Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-300/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti və qeyrilərinə (bundan sonra mətndə cavabdehlər) qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli, 151 saylı qərarının 2.2.1-ci bəndində yer tapmış əsas və əlavə mötərizələr və onların içindəki sözlərin bu bəndin mə tnindən xaric edilməklə dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2523/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli, 151 saylı qərarının 2.2.1-ci bəndində yer tapmış əsas və əlavə mötərizələr və onların içindəki sözlərin bu bəndin mətnindən xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmı şdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli 151 saylı Qərarından görünür ki, dini ibadət yeri hesab edilən məscidlərdə eyni zamanda 50 nəfərdən artıq şəxsin ibadət etməsi qadağan edilmişdir. Metro, təyyarə, avtobus, iri ticarət mərkəzləri, bu kimi məkanlarda 50 nəfərlik məhdudiyyət olmadığı halda, məscidlərə bu formada məhdudiyyət qoyulması ayrıseçkilik, konstitusion və beynəlxalq hüquqların pozuntusudur.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək iddia tələbinin ərizədə qeyd olunan formada icraata qəbul edilməsini və “Hacı Əjdərbəy” Məscidi, Cavabdeh3 və Cavabdeh4 cavabdeh qismində iş üzrə məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdir ilməsi barədə ərizə icraata qəbul edilmiş, “Hacı Əjdərbəy” Məscidi, Cavabdeh3 və Cavabdeh4 iş üzrə cavabdehlər qismində məhkəmə icraatının iştirakçısı kimi tanımışdır.
5. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-7272/2021 saylı iş) 16 avqust 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbində iddiaya mahiyyəti üzrə qiymət verilməsinə mane olan mümkünlük şərtlərinə riayət edilməmiş, cavabdehlərdən biri qismində inzibati orqan olmayan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” adı qeyd edilməyən Məscid, Cavabdeh4 qeyd edilmiş, inzibati hüquq münasibətləri ilə bağlı olmayan tələblər irəli sürülmüş, bir cavabdehə yönəlməyən bir neçə iddia tələbi eyni iddia ərizəsində qeyd edilmişdir.
7. İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X1 və X2, 2-1(103)-2523/2021 saylı iş) 22 oktyabr 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiyası məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
9. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv olunması, işin təkrar apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kasasiya şikayətinin dəlilləri
10. İnzibati Prosessual Məcə llənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu norma məhkəmənin üzərinə yardım etmək vəzifəsini qoyur. İddiaçı məhkəmədən xahiş etmişdir ki, məhkəmə iddiada formal xatalar aşkar etsə onların aradan qaldırılmasına dair tövsiyələrini iddiaçıya yazılı şəkildə təqdim etsin. Lakin, məhkəmə bunu etməmiş bir sıra ümumi məsələləri müzakirə etsə də, aradan qaldırıla bilən formal xatalar barədə ətraflı məlumat verməmişdir. Apellyasiya məhkəməsi isə bunu əsaslı və doğru hesab etmişdir.
11. İnzibati Prosessual Məcəllənin 48-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına yönəlik tədbirlər görməmişdir. Apellyasiya məhkəməsi isə bunu əsaslı və doğru hesab etmişdir. b) kasasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
13. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli qərarı: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılsın.
2. Müəyyən edilsin ki: 2.1. 2021-ci il 31 may saat 06:00- dan: 2.1.1. açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir; 2.1.2. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir; 2.1.3. ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir; 2.2. 2021-ci il 10 iyun saat 00:00-dan aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir: 2.2.1. dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi ol araq 50 nəfərdən) çox olmamaqla); 2.2.2. iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla); 2.2.3. bu Qərarın 2.3-cü bəndi nəzərə alınmaqla idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan); 2.2.4. çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin; (-). 6. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.
7. Bu Qərar 2021-ci il 31 may saat 06:00-dan qüvvəyə minir.
14. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Ma ddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə i craatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
16. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
17. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. İddiaçının iddiasının dəlillərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli 151 saylı qərarı ilə dini ibadət yeri hesab edilən məscidlərdə eyni zamanda 50 nəfərdən artıq şəxsin ibadət etməsi qadağan edilmişdir. Metro, təyyarə, avtobus, iri ticarət mərkəzləri, bu kimi məkan larda 50 nəfərlik məhdudiyyət olmadığı halda, məscidlərə bu formada məhdudiyyət qoyulması ayrıseçkilik və konstitusion və beynəlxalq hüquqların pozuntusudur. Odur ki, məscidə buraxılmaması qanunvericiliyə zidd hesab edilməli və cavabdehlərin üzərinə dini mərasimlərin yerinə yetirmək sərbəstliyinin təmin edilməsi öhdəliyi qoyulmalıdır.
20. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə İPM-in 13, 48.1-ci maddələrinin tələbinə əməl etməmiş, iddiada formal xəta aşkar etdiyi halda onun aradan qaldırılması üçün yardım etməsini məhkəmədən xahiş etmiş, lakin məhkəmə bunu etməmiş, aradan qaldırıla bilən formal xətalar barədə ətraflı məlumat verməmişdir, məhkəmə bu vəzifəni icra etsəydi, bu xətalar tərəfindən aradan qaldırılardı.
21. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegi yası aşağıdakıları qeyd edir.
22. İddiaçının kasasiya şikayətinə əlavə etdiyi 14 saylı Vəkil Bürosunun 23 noyabr 2021-ci il tarixli arayışından görünür ki, o, həmin büroda vəkil kimi fəaliyyət göstərir.
23. İddiaçı tələbində Azərbaycan Respublikasının Nazirlər Kabinetini, X8 üzrə Dövlət Komitəsini, Cavabdeh4 və “Hacı Əjdərbəy” məscidini cavabdeh göstərmiş və onların cavabdeh qismində iş üzrə məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
24. İPM-in 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
25. Yəni, İPM inzibati hüquq münasibətləri ilə bağlı mübahisələri tənzimləyir və inzibati məhkəmələr həmin münasibətlərdən irəli gələn mübahisələrə baxır.
26. İddiaçının iddia ərizəsində qeyd etdiyi Cavabdeh4 və “Hacı Əjdərbəy” məscidi inzibati orqan statusuna malik olmamış, iddiaçı ilə onlar arasında hər hansı inzibati hüquq münasibəti yaranmamışdır.
27. Bundan başqa, X8 üzrə Dövlət Komitəsinin hansı inzibati aktının iddiaçının qanunla qorunan hüququna müdaxilə olunması iddia ərizəsində qeyd edilməmişdir.
28. Birinci instansiya məhkəməsi iddiaçıya göndərdiyi 17 iyul 2021-ci il tarixli məktubunda İPM-in 13 və 48-ci maddələrinə istinad edərək inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxılması, iddia tələbində inzibati orqan olub-olmaması müzakirə edilməli olan qurmaların çıxış etməsinin iddianın mümkünlük şərtlərinin ödənil ib-ödənilməməsinin müəyyən edilməsi üçün önəmli olmasını bildirmişdir.
29. Birinci instansiya məhkəməsinin16 avqust 2021-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə İPM-in 13 və 48-ci maddələrinə uyğun iddiaçıya yardım etmiş, iddiaçı tələbini müdafiə etdiyini, iddianın mümkün sayılmasını və mahiyyəti üzrə mübahisəyə baxılmasını xahiş etmişdir.
30. Cavabdehlər X8 üzrə Dövlət Komitəsi, Cavabdeh4 və “Hacı Əjdərbəy” məscidi ilə iddiaçı arasında hər hansı inzibati hüquq münasibəti yaranmadığından, onlara qarşı iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur.
31. İddia tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı hissəsinə görə dini ibadət yeri hesab edilən məscidlərdə eyni zamanda 50 nəfərdən artıq şəxsin ibadət etməsinin qadağan edilməsi nəticəsində iddiaç ı digər insanlarla birlikdə məsciddə ibadət etmək imkanından məhrum olmuşdur.
32. Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 saylı qərarında dini ibadət yeri hesab edilən məscidlərdə insanların ibadətinə hər hansı qadağa qoyulmamışdır.
33. Qərarla dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarına əsasən, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılmas ı üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də mübahisənin inzibati hüquq münasibəti ilə bağlı olmasıdır (İPM-in 1.1-ci maddəsi). Başqa sözlə, inzibati orqanın mübahisə edilən hərəkəti inzibati hüquq normalarına əsaslanmalı və inzibati akt və ya inzibati hərəkət kimi fəaliyyət formalarında ifadə olunmalıdır.
36. İPM-in 35-c i maddəsinin məzmunundan göründüyü kimi, inzibati orqanın mübahisə edilən qərarı (mübahisə qərarla əlaqədar olduğu üçün) mütləq “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt olmalıdır, yəni həmin anlayışda sadalanan əlamətlərin hamısına eyni zamanda malik olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin anlayışa görə, inzibati akt həmişə konkret şəxsə münasibətdə müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul e dilir. Başqa sözlə, inzibati akt hər bir halda fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə ünvanlanır. Bu mənada doktrinada inzibati akt həm də fərdi hüquq tətbiqetmə aktı kimi qiymətləndirilir. İnzibati akt məhz bu keyfiyyətləri ilə ümumi və abstrakt qaydalar müəyyən edən, qeyri-müəyyən sayda şəxslər və hallar üçün nəzərdə tutulan normativ hüquqi aktlardan fərqlənir.
37. Məhkəmə kollegiyası vurğulayır ki, Nazirlər Kabinetinin mübahisə predmeti olan qərarı, sadəcə olaraq anlayış baxımından inzibati aktın (qərar, sərəncam və s.) ehtiva etdiyi qərar anlamında başa düşülməməlidir. Belə ki, həm inzibati aktlarla bağlı yuxarıda qeyd olunmuş tələblər, həm də normativ hüquqi aktlarla bağlı konstitusion-hüquqi tələblər baxımından qiymətləndirildikdə, Nazirlər Kabinetinin qərarının fərdi deyil, ümumi normativ xarakter daşıdığı, konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə deyil, qeyrimüəyyən sayda şəxslərə ünvanlandığı aşkar görünür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinə uyğun olaraq, Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdiyi hallarda qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 148ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Nazirlər Kabinetinin qərarı qanunvericilik sisteminə daxil olan normativ hüquqi akt sayılır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə uyğun olaraq normativ hüquqi akt hamı üçün məcburi davranış qaydaları müəyyən edən, qeyri-müəyyən şəxslər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənəddir. Qeyd edilə nlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Nazirlər Kabinetinin müvafiq qərarı qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qəbul edilmiş, qeyri-müəyyən şəxslər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiyasının 130-ci maddəsinin və İnzibati Prosessual Məcəlləsinin 122ci maddəsinin müəyyən etdiyi qaydalara əsasən normativ hüquqi aktlarla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin karantin, yəni pandemiya təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirdiyi hərəkətlər və tədbirlər də ümumu maraqlardan irəli gəlir və insanların həyatının, sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədlə rinə xidmət edir. Həmin hərəkət və tədbirlər “Sanitariyaepidemioloji salamatlıq” haqqında Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsaslanır.
38. Sanitariya-epidemioloji salamatlıq” haqqında Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikası hökuməti müvafiq ərazilərdə və ya obyektlərdə xüsusi əmək, təhsil, hərəkət və sair rejimlər tətbiq edir. Həmin Qanuna uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilati, profilaktika və digər zəruri tədbirlərin görülm əsi haqqında Qaydalar” qəbul edilmişdir. Həmin qaydaların 1.2-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qanunvericilik aktlarında nəzərdə tutulan tədbirlərin, o cümlədən karantin-təşkilati, xüsusi sanitar rejimi, profilaktika və digər zəruri tədbirlərin tətbiqi barədə qərar qəbul edir. Qaydaların 1.3-ci bəndinə əsasən qeyd edilən tədbirlər Azərbaycan Respublikasının bütün ərazisində və ya onun ayrı-ayrı hissələrində tətbiq edilə bilər. Həmin qaydaların 1.4-cü bəndinə əsasən bu Qaydalarda göstərilən tədbirlərin tətbiqi müddəti Qaydaların 1.2-ci bəndində göstərilən qərarla müəyyən edilir. Qərarın icrası və icrasına nəzarət Azərbaycan Respublikasının Na zirlər Kabineti, müəyyən edilən qərargah və yaxud digər qurum tərəfindən həyata keçirilir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin qərarı hazırkı məzmunda “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmir və bu mənada inzibati akt kimi qiymətləndirilə bilməz. Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarı konkret hər hansı bir şəxsə deyil, ümumiyyətlə qeyri-müəyyən sayda şəxsə münasibətdə abstrakt normativ tənzimləməni nəzərdə tutur. Digər tərəfdən, yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsinə qarşı Azərbaycan Respublikası hökuməti tərəfindən tətbiq edilən xüsusi əmək, təhsil, hərəkət və sair rejimləri, habelə bu mübarizə tədbirləri çərçivəsində həyata keçi rilən tədbirlər və hərəkətlər “Sanitariya-epidemioloji salamatlıq” haqqında Azərbaycan Respublikası Qanununa əsaslanan, ümumu maraqlardan irəli gələn və insanların həyatının, sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə yönələn ümumi xarakterli tədbirlər kimi qiymətləndirilməlidir. Başqa sözlə, həmin tədbirlər Nazirlər Kabineti tərəfindən “Sanitariya-epidemioloji salamatlıq” haqqında Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində və həmin qanuna uyğun olaraq həyata keçirilmişdir.
40. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir...
41. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şə rt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir.
42. Bəhs olunanlara əsasən Nazirlər Kabinetinin qərarının ləğvinə aid hissədə iddia mümkünlük şərtinə cavab vermədiyindən iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur.
43. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2523/2021 saylı 22 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəti