Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3002/2019 30.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə (Açar söz: 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağa ailə başçısını itirməyə görə pensiya təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı ailə başçısını (atasını) itirməyinə görə əmək pensiyasına keçirilməsi, atası X1 vəfat etdiyi gündən y əni, 05 fevral 2015-ci il tarixindən bu günə qədər olan pensiyanın hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə havalə edilməsi barədə tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli 2-1(103)1805/19 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1961-ci il təvəllüdlü iddiaçı 18.05.1971-ci ildə 10 yaşında olarkən sağ gözündən xəsarət alaraq görmə qabiliyətini itirmiş, Goranboy rayon Mərkəzi Xəstəxanasında əməliyyat olun muş, sonra Tərtər rayon poliklinikasında müalicəsini davam etdirmişdir. Görmə qabiliyyətini itirdiyinə görə hərbi xidmətə də aparılmamış, sülh dövründə yararsız elan olunmuş və Sabunçu rayon hərbi komissarlığı tərəfindən 12.05.1980-cı ildə ona hərbi bilet verilmişdir. İddiaçıya 06.02.1992-ci il tarixdə İİİ qrup əlillik təyin olunmuşdur. İddiaçının atası X2 1996-cı ildəəmək pensiyası təyin olunmuş, o 05 fevral 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı hal-hazırda İİ qrup əlil kimi pensiya alır. İddiaçının atası X3 05 fevral 2015-ci il tarixdə vəfat etdikdən sonra, o, ailə başçısını itirməyə görə pensiya növünə keçimək üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 29.11.2018-ci il tarixli 16/01-5950 nömrəli imtina məktubunda «Əmək pensiyaları haqqında» Qanunun 14.1.1.2-ci maddəsinə istinadən bildirmişdir ki, TSEK-in müayinə aktına əsasən əlillik dərəcəəsi 18 yaşından sonra müəyyən edildiyi üçün ona əlil olmasını nəzərə alıb ailə başçısını itirməyə görəəmək pensiyasının təyin edilməsi qanuna ziddir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ona təyin olunmuş İİ qrup əlil kimi aldığı əmək pensiyasını, ailə başçısını (atasını) itirməyinə görə əmək pensiyasına keçirilməsi, atası X1 vəfat etdiyi gündən yəni, 05 fevral 2015-ci il tarixindən bu günə qədər olan pensiyanın hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə havalə edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 876/2019 saylı, 07 may 2019cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 876/2019 saylı 07 may 2019cu il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli 2-1(103)-1805/19 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 876/2019 saylı 07 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, tədqiq olunan sübutlarla müəyyən olunur ki, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olmuş və uşaqlıqdan əlil olduğu üçün ona 18 yaşından sonra əlillik dərəcəsi verilmiş, əlillik pensiyası təyin olunmuşdur. Bütün bunlar isə ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasını zəruri edən «Əmək pensmiyaları haqqında» Qanunun 14.1.1.2-ci maddəsində göstərilən hər iki şərtin mövcud olduğunu sübuta yetirir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli 2-1(103)-1805/19 saylı qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillərin ailə başçısı itirməyə görə əmək pensiyası almaq hüququ vardır.İddiaçıya 18 yaşdan sonra əlillik təyin olunmuş, onun uşaqlıqdan əlil olması müə yyən edilməmişdir. Ona 1997-ci il tarixində əlillik dərəcəsi verilmiş və pensiya təyin olunaraq ödənilir. Kassator İPM-nin 87.6-cı,90.1-ci, 90.3-cü,91-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qərarı haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli 2-1(103)-1805/19 saylı qərarının ləğv edilməsini, iddiaçının iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan ba xılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli 2-1(103)-1805/19 saylı qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçı 18.05.1971-ci ildə 10 yaşında olarkən sağ gözündən xəsarət alaraq görmə qabiliyətini itirmiş, Goranboy rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunmuş, sonra Tərtər rayon poliklinikasında müalicəsini davam etdirmişdir. Görmə qabiliyyətini itirdiyinə görə hərbi xitdmətə də aparılmamış, sülh dövründə yararsız elan olunmuş və Sabunçu rayon hərbi komissarlığı tərəfindən 12.05.1980-cı ildə ona hərbi bilet verilmişdir. İddiaçıya 06.02.1992-ci il tarixdə İİİ qrup əlillik təyin olunmuşdur. İddiaçının atası X2 1996-cı ildəəmək pensiyası təyin olunmuş, o 05 fevral 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı hal-hazırda İİ qrup əlil kimi pensiya alır. Hazırkı iş üzrə iddiaçının əllliyə görəəmək pensiyası alması, 05.02.2015-ci il tarixdə onun atası Nurəddin Əliyev vəfat etdikdən sonra əlllik pensiyasından ailə başsısını itirməyə görə pensiya növünə keçmək üçün cavabdehə müraciət etməsi və sonununun 29.11.2018-ci il tarixli imtina məktubunu aldığı işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Cavabdehin imtinasının əsasını iddiaçının 18 yaşınadək sağlamlıq imkanları məhdud olmasının müəyyən edilməməsi, ona 18 yaşdan sonra əlillik təyin olunması və hal-h azırda əlilliyə görə pensiya alması təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun 34-cü maddəsinə əsasən qüvvədə olan redaksiyasına görə əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə ərizəsi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə, bu maddənin 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinin tələbi isə ondan ibarətdir ki, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 1 0 gün müddətində baxılmaqla təyinat aparılır. Eyni zamanda, iddiaçının ailə başçısını itirməyə görə pensiya növünə keçməyə hüququnun yarandığı vaxt, daha konkret, atasının vəfat etdiyi 05.02.2015-ci il tarixdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun: 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 14.1.1.2-ci maddəsinin tələbindən göründüyü kimi, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ hüququna malik olan şəxslərdən biri də 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlillər sayılır. Göründüyü kimi, ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün iki şərtin mövcudluğu tələb olunur: 1. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxs olmalı; 2. 18 yaşından yuxarı əlil olmalıdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsini zəruri edən hər iki şərt mövcuddur. Belə ki, Tərtər rayonu M.Quliyev adına Azad Qaraqoyunlu kənd xəstəxanası tərəfindən verilmiş 06 №-li 14.06.2018-ci il tarixli ara yışa əsasən iddiaçı 18.05.1971-ci ildə 10 yaşında olarakən sağ gözündən xəsarət alaraq görmə qabiliyyətini itirmiş və Göranboy rayon mərkəzi xəstəxanasına göndəriş əsasında orada əməliyyat olunmuş, bundan sonra da müalicəsini davam etdirmişdir. Eyni zamanda, iddiaçının işdə olan H3 ******* №-li hərbi biletinin tərcümə olunmuş surətinə əsasən 04.04.1980, 11.04.1990 və 23.09.1985-ci illərdə SSRİ Müdafiə Nazirliyinin 185-93 saylı əmri, qrafa 1, 92B maddəsi əsasında Bakı şəhəri Lenin RHK tibbi komissiyası tərəfindən sülh dövründə qeyri-nizami xidmətə yararsız, hərbi dövrdə yararlı qəbul edilmişdir. Eyni zamanda, iddiaçıya, səbəbi uşaqlıqdan göstərilməklə, ömürlük 3-cü qrup əlillik verilmiş və o, əlillik pensiyası alır. Beləliklə, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olmuş və uşaqlıqdan sağlamlıq imkanları məhdud olduğu üçün ona 18 yaşından sonra əlillik dərəcəsi verilmiş, əlillik pensiyası təyin olunmuşdur. Bütün bunlar isə ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasını zəruri edən «Əmək pensiyaları haqqında» Qanunun 14.1.1.2-ci maddəsində göstərilən hər iki şərtin mövcud olduğunu sübuta yetirir. İddiaçının ailə başçısını itirməyə görə hüququnun yarandığı vaxt (atasının vəfat etdiyi 05.02.2015-ci il tarixdə) qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun: 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün ömürlük təyin edilir; 37.3.3-cü maddə sinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası tam məbləğdə ödənilir; 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Qeyd olunanlardan göründüyü kimi cavabdehin kassasiya şikayətinin iddiaçının qanunun tələblərinə əsasən uşaqlıqdan sağlamlıq imkanları məhdud olmasının müəyyən edilmədiyini mübahisələndirən dəlilləri təkzib olunur. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Resp ublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli 2-1(103)-1805/19 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3002/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3002/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver