Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-30/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanın qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanmas ı barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 avqust tarixli, 2-1(103)2021/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 14 aprel tarixli, **********968300 nömrəli qərarına əsasən İddiaçı MMC-yə 2019-ci il üçün 46.311,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır.
2. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 2 iyun t arixli, **********161400 nömrəli qərarına əsasən İddiaçı MMC-yə 2019-ci il üçün 46.311,46 manat məbləğində mənfəət vergisi hesablanmış, 2020-ci il 14 aprel tarixli, **********968300 nömrəli qərar ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 1 iyun tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 14 aprel tarixli, **********968300 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2020-ci il 2 iyun tarixli, **********161400 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 10 fevral tarixli, 2-1(112)-1023/2021 nömrəli qərardadı ilə iddia tələbini n dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kameral yoxlamaya istinadən 2020-ci il 14 aprel tarixli, **********968300 saylı qərarı əsasında iddiaçıya 46.311,46 manat mənfəət vergisi hesablamışdır. Həmin qərar vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 131-ci, 132-ci və 133-cü maddələrinə uyğun olaraq kassa metodu ilə işləyir. Şirkətin aktiv bank hesabı "xxxx" QSC-dədir. Şirkətin bütün maliyyə əməliyyatları yalnız bank vasitəsi ilə, köçürmə yolu ilə həyata keçirilmişdir. İddiaçının daxilolmaları və xərcləri “YapıKredi Bank”dakı hesabı vasitəsilə həyata keçirildiyini nəzərə alaraq 2019-cu ilin gəlirləri 504.265,50 manat, cəmi xərcləri 515 401,75 elektron qaimə fakturalara əsasən ölkə daxili alınmış materiallar – 266.308,18 manat, YGB-ləri ilə alınmış materiallar – 139.084,05, Üzləmə fasad işləri EQF-lara əsasən 71.850, Əmək haqqı – 26.030, SMF-na 5.266,65, Bank xərcləri -6.862,87 olmuşdur. Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilməsi də imperativ normadır. Vergi orqanı hansı əsasla İddiaçı MMC-yə mənfəət vergisi hesablamışdır? Vergi orqanı müəyyən etdiyi halı şirkətə bildirmədən, şirkətin mövqeyini öyrənmədən inzibati akt qəbul etmişdir. Göründüyü kimi, vergi orqanı iddiaçının bank hesabına daxil olan və hesabdan çıxan bütün əməliyyatlara tam rahatlıq la nəzarət edə bilir. Vergi orqanı gəlirlərinin və xərclərinin üzrə hər hansı bir əməliyyatları mübahisələndirməmişdir. Mübahisələndirmə olmadan mənfəət vergisi barədə inzibati akt qəbul etmişdir. Vergi orqanının diskresion səlahiyyətlərindən vergi qanunvericiliyinə zidd istifadə etməsi iddiaçının hüquqlarını pozmuşdur. 2020-ci il 2 may tarixdə həmin qərarın ləğv edilməsi barədə Vergilər Nazirliyinə şikayət ünvanlamışdır. Lakin şikayətlərinə baxılıb nəticəsi barədə iddiaçıya məlumat verilməmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən 2020-ci il 14 fevral və 2020-ci il 14 aprel tarixlərdə 2019-cu il üçün təqdim edilmiş də qiqləşdirilmiş mənfəət vergisi bəyannamələrində göstərilmiş rentabellik səviyyəsinin (çəkilmiş xərclərə görə tətbiq edilmiş ticarət əlavəsi) aşağı olduğu, yəni bəyannamənin xərclər hissəsinin 221.4-cü sətrində malın dəyəri üzrə 477.242,23 manat xərc məbləği göstərilməsinə baxmayaraq, bəyannamənin gəlirlər hissəsində ümumilikdə 504.265,50 gəlir məbləği qeyd olunduğu müəyyən edilmişdir. Qeyd edilən hallar süni yolla dövriyyənin azaldılması riskini yaratmışdır ki, bu da, vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Vergi ödəyicisinə ünvanlanmış uyğunsuzluq məktubunda da qeyd edildiyi kimi ödəyici tərəfindən təqdim edilmiş “Mənfəət vergisi bəyannaməsi”nin 200.1-ci və 200.2-ci sətirlərində malların təqdim edilməsindən əldə edilmiş gəlir 504.265,50 manat qeyd edilmişdir. Lakin hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura əsasında satılmış mallar barədə baza məlumatlarına əsasən malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 642.107,58 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Nəticədə vergi ödəyici tərəfindən malların təqdim edilməsi üzrə əldə olunan gəlirlə bəyannamədə əks etdirilmiş gəlirlər arasında 137.842,08 manat fərq olduğu aşkarlanmış və qeyd edilən ziddiyyətli məqamın aydınlaşdırılması məqsədilə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilməsi barədə 2020-ci il 13 mart tarixli, **********043000 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Lakin qeyd edilən uyğunsuzluq üzrə hər hansı təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019cu ilin mənfəət vergisi bəyannaməsinə 46.311,46 manat hesablanmaqla, bu barədə vergi ödəyicisinə 2020-ci il 2 iyun tarixli, **********161400 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. İşin faktiki hallarından məlum olduğu kimi vergi orqanı tərəfindən həyata keçirilən hesablamanın əsasını vergi ödəyicisi tərəfindən real dövriyyəsinin azaldılması ilə bağlı yaranan kənarlaşma təşkil etmişdir. Başqa sözlə, vergi ödəyicisi təqdim etdiyi malların dəyərini bəyannamədə yanlış əks etdirməklə, süni yolla dövriyyəsini azaltmışdır və bu səbəbdən də vergi orqanı tərəfindən haqlı olaraq əlavə hesablama həyata keçirilmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 6 may tarixli, 2-1(112)-1023/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 2 iyun tarixli, **********161400 nömrəli qərarı ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə edilmiş gəlirin 504.265,50 manat qeyd edildiyini, hesabat dövrü ərzində isə vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura əsasında satılmış mallar barədə baza məlumatlarına əsasən malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 642.107,58 manat gəlirin əldə edildiyi, nəticədə vergi ödəyici tərəfindən malların təqdim edilməsi üzrə əldə olunan gəlirlə bəyannamədə əks etdirilmiş gəlir arasında 137.842,08 manat fərqin olduğunu müəyyən edərək əsassız olaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə istinadən iddiaçıya kameral vergi yoxlaması ilə 2019-cu il üzrə 46.311,46 manat mənfəət vergisi hesablamışdır. Halbuki vergi ödəyicisinin 2019-cu il ərzində həmin dəyərdə xidmət göstərilməsinə baxmayaraq, əgər bu xidmətə görə şirkətin bank və ya kassa hesabına ödəniş daxil olmayıbsa, vergi ödəyicisi qanunvericiliyinin yuxarıda göstərildiyi müddəalarına görə heç bir gəlir vergisi ödəməməlidir. Çünki, m üəssisənin mövcud olduğu və fəaliyyət göstərdiyi müddət ərzində pul daxilolmalarının hamısı gəlirlər, bütün ödənişlər isə xərclərdir. Məcəllənin 131-ci maddəsində göstərilmişdir ki, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Kassa metodunu seçən zaman pul vəsaitlərinin kassaya və ya hesablaşma hesabına istənilən mədaxili gəlir, uçot dövrü ərzində həyata keçirilmiş istənilən ödəniş və ya köçürmə isə xərclər hesab edilir. Bu vəziyyətdə, eyni dövr üçün gəlir və xərclər arasındakı əlaqə heç bir əhəmiyyət daşımır. Kassa prinsipi əməliyyat və gəlir müştərilərdən pul alındıqda əks olunur. Xərclər pul vəsaitləri təchizatçılara və əməkdaşlara öd ənildikdə nəzərə alınır. Məcəllənin 76-cı maddəsinin tələblərinə əsasən vergi orqanı kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumat almaq hüququna malikdir. Bununla da, vergi orqanı iddiaçının gəlir və xərcləri barədə məlumatı asanlıqla əldə edə və ona uyğun vergi hesablaya bilər. Lakin, vergi orqanı iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamədə xərclərin gəlirlərdən az olmasına istinad edərək, bunu iddiaçının vergi ödəməkdən yayınması halı kimi qiymətləndirərək, sözügedən qərarla ona əlavə mənfəət vergisi hesablamışdır. Halbuki, vergi orqanı kassa metoduna, yəni Vergi Məcəlləsinin 132-ci və 133-cü maddələri nə əsasən iddiaçının hər hansı gəlirini bəyan etməməsinə və ya xərcini artırmasına istinad etməmişdir. Həmin halların mövcud olması barədə sübutun məhkəməyə təqdim edilməsi cavabdehdən tələb olunsa da, məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara y ol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 avqust tarixli, 2-1(103)-2021/2021 nömrəli qərarı ilə Bakı İnzibati Mə hkəməsinin 2021-ci il 6 may qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, vergi orqanı tərəfindən həyata keçirilən hesablamanın əsasını vergi ödəyicisi tərəfindən real dövriyyəsinin azaldılması ilə bağlı yaranan kənarlaşma təşkil etmişdir. Başqa sözlə, vergi ödəyicisi təqdim etdiyi malların dəyərini bəyannamədə yanlış əks etdirməklə, süni yolla dövriyyəsini azaldılmışdır və bu səbəbdən də vergi orqanı tərəfindən haqlı olaraq əlavə hesablama həyata keçirilmişdir. Məhkəmə qərarında bildirmişdir ki, vergi ödəyicisinin uçotunun kassa metodu ilə aparıldığı nəzərə alınaraq onun bank və ya kassa hesabına ödəniş daxil olmayıbsa, vergi ödəyicisi qanunvericiliyin müddəalarına əsasən heç bir gəlir vergisi ödəməməlidir. Məhkəmə qeyd edilən dəlilini əsaslandırarkən Vergi Məcəlləsinin 131-ci maddəsinə istinad edərək dövr ərzində gəlirlər və xərclər arasında əlaqənin heç bir əhəmiyyət daşımadığı kassa metodunun prinsiplərinə əsasən, əməliyyat və gəlir müştərilərdən pul alındıqda əks olunmasını bildirmişdir. Məhkəmənin qeyd edilən dəlili ilə bağlı bildirilməlidir ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmadan, vergi qanunvericiliyinin müddəalarını yanlış tətbiq etməklə yekun nəticəyə gəlmişdir. Belə ki, kameral uyğunsuzluq məktubunda da qeyd edildiyi kimi vergi ödəyicisinin elektron-qaimə faktura əsasında satılan mallarının məbləği ilə mənfəət vergisi bəyannaməsində bəyan edilən gəliri arasında 137842,08 manat fərq yaranmışdır. Kassa metodu ilə uçotu həyata keçirən vergi ödəyicisi tərəfindən qaimə-faktura əsasında təqdim edilən mallar üzrə ödənişin həyata keçirilməyən məbləğinin bəyannamənin 01 saylı Əlavəsinin debitor borcu adlanan 1.4cü sətrində qeyd edilməsi tələb olunur. Lakin vergi ödəyicisi tərəfindən bəyannamənin debitor borcu adlanan sətrində hər hansı məbləğ əks olunmadığı halda məhkəmənin kassa metodu ilə uçota əsaslanmaqla verginin hesablanmasını qanunsuz hesab etməsi əsaslı deyildir. Belə ki, məhz yaranmış fərq vergi ödəyicisinin vergidən yayınma faktını birmənalı təsdiq etməsinə baxmayaraq məhkəmə əsassız olaraq bank hesabı və ya kassa hesabına pul vəsaitinin daxil olmaması səbəbindən qərarın ləğvi barədə nəticəyə gəlmişdir. Bir halda ki, vergi ödəyicisi vergidən yayınır, təbii olaraq pul vəsaitinin daxil olmasının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməsi məsələsi işin şübhə doğuran halıdır və bu hal məhkəmə araşdırmasının predmetini təşkil etməli idi. Vergi ödəyicisi tərəfindən vergi uçotu qanunvericiliyin tələbləri baxımından lazımi qaydada təşkil edildiyi halda onun təqdim etdiyi vergi bəyannaməsində uyğunsuzluq meydana gəlməsi istisna edilir. Başqa sözlə, vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamə göstəriciləri ilə vergi orqanının uçot baza məlumatına əsasən mövcud olan göstəricilər arasında fərq meydana gəlməsi vergi ödəyicisində yayınma halları barədə məlumat verir. Məhkəmənin isə qeyd edilən halı əhəmiyyətsiz hesab etməsi və həmin halın əsasını araşdırmadan qərar qəbul etməsi vergi ödəyicisinin vergidən yayınmasına bir növ haqq qazandırır. Lakin qeyd edilənlərə baxmayaraq apellyasiya instansiyası məhkəməsi də işin hallarının ətraflı araşdırmadan və apellyasiya şikayətinin dəlillərini qiymətləndirmədən birinci instansiya məhkəməsinin qərarında qeyd edilən əsaslarla razılaşaraq cavabdehin şikayətini əsassız hesab etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirak çılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Maddə 31.2. Prosessu al nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apel lyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellya siya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Mülki Prosessual Məcəllə: Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibar namədə əks etdirilməlidir.
18. Mülki Məcəllə: Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Məhkəmə kollegiyası, ilk növbədə qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlük şərtlərinin yoxlanılmasına da aiddir.
23. İddiaçının adından prosessual nümayəndə kimi çıxış edən şəxsin səlahiyyətlərinə dair (xüsusilə də iddia ərizəsini, iddia ərizəsinə dəyişikliklər edilməsi barədə ərizələri imzalamaq barədə) verilmiş etibarnamənin etibarlılığı apellyasiya instansiyası məhkəməsi t ərəfindən yoxlanılmamışdır. Belə ki, iddiaçı hüquqi şəxs tərəfindən verilmiş etibarnamələrin heç birində onun verildiyi tarix göstərilməmişdir. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir (MM-in 363.1-ci maddəsi). Beləliklə, iddia ərizəsi və iddia ərizəsinə dəyişikliklər edilməsi barədə ərizələr buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.
24. Mübahisənin mahiyyətinə gəldikdə, cavabdeh apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, kameral uyğunsuzluq məktubunda da qeyd edildiyi kimi vergi ödəyicisinin elektron-qaimə faktura əsasında satılan mallarının məbləği ilə mənfəət vergisi bəyannaməsində bəyan edilən gəliri arasında 137842,08 manat fərq yaranmışdır. Kassa metodu ilə uçotu həyata keçirən vergi ödəyicisi tərəfindən qaiməfaktura əsasında təqdim edilən ma llar üzrə ödənişin həyata keçirilməyən məbləğinin bəyannamənin 01 saylı Əlavəsinin debitor borcu adlanan 1.4-cü sətrində qeyd edilməsi tələb olunur. Lakin vergi ödəyicisi tərəfindən bəyannamənin debitor borcu adlanan sətrində hər hansı məbləğ əks olunmadığı halda, məhkəmənin kassa metodu ilə uçota əsaslanmaqla verginin hesablanmasını qanunsuz hesab etməsi əsaslı deyildir. Belə ki, məhz yaranmış fərq vergi ödəyicisinin vergidən yayınma faktını birmənalı təsdiq etməsinə baxmayaraq, məhkəmə əsassız olaraq bank hesabı və ya kassa hesabına pul vəsaitinin daxil olmaması səbəbindən qərarın ləğvi barədə nəticəyə gəlmişdir. Bir halda ki, vergi ödəyicisi vergidən yayınır, təbii olaraq pul vəsaitinin daxil olmasının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməsi məsələsi işin şübhə doğuran halıdır və bu hal məhkəmə araşdırmasının predmetini təşkil etməli idi.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarında şikayətin həmin dəlilləri göstərilsə də, bu dəlillər araşdırmanın predmeti olmayıb, onlara məhkəmə qərarında münasibət bildirilməyib.
26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 31.2, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 avqust tarixli, 2-1(103)-2021/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.