Məhkəmə qərarları › İş №2-1(102)-3001/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3001/2019

16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3001/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: torpaq sahəsinin plan və ölçüsünün hazırlanması, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçüsünün hazırlanması, d övlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli 2-1(103)-1518/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçüsünün hazırlanması, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə biri nci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmişdir ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 12/664 saylı, 16 dekabr 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyinin vəsatəti təmin edilərək Abşeron meşə təsərrüfatının ərazisində Pirşağı stansiyasının cənub-qərbində X4 Stansiyasının əməkdaşları üçün fərdi yaşayış evlərinin layihələndirilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 saylı, 7 fevral 1995-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” Qərarına əsasən Xırdalan meşəçiliyinin ərazisindən daimi istifadə üçün 35,0 ha hektar, o cümlədən, 5 hektarının X4 Stansiyasının Pirşağı qəsəbəsində daimi qeydiyyatda olan işçilərinə verilməsi şərtilə torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Ha kimiyyətinin “Azərbmeşə” İstehsalat Birliyi və Dövlət Torpaq Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 557 saylı, 16.05.1995-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” sərəncamı ilə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 31.01.1994-cü il tarixli, 1/14 №-li məktubu və “Azərbmeşə” İstehsalat Birliyinin 16.06.1993-cü il tarixli, 01/5-25-90 №-li razılıq məktubu nəzərə alınaraq, Pirşağı qəsəbəsinin yanında yerləşən duzlu gölün ətrafındakı əkinə yararsız olan torpaq sahəsi fərdi yaşayış massivinin layihələndirilməsi və tikintisi üçün ayrılmışdır. X3 Stansiyasının Həmkarlar Komitəsinin 27 dekabr 1995-ci il tarixli 14 №-li Protokolu ilə təsərrüfatda işləyən fəhlə və qulluqçuların (o cümlədən İddiaçı da daxil olmaqla) mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onların hər birinə 0,12 ha torpaq sahəsi ayrılması qərara alınmış və ayrılan həmin sahənin cizgiləri təsdiq olunmuşdur. X3 Stansiyasının direktoru tərəfindən İddiaçı fərdi mənzil tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmasına dair 16 №-li 01 aprel 1996-cı il tarixli əmr imzalanmışdır. İddiaçı sözügedən sənədləri təqdim etməklə həmin torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması tələbi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 12.02.2018-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək bunu onunla əsaslandırmışdır ki, torpaq sahəsi X4 Stansiyasının işçilərinə ayrılmış ərazidən kənarda yerləşir, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 №li Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin 12.09.2018-ci il tarixli iş № 2-1(82)-2838/2018, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 20.12.2018-ci il tarixli iş № 2-1(103)-2773/2018 (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi,birinci instansiya məhkəməsinin 12.09.2018-ci il tarixli qərarınınləğv ediməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 20.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.04.2019-cu il tarixli iş № 2-1(102)-1150/2018 (hakimlər X.Məmmədov - sədrl ik edən və məruzəçi, R.Nəbizadə və A.Hüseynov) qərarı ilə iddiaçının kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 20.12.2018-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 18.07.2019-cu il tarixli iş № 2-1(103)-1518/2019 (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı iləcavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsi, İddiaçı xxxxndə yerləşən qanuni istifadəsində olan 0,12 hektar torpaq sahəsinə dair (8 saylı sahə) plan və ölçünün hazırlanması, həmin sahə üzərində iddiaçının hüququnun qeydə alınması, bu barədə daşınmaz əmlak ın dövlət reyestrindən çıxarışın və ünvan verilməsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 İdarəsində işlədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 nömrəli Qərarına və Həmkarlar Komitəsinin 27 dekabr 1995-ci il tarixli 14 nömrəli Protokoluna əsasən 01 aprel 1996-cı ildən bütün işçilər kimi ona da Komissiya üzvləri tərəfindən fərdi mənzil tikmək üçün Yeni Pirşağı deyilən ərazidə 0,12 hektar torpaq sahəsi layihə üzrə ayrılaraq, yerində ölçüldü və ona verildi. İddiaçı müvafiq torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi, reyestrdən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı 23 yanvar 2018-ci il t arixdə idarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin elektron kadastr məlumatına əsasən müvafiq torpaq sahəsi X4 stansiyasının işçilərinə ayrılmış ərazinin hüdudlarından kənarda yerləşir. Bundan əlavə, ərizəyə müvafiq torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəlı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri əlavə olunmamışdır. Belə ki, ə rizəyə əlavə olunmuş sənədlər mövcud qanunvericilikdə torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsas kimi nəzərdə tutulmamışdır. Qeyd olunanlardan əlavə, müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri nəticəsində məlum olmuşdur ki, müvafiq torpaq sahəsi sənəd üzrə 0,12 hektar olduğu halda, faktiki olaraq 0,315 hektardır və 0,195 hektar torpaq sahəsi zəbt olunmuşdur. Ümumi sahəsi 0,315 hektar olan ərazidən yüksək gərginlikli elektrik xətti keçir. Bundan başqa, müvafiq torpaq sahəsi üzərində tikintialtı sahəsi 100,0 kvadrat metr olan yarımçıq tikili mövcuddur. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya ş ikayətində Bakı Apelyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu tarixli, 2-1(103)-1518/2019 saylı qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18 iyul 2019-cu tarixli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul e dilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsi Əmrah Söyləməzli məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 18 iyul 2019-cu tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 18 iyul 2019-cu il tarixli, 2-1(103)1518/2019 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2838/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsi, İddiaçı xxxxndə yerləşən qanuni istifadəsində olan 0,12 hektar torpaq sahəsinə dair (8 saylı sahə) plan və ölçünün hazırlanması, həmin sahə üzərində iddiaçının hüququnun qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ünvan verilməsi cavabdehə həvalə edilməsi nəticəsinə gələrkən İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 9,10-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hes ab edir ki, cavabdehin kasasiya şikayəti 10 səhifədən ibarət olsa da, kasasiya şikayətinin 7 səhifəsi müxtəlif maddi və prosessual hüquq normalarının mətninin yazılmaqla, sadalanmasına həsr edilmiş, lakin cavabdehin qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən həmin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret şəkildə göstərilməmişdir ki, bu da sözügedən dəlillərin ümumi, formal və deklarativ xarakter daşıdığını təsdiq edir. Digər tərəfdən, kasasiya şikayətində işin hallarına aid dəlillərində qeyd olunmuşdur ki, iddiaçının ərizəsinə əlavə olunmuş sənədlər mövcud qanunvericilikdə torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsas kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehi n bu dəlili əsassızdır. Belə ki, xüsusi olaraq qeyd edilməlidir ki, hazırkı mübahisə iddiaçının verdiyi kasasiya şikayəti əsasında artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının baxışında olmuş və bunun nəticəsində Ali Məhkəmə İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2019-cu il tarixli 2-1(102)-1150/2019 saylı qərar qəbul edilərək, iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2-1(103)-2773/2018 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin həmin qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “ilk növbədə iddiaçı tərəfindən torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədin təqdim olunmadığına münasibətdə aşağıdakılar nəzərə alınmalıdı r. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçıya torpaq sahəsi ayrılarkən qüvvədə olan 1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə görə fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün torpaq sahəsi – h əmin ərazidə daimi yaşayanlara Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə ayrılır. Həmin Məcəllənin 20-ci maddəsınin 1-cı bəndinə görə respublikalararası (dövlətlərarası), respublika məqsədləri üçün respublikanın hüdudları daxilində rayon, şəhər xalq deputatları Sovetlərinin, habelə torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin və torpaq istifadəçilərinin razılığı ilə torpaqlar barəsində sərəncam vermək torpaq münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmişdi. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sa hələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxil edilmişdi. Həmin Məcəllənin 23-cü maddəsində isə təsbit edilmişdi ki, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının Keçid müddəalarının 6-cı bəndinə əsasən bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli X2 səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikası yerli X1 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqa nları həyata keçirir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfat idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni İstifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmı ş sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 3.0.6-cı bəndinə əsasən hüquqları dövlət qeydiyyatına almaq, 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq Sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrinə aiddir. Qanunvericiliyin göstərilən müddəalarına əsasən kollegiya hesab edir ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 12/664 saylı, 16 dekabr 1988-ci il tarixli qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 saylı, 7 fevral 1995-ci il tarixli qərarı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 557 saylı, 16 may 1995-ci il tarixli sərəncamı, X3 Stansiyasının Həmkarlar Komitəsinin 27 dekabr 1995-ci il tarixli 14 nömrəli Protokol qərarı və X3 Stansiyasının 16 saylı, 01 aprel 1996-cı il tarixli əmr iddiaçıya torpaq sahəsinin qanuni əsalarla ayrıldığını təsdiq edir. Bu halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən iddiaçı qanuni əsaslarla fərdi yaşayış evinin tikintisi üçün onun istifadə ayrılmış torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququna malikdir. İnzibati Prosess ual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübu tları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması da təmin olunmamışdır. Belə ki, apelyasiya məhkəməsi əlavə zəbt olunmuş sahənin mövcudluğundan çıxış etməklə iddianı rədd etməkdə haqlı olmamışdır. Nəzərə almaq lazımdır ki, əgər həqiqətən də əlavə zəbt olunmuş sahə mövcuddursa, bu hal iddiaçının qanuni əsaslarla istifadəsi verilmiş torpaq sahəsinə (0,12 hektar) hüququn qeydə alınmamasına əsas təşkil edə bilməz. Cavabdehin əsas dəlillərindən biri də torpaq sahəsinin X4 Stansiyasının işçilərinə ayrılmış ərazidən kənarda yerləşməsi ilə bağlı olmuşdu r. Təkrar apelyasiya baxışı zamanı məhkəmə tərəfindən həmin halın hərtərəfli və tam araşdırılması, eləcə də sahənin yerinin dürüst müəyyənləşdirilməsi təmin olunmalıdır. Çünki apelyasiya məhkəməsi bu məsələ üzrə araşdırmanın və qiymətləndirmənin aparılmasını təmin etməmişdir». Məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə təkrar baxarkən İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələblərinə tam və hərtərəfli riayət etmiş və bu zaman müəyyən etmişdir ki, iddiaçı iddia edilən torpaq sahəsi üzərində qanuni istifadə hüququ olduğunu tə sdiq etmək üçün məhkəməyə aşağıdakı sənədləri təqdim etmişdir: Bakı şəhər X2 İcraiyyə Komitəsinin 12/664 saylı, 16 dekabr 1988·ci il tarixli qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 saylı, 7 fevral 1995-ci il tarixli qərarı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 557 saylı, 16 may 1995-ci il tarixli Sərəncamı, X3 Stansiyasının Həmkarlar Komitəsinin 27 dekabr 1995-ci il tarixli, 14 saylı protokol qərarı və X3 Stansiyasının 16 saylı, 01 aprel 1996-cı il tarixli əmri. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilmə sinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, qeyd edilən normalara əsasən iddiaçının qanuni əsaslarla ona ayrılmış 0,12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququ vardır və iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər xxxxndə yerləşən qanuni istifadəsində olan 0,12 hektar torpaq sahəsinin (8 saylı sahə) plan və ölçünün hazırlanması, həmin sahə üzərində iddiaçının hüququnun qeydə alınması üçün əsas kimi qəbul edilməlidi r. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin hüququn qeydə alınmasından imtinasının əsaslarından biri də bundan ibarət olmuşdur ki, iddia edilən sahə X4 stansiyasınin işçilərinə ayrılmış ərazinin hüdudlarından kənarda yerləşır. Cavabdeh bu barədə nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə hər hansı sübut (X4 stansiyasının işçilərinə ayrılmış 5 hektar sahənin kadastr göstəriciləri, iddia olunan sahəsinin koordinatlarının yerində müəyyən edilməsi, bu sahəsinın hansı hissəsinin kənarda yerləşməsi və s. barədə) təqdim etməmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 06 noyabr 2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşir. X4 stansiyasının işçilərinə ayrılmış torpaq sahəsinin 2002-ci ildə təsdiq edilmiş cizgisindən görünür ki, iddiaçıya ayrılmış sahə 8 saylı sahə olmaqla 7 və 9 saylı torpaq sahələrinin qonşuluğunda yerləşir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçinın arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda bələ şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzıbati orqanın üzərinə düşür. Lakin cavabdeh orqan imtinasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Cavabdeh kasasiya şikayətində göstərmişdir ki, hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,315 hektardır və 0,195 hektar torpaq sahəsi iddiaçı tərəfindən zəbt olunmuşdur. Bununla əla qədar olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının faktiki sahibliyində və istifadəsində zəbt olunmuş torpaq sahəsi olması ona qanuni əsaslarla ayrılmış 0,12 hektar sahə üzərində hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas ola bilməz. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul edilmiş sözügedən qərarında da ifadə edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)1518/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar