Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-30/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan və ibarət tərkibdə, İddiaçı (9 may 1958-ci il təvəllüdlü, FİN:7A9VAF) cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzib ati iş üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-2733/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2341/2022 nömrəli, 2 avqust 2022-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)2733/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.2008-ci il tarixdə n, 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
2. Məhkəmə qərarı qanuni qüvvəyə mindiyi üçün icra edilməsi üçün cavabdehə göndərilmiş, cavabdehin xx.xx.2017-ci il tarixli, xx/xx-4314 nömrəli məktubu ilə məhkəmə qərarının icra edildiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 27 dekabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tar ixli 2-1(82)2733/2017 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırmışdır ki, İddiaçı pensiya işində mövcud olan sənədlərə əsasən işlədiyi peşənin Nazirlər Kabinetinin 320 nömrəli 21 06.1993-cü ıl tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısında qeyd olunmuş müvafiq istehsalat və peşələrlə (vəzifələrlə) uyğunluq təşkil etmədiyi, hazırda onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Onun ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququ 65 yaşında, yəni xx.xx.2023-cü ildə yaranacaqdır. Ərizənin hüquqi əsası kimi Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə istinad edilmişdir
5. Bakı İnzibati Məhkəməsinin (hakim: M.Hacıbəyova) 2 mart 2022-ci il tarixli, 21(82)-2733/2017 saylı qərardadı ilə ərizə mümkün hesab edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin yeni açılmış hal kimi təqdim etdiyi “iddiaçının pensiya kapitalının tələb olunan məbləğdən az olması” xüsusatı, məhkəmə icraatından əvvəl inzibati icraatda imtina üçün dəlil və ilkin icraat üzrə kassasiya şikayətində şikayətin əsası kimi çıxış etmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, ərizəçi tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmışdır. Belə ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı 24 iyul 2017-ci il tarixdə qanuni qüvvəyə minmiş, ərizəçi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə 27 dekabr 2021-ci il tarixində, yəni 4 ildən çox bir müddət keçdikdən sonra məhkəməyə müraciə t etmişdir. Qanunun tələblərinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün buraxılmış müddətin bərpasına yol verilmir.
7. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 avqust 2022-ci il tarixli, 21(103)-2341/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunm asını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin əsaslarını ərizədə göstərilənlər təşkil edir. Əlavə olaraq cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən X1 ofisində və mənzilində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı maddi sübut qismində götürülmüş sənədlər arasında İddiaçı əmək kitabçasının surəti aşkar edilmişdir ki, bu da sonuncu ilə V.Əİiyev arasında sövdələşmənin olduğunu təsdiq edir. Bu əsasla pensiya təyinatına şübhələr yarandığından onun pensiya ödənişi xx.xx.2020-ci İl tarixdən dayandırılmışd ır. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əs assızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə. 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal bax ımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
14. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv olunması tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. İPM-in 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yen i sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
17. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.
18. Ərizəçinin ərizədə göstərdiyi halların iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsüzdür.
19. Göründüyü kimi, ərizədə mübahisə ilə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutl arın və ya halların aşkar olunmasına istinad edilməmiş və hər hansı sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı bildirilməmişdir. Ərizədə əvvəllər işdə olmuş sübutlara istinad olunaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmadığı bildirilmişdir.
20. Ərizəçinin istinad etdiyi - iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində cinayət işi açılması və istintaqının aparılması ilə bağlı halın da, iddiaçı barəsində qanuni qüvvəsini almış məhkəmənin ittiham hökmü mövcud olmadığı üçün yeni açılmış hal kimi qəbul edilməsi mümkünsüzdür.
21. Göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar məhkəmə tədqiqatının obyekt lərini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixdə qəbul etdiyi yekun məhkəmə qərarında qiymət verilmişdir.
22. Həmin qərarın qəbul edilməsindən isə cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət etdiyi tarixə qədər 4 ildən artıq bir müddət keçmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, sözügedən məhkəmə qərarı icra edilmişdir. Odur ki, cavabdehin bütün başqa sübutlar mövcud olmadığı halda belə, həmin qərar barədə ən azından xx.xx.2017-ci il tarixdən məlumatlı olmasını sübut edir.
23. İPM-in 103.1-ci maddəsi isə nəzərdə tutur ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya hallar ın ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
24. Göründüyü kimi, İPM-in 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2341/2022 nömrəli, 2 avqust 2022-ci il tarixli qərardadı dəyişdiril