Məhkəmə qərarları › İş №2-1(102)-3007/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3007/2019

16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3007/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar söz: diplomun tanınması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili Anar Bayramovun, cavabdehin nümayəndəsi xxxnın və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 23 iyul 2019-cu il t arixli, 2-1(103)-1588/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı onun ali təhsil sahəsində ixtisasının qanunauyğun şəkildə tanınaraq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Rusiya Federasiyasının İvanovo Dövlət Universiteti tərəfindən iddiaçıya verilmiş 30 iyun 2016-cı il tarixli **********569 nömrəli (qeydiyyat nömrəsi 838) mütəx əsis diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmişdir ki, o, 2016-cı ilin iyun ayında Rusiya Federasiyasının İvanovo Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin “Maliyyə və kredit” ixtisası üzrə tam kursunu bitirmiş və 2016-cı ilin dekabr ayında ixtisasın tanınması üçün ərizə ilə cavabdeh ə müraciət edərək, mütəxəssis kvalifikasiyasının alınmasının təsdiq edən ali ixtisas təhsili haqqında diplomu “Apostil” və digər sənədlərlə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə təqdim etmişdir. Tam bir il keçdikdən sonra həmin təşkilat Azərbaycan Respublik ası Konstitusiyasının, Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiya Höküməti arasında 23 sentyabr 2002-ci il tarixində bağlanmış “Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Sazişin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalan”nın müddəalarını nəzərə almadan ona imtina cavabı vermişdir. Birinci instansiya məhkəməsinin 22.02.2019-cu il tarixli iş № 2-1(82)-198/2019, (sədrlik edən hakim X.İmanov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verər ək birinci instansiya məhkəməsinin 22.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.07.2019-cu il tarixli iş № 2-1(103)-1588/2019 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 22 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «ona İvanovo Dövlət Universiteti tərəfindən verilmiş **********569 saylı mütəxəssis diplomu üzrə maliyyə və kredit ixtisasının Azərbaycan Respublikası Ərazisində tanı nması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə işə mahiyyəti üzrə baxmamış, hazırkı diplom üzrə verilmiş ixtisasın tanınmasını labüd edən bütün qanun, qayda və iş materiallarına əlavə olunmuş dəlil və sübutlara heç bir əhəmiyyət verməmişdir. Əksinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın müddəalarını özünəməxsus şəkildə təhrif edərək, istədiyi kimi şərh edən, qanunla verilmiş səla hiyyətin şərtlərinə riayət etməyən Təhsil Nazirliyinin ixtisasın tanınmasına aid olmayan məlumatlarını qeyd etməklə, işini bitmiş hesab etmişdir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.36-cı maddəsinə görə nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur. Yəni sənədlə verilmiş ixtisasın Azərbaycan təhsil sahəsindəki dövlət standartlarına uyğunluğu müəyyən edilir. Bu prosedur şəxsin iştirakını və ekspertizadan keçirilməsini tələb etmir. Bu proseduru həyata keçirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” (bundan sonra Qayd alar) mövcuddur. Qaydaların 1.7-ci bəndinə görə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir”. İddiaçı ixtisasının tanınması məqsədilə bir neçə dəfə Akkreditasiya və Nostrifikasiya İdarəsinə getmiş, orada müraciət edən vətəndaşlara qarşı edilən qanunsuzluqları və mənəvi-psixoloji basqıları gördükdən sonra, fikrindən dönmüşdür. Mənsə bir valideyn kimi onun təhsil dövründə çəkdiyi zəhməti, özümün də mənəvi-maddi əziyyətlərimi nəzərə alaraq ondan etibarnamə alıb, hüquqlarını müdafiə etmək üçün əvvəl Akkreditasiya və Nostrifikasiya İdarəsinə, imtina cavabı aldıqdan sonra məhkəməyə mürac iət etmişdir. Qaydaların 1.6-cı bəndinin 1-ci və 2-ci abzaslarını əsas gətirən məhkəmə, nədənsə, Təhsil Nazirliyi kimi işin tam mahiyyətinə aid olan 3-cü abzasa, yəni, – “Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir”, - tamamilə əhəmiyyət vermir. Belə ki, məhkəmə Qaydaların Rusiya Federasiyası dövlət akkreditasiyası olan təhsil müəssisələri tərəfindən verilmiş diplomların ekspertiza keçirilmədən tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsini əks etdirən bəndlərinə əhəmiyyət vermədən, birbaşa Qaydaların 3-cü - Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi, yəni, ekspertiza hissəsindəki bəndlərə əsaslanır, halbuki bu bəndlər (3.6 və 3.7) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda tərəfdaş çıxdığı ölkələrin, hazırkı halda Rusiya Federasiyasının dövlət təhsil müəssisələrinin verdiyi diplomlara şamil olunmamalıdır. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında 23 sentyabr 2002-ci il tarixində bağlanmış “Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş”ə və Azərbaycan Respublikası Konstitusiyasının 149 və 151-ci maddələrinə görə Təhsil Nazirliyi hazırkı diplomdakı ixtisası tanımalı və ekvivalentlik haqqında Şəhadətnaməni ekspertiza keçirilmədən verməli idi. Bu haqda “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rusiya Federasiyası Təhsil Nazirliyi arasınd a təhsil sahəsində əməkdaşlıq haqqında Protokol”da da qeyd olunmuşdur. Maddə

8. Tərəflər təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. Bu zaman hər iki dövlətin təhsil müəssisələri tərəfindən 1992-ci ildən sonra verilmiş təhsil, elmi dərəcələr və adlar haqqında verilmiş sənədlərin tanınması və ekvivalentliyi, həmçinin onlar arasında konkret müqayisələrin aparılması müvafiq beynəlxalq saziş əsasında tənzimlənəcəkdir. Məhkəmə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”ya (Lissabon konvensiyası) diqqət çəkir. Qeyd etmək istəyir ki, Akkreditasiya və Nostrifikasiya İdarəsinin həyata keçirdiyi ali təhsil sahəsində ixtisasların tanınması proseduru Lissabon konvensiyasının müddəalarına və tələblərinə belə tamamilə ziddir. Yuxarıda qeyd edilmiş materialların heç birinə hüquqi qiymət verməyən məhkəmə, ancaq Təhsil Nazirliyinin qanundankənar keçirdiyi ekspertizanın səhv verilmiş rəyinə münasibət bildirməklə qərar çıxarmışdır. İmtina məktubunda Təhsil Nazirliyinin qanundankənar keçirdiyi ekspertizanın rəyi olaraq qeyd edilir ki, “Rusiya Federasiyasının İvanovo Dövlət Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Göründüyü kimi, ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir”. Akkreditasiya və Nostrifikasiya İdarəsi verdiyi imtina cavabında Qaydaların 3.6 və 3.7-ci bəndlərində göstərilmiş məsələlər - təhsilin məzmununun uyğunluğu; Azərbaycan Respublikasının müvafıq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddətin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğu qədər olması, təhsil haqqında sənədin verildiyi ölkədə onlarin sahiblərinə həmin sənədin verdiyi hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlarla eyni olması – haqqında heç bir mənfi rəy göstərməmişdir. Buradan məlum olur ki, həmin məsələlər üzrə ekspertizanın rəyi müsbət olmuşdur. Baxmayaraq ki, o, öz iddia tələblərini ayrıayrılıqda müvafiq qanunvericiliklərlə əsaslandırmı şdır, məhkəmə onun iddiasını hüquqi əsasına ümumiyyətlə heç bir münasibət bildirməmiş, hüquqi qiymət verməmişdir. Məhkəmə tələb etməli olduğu halda, qarşı tərəfdən iddianın əsassız olduğunu sübut edəcək heç bir material əldə etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 iyul 2019-cu tarixli, qərarının ləğv edilməsi və iddiasının tam təmin edilməsi, yəni ona İvanovo Dövlət Universiteti tərəfindən verilmiş **********569 nömrəli (qeydiyyat nömrəsi 838) mütəxəssis diplomu üzrə maliyyə və kredit ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə yeni qərar ın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili A.Bayramov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23 iyul 2019-cu tarixli qərarının ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 da, iddiaçının vəkili A.Bayramovun çıxışına uyğun izahat verərək, kasasiya şikayə tinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23 iyul 2019-cu tarixli qərarının ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 23 iyul 2019-cu tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23 iyul 2019-cu tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Quliyeva da, cavabdehin vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23 iyul 2019-cu tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndələri və vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23 iyul 2019-cu tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəll əsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qə bul etdiyi 23 iyul 2019-cu il tarixli, 21(103)-1688/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)198/2019 saylı, 22 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “ona İvanovo Dövlət Universiteti tərəfindən verilmiş **********569 saylı mütəxəssis diplomu üzrə maliyyə və kredit ixtisasının Azərbaycan Respublikası Ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.27-8.28-ci bəndlərinə, Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.3, 1.6, 3.3, 3.4, 3.6, 3.7-ci maddələrinə, Nazirlər Kabinetinin 24 iyul 2010-cu il tarixli, 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.1, 2.7, 2.8, 2.9, 2.10-cu bəndlərinə, İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillər əsass ızdır. Belə ki, iddiaçı kasasiya şikayətində yazır ki, «məhkəmə işə mahiyyəti üzrə baxmamış, hazırkı diplom üzrə verilmiş ixtisasın tanınmasını labüd edən bütün qanun, qayda və iş materiallarına əlavə olunmuş dəlil və sübutlara heç bir əhəmiyyət verməmişdir. Əksinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın müddəalarını özünəməxsus şəkildə təhrif edərək, istədiyi kimi şərh edən, qanunla verilmiş səlahiyyətin şərtlərinə riayət etməyən Təhsil Nazirliyinin ixtisasların tanınmasına aid olmayan məlumatlarını qeyd etməklə, işini bitmiş hesab etmişdir». Məhkəmə kollegiyası hesab edir ki, iddiaçın ın bu dəlili formal, deklarativ və ümumi xarakter daşıdığından əsassızdır. Belə ki, məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinin tələblərinə riayət edərək işə məhz mahiyyəti üzrə tam həcmdə baxmış və bunun əsasında iş üzrə qanuni və əsaslı qərar qəbul etmiş dir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 23 iyul 2019-cu il tarixli qərarının əsaslandırıcı hissəsindən bariz şəkildə görünür ki, apelyasiya instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxmış, yəni, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı həmin Universitetin 080105 maliyyə və kredit ixtisası üzrə proqramı mənimsəmiş və dövlət yekun attestasiyasını uğurla keçmiş, Dövlət attestasiya komissiyasının 30 iyun 2016-cı il tarixli qərarı (protokol 38) ilə ona iqtisadçı ixtisası verilmişdir. Diplom İvanovo vilayəti təhsil departamenti tərəfindən 11 oktyabr 2016-cı ildə 193326 nömrəsi ilə 06 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Rusiya Federasiyasının İvanovo Dövlət Universiteti tərəfi ndən iddiaçının nümayəndəsi (anası) Nümayəndə1 ünvanlanmış 06 avqust 2018-ci il tarixli 25-587 nömrəli məktubda, 2012–2013 və 2013–2014-cü tədris illərində İddiaçı distant təhsil texnologiyalarından istifadə etməklə təhsil almışdır. Belə imkan İvanovo Dövlət Universitetinin müxtəlif səbəblərə görə (sağlamlıq problemləri, iş yerində məşğulluq) “Maliyyə və kredit” ixtisasının təhsil planında nəzərdə tutulmuş auditoriya məşğələlərində tam həcmdə iştirak etmək imkanı olmayan tələbələrınə verilmişdir. Universitet tərəfindən distant təhsil texnologiyalarından istifadə etmək hüququ İvanovo Dövlət Universitetinin rektoru professor V.N.Yeqorov tərəfindən təsdiq olunmuş “Distant təhsil texnologiyalarından istifadə qaydaları haqqında Əsasnamə”nin 31 avqust 2011-ci il redaksiyasında və sonrakı “Rusiya Federasiyasında Təhsil haqqında” 273-F3 nömrəli Federal qanun nəzərə alınmaqla 30 yanvar 2014-cü il redaksiyasında öz əksini tapmışdır. Distant təhsil texnologiyalarından istifadə etməklə təhsil alma fərdi plana uyğun təhsil alma sayılmır, buna görə də əlavə əmrlərin verilməsini tələb etmir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08 noyabr 2017-ci il tarixli 23-04-375/ANİ nömrəli cavab məktubuna əsasən Rusiya Federasiyasının İvanovo Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd edilmiş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Göründüyü kimi, qeyd olunan ali təhsil müəssisəsinin təhsi l sənədində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-cı bəndinə əsasən Rusiya Federasiyasının İvanovo Dövlət Universiteti tərəfindən ona verilmiş 30 iyun 2016-cı il tarixli, 103718 ******* nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması mümkün hesab edilməmişdir. Eyni zamanda apel yasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Rusiya Federasiyası İvanovo Dövlət Universitetinin 2016-cı il tarixli məzunu İddiaçı təqdim etdiyi 103718 ******* nömrəli, 30.06.2016-cı il tarixli diplomun tanınmamasına dair ekspert rəyinə əsasən araşdırma zamanı Rusiya Federasiyası İvanovo Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 21.06.2016-cı il tarixli, 1157 saylı arayışa (İvanovo Dövlət Universiteti) əsasən iddiaçı 01.09.2011-ci ildən 30.06.2016-cı ilə qədər 080105 “maliyyə və kredit” ixtisası üzrə tam nəzəri kurs keçmiş, dövlət imtahanını vermiş və diplom işini müdafiə etmişdir. (Rəis UK M.İ.Toşilova) AB ******* saylı, 21.09.2012-ci 11 il tarixli akademik arayışa əsasən iddiaçı 2007-ci il tarixdə X1 Texniki Universitetinin M.D.Millionşikov adına İnstitutuna daxil olmuş və 08.12.2011-ci il tarixli, 27/4 D saylı əmrlə xaric edilmişdir. İvanovo Dövlət Universiteti tərəfindən verilmiş, 18 fevral 2014-cü il tarixli, 2g/14 saylı əmrə əsasən iddiaçı 3-cü kursda “İqtisadiyyat” ixtisasından 4-cü kursa “Maliyyə və kredit” ixtisasına keçirilmiş, təhsil planının fərqini tam vermişdir. “(Rektor Eqorov V.N. və prorektor Sırbu S.A. tərəfindən imzalanmışdır.) Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərə findən Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış 05.07.2019-cu il tarixli, 33/3804 nömrəli İddiaçı dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazası məlumatlarına əsasən iddiaçının hərəkət istiqamətləri – 15.09.2007 – Samur – Çıxış Rusiya; 15.09.2007 – Samur – Giriş Rusiya; 04.07.2008 – Samur – Çıxış Rusiya; 13.11.2010 – Biləsuvar – Çıxış Rusiya; 13.11.2010·– Culfa – Giriş Rusiya; 16.11.2010 – Culfa – Çıxış Rusiya; 16.11.2010 – Biləsuvar – Giriş Rusiya; 26.01.2011 – Samur – Çıxış Rusiya; 26.01.2011 – Samur – Giriş Rusiya; 28.01.2011 – Samur – Çıxış Rusiya; 30.01.2011 – Samur – Giriş Rusiya; 18.11.2011 – Samur – Çıxış Rusiya; 18.11.2011 – Samur – Giriş Rusiya; 27.08.2012 – Samur – Çıxış Rusiya; 27.08.2012 – Samur – Giriş Rusiya; 05.05.2014 – Şirvanovka – Çıxış Rusiya; 08.05.2014 – Şirvanovka – Giriş Rusiya; 06.11.2014·– Şirvanovka – Çıxış Rusiya; 15.11.2014 – Şirvanovka – Giriş Rusiya; 19.11.2014 – Şirvanovka – Çıxış Rusiya; 25.11.2014 – Şirvanovka – Giriş Rusiya; 01.04.2015 – Şirvanovka –·Çıxış Rusiya; 20.04.2015 – Şirvanovka – Giriş Rusiya; 01.12.2015 – Şirvanovka –·Çıxış Rusiya; 24.12.2015 – Şirvanovka – Giriş Rusiya; 16.06.2016 – Şirvanovka – Çıxış Rusiya; 30.06.2016 – Şirvanovka – Giriş Rusiya olmuşdur. Anası Nümayəndə1 dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazası məlumatlarına əsasən hərəkət istiqamətləri – 06.07.2007 – Samur – Çıxış Rusiya; 06.07.2007 – Samur – Giriş Rusiya; 03.08.2007 – Samur – Çıxış Rusiya; 04.08.2007 – Samur – Giriş Rusiya; 15.09.2007 – Samur – Çıxış Rusiya; 15.09.2007 – Samur – Giriş Rusiya; 04.07.2008 – Samur – Çıxış Rusiya; 04.07.2008 – Sam ur – Giriş Rusiya; 05.03.2011 – Xanoba – Çıxış Rusiya; 06.03.2011 – Xanoba – Giriş Rusiya; 31.08.2012 – Xanoba – Çıxış Rusiya; 01.09.2012 – Xanoba – Giriş Rusiya; 11.01.2013 – Xanoba – Çıxış Rusiya, 13.01.2013 – Xanoba – Giriş Rusiya; 01.08.2013 – Şıxlı – Çıxış Gürcüstan; 06.02.2014 – Şirvanovka – Çıxış Rusiya; 07.02.2014 – Xanoba – Giriş Rusiya; 24.10.2014 – Şirvanovka – Çıxış Rusiya; 25.10.2014 – Şirvanovka – Giriş Rusiya; 06.11.2014 – Şirvanovka – Çıxış Rusiya; 25.11.2014 – Şirvanovka –·Giriş Rusiya; 05.11.2016 – Samur – Çıxış Rusiya; 06.11.2016 – Samur – Giriş Rusiya; 19.08.2017 – Samur – Çıxış Rusiya; 20.08.2017 – Samur – Giriş Rusiya; 04.06.2018 – Bakı Aeroportu – Çıxış Türkiyə; 10.06.2018 – Şıxlı – Giriş Gürcüstan; 22.12.2018 – Bakı Aeroportu – Çıxış Türkiyə; 29.12.2018 – Bakı Aerop ortu – Giriş Türkiyə; 08.03.2019 – Samur – Çıxış Rusiya; 10.03.2019 – Xanoba – Giriş Rusiya olmuşdur. Beləliklə yuxarıda göstərilənlərdən açıq-aşkar şəkildə bir daha təsdiq olunur ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə tam həcmdə baxmışdır. Digər tərəfdən, iddiaçının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarıci dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq e dən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edılməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həy ata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirılməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi–metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.4-cü bəndinə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. Həmin Qaydaların 3.6-cı maddəsinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarıci dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Beləliklə, apelyasiya instansiyası məhkəməsi sözügedən Qaydaların mətnini olduğu kimi göstərmiş, hər hansı bir təhrifə yol verməmişdir. İddiaçının kasasiya şikayətindəki digər dəlili isə ondan ibarətdir ki, «Rusiya Federasiyasının dövlət təhsil müəssisələrinin verdiyi diplomlara sözügedən Qaydalarda nəzərdə tutulmuş ekspertizanın keçirilməsi şamil olunmamalıdır, belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 23 sentyabr 2002-ci il tarixində bağlanmış “Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş”ə və Azərbaycan Respublikası Konstitusiyasının 149 və 151-ci maddələrinə görə Təhsil Nazirliyi hazırkı diplomdakı ixtisası tanımalı və ekvivalentlik haqqında şəhadətnaməni ekspertiza keçirmədən verməli idi. Bu haqda “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rusiya Federasiyası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Protokol”da da qeyd olunmuşdur (maddə 8)”. Məhkəmə kollegiyası hesab edir ki, iddia çının bu dəlili də əsassızdır, belə ki, əvvəla iddiaçının qeyd etdiyi maddi hüquq normalarında həmin məsələdə ekspertizanın keçirilməsini istisna edən konkret müddəa yoxdur. Digər tərəfdən, Nazirlər Kabinetinin təsdiq etdiyi sözügedən Qaydalarının 1.6-cı bəndində adıçəkilən məsələ üzrə ekspertizanın keçirilməsi mütləq şərt kimi müəyyən edilmişdir. İddiaçı kasasiya şikayətində həmçinin yazır ki, Akkreditasiya və Nostrifikasiya İdarəsinin həyata keçirdiyi ali təhsil sahəsində ixtisasların tanınması proseduru Lissabon Konvensiyasının müddəalarına və tələblərinə belə tamamilə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, həmin dəlil hər hansı bir faktla və ya maddi hüquq norması ilə təsdiq olunmur. İddiaçı kasasiya şikayətində eyni zamanda göstərmişdir ki, məhkəmə iddiaçının iddiasının hüquqi əsasına ümumiyyətlə heç bir münasibət bildirməmiş, hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda göstərilmiş maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə, iddiaçının iddiasının hüquqi əsasına münasibət bildirmiş və hüquqi qiymət vermişdir, nəticə etibarı ilə haqlı olaraq qeyd etmişdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsi yuxarıda istinad olunan “Qaydalar”ın və cavabdehin “Əsasnaməsi”nin tələblərinə əsəsən cavabdeh inzibati orqanın diskresion səlahiyyətidir. Qanunvericilikdə inzibati orqanın mümkün qanunauyğun qərarlardan birin i seçmək imkanı (diskresion səlahiyyətlər) verilmiş və bu səlahiyyətləri həyata keçirən zaman onların hədlərini, məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyini və vətəndaşların hüquq və azadlıqlarına əsassız şəkildə müdaxilənin yolverilməzliyini nəzərə almalıdır. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda c avabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunauyğun şəkildə həyata keçirilməməsi və bu zaman iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməsi ilə bağlı hər hansı halın mövcudluğu iş üzrə öz təsdiqini tapmır. Eyni zamanda Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyada nəzərdə tutulmuşdur ki, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasa siya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 21(103)-1688/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar