Məhkəmə qərarları › İş №2-1(102)-3006/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3006/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3006/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayət verilməsi müddətinin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı “şikayətə baxılması” tələbinə dair iş inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyul 2024-cü il tarixli, 2-1(103)-2047/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin m ümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və prokurorunun hərəkətsizliyinə son verilməklə, Nəsimi Rayon Məhkəməsinin 6(006)-11/2023 saylı, 6(103)-32/2023 saylı, 6(103)-225/2021 saylı və 6(103)67/2023 saylı qərarlarının icra edilməsi və araşdırma aparıb təzə, düzgün hüquqi qiymət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(112)-5535/2024 nömrəli qərardadı ilə (hakim X5) iddia mümkün sayılmamışdır. 3.Məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqi marağı inzibati orqanın cinayət prosessual iş lər üzrə fəaliyyətinə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılan məsələ deyildir.

4. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2024-cü il tarixli, 21(103)-2047/2024 nömrəli qərardadı (hakimlər X3 /məruzəçi/, X2 və X1) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(112)5535/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün onun dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyul 2024-cü il tarixli, 21(103)-2047/2024 nömrəli qərardadı (hakimlər X3 /məruzəçi/, X2 və X1) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2047/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı əsassız iddialar qaldırmaqla, həmin iddialar üzrə qərarları hər üç məhkəmə instansiyasında mübahisələndirməklə hüququndan sui-istifadə edir, süni şəkildə məhkəmə işlərini artırır. Hüquqdan sui-istifadə edən şəxslərin dövlət hesabına vəkillə təmin edilməsi isə dövlət büdcəsi vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur. Qeyd edilən hallar nəzərə alındıqda, ərizəçiyə dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunmasından imtina edilməlidir.

10. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

11. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiy i və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhk əmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hall arda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmi şdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

14. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 2-1(103)-2047/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə birlikdə “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı 29 iyul 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir (iş vər 63). Lakin iddiaçı həmin qərardaddan kassasiya şikayətini 16 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Bu zaman onun tərəfindən qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülmüşdür.

15. Yuxarıda göstərilənlərdən əlavə olaraq məhkəmə kollegiyası iş materiallarına istinad edərək bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya qərardadla birlikdə izah da göndərilmişdir. İzahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.

16. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelly asiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

18. İzahda göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.

19. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyul 2024-cü il tarixli, 2-1(103)-2047/2024 nömrəli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar