Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3002/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-397/2023 nömrəli, 2 1 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin barəsində olan xx.xx.2021-ci il tarixli əmrinin ləğv edib, onu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəyə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü ildə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilmişdir. Əvvəlcə başqa hərbi hissələrdə xidmət etsə də, son 1 ay müddətində N saylı hərbi hissəyə göndərilmiş və tərxis olanadək həmin hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi 8 il ərzində bir dəfə də olsun hərbi xidmət üzrə üzərinə qoyulmuş vəzifələrə görə cəza almamış, əksinə bu müddət ərzində həm aprel döyüşlərində, həm də 44 günlük müharibədə iştirak etmiş, medal və digər təltiflərlə təltif edilmişdir. 07 noyabr 2021-ci il tarixdə xidmətdə olarkən ona bildirilmişdir ki, onu təxris ediblər və hərbi komissarlığa getsin. İddiaçı tərxis edilməyinin səbəbini soruşduqda, ona korpus komandirinin əmri olduğu və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin E bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) xidmətdən azad olunması bildirilmişdir. O, əmrin surətini tələb etsə də, əmrin surəti ona verilməmişdir. Bundan sonra iddiaçı Şəmkir Hərbi pr okurorluğuna müraciət etmiş və prokurorluqda araşdırma aparılmışdır. Ona müraciətinə baxılarkən intizam pozuntusu ilə əlaqədar keçirilmiş şərəf məhkəməsi zamanı və hərbi hissənin vəzifəli şəxslərinin qanun pozuntusuna yol vermələri qənaətinə gəlindiyi və bununla əlaqədar qanun pozuntusuna yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb olunması və onun hərbi xidmətə bərpa olunması məsələsinə baxılması üçün X3 xx.xx.2021-ci il tarixdə təqdimat göndərilməsi barədə məlumat verilmişdir. Bundan sonra iddiaçı cavabdeh təşkilata müraciət edəndə ona narahat olmaması, prokurorluğun təqdimatına baxılacağı və onun işə bərpa ediləcəyi bildirilmişdir. Lakin bu günədək ona hərbi hissədən heç bir məlumat verilməmiş və o işinə bərpa edilməmişdir. Halbuki prokurorluq tərəfindən aparılan araşdırma zamanı on un günahsız olmağı tam sübuta yetirilmişdir. Bu günədək N saylı hərbi hissəsinin komandirinin əmri verilmədiyi üçün həmin əmrin surətini iddiasına əlavə etməmişdir. Hesab edir ki, əmrin heç bir hüquqi əsası yoxdur, o heç vaxt öz xidməti işinə xələl gətirən hərəkət etməmişdir. Belə olan halda barəsində heç bir hüquqi əsası olmayan dəlillərə istinad etməklə işdən azad edilməyi qanunsuzdur.
3. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-103/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim E.Axundov) iddia tələbi təmin edilmiş, Cavabdeh komandirinin xx.xx.2021-ci il tarixli, 0124 əç nömrəli əmri ləğv edilsin. İddiaçı tutduğu vəzifəyə bərpa olunmaqla ona məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
4. Məhkəm ə qeyd etmişdir ki, keçirilmiş şərəf məhkəməsində iştirakçıların çıxışları təhrif olunmuş, iştirakçılar tərəfindən verilmiş təkliflər fərqli olmuşdur. Qeyd edilən fakt prokurorluq orqanı tərəfindən aparılmış araşdırma nəticəsində də öz təsdiqini tapmış, bununla əlaqədar prokurorluq tərəfindən X2 təqdimat göndərilərək müvafiq şəxslərin cəzalandırılması qeyd edilmiş və iddiaçının işə bərpa olunması məsələsinə yenidən baxılması məqsədə müvafiq hesab edilmişdir.
5. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
6. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-397/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər R.Mam edov /sədrlik edən və məruzəçi/, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə iddia tələbi mümkün sayılmamışdır.
7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ötürməklə verdiyindən hazırkı iddia tələbi Azərbaycan Respublikasının İPMin 35.1 və 35.3-cü maddəsinin tələbləri baxımından mümkün sayıla bilməz.
8. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işdən çıxarılan kimi Şəmkir Hərbi Prokurorluğuna müraciət etmiş və müraciətinə baxılarkən yol verdiyi intizam pozuntusu ilə əlaqədar keçirilmiş şərəf məhkəməsi zamanı və xidmətdən buraxılmağı ilə bağlı hərbi hissənin vəzifəli şəxslərinin qanun pozuntusuna yol vermələri qənaətinə gəlinmiş və bununla əlaqədar qanun pozuntusuna yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb olunması və onun hərbi xidmətə bərpa olunması məsələsinə baxılması üçün X3 xx.xx.2021-ci il tarixdə təqdimat göndərilmişdir.
10. Göründüyü kimi iddiaçıya Dövlət orqanı tərəfindən məlumat verilmişdir ki, o işə bərpa ediləcək. bu baxımdan da o, arxayın olmuş və məktubun nəticəsini gözləmişdir.
11. Məh z bunları nəzərə alan birinci instansiya məhkəməsi müddətin ötürmə səbəbini üzürlü hesab edib, müddətin bərpa edilməsi barədə qərar qəbul etmişdir.
12. Bundan başqa cavabdeh verdiyi apellyasiya şikayətində müddəti mübahisələndirməmişdir. Amma buna baxmayaraq apellyasiya məhkəməsi bu məsələyə də qiymət vermişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələnd irmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, m əhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarş ı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdı raraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad o lunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
20. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlü k şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
22. İş materiallarına əsasən qeyd edilmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə İnqilab oğlu prosessual müddətin bərpası barədə ərizə vermiş, ərizəni onunla əsaslandırmışdır ki, işdən çıxarılan kimi o, Şəmkir Hərbi Prokurorluğuna müraciət etmiş və müraciətinə baxılarkən yol verdiyi intizam pozuntusu ilə əlaqədar keçirilmiş şərəf məhkəməsi zamanı və xidmətdən buraxılmağı ilə bağlı hərbi hissənin vəzifəli şəxslərinin qanun pozuntusuna yol vermələri qənaətinə gəlinmiş və bununla əlaqədar qanun pozuntusuna yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb olunması və onun hərbi xidmətə bərpa olunması məsələsinə baxılması üçün X3 xx.xx.2021-ci il tarixdə təqdimat göndərildiyi və eyni zamanda iddiaçı bu günədək Cavabdeh komandirinin əmrini ala bilmədiyini bildirmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.
23. Nəzərə alınmalıdır ki, qanunvericilikdə müddətin bərpa edilməsi üçün iki şərt mövcud olmalıdır: müddət proses iştirakçısının təqsiri olmadan buraxılmalı və müddətin buraxılmasına əsas olmuş hallar əsaslandırılmalıdır.
24. Bununla bağlı işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə əsasən, müddətin hansı səbəblərə görə buraxılması qeyd olunsa da, iddiaçının Şəmkir Hərbi prokurorluğuna müraciət etməsi və prokurorluqda aparılmış araşdırma nəticəsində onun hərbi xidmətə bərpa olunması məsələsinə baxılması üçün X3 xx.xx.2021-ci il tarixdə təqdimat göndərilməsi qanunvericiliklə müəyyən edilmiş müddətə məhkəməyə müraciət edilməməsi üçün üzrlü səbəb kimi nəzərdə tutulmamış, həmçinin bu hal iddiaçının məhkəməyə müraciət edə bilməsini istisna etmir. Belə ki, iddiaçı hərbi xidmətdən ehtiyata buraxılmasına dair məlumatlı olduğu vaxtdan qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müvafiq olaraq məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı həmin müddət axımında məhkəməyə müraciət etməmiş və poz ulduğu güman etdiyi hüquqlarının bərpası üçün Şəmkir Hərbi Prokurorluğuna müraciət etmişdir. Məhkəmə yalnız formal olaraq müddəti bərpa etmişdir
25. Qeyd edilməlidir ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törət sin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
26. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən hallar mövcud deyildir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-397/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.