Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3005/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (diplom tanınmasından imtina, müddət) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 18.12.2019 Dadaşov İlqar Ağababaş oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diplomun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi barədə şəhadətnamənin ver ilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1393/2019 nömrəli inzibati iş üzrə 03 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 18 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: xxx (bundan sonra - iddiaçı) 2006-cı ildə Rusiya Federasiyasının X4na daxil olmuş, 2012-ci ildə həmin institutun “hüquqşünas” ixtisası üzrə tam kursunu bitirmiş və 19.07.2012-ci il tarixli KB 56704 saylı diploma əsasən ona hüquqşünas ixtisası verilmişdir. İddiaçı Rusiya Federasiyasının X2 2006-2012-ci illərdə “hüquqşünaslıq” ixtisası üzrə qiyabi təhsil aldığı müddətdə 54 fənndən əla, yaxşı, məqbul və kafi q iymət almış, tədris təcrübəsini keçmiş, 6 kurs işi yazmış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. (19.07.2012-ci ildə verilmiş KB 56704 nömrəli (qeydiyyat nömrəsi 1815) bakalavr diplomuna əlavə). Rusiya Federasiyasının X4 tərəfindən iddiaçıya verilmiş 19.07.2012-ci il tarixli KB 56704 nömrəli diplom Dağıstan Elm və Ali Təhsil Nazirliyi tərəfindən 15.05.2013-cü ildə 139973 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra - cavabdeh) müraciət edərək, diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə şəhadətnamənin verilməsini xahiş etmiş, cavabdeh Q-3935/03-24 nömrəli, 10.10.2014-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının 12.03.2013-cü il tarixli ərizəsinə baxılmış, X4 tərəfindən adına verilmiş 19.07.2012-ci il tarixli KB 56704 saylı ali təhsil haqqında sənəddə tədrisin müddəti 2006-2012-ci illər qeyd olunmaqla hüquqşünaslıq ixtisası üzrə qiyabi formada təhsil aldığı bildirilmişdir. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, X3 normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (əyani 5 il, qiyabi 1 il artıq) iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Qısa müddət ərzində 54 fənni mənimsəmək (o cümlədən 920 auditoriya saatı, 6 kurs işi yazmaq, təcrübə keçmək (tədris-tanışlıq 2 həftə, istehsalat 4 həftə, diplomqabağı 6 həftə), 2 dövlət imtahanı vermək və diplom işi yazıb (15 həftə) müdafiə etmək qeyrimümkündür. Qeyd olunanlara ə sasən iddiaçının adına X4 tərəfindən verilmiş 19.07.2012ci il tarixli KB 56704 saylı diplomun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturuna qoyulan tələblər uyğun olmalıdır. Göründüyü kimi, Rusiya Federasiyasının qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndini və Nazirliyin Ekspert Qrupunun 15.09.2014-cü il tarixli rəyini rəhbər tutaraq, X4 tərəfindən verilmiş 19.07.2012-ci il tarixli KB 56704 nömrəli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrafikasiya İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 12.11.2018-ci il tarixli, Q-471/04-ANİ saylı cavab məktubundan müəyyən olunur ki, iddiaçının 30.03.2013-cü il tarixli elektron müraciəti üzrə onun ali təhsil ixtisasının mövcud qanunvericiliyə uyğun olaraq tanınması və ekvivalentliyin müəyyən olunması mümkün olmamışdır. Bu qərar barə də həmin şəxsə elektron ərizə vasitəsilə müvafiq məlumat verilmiş və 10.10.2014-cü il tarixli Q-3935/03-24 saylı məktub (surəti əlavə olunur) onun elektron ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 12.11.2018-ci il tarixli Q-471/04-ANJ saylı imtina məktubu əsassız hesab edilməklə, Rusiya Federasiyasının X4 tərəfindən verilmiş 06.07.2012-ci il tarixli KB 56704 saylı diploma dair ona ekvivalentlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Rusiya Federasiyasının X4nu “hüquqşünaslıq” ixtisası üzrə bitirməsinə dair 1 9.07.2012-ci il tarixdə verilmiş KB 56704 nömrəli (qeydiyyat nömrəsi 1815) diplomun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Rusiya Federasiyası, Orenburq vilayəti Yasniy şəhər 2 saylı orta məktəbini bitirib, həmin ildə X3 Orsk filialına daxil olmuş, təhsili qiyabi olduğundan 6 il oxumuş və 2012-ci ildə institutu bitirmişdir. Rusiya Federasiyasının X4 tərəfindən ona “hüquqşünas” ixtisasına dair 19 iyul 2012-ci i tarixli, KB 56704 saylı diplom verilmiş, qeyd olunan diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş "Xarici d övlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"na uyğunlaşdırılaraq müvafiq şəhadətnamənin verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 12 noyabr 2018-ci il tarixli Q-471/04ANJ saylı cavab məktubu ilə müvafiq şəhadətnamənin verilməsindən imtina edilmiş, imtinaya əsas kimi Rusiya Federasiyası X3 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olduğu göstərilmişdir. Cavabdeh inzibati orqanın ona müvafiq şəhadətnamə verilməsindən imtina etməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş “Xari ci dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifakasiya) Qaydaları" ilə ziddiyyət təşkil edir. Belə ki, qeyd olunan Qaydaların 3.7-ci bəndində ekvivalentlilik haqqında şəhadətnamənin verilməsindən imtina üçün mənfi rəy aşağıda qeyd olunan 3 halda nəzərdə tutulmuşdur: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycanda təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan yarım il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlarından az olduqda; xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında h əmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdeh inzibati orqan tərəfindən ona müvafiq şəhadətnamənin verilməsindən imtina edilməsinin heç bir hüquqi əsası mövcud deyildir və bu hal onun təhsil və əmək hüququnun məhdudlaşdırılmasına şərait yaratmışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki,Nazirlikdə iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-762/2019 nömrəli, 01 fevral 2019cu il tarixli (hakim: X.X.İmanov) qərarı ilə iddia təmin edilmiş, Rusiya Federasiyasının X4 tərəfindən xxx na 19.07.2012-ci il tarixdə verilmiş KB 56704 nömrəli (qeydiyyat nömrəsi 1815) diplomun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası qanuna zidd olduğundan iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1393/2019 nömrəli iş üzrə 03 iyul 2 019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin еdilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-762/2019 nömrəli, 01 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən ekspert rəyinə istinadən iddiaçının diplom üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuş və bu cür imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuns uz və əsassızdır. Belə ki, Rusiya Federasiyası Orenburq vilayəti Yasnıy şəhər DİŞ PVX tərəfindən 11.12.2003-cü il və 17.06.2005-ci il tarixlərdə verilmiş pasportlardan aydın olur ki, iddiaçı 17.06.2010-cu ilədək həmin dövlətin vətəndaşı olmuş, Orenburq vilayəti Yasnıy rayonu, Asbestovikov küçəsi, ev 1, mənzil 23 ünvanında yaşamış, həmin şəhərin 2 saylı orta ümumtəhsil məktəbini bitirərək 22.06.2006-cı il tarixli, N4068672 saylı attestat almışdır. Eyni zamanda Yasnıy şəhər incəsənət məktəbində təhsil almışdır. İddiaçı Rusiya Respublikasının vətəndaşı olduğundan və yaşadığı ölkədə təhsil alması Azərbaycan Respublikasından Rusiya Respublikasına gediş-gəlişlə qiymətləndirilə bilməz. İddiaçı 4.01.2011-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmişdir. İddiaçının həmin tarixdən 27.06.2012-ci ilədək olan müddət ərzində yalnız əvvəllər vətəndaşı olduğu ölkəyə gediş-gəlişinə Təhsil Nazirliyi tərəfindən münasibət bildirilə bilərdi ki, bu da təhsilin sonuncu ilini əhatə edir. Sonuncu il diplom işinin müdafiəsini təşkil edir. Bundan əlavə, iddiaçı “xxxx” MMC-nin “AZ 1015” saylı poçt şöbəsi vasitəsi ilə təhsil xərclərini ödəmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmas ını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul ol una bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Kassasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin ediməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (12.1) Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.(58.7) Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış d axili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. (68.1) Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir.(69.3) Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.( 69.4) Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.( 82) Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.(87.8) Kollegiya hesab edir ki, apelyasiya icraatı zamanı apelyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq nor malarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» 4 Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliy inin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunlu ğu; 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikas ında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdehin apelyasiya şikayəti verərək irəli sürdüyü dəlil ondan ibarət olmuşdur ki, iddiaçı təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olmuşdur, həmin müddət tədris yükünü mənimsəmək üçün yetərli deyildir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının diplomunun tanınmasından imtina edərkən ekspert rəyinə istinad etmişdir. Həmin ekspert rəyində iddiaçı tərəfindən qısa müddət ərzində diploma əlavədə göstərilən tədris yükünün yerinə yetiriliməsi qeyrimümkün olduğunu qeyd edilmişdir və bu baxımdan “Qaydaları”nın 3.7-ci bəndinə əsasən diplom üzrə ixtisasın tanınmasının mümkünsüzlüyü barədə mənfi rəy verilmişdir. Kollegiya ilk növbədə bununla bağlı olaraq kassasiya məhkəməsinin oxşar işlər üzr ə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğu aydın deyildir. Odur ki, yeni apelyasiya baxışı zamanı iddiaçının təhsil aldığı müddət ərzində Rusiya Federasiyasının ərazisində olduğu müddətin yetərliliyinə iddiaçının qiyabi formada təhsil alması, semestr müddətləri və s. konkret meyarlar nəzərə alınmaqla əsaslandırılmış qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul ed ərkən xidməti vəzifəsinə uyğun olaraq işin hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, bu barədə hüquq normalarını pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri təmin olunmadığından qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1393/2019 nömrəli iş üzrə 03 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3005/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3005/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver