Məhkəmə qərarları › İş №2-1(102)-300/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-300/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-300/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 01.05.2019 Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı və vəkili X1 iştiraki ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ha qqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, iddiaçıya 02 noyabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərarı ilə (hakim X.İmanov; iş № 2-1(82)-2645/2018) i ddianın təmin edilməsi; iddiaçıya 57 yaşının tamam olduğu 02 noyabr 2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanını təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsiqərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş № 2-1(103)2404/2018) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmiş dir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili S.Lələyev kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən İddiaçı vəkilin dedkilərinə uyğun olan izahat vermişdir. Məhk əmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılm aması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, iddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, O, 09.10.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamaqla, 09.10.1975-ci il tarixli, 274/k nömrəli əmrlə “Bakıtuneltikinti” İdarəsinə işə qəbul edilmiş və tədris kombinatına 3 aylıq kursa göndərilmişdir. 23.01.1976-cı il tarixli, 13 nömrəli əmrə əsasən, iddiaçıya armaturcu kimi, 2-ci, 29.12.1979-cu il tarixli, 233/k nömrəli əmrə əsasən, 3-cü, 01.04.1983-cü il tarixli, 56/k nömrəli əmrə əsasən 4-cü və 26.06.1992-ci il tarixli, 89 nömrəli əmrə əsasən, 5-ci dərəcə verilmişdir. 18.08.2003-cü il tarixli, 65/k nömrəli əmrə əsasən, iddiaçı yeraltı iş üzrə 5-ci dərəcəli dülgər vəzifəsinə keçirilmişdir. 06.12.2005-ci il tarixdə (əmr № 81/k, 05.12.2005) O, işdən azad edilsə də, 08.08.2006-cı ildə (əmr № 117/k, 07.08.2006) 2 nömrəli Tunel Tikinti İdarəsində yerüstü işə 5-ci dərəcəli quraşdırıcı çilingər işinə qəbul edilmişdir. 22.03.2013-cü il tarixli, 29/R nömrəli əmrə əsasən, iddiaçı vəzifəsi və dərəcəsi saxlanılmaqla yeraltı işə keçirilmişdir. 24.10.2013-cü il tarixli, 105/R saylı əmrə əsasən yerüstü işinə keçirilmişdir. 31.07.2014-cü il tarixdə (əmr № 137) işdən azad edilmişdir. 01.08.2014-cü il tarixdə (əmr № 479, 01.08.2014) “xxxx” QSC-nin Tikinti Departamentinin 2 saylı Tunel Tikinti Dəst əsinə yerüstü işə 5-ci dərəcəli quraşdırıcı çilingər işinə qəbul edilmişdir. 26.08.2014-cü ildən yeraltı, 18.08.2015-ci il tarixdə yerüstü, 01.12.2016-cı ildə yeraltı, 01.07.2017-ci il tarixdə yerüstü iş şəraitində işləmişdir. 01.07.2017-ci il tarixdə (əmr № 5134, 05.07.2017) Tikinti Departamentinin 1 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsinə keçirilmişdir və hal-hazırda quraşdırıcı çilingər peşəsində çalışır. İşin materiallarında olan “xxxx” QSC-nin 15.03.2018-ci il tarixli, A/128 saylı arayışına əsasən, xx.xx.1956-cı il təvəllüdlü iddiaçı 09.10.1975-ci ildə “Bakıtuneltikinti”nin 771 saylı Tikinti Quraşdırma İdarəsinə qəbul edilmişdir və “Bakıtuneltikinti”-nin tədris kombinatına 3 aylıq kurslarına göndərilmişdir, (əmr № 274/k, 09.10.1 975-ci il). 09.01.1976-cı il tarixdə kursları bitirdikdən sonra 2-ci dərəcəli armaturçu təyin edilmiş (əmr № 13/k, 23.01.1976), 24.12.1979-cu il tarixdən 01.04.1983-cü il tarixədək 3-cü dərəcəli armaturçu, 01.04.1983cü il tarixdən 01.08.1987-ci il tarixədək 4-cü dərəcəli armaturçu peşəsində çalışmış (əmr № 233/k, 29.12.1979, əmr № 56/k, 01.04.1983), Nəqliyyat Tikintisi Nazirliyinin 10.08.1988ci il tarixli 66-or saylı əmrinə əsasən 771 saylı Tikinti Quraşdırma İdarəsinin adı dəyişdirilərək 28 saylı Tunel Dəstəsi adlandırılmışdır. 01.08.1987-ci il tarixdə Ə/H ödənilməsi üçün yeni taarif şərtlərinin qəbul olunması ilə əlaqədar olaraq 4-cü dərəcəli armaturçu təyin edilmiş (əmr № 125/k, 31.08.1987), 26.06.1992-ci il tarixdən 5-ci dərəcəli armaturçu peşəsinə keçirilmiş (əmr № 89, 24.06.1992), 19.08.2003-cü il tarixdən yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli dülgər peşəsinə keçirilmiş (əmr № 65/k, 18.08.2003), 06.12.2005ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş (əmr № 81/k, 05.12.2005), 08.08.2006-cı il tarixdə “Azərtunelmetrotikinti” SC-nin 2 saylı Tunel Tikinti İdarəsinə yerüstü iş şəraitinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə qəbul edilmiş (əmr № 117/k, 07.08.2006), 26.03.2013-cü il tarixdən 26.10.2013-cü il tarixədək peşəsi və dərəcəsi saxlanılmaqla yeraltı iş şəraitində işləmiş (əmr № 29/R, 22.03.2013, əmr № 105/R, 24.10.2013-cü il), 31.07.2014-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş (əmr № 137, 31.07.2014-cü il), 01.08.2014-cü il tarixdən “xxxx” QSC-nin Tikint i Departamentinin 2 saylı Tunel Tikinti Dəstəsinə yerüstü şəraiti üzrə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə qəbul edilmiş (əmr № K-479, 01.08.2014), 26.08.2014-cü il tarixdən 18.08.2015-ci il tarixədək və 01.12.2016-cı il tarixdən 01.01.2017-ci il tarixədək peşəsi və dərəcəsi saxlanılmaqla yeraltı iş şəraitində işləmişdir (qərar 01-r, 21.08.2014-cü il, əmr № Ş-4710, 18.08.2015, əmr № 1010, 30.11.2016, əmr № Ş-10471, 29.12.2016-cı il), 01.07.2017-ci il tarixdən peşəsi və dərəcəsi saxlanılmaqla Tikinti Departamentinin 1 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsinə keçirilmiş və hal-hazırda işləyir (əmr № Ş-5134, 05.07.2017-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.1.2 bəndinin “a” yarımbəndinə əsasən iddiaçının işlədiyi peşələr güzəştli şərtlərlə təqaüdə çıxmağa əsas verir və onun güzəştli şərtlərlə (yeraltı) əmək stajı 24 il 04 ay 01 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən “xxxx” və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmışdır. Yuxarıla qeyd edilənlərə əsaslanaraq iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin şöbə tərəfindən iddiaçıya ünvanlanmış 11 may 2018-ci il tarixli, 19/428401 nömrəli cavab məktubu ilə sonuncunun müraciətinin təmin edilməsindən imti na olunmuş və bu zaman qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) sığortaolunanların: kişilər 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının yeraltı şəraitdə armaturçu işləməsi barəsində şöbəyə sənəd təqdim etdikdən sonra onun güzəştli şərtlərlə pensiya hüququna baxılacaqdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının 02.11.2013-cü ilədək 25 ildən artıq ümumi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda göstərilən zərərli işlərdə işləməklə 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını, eyni zamanda 02.11.2013-cü ildə iddiaçının 57 yaşının tamam olmasını nəzərə almamaqda və onun ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (istinadlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 02 may 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa qədər olan redaksiyasına aiddir), axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti, xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda; azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə; qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun mənasından göründüyü kimi, iddiaçı 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdığı halda ona hazırkı qanunvericliyin tələbinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1-ci, yəni “Dağmədən işləri” adlanan bölməsinin 1.1.2-ci yarımböl məsində (Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər) “a” (fəhlələr) yarımbəndinə əsasən armaturçular güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna malikdirlər. Qeyd olunan siyahıdan da göründüyü kimi, iddiaçı 09.01.1976-ci ildən 19.08.2003- cü ilədək güzəştli işdə (armaturçu) işləməklə 12 il 6 aydan artıq (27 il) güzəştli iş stajı mövcuddur. Azərbaycan Respublikası yanında Dövlət Sosial Müdafiə Fondunun 17 saylı 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş (23.11.2011-ci il tarixdə Hüquqi aktların dövlət reyestrinə daxil edilmişdir) ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının mü əyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 4.3.3-1-ci bəndinə görə (Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 29 avqust 2013 -cü il tarixli 11 nömrəli qərarı ilə əlavə edilmişdir), sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qaydaların 4.3.3-cü yarımbəndində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İş üzrə müəyyən edilir ki, iddiaçının 02.11.2013-cü il tarixə 25 ildən artıq sığorta stajına malik olması və 12 il 6 aydan artıq (27 il) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (armaturçu, dülgər, quraşdırıcı çilingər) işləməsi, ona məxsus əmək kitabçası ilə, 57 yaşına çatması isə Xətai RPİ tərəfindən 01.05.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur ki, cavabdeh şöbə iddiaçının tələb olunan güzəştli iş stajının olmaması (armaturçu peşəsində işləməsi barədə sənəd təqdim etməməsi) əsası ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə 57 y aşdan əmək pensiyası təyin etməməklə, onun sosial müdafiə hüququnu pozmuşdur. Beləliklə, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi, iddiaçının, ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirildiyi halda, iddia edilən inzibati aktın cavabdeh şöbə tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdeh inzibati orqanın imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat ha qqında» AR Qanunu, 17-ci maddə). Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nə zərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində gətirdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsin ə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarın ın ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar