Məhkəmə qərarları › İş №2-1(102)-3006/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3006/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3006/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3006/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iş üzrə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutlar müəyyən edilməmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil1 oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1205/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, N () saylı hərbi hissə komandirinin xxxx 1992-ci il tarixli, 5 saylı əmrinə əsasən Respublika Hərbi Komissarlığının toplanış məntəqəsindən hərbi xidmətə çağırılaraq hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün təminatlarına salındığını, x xxx 1992-ci ildən xxxx 1992-ci ilədək N () saylı hərbi hissənin tərkibində Ağdərə rayonunun Çıldıran, Sırxəvənd, Vəng, Dovşanlı, Dranbon, Sərsənq su anbarı uğrunda gedən döyüşlərdə iştirak etdiyini, noyabr 1993-cü ildən xxxx 1993-cü ilədək N saylı hərbi hissənin tərkibində və xxxx 1994-cü ildən xxxx 1994-cü ilədək N saylı hərbi hissənin tərkibində Ağdam rayonunun Qaraqaşlı, Çəmənli, Əfətdi, Yusifcanlı və digər ərazilərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyini, lakin cavabdeh orqanın ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etdiyini, ailəsində baş vermiş çətinliklə əlaqədar olaraq xxxx 1994-cü il tarixdə müvəqqəti olaraq qulluq etdiyi hərbi hissəni özbaşına olaraq tərk etsə də, artıq müharibəyə atəşkəs əmri ilə son verildiyindən, hərbi hissəyə qayıtmaq zərurəti olmadığını, Qarabağ qarnizonu hərbi prokuroru X1 “Hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibətilə amnistiya” aktına əsasən barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(82)-635/19 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – M.T.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1205/2019 saylı qərarı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, ******* nömrəli hərbi biletə görə iddiaçı, xxxx 1993-cü il tarixdə N saylı hərbi hissənin siyahısından çıxarılmış, eyni zamanda hərbi biletdə onun xxxx 1994-cü il tarixdən xxxx 1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməyi barədə məlumat olsa da, cavabdehin arayışında qeyd olunmuşdur ki, guya N saylı hərbi hissə komandirinin yanvar-mart 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar edilməmiş, həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xxxx 2018-ci il tarixli, **** saylı məktubunda onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi istintaq edilməmiş, eyni zamanda barəsində amnistiya qərarının tətbiq edilib-edilməməsi ilə əlaqədar Qarabağ Hərbi prokurorluğunun müvafiq qeydiyyat kitablarında heç bir məlumat müəyyən edilməmiş, lakin Qarabağ Qarnizonu Hərbi Prokurorluğunun xxx x 1999-cu il tarixli qərarı ilə “Hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Qərar xxxx 1997-ci il tarixdə verilmiş amnistiya aktına əsasən barəsində toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir. İddiaçı və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlan ılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını h ərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1205/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Аzərbаycаn Rеspublikаsı Qobustan rayon Hərbi Komissarlığı tərəfindən xxxx 2000-ci il tarixində verilmiş AO seriyalı ******* nömrəli hərbi biletə əsasən, İddiaçı xxxx 1992-ci il tarixdən xxxx 1992-ci il tarixədək N () saylı hərbi hissədə, noyabr 1993-cü ildən xxxx 1993-cü il tarixədək N saylı hərbi hissədə, xxxx 1994-cü il tarixdən xxxx 1994-cü il tarixədək N s aylı hərbi hissələrdə hərbi xidmət keçmiş, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona müharibə veteranı adının verilməsini xahiş etmiş, cavabdeh xxxx 2018-ci il tarixli məktubla Mərkəzi Arxivin xxxx 2018-ci il tarixli ****** saylı arayışına əsasən xidmətinin yerdəyişmələri barədə və xxxx 1993-cü ildən sonrakı hərbi xidmətinin və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağı barədə məlumatın olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Qarabağ Qarnizonu Hərbi Prokurorluğunun müstəntiqi F.M.İsayevin “Amnistiya aktına əsasən toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilməsi haqqında” xxxx 1999-cu il tarixli qərarına əsasən, İddiaçı xxxx 1992-ci il tarixdə Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən Аzərbа ycаn Rеspublikаsının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissədə qulluq etmiş, həmin hərbi hissənin tərkibində Ağdərə rayonunun Çıldıran, Dovşanlı, Vəng, Dranbon kəndləri uğrunda döyüşlərdə iştirak etmiş, 18 noyabr 1992-ci il tarixdə qulluq yerini özbaşına buraxıb getmiş, bundan sonra İddiaçı Şamaxı rayonundan təkrarən hərbi xidmətə göndərilmiş və 1993-cu ilin noyabr ayından 1993-cu ilin dekabr ayının 21-dək N saylı hərbi hissədə qulluq etmiş, həmin tarixdən hərbi hissəsini özbaşına buraxıb getmiş, Аzərbаycаn Rеspublikаsı Prezidentinin 1994-cü ilin yanvar ayının məlum çağırışına əsasən İddiaçı könüllü olaraq Qobustan rayon Hərbi Komissarlığından cəbhəyə, Pereküşkül qəsəbəsindən Ağdam rayonuna N saylı hərbi hissəyə göndərilmiş, o, 1994-cü ilin xx xx ayının 1 8-dək N saylı hərbi hissənin 6-cı motoatıcı taborunda qulluq etmiş, həmin tarixdən qulluq yerini özbaşına buraxıb getmiş və bir daha qayıtmamış, o, N saylı hərbi hissədə qulluq edərkən Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, toplanmış materiallar üzrə İddiaçı barəsində cinayət işinin başlanması üçün kifayət qədər əsaslar vardır, lakin barəsində amnistiya qərarının tətbiq olunması barədə ərizəsi alınmış, nəzərə alınmışdır ki, İddiaçı Аzərbаycаn Rеspublikаsının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Аzərbаycаn Rеspublikаsının Silahlı Qüvvələrində 11 ay hərbi xidmətdə olmuş, onun barəsində Аzərbаycаn Rеspublikаsı Milli Məclisinin xxxx 1997-ci il tarixli, “Hərbi cinayətlər törədilmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” qər arının 1-ci maddəsi, 1-ci bəndi və 6-cı maddəsi tətbiq olunmuş və haqqında toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ****** saylı, xxxx 2018-ci il tarixli arxiv arayışına əsasən, N saylı hərbi hissə komandirinin aprel 1992-ci il-noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamış, iddiaçı iddia ərizəsində ailəsində baş vermiş çətinliklə əlaqədar xxxx 1994-cü il tarixdə müvəqqəti olaraq qulluq etdiyi hərbi hissəni özbaşına tərk etdiyini, müharibəyə atəşkəs əmri ilə son verildiyindən, hərbi hissəyə qayıtmadığını etir af etdiyinə görə də Qarabağ Qarnizonu Hərbi Prokuroruna barəsində amnistiya aktına əsasən barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini bildirmiş, eləcə də hərbi biletdə iddiaçının xxxx 1994-cü il tarixdə hərbi hissənin siyahısından çıxarıldığı barədə qeydlər isə iddiaçının xidmət etdiyi N saylı hərbi hissə komandirliyi tərəfindən deyil, Qobustan rayon hərbi komissarlığı tərəfindən edilmiş, yəni iddiaçının xxxx 1994-cü ildə təyin olunduğu N saylı hərbi hissədən xxxx 1994-cü il tarixdən qanuni əsaslarla tərxis edilməsi barədə hərbi biletinə səlahiyyətli hərbi hissə komandirliyi tərəfindən müvafiq qeydlər edilməmiş, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasını təsdiq edən sübutların iş üzrə müəyyən olunmaması, özünün də etiraf etdiyi kimi sonuncu dəfə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi halı iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsini istisna edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin 8-ci abzasında deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il xxxx 1994-cü il xxxx erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində -Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xan lar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il xxxx tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, ko ntuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 1991-ci il xxxx 1994-cü il xxxx döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xxxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hərbi Əks-kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin Qərarın «Qeyd» hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbayca n Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il xxxx qüvvədə olmuş Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmış şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəm ə kollegiyası iddiaçının ailəsində baş vermiş çətinliklə əlaqədar xxxx 1994-cü il tarixdə müvəqqəti olaraq qulluq etdiyi hərbi hissəni özbaşına tərk etdiyini, müharibəyə atəşkəs əmri ilə son verildiyi üçün zərurət olmadığından hərbi hissəyə qayıtmadığını etiraf etdiyini, Qarabağ Qarnizonu Hərbi Prokurorluğu tərəfindən amnistiya aktına əsasən barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini, beləliklə, iş üzrə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasını təsdiq edən sübutların müəyyən olunmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1205/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1205/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar