Məhkəmə qərarları › İş №2-1(102)-3000/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3000/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3000/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-695/2019 nömrəli qərarından iddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1957-ci il 23 fevral tarixdə doğulmuş, 1972-ci il 12 sentyabr tarixdən 1973-cü il 1 oktyabr tarixə qədər Yevlax şəhər xəstəxanasında mühasib, 1973-cü il 12 noyabr tarixdən 1975-ci il 6 noyabr tarixə qədər və 1978-ci il 3 fevral tarixdən 1978-ci il 3 may tarixə qədər Bakı şəhəri Leytenant Şmitd adına zavodda tornaçı, 1978-ci il 29 may tarixdən 1979-cu il 26 mart tarixə qədər 771 №-li Xüsusi Təmir İdarəsində fəhlə, 1979-cu il 12 aprel tarixdən 1980-cı il 3 aprel tarixə qədər Bakı şəhəri Mexaniki Təmir Zavodunda tornaçı, 1980-cı il 10 iyun tarixdən 1982-ci il 22 mart tarixə qədər Yevlax şəhər Avtobazasında mexanik, mühəndis, 1982-ci il 19 aprel tari xdən 1983-cü il 1 iyul tarixə qədər Yevlax şəhər 6 №-li Tikinti İdarəsində usta, 1983-cü il 27 sentyabr tarixdən 1986-cı il 22 may tarixə qədər tornaçı, 1986-cı il 13 iyun tarixdən 1990-cı il 12 iyun tarixə qədər 1 №li Təmir Tikinti İdarəsində fəhlə, izolyaedici, usta, bənna, 1990-cı il 13 iyun tarixdən 1992-ci il 20 yanvar tarixə qədər iş icraçısı, 1992-ci il 25 yanvar tarixdən 1992-ci il 20 noyabr tarixə qədər rəis, 1993-cü il 1 mart tarixdən 1997-ci il 13 oktyabr tarixə qədər usta, 2002-ci il 12 yanvar tarixdən 2010-cu il 1 noyabr tarixə qədər Azərbaycan Texniki Universitetində şöbə müdiri, 2010-cu il 1 noyabr tarixdən 2011-ci il 28 noyabr tarixə qədər aparıcı mühəndis, 2012-ci il 2 may tarixdən 2012-ci il 30 dekabr tarixə qədər “xxxx” ASC-də sahə ustası, 2013-cü il 4 dekabr tarixdən 20 14-cü il 31 oktyabr tarixə qədər “xxxx” ASC-də mühəndis, 2015-ci il 2 mart tarixdən 2018-ci il 30 avqust tarixə qədər “xxxx” ASC-də mühəndis vəzifələrində işləmişdir. O, 1975-ci il 16 noyabr tarixdən 1977-ci il 12 noyabr tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 12 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı qanunvericiliyə uyğun olaraq sənəd təqdim etmədiyindən, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 7 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 57 yaşı tamam olduğu tarixdən, yəni 2014-cü il 23 fevral tarixdən həmin dövrdə q üvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1972-ci il 12 sentyabr tarixdən 2014-cü il 31 oktyabr tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun işlədiyi vəzifələr xüsusilə ağır işlər olduğundan, xüsusi iş stajına daxil edilməlidir. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 27, 31, 37.7-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 dekabr tarixli 2-1(81)5049/18 nömrəli qərar ı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 2014-cü il 23 fevral tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunla tələb olunan 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajına malikdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-695/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının zərərli işlərdə iş stajı cəmi 12 il 02 ay 27 gündür ki, bu da qanunla tələb olunan müddətdən azdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 1972-ci il 12 sentyabr tarixdən 1973-cü il 1 oktyabr tarixə qədər Yevlax şəhər xəstəxanasında mühasib, 1973-cü il 12 noyabr tarixdən 1975-ci il 6 noyabr tarixə qədər və 1978-ci il 3 fevral tarixdən 1978-ci il 3 may tarixə qədər Bakı şəhəri Leytenant Şmitd adına zavodda tornaçı, 1978-ci il 29 may tarixdən 1979-cu il 26 mart tarixə qədər 771 №-li Xüsusi Təmir İdarəsində fəhlə, 1979-cu il 1 2 aprel tarixdən 1980-cı il 3 aprel tarixə qədər Bakı şəhəri Mexaniki Təmir Zavodunda tornaçı, 1980-cı il 10 iyun tarixdən 1982-ci il 22 mart tarixə qədər Yevlax şəhər Avtobazasında mexanik, mühəndis, 1982-ci il 19 aprel tarixdən 1983-cü il 1 iyul tarixə qədər Yevlax şəhər 6 №-li Tikinti İdarəsində usta, 1983-cü il 27 sentyabr tarixdən 1986-cı il 22 may tarixə qədər tornaçı, 1986-cı il 13 iyun tarixdən 1990-cı il 12 iyun tarixə qədər 1 №-li Təmir Tikinti İdarəsində fəhlə, izolyaedici, usta, bənna, 1990-cı il 13 iyun tarixdən 1992-ci il 20 yanvar tarixə qədər iş icraçısı, 1992-ci il 25 yanvar tarixdən 1992-ci il 20 noyabr tarixə qədər rəis, 1993-cü il 1 mart tarixdən 1997-ci il 13 oktyabr tarixə qədər usta, 2002-ci il 12 yanvar tarixdən2010-cu il 1 noyabr tarixə qədər Azərbaycan Texniki Uni versitetində şöbə müdiri, 2010-cu il 1 noyabr tarixdən 2011-ci il 28 noyabr tarixə qədər aparıcı mühəndis, 2012-ci il 2 may tarixdən 2012-ci il 30 dekabr tarixə qədər “xxxx” ASC-də sahə ustası, 2013-cü il 4 dekabr tarixdən 2014-cü il 31 oktyabr tarixə qədər “xxxx” ASC-də mühəndis, 2015-ci il 2 mart tarixdən 2018-ci il 30 avqust tarixə qədər “xxxx” ASC-də mühəndis vəzifələrində işləmişdir. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində göstərilən izolyasiyaçılar, bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnala r, tikinti və quraşdırma işləri üzrə ustalar peşələrinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən iş üçün əhəmiyyətli hallara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsini düzgün tətbiq etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili (nümayəndəsi) Vəkil 2019-cu il 6 noyabr tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili X1 2019-cu il 6 noyabr tarixli məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikay əti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 1957-ci il 23 fevral tarixdə doğulduğu nəzərə alındıqda, onun 57 yaşının tamam olduğu 2014-cü il 23 fevral tarixə 25 il ümumi, 12 il 6 ay xüsusi stajı olmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasının məlumatlarına əsasən müəyyən etmişdir ki, 2014-cü il 23 fevral tarixə iddiaçının 25 il ümumi stajı olsa da, onun işlədiyi vəzifələrdən yalnız - 1978-ci il 29 may tarixdən 1979-cu il 26 mart tarixə qədər 771 №-li Xüsusi Təmir İdarəsində fəhlə, 1982-ci il 19 aprel tarixdən 1983-cü il 1 iyul tarixə qədər Yevlax şəhər 6 №-li Tikinti İdarəsində usta, 1986-cı il 13 iyun tarixdən 1990-cı il 12 iyun tarixə qədər 1 №-li Təmir Tikinti İdarəsində fəhlə, izolyaedici, usta, bənna, 1990cı il 13 iyun tarixdən 1992-ci il 20 yanvar tarixə qədər iş icraçısı, 1993-cü il 1 mart tarixdən 1997-ci il 13 oktyabr tarixə qədər usta vəzifələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə ça lışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a a) fəhlələr, 2290000a—12520 izolyasiyaçılar, 2290000b—23419 yeni tikinti və quraşdırma işlərinin ustaları 2290000b—24441 iş icraçıları vəzifələrinə uyğundur. İddiaçının adı çəkilən zərərli işlərdə iş stajı cəmi 12 il 02 ay 27 gündür ki, bu da qanunla tələb olunan müddətdən azdır. Məhkəmə kollegiyası iddiaçının zərərli işlərdə iş stajının cəmi 12 il 02 ay 27 gün olduğuna dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının zərərli işlərdə iş stajı na onun 2012-ci il 2 may tarixdən 2012-ci il 30 dekabr tarixə qədər “xxxx” ASC-də “sahə ustası” vəzifəsində işlədiyi müddəti nəzərə almamışdır. Halbuki, həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) (b) yarımbəndində mütəxəssislər: “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının vəzifəsinin adındakı “sahə” sözü isə “usta”nın yalnız fəaliyyət məkanın sərhədlərini müəyyən edir və “xxxx” qurğu və obyektlərinin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə “usta” vəzifəsinin (peşəsinin) mahiyyətinə təsir etmir. Beləliklə, iddiaçının apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş zərərli işlərdə iş stajının cəmi 12 il 02 ay 27 gün müddətinə əlavə olaraq onun 2012-ci il 2 may tarixdən 2012-ci il 30 dekabr tarixə qədər “xxxx” ASC-də “sahə ustası” vəzifəsində işlədiyi müddət də nəzərə alındıqda, zərərli işlərdə iş stajı 12 il 6 aydan çoxdur. Buradan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-695/2019 nömrəli qərarı ləğv edilir. Cavabdehin üzərinə iddiaçının 57 yaşının tamam olduğu 2014-cü il 23 fevral tarixdən həmin vaxtda qüvvədə olan qanunvericiliyə əsasən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar