunur. Əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar xəstəyə açıq ürək əməliyyatından sonra müvafiq dərman preparatları təyin edilmişdir. Odur ki, xəstə daimi olaraq sahə nevroloqun, neyroc ərrahın nəzarəti altında olmalıdır. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfində n həyata keçirilir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3Təcrübi və Tədris Birliyinin 5.12.2023-cü il tarixli T836/2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş göndərişdə qeyd edilən şəxsin hazırkı vəziyyətini əks etdirən “stenokardiyanın digər formaları, ÜİX-yi, gərginlik stenokardiyası İİİ f.s.43%. Ağırlaşma: İ50.0-durğunluq, ürək çatmamazlığı, QDÇ İİİ f.s. İ25.2-əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, AKŞ əməliyyatından sonrakı vəziyyət (xx.xx.2013). Topçubaşov adına ECM. Yanaşı xəstəliklər: E11.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının poz ğunluğu ilə şəkərli diabet İİ tip orta ağır forma, M42.1-yaşlılarda onurğanın osteoxondrozu, onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət; İ11.0-ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi İİİ dərəcə, ən yüksək əlavə risk” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, buna görə də TSEK-in ekspertləri tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlillik dərəcəsinin təyin edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

12. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən cavabdehin əsl cavabdeh Dövlə t Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini, həmçinin iddia tələbinin əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi formasında qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

13. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən ona İİİ qrup əlilliyin dayandırıldığı 11 dekabr 2020-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, onda olan və Forma 88 arayışında əks olunan xəstəliklər ona üçüncü dərəcəli əlilliyin təyin edilməsinə əsas verir. Lakin cavabdeh tərəfindən əsassız və qanunsuz ola raq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, diaqnoz əlillik əlamətini təyin etmir. O hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.

15. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı əlillik vəziyyəti Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi:Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamış başqa pozğunluğu; Diaqnozun mətni: Bel fəqərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəqərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət.L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamış başqa pozğunluğu; Diaqnozun mətni: Bel fəqərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəqərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət.L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümu mi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamış başqa pozğunluğu; Diaqnozun mətni: Bel fəgərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəqərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət.L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0284003AAKA6 saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Stenok ardiyanın digər formaları, ÜİX yi.Gərginlik stenokrdiyası FS İİİ.Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Aorta koronar Şuntlama əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə və müayinəni davam etdirməli.” səbəbi ilə imtina verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0284003AALDZ saylı göndərişi əsasında baxılmış və “X1 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası.fs İİİ Ağırlaşma İ34.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), M Ç İİ dərəcə. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİ fs. Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarkdan sonrakı kardio skleroz. Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət.xx.xx.2013.x3 damar. Topçubaşov adına EC mərkəzi. Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ dərəcə, ən yüksək risk Yanaşı xəstəliklər M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu.L4-L5 fəqərə arası diskin yırtığına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: son bir ildə xəstə haqqında ətraflı məlumat qeyd edilmir. Stasionar müalicə mü ddəti azdır.” səbəbi ilə imtina verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0284003AAMX7 saylı göndərişi əsasında baxılmış və “X1 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX -yi.Gərginlik stenokardiyası İİİ fs.43% Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİİ fs.(üç ). Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz A.K.Ş əməliyyatından sonrakı vəziyyət(xx.xx.2013) Topçubaşov adına ECM Yanaşı xəstəliklər E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Şəkərli diabet İİ tip orta ağır forma Yanaşı xəstəliklə r M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ dərəcə ən yüksək əlavə risk; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) 2-1(112)-341/2023 saylı, 3 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 11 dekabr 2020-ci il tarixdən 3cü qrup əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların (əsasən də M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonraki vəziyyət) eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2008-cı il tarixdə bir il müddətinə, daha sonra xx.xx.2014-cü il tarixdə bir il müddətinə və son olaraq xx.xx.2016cı il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda eks pert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında 2020-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2016-cı ildə və ondan əvvəl qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına mün asibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.

18. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-180/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: X.A.Cəmilova, hakimlər: A.P.Oruczadə və R.Ə.Səmədov) cavabdeh Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-341/2023 saylı 03 aprel 2023-cü il tarixli qərarı “3-cü qrup” sözü çıxarılmaqla dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların (əsasən də “M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonraki vəziyyət” diaqnozunun) eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya xx.xx.2008-cı il tarix də bir il müddətinə, daha sonra xx.xx.2014-cü il tarixdə bir il müddətinə və son olaraq xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə ikinci dərəcə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında (sonuncu göndərişdə həmin diaqnoz yanaşı xəstəlik kimi göstərilmişdir) 2020-ci il tarixdə əlilliyin müəyyən olunmasından imtina etmişdir. Sonuncu xx.xx.2021-ci il tarixli göndərişdəki əsas diaqnoz kimi göstərilən xəstəliyin və onun ağırlaşmalarının isə iddiaçıya müvafiq əlilliyi təyin etmək üçün əsas verib-vermədiyi məsələsi də araşdırılmamışdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçı ona əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, həmin dövrdə əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəalarına müvafiq olaraq aparılırdı.

21. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçıya qoyulmuş və hazırda da onda mövcud olan əsas diaqnozun ağırlaşması kimi qeyd olunan xəstəlik və əlamətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.1-ci bəndində “ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəti cəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0);İ50-İ50.9 XBT kodu ilə, yanaşı xəstəlik olan qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığıİ11.0XBT kodu ilə Əsasnamənin 2.1.1-ci bəndində nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, iddiaçıda aşkar olunan əsas diaqnoz və ağırlaşmaları xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın

2. Qan dövranı sisteminin xəstəlikləri; 2.2 bənd. Ürəyin işemiya xəstəliyi 120-125 ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revas kulyarizasiyası mümkün olmadıqda; 2.3 Ürək çatışmazlığı İ50; Yanaşı xəstəlikləri (ağırlaşmalarla) 2.1.3 hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə; 13.5.1 Osteoxondroz M42” kodu altında öz əksini tapmışdır. İddiaçıya “M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonraki vəziyyət” diaqnozuna görə (ağılaşma ilə) cavabdeh qurum tərəfindən bundan öncə də bir neçə dəfə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə həmin diaqnoz yanaşı xəstəlik kimi göstərilsə də, əlilliyin təyin olunmasından cavabdeh qurum imtina etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı barəsində tərtib olunan sonuncu göndərişdəki xəstəliklər və ağırlaşmaların hazırd a da onda mövcud olması faktı hər iki ekspert rəyi ilə öz təsdiqini tapır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlillik verilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq əlilliyin təyini zamanı iddiaçıda aşkar olunan diaqnoz və ağırlaşmaların əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanlar ın inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya i ctimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Eyni zamanda oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırki işdə iddiaçının tələbi ona 3-cü dərəcə əlilliyin verilməsi ilə bağlı olsa da, onda aşkar olunan xəstəlik diaqnozları və ağırlaşmaları yuxarıda da qeyd olunduğu kimi, ekspert rəyi ilə hazırda da onda mövcudluğu təsdiqini tapdığına görə, həm onun barəsində müvafiq göndəriş rəsmiləşdirilərkən (Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi tərtib olunarkən) qüvvədə olan Meyarlarda ikinci dərəcə əlilliyin təyin olunması üçün, həm də hazırda qüvvədə olan Meyarlarda müvafiq əlilliyin orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq təyin edilməsi üçün (bu qərarın əsaslandırıcı hissəsində hər iki Meyarlarda müvafiq bənd və kodlara istinad olunmuşdur) əsas olduğu öz əksini tapmışdır. Buna baxmayaraq iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi qən aətinə gələrkən, yəni iddiaçıya 3-cü qrup əlilliyin təyin edilməsini qərar alarkən onun iş materiallarında olan “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəsini (i.v. 136) əsas götürmüşdür. Bu barədə Kollegiya hesab edir ki, hazırki işdə iddiaçı iş materiallarında olan (i.v. 136) ərizəsində ona 3-cü qrup əlilliyin verilməsini tələb etsə də, əslində hüquqi marağı onda aşkar olunan xəstəliklər və ağırlaşmalara görə ona müvafiq əlilliyin təyin olunmasına nail olmaqdır. Odur ki, iddiaçıda aşkar olunan xəstəliklər və ağırlaşmalara görə ona hansı növdə əlilliyin təyin olunması məsələsi cavabdeh qurumun diskresion səlahiyyətinə aid olduğundan hazırkı vəziyyətdə iddiaçıya təyin edilməli olan əlilliyin növünün də məhz həmin qurum tərəfindən müəyyən edilməsi məqsədəmüvafiqdir.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-180/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Preziden tinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbisosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələrianamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərl iyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək, ciddi qanun pozuntusuna yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (göndərişin tərtib olunduğu tarixdə qüvvədə olan redaksiyası): Maddə

3. Ə lilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məq sədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin fakti ki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.8. Əlillik Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarı ğı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı: İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı: İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müə ssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı: İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlər i tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi ü çün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələr ə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə qismən riayət edilməmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərarı qismən əlilliyin təyin olunma tarixinin 11 dek abr 2020-ci il tarixdən hesab olunması hissəsində dəyişdirilməli, qalan hissədə isə qərar dəyişdirilmədən saxlanılmalıdır.

34. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixindən ümumi xəstəlik səbəbilə; “Bel fəqərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəqərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət. L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası” diaqnozu ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Eyni diaqnoz əsasında xx.xx.2014-cü il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2015-ci il tarixdən eyni diaqnoz əsasında beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Lənkəran Rayo n Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2021-ci il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə və müayinəni davam etdirməli.” səbəbi ilə imtina verilmiş, daha sonra iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və 28 iyun 2021-ci il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son bir ildə xəstə haqqında ətraflı məlumat qeyd edilmir. Stasionar müalicə müddəti azdır.” səbəbi ilə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0284003AAMX7 saylı göndərişi əsasında baxılmış və xx.xx.2021-ci il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. 35. 22 iyun 2021-ci il tarixli göndərişdən görünür ki, i ddiaçının əsas diaqnozu İ20.8 Stenokardiyanın digər formaları. ÜİX Gərginlik stenokardiyası f.s İİİ, ağırlaşmalar isə İ34.0 Mitral (qapağın) çatmamazlıq (-ğı) MÇ İİ dərəcə, İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİ fs., İ25.2 Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardio skleroz Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət (xx.xx.2013) Topçubaşov adına EC Mərkəzi; yanaşı xəstəliklər İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (yi) Hipertoniya İİİ dərəcə, ən yüksək risk, M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu L4L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonraki vəziyyət kimi müəyyən edilmişdir. 36. “M42.1 Yaşlılarda onurğanın osteo xondrozu, Onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonraki vəziyyət” diaqnozu iddiaçıya 02 iyun 2008-ci il tarixdə ilk dəfə olaraq əlilik təyin edilərkən müəyyən edilmiş diaqnozla eynidir. Diaqnoza görə (ağırlaşma ilə) cavabdeh qurum tərəfindən bir neçə dəfə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə həmin diaqnoz yanaşı xəstəlik kimi göstərilsə də, kollegiya qeyd edir ki, göndərişin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və yaxud ağırlaşma olması fərqləndirilməmişdir. Göründüyü kimi iddiaçının hazırkı faktiki sağlamlıq vəziyyəti ilkin əlillik təyin edildiyi dövrdə əlilliyin təyininə əsas verən diaqnozla uyğunluq təşkil e dir. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz.

37. İddiaçı barəsində 22 iyun 2021-ci il tarixli göndərişin (Forma 88) tərtib edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1-ci bəndində “ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); İ50-İ50.9 XBT kodu ilə, yanaşı xəstəl ik olan qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı İ11.0-XBT kodu ilə Əsasnamənin 2.1.1-ci bəndində əlilliyin təyin edilməsinə əsas verir. 38. xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın

2. Qan dövranı sisteminin xəstəlikləri; 2.2 bənd. Ürəyin işemiya xəstəliyi 120-125 ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda; 2.3 Ürək çatışmazlığı İ50; Yanaşı xəstəlikləri (ağırlaşmalarla) 2.1.3 hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə; 13.5.1 Osteoxondroz M42” ko du altında öz əksini tapmışdır.

39. Göründüyü kimi iddiaçıda olan əsas diaqnozun ağırlaşmaları olan İ50.0 və M42.1 kodlu xəstəliklər hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələbləri baxımından da əlilliyin təyininə əsas verən xəstəliklərdir.

40. Beləliklə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minənə qədər (xx.xx.2022-ci ilə qədər) və xx.xx.2021-ci il tarixli, göndərişin (Forma 88) tərtib edildiyi vaxt qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sadalanan xəstəliklər, ha belə halhazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nda əsas diaqnozun ağırlaşması olan xəstəliklər iddiaçıda mövcuddur. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin qərardadları ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəylərində də bir daha öz təsdiqini tapmışdır ki, tibbi müəssisəsinin göndərişində qeyd olunan diaqnozlar iddiaçıda mövcuddur. İddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnozlar ekspert rəyləri, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina edilməsi əsassız və qanunvericiliyin tələ binə zidd olmuşdur.

41. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin 11 dekabr 2020-ci il tarixdən təyin edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni olmamışdır.

42. Kollegiya apellyasiya instansiya məhkəməsinin həmin mövqeyini maddi hüquq normalarına uyğun hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfində n 15 (on beş) iş gününədək uzadıla bilər.

43. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya göndəriş verilmiş, xx.xx.2021-ci il tarixdə ona əlillik təyin edilməsindən imtina etmişdir (səh 53). Başqa sözlə inzibati orqanın qərarı xx.xx.2021-ci il kimi qəbul edilməlidir.

44. İş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli imtinalar verilmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.

46. Bununla bağlı, qeyd edilməlidir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtinadan sonra, sonuncu imtina xx.xx.2021-ci il tarixdə olsa da, işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixli imtinadan sonra xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixli imti nanı deyil, xx.xx.2021-ci il tarixli imtinanı mübahisələndirmişdir.

47. Odur ki, kollegiya əlilliyin təyin tarixinin iddiaçının mübahisə açdığı xx.xx.2021-ci il tarixli imtinadan sayılmasını məqsədəmüvafiq hesab edir.

48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(103)180/2024 nömrəli qərarı əlilliyin təyin olunma tarixinin 11 dekabr 2020-ci il tarixdən hesab olunması hissəsində dəyişdirilməli, İddiaçı 28 iyun 2021-ci il tarixdən əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalı dır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 21(103)-180/2024 nömrəli qərarı əlilliyin təyin olunma tarixinin 11 dekabr 2020-ci il tarixdən hesab olunması hissəsində dəyişdirilsin. İddiaçı 28 iyun 2021-ci il tarixdən əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar