Məhkəmə qərarları › İş №2-1(102)-3003/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3003/2019

23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3003/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3003/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X3 ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin yerləşdiyi 0,0321 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq fərdi yaşayış evinə və torpağa dair vahid çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-1759/2019 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX N ******* saylı, xxxx 2018-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olduğunu, həmin fərdi yaşayış evinin 0,0321 ha-dan ibarət həyətyanı torpaq sahəsində yerləşdiyini, 0,0321 ha-dan ibarət həyətyanı torpaq sahəsinin qanunla əvəzsiz olaraq mülkiyyətinə verildiyini, lakin həmin sahəyə dair mülkiyyət hüququnun reyestrdə qeydə alınmadığını, mülkiyyətində olan fərdi yaşayış evinin uzun illər əvvəl həyətyanı torpaq sahəsi ilə birgə istifadəyə verildiyini, vətəndaşlar tərəfindən də bu qaydada istifadə olunduğunu, bu halın ərizəsinə əlavə etdiyi ortofoto plandan da aydın göründüyünü, hazırda qonşuluqda yerləşən eyni xüsusiyyətlərə malik fərdi yaşayış evlərinin böyük əksəriyyətinin həyətyanı tor paq sahələri evlərin sahiblərinin adlarına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alındığlarını, həmin evin 50 ildən artıq həyətyanı torpaq sahəsi ilə birlikdə istifadə olunmasının və onun tərəfindən də həmin qaydada xxxx 2018-ci il tarixdə satın alınmasının Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 2428 saylı, xxxx 2018-ci il tarixli arayışda da göstərildiyini, 137 saylı MKİS-in mühəndisi tərəfindən həmçinin həyətyanı torpaq sahəsinin cizgisinin tərtib edildiyini, cavabdeh inzibati orqana müraciət edərək, fərdi yaşayış evinin yerləşdiyi 0,0321 ha torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq fərdi yaşayış ev inə və torpağa dair vahid çıxarış verilməsini xahiş etdiyini, sonuncu, xxxx 2019-cu il tarixli məktubla həmin daşınmaz əmlak dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçdiyindən, torpaq sahəsinin mülkiyyətə verilməsinin qanunvericiliyə uyğun olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini, cavabdehin imtinasının əsassız olmaqla, qanunvericiliyin tələblərinə uyğun olmadığını, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın mənzil kimi aparılmasına baxmayaraq, daşınmaz əmlakın ayrıca həyətyanı sahəsi olan fərdi yaşayış evi olduğunu, reyestrdəki yanlış qeydiyyatın da düzəldilməli olduğunu, qonşuluqda hər hansı hündürmərtəbəli binanın və onun tərkib hissəsi kimi mənzillərin olmadığını, onun evinin də hər hansı hündürmərtəbəli binanın tərkib hissəsi olan mənzil olmadığını, qonşuluq da yerləşən evlərin də eyni xüsusiyyətlərə malik fərdi yaşayış evləri olduğunu, onların hər birinin ayrıca həyətyanı sahəyə malik olduqlarını və onların böyük əksəriyyətinin həyətyanı torpaq sahələrinin fərdi yaşayış evlərinin sahiblərinin adlarına mülkiyyət hüququ əsasında artıq çoxdan dövlət qeydiyyatına alındığını bildirərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0321 ha torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq fərdi yaşayış evinə və torpağa dair vahid çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(82)-1303/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi ya şayış evinin yerləşdiyi 0,0321 ha. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, fərdi yaşayış evinə və torpaq sahəsinə dair vahid çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim – E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1759/2019 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabd eh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı müvafıq torpaq sahəsinə və yaşayış evinə dair çıxarış almaq məqsədilə xxxx 2019-cu il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və sənədlərin əsilləri İdarəyə təqdim edilməmiş, həmin daşınmaz əmlak dövlət reyestrində İddiaçı adına mən zil kimi qeydiyyatdan keçmiş, lakin müvafiq mənzilin yerləşdiyi binanın altındakı torpaq sahəsi qanunvericiliyə əsasən binada yerləşən mənzillərin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olduğundan, müvafiq torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamış, bundan başqa müvafiq torpaq sahəsinin qanuni əsaslarla ayrılması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, ərizənin icrası mümkün olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 109, 111.1ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1-ci maddələrinin tə ləbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri ba rədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzə rə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktik i halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1759/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xxxx 2013-cü ildə vəfat etmiş X1 vərəsəsi - ünvan 3 ünvanda qeydiyyatda olan oğlu X1r, o, miras əmlakdan irs almalıdır, şəhadətnamə verilən mərhuma məxsus miras əmlak: Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların ın Qeydiyyatı İdarəsi tərəfindən xxxx 1998-ci il tarixli 65inv nömrəli reyestr kitabında 9824 səhifə ****, qeydəalma nömrəsi ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsinə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xxxx 2013-cü il tarixdə verilmiş ***** nömrəli arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X1 küçəsi, ev 38 ünvanda yerləşən ümumi sahəsi 41 kv.m yaşayış sahəsi 26 kv.m olan 2 (iki) otaqlı 1 saylı mənzil mərhuma məxsus mirasdan ibarətdir, X2 («Satıcı») ilə İddiaçı («Alıcı») arasında bağlanmış xxxx 2018-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Satıcı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 41.8 kv.m, yaşayış sahəsi 28 kv.m, yardımçı sahəsi 13.8 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsində n 41.8 kv.m, 2 otaq tam hissəni Alıcının mülkiyyətinə vermiş, Alıcı isə həmin daşınmaz əmlakı 85.000 manat qiymətə alaraq, onun adına RX seriyalı, № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmiş, mənzil İddiaçı xüsusi mülkiyyətindədir, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı MənzilKommunal İstismar Sahəsi tərəfindən verilmiş xxxx 2018-ci il tarixli, 2428 nömrəli arayışa görə iddiaçı həmin evi əlli ildən artıq daimi istifadə edilən həyətyanı torpaq sahəsi ilə birlikdə xxxx 2018-ci il tarixdə alqı-satqı yolu ilə almış, həmin müddətdən İddiaçı texniki pasportda göstərilən yaşayış sahəsində - həyətyanı torpaq sahəsini də daimi istifadə etm əklə bu günədək göstərilən ünvanda yaşayır, 137 saylı MKİS tərəfindən mənzil 1-in və həyətyanı sahənin cizgisi tərtib edilmiş, həmin mənzilə dair İddiaçı adına xxxx 2018-ci il tarixli texniki pasport hazırlanmış, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xxxx 2018ci il tarixli məktuba görə qeyd edilən ünvanla bağlı arxiv qovluğunda ilkin texniki pasport haqqında məlumat (sənəd) aşkar edilməmiş, həmçinin mənzilə dair iddiaçının adına xxxx 2018-ci il tarixdə yeni texniki pasport tərtib edildiyindən, həmin mənzilin əvvəlki mülkiyyətçisi X6 kadaş oğlunun adına xxxx 2013-cü il tarixdə tərtib olunmuş texniki pasportun surətinin göndərilməsi mümkün olmamış, iddiaçı, xxxx 2019-cu il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, torpaq sahəsinə və yaşayış evinə vahid çıxarışın verilmə sini xahiş etmiş, sonuncu, xxxx 2019-cu il tarixli məktubla İdarəyə poçt vasitəsi ilə daxil olmuş sənədlərin surət olduğuna və daşınmaz əmlak dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçdiyindən, torpaq sahəsinin mülkiyyətə verilməsinin qanunvericiliyə uyğun olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuş, bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür, yaşayış sahəsinin mənzil hesab edilməsi üçün onun çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanı olmalıdır, xxxx 2018-ci il tarixli texniki pasporta görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X1 küçəsi, ev 38, mənzil 1-də yerləşən 1 mərtəbəli yaşayış sahəsi hər hansı bir çoxmənzilli binanın tərkibində olmamaqla yanaşı, ayrıca tikili olan fərdi yaşayış evi kimi inşa olunmuş, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirməmiş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar m övcud olmadan iddiaçının müraciətindən imtina etmiş, qeyd olunan mənzildə yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının istifadəsində olmuş, buna dair sərəncam, texniki pasport iş materiallarına əlavə edilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsind əki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.1.) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (maddə 8.0.5.) bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr v ə qeydiyyat vəsiqələri. Qanunun 10.2-ci və 10.2.2-ci maddələrinə əsasən torpaq sahəsinin planı və ölçüsü qeydiyyat orqanına verilən ərizəyə əlavə olunur. Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna ed ən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası xxxx 2018-ci il tarixli texniki pasporta görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X1 küçəsi, ev 38, mənzil 1-də yerləşən 1 mərtəbəli yaşayış sahəsinin hə r hansı bir çoxmənzilli binanın tərkibində olmamaqla yanaşı ayrıca tikili olan fərdi yaşayış evi kimi inşa olunduğunu, cavabdehin imtinasını istisna edən faktiki şərtləri sübuta yetirmədiyini, iş üzrə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar olmadan iddiaçının müraciətindən imtina etdiyini, qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə ba xılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1759/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1759/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar