Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3004/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: əmək pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(103)-1425/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçıya 20.11.2007-ci il tarixində yaşa görə əmək pensiyası təyin olunmuş və o əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı 01.07.2017-ci ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklikləri rəhbər tutaraq əmək pensiyasının yenidən hesablanması üçün 25.10.2017-ci il tarixində cavabdehə müraciət etmişmiş, cavabdeh orqan tərəfindən ərizənin icrasından imtina barədə məktub alqdıqdan sonra iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasında 01.01.2006-cı ildən 20.11.2017-ci ilədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 90 faizlə, 01.01.2006-cı ilədək fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının tam məbləğdə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1333/2019 saylı 08 aprel 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1333/2018 saylı 08 aprel 2019-cu il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(103)-1425/2019 nö mrəli qərarı ilə iddiaçıının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1333/2018 saylı 08 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, pensiya qanunvericiliyinin tələbləri cavabdeh tərəfindən iddiaçının pensiyaya çıxdığı dövrdə mövcud olmuş məzmunda iddiaçıya münasibətdə tətbiq edilmiş və sonradan 01.07.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişiklik yeni məzmunda təkrarən iddiaçının pensiyasına münasibətdə tətbiq edilmişdir. İddiaçının pensiyasının hesablanması zamanı onun pensiya hüququ yaranan dövrdən hal-hazıradək də tətbiq edilməkdədir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(103)-1425/2019 nömrəli qərarından iddi açı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə yaşa görə əmək pensiyası hesablanan zaman onun 42 ildən çox iş stajı olmuşdur. Cavabdeh pensiyanın hesablanmasında sığorta stajının ancaq 1 il 10 ay 21 günə hesablamış PSK-nı 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş Qanunun 27.1-ci maddəsinə əsaslanaraq hesablamışdır. Həmin maddənin 01.07.2017-ci il tarixdən qüvvədə olan tələbinə əsasən 01.01.2006-cı il tarixdən PSK məcburi dövlət sosial sığorta haqlarının 90 faizi ilə hesablanmalıdır. Həmçinin cavabdeh pensiyanın hesablanmasında 01.01.2006-cı il tarixədək olan sığorta stajı nəzər alan pensiya kapitalını ümumiyyətlə nəzərə almamışdır. Kassator İPM-nin 90, 91, 94 və 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(103)-1425/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(103)-1425/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçıya 20.11.2007-ci il tarixdən 266,24 manat (BH50 + SH-216,24) məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş pensiya məbləği həmin dövrdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 10-cu və 27-ci maddələrinə uyğun olaraq hesablanmışdır. Sonrakı illərdə İddiaçı pensiyasının məbləği müvafiq artımlara uyğun olaraq artırılmış və 01.01.2019-cu il tarixdən 1001,40 manat (SH-591.20+ PSK- 15,17+PSK-395,03) müəyyən edilmişdir. 01.01.2019-ci ildən olan aylıq məbləğin 591,20 manatı 01.01.2010-cu ilədək qüvvədə olmuş qanunun 10-cu və 27-ci maddəsinə uyğun olaraq 20.11.2007-ci il tarixdən hesablanmış baza və sığorta hissəsinin növbəti illərdə artırılmaqla və 01.07.2017-ci ildən isə cəmlənərək müəyyən edilmiş sığorta hissəsi, 15,17 manatı fər di hesabında pensiya hüququnun yarandığı tarixə toplanmış pensiya kapitalının gözlənilən pensiya ödənişi ayları sayına nisbəti ilə müəyyən edilmiş (1002 manat: 144 ay) və sonrakı illərin indeks əmsalına uyğun olaraq artırılmış hissəsi, 395,03 manatı isə qanunun 37.3.1 -ci maddəsinə uyğun pensiya təyin edildikdən sonra müraciət etdiyi tarixədək fərdi hesabında toplamış 26124 manat pensiya kapitalının 72 rəqəminə bölünməklə müəyyən edilmiş hissəsidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin 20.11.2007-ci il tarixdə qüvvədə olmuş tələbinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstər iciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin maddənin 01.07.2017-ci il tarixdən qüvvədə olan tələbinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütə nasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80%artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 01.07.2017-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiyasının hesablanması zamanı onun pensiya hüququ yaranan dövrdən hal-hazıradək qanunvericiliyə edilmiş dəyişikliklər ona münasibətdə tətbiq edilmiş və hal-hazırda da tətbiq edilməkdədir. Odur ki, cavabdehin imtinası qanuni olmuş, cavabdeh iddiaçının pensiyasının hesablanması zamanı hər hansı yanlışlığa yol verməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Al i Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(103)-1425/2019 nömrəli q
Məhkəmə qərarları › İş №2-1(102)-3004/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3004/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver