Məhkəmə qərarları › İş №2-1(102)-3007/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3007/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3007/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdar əsinə (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 29 may tarixli, 2-1(103)-324/2025 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli Sərəncamından görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixli məktubu nəzərə alınaraq Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondaki “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır.

2. Dövlət Arxivini n Bakı filialının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli X7 Bakı filialına təhvil verilməmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi torpaqların elektron kadastr bazasında dövlət torpağı kimi qeydiyyata alınmışdır.

4. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondakı “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün ayrılmış 0,03 ha torpaq sahəsinə İddiaçı İM-nin istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət et miş, lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondakı “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün ayrılmış 0,03 ha torpaq sahəsinə İddiaçı İM-nin daimi stifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 34 saylı sərəncamı ilə İddiaçı İM-yə Bakı şəhəri, Binəqədi rayonu, 3067-ci məhəl lədə 8-ci mikrorayondakı “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin texniki pasportu AR Nazirlər Kabineti yanında Mənzil-kommunal Təsərrüfat Komitəsi Baş Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət hüqularının qeydiyyat idarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmişdir. Müvafiq qaydada sənədləri toplayıb sözügedən torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ********** saylı ərizəsi ilə cavabdehə müraciət edilsə də, cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli 3-21- 3-30/221162/2023/**********62 saylı məktubu ilə çıxarışın verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanuna z iddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən İddiaçı İM-yə məxsus torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi torpaq sahəsi qanuna müvafiq olaraq İddiaçı İM-yə ayrılmış, həmin sahə də naturada təhvil verilmiş və hal-hazıra kimi sahiblik və istifadə hüquqları həyata keçirir.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş “Torpaq sahəsinin ayrılması haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli Sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmiş və yerləşmə cizgisi təqdim edilmədiyindən torpaq sahəsinin yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin torpaq sahəsi üzə rində istifadə hüququnun qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələbi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müraciəti qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən faktiki göstərilən 344 kv.m torpaq sahəsinə “Çörək sexinin yerləşdiyi torpaq sahəsi” adı ilə 00186695 registr nömrəli dövlət əmlakının məlumatı mövcuddur. Torpaq sahəsinin faktiki ölçüsü 334 kv.m təşkil etməklə, sahədə birmərtəbəli və müəyyən hissəsi ikimərtəbəli olan və hazırda fəaliyyət göstərən qeyri-yaşayış obyekti - çörək sexi mövcuddur.

8. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli, 2-1(112)-12171/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanı nda Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim H.Ağalarov) 2024-cü il 12 iyun tarixli, 2-1(112)1745/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamı ilə, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondaki “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün İddiaçınə torpaq sahəsi ayrılmışdır. Lakin sərəncamda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş və yerləşmə cizgisi (ayrıc aktı) təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunv ericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

11. İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Əliyev /sədrlik edən və məruzəçi/, G.Abbasov və A.Oruczadə) 2025-ci il 29 may tarixli, 2-1(103)324/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 12 iyun tarixli, 2-1(112)-1745/2024 nömrəli q ərarı ləğv edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondakı “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün ayrılmış 0,03 ha torpaq sahəsinə dair İddiaçı İM-nin istifadə hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallardan görünür ki, iddiaçı istifadə hüququnun qeydiyyata alınması üçün hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “torpaq sahəsi ayrılması haqqında” 34 nömrə li, xx.xx.1997-ci il tarixli Sərəncamı mövcuddur, həmin sənədlərin hər hansı subyekt, o cümlədə üçüncü şəxs tərəfindən mübahisələndirilməsi ilə əlaqədar iş materiallarında hər hansı bir məlumat mövcud deyildir. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

14. Beləliklə, göründüyü kimi yuxarıda qeyd olunan iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin sərəncam “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.

15. Cavabdeh və üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini v ə iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, torpaq sahəsinə dair təqdim edilmiş xx.xx.1997-ci il tarixli, 97/40 nömrəli akt surətdir. Həmin aktın torpağı ayıran orqan tərəfindən imza və möhürlə təsdiq edilməsi müəyyən edilmir.

17. Üçüncü şəxs kassasiya şikayətində qeyd etmişdir ki, Torpaq Məcəlləsinin 97-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. Həmin Məcəllənin 51-ci maddəsinin altıncı hissəsinə və "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin iki nci hissəsinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Belə ki, işin halları ilə müəyyən olunmuşdur ki, hazırda qeyd olunan torpaq sahəsi üzərində qeyriyaşayış binası (çörək sexi) mövcuddur, iddiaçı ona məxsus qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək hüququna malikdir. Lakin o, bu hüququnu qanunvericiliyə əsasən həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqla icarə müqaviləsi əsasında həyata keçirə bilər. Bu hal yuxarıda qeyd edildiyi kimi, Torpaq Məcəlləsinin 51-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən d övlət torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Belə ki, “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 116 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş d övlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Nəzərə alınmalıdır ki, mübahisənin predmeti olan torpaq sahəsi özəlləşdirmə və icarə obyektidir, həmin sahənin özəlləşdirilməsindən və ya icarəyə verilməsindən əldə olunan vəsaitlər dövlət büdcəsinin gəlirlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən sərəncamda qeyd olunan torpaq sahəsinin naturada hüdudlarının müəyyən olunmasına dair hər hansı sənəd təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş cizgi səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq ed ilmədiyindən sübut kimi nəzərə alına bilməz. Analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-329/2025 nömrəli qərarında ifadə olunan mövqeyinə əsasən, torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydə alınmasının müvafiq orqanın torpaq sahəsinin daimi istifadəyə ayrılması barədə qərarı və ya müqavilə əsasında mümkün olduğunu bildirmişdir. Belə bir sənəd mövcud olmadığı halda qeyri-yaşayış obyektinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində istifadə hüquqlarının qeydiyyatının Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsi əsasında həyata keçirilməli olduğunu qeyd etmişdir (Qərarın 72-ci bəndi). Bu səbəbdən qeyd olunan sənədlərə malik olmadığı halda iddiaçı "xxxx" ASC-nin torpaq sahəsi üzərində daimi istifadə hüququnun tanınması ilə bağl ı apellyasiya məhkəməsinin mövqeyini qanunsuz hesab etmişdir. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən eyni qanun pozuntularına yol verilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iş materiallarından müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli Sərəncamı ilə, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondaki “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün "xxxx" İstehsalat Müəssisəsinə torpaq sahəsi ayrılmışdır. Ayrıc aktı da mövcuddur. Bununla bağlı anaoloji məhkəmə qərarları qəbul edilərək vahid məhkəmə təcrübəsi yaradılmışdır. Bundan əlavə Ugur-ÇB firmasının əvvəlki təsisçisi X8 olmuşdur. Daha sonra Hacıyev Akif tərəfindən xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1. xx.xx.2019-cu il tarixli pay alqı-satqı müqaviləsi əsasında firma X6 tərəfindən hazırkı sahibi X2. Bununla bağlı bütün hüquqmüəyyənedici sənədlər mövcuddur və etiraza əlavə edilərək məhkəməyə təqdim edilir. Odur ki, yuxarıda deyilənlərə əsasən məhkəmədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız hesab edilməsini xahiş edilir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Torpaq Məcəlləsi (2001-ci il 27 fevral tarixədək qüvvədə olan) Maddə

14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, s ovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. M ülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşy a hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təs diqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qər arını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kolle giyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbu l hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Məhkəmə kollegiyası əlavə olaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyy əti başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli Sərəncamı ilə İddiaçı xx.xx.1996-cı il tarixli məktubu nəzərə alınaraq iddiaçıya Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondaki “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır.

29. Sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməsə də, iş materiallarında olan 5 fevral 1997-ci il tarixli 97/40 nömrəli Aktla təsdiq edilmiş “yerləşmə çizgi” sənədində torpaq sahəsinin ölçüsü 0,03 ha olaraq qeyd edilməklə yerləşmə mövqeyi göstərilmişdir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 34 nömrəli Sərəncamı əsasında torpaq sahəsinin üzərində yerləşən tikililərin texniki göstəricilərini müəyyən edən və torpaq sahəsinin ölçülərini göstərən “Texniki Paspo rt” tərtib edilmişdir. Həmin texniki pasportda İddiaçıyə ayrılmış torpaq sahəsinin ölçüləri və yerləşdiyi yer göstərilmişdir.

30. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/111/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3067-ci məhəllədə (“Mübarək” şadlıq evinin şimal hissəsində) yerləşən çörək sexinin mövcud olduğu torpaq sahəsinin naturada yerləşmə mövqeyi müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin yerləşmə mövqeyi (planlı yerləşməsi) ilə 5 fevral 1997-ci il tarixində 97/40 nömrəli Aktda göstərilmiş cizgidəki torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmçinin həmin torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli çörək s exi tikilisinin faktiki vəziyyətdə ölçüləri, tikililərinin planlı yerləşməsi və digər texniki parametrlərinin iş materiallarında olan xx.xx.2000-ci il tarixdə tərtib edilmiş, İddiaçı Texniki Pasport sənədində qeyd olunan ölçü və parametrlərə uyğun olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3067-ci yerləşən çörək sexinin və həmin çörək sexinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən edilmişdir, “kadastrportali.az” elektron kadastr portalında olan məlumatlarında qeyd olunan topraq sahəsinin digər fiziki və ya hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olması barədə məlumat aşkar edilməmişdir.

31. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “torpaq sahəsi ayrılması haqqında” 34 nömrəli, xx.xx.1997-ci il tarixli Sərəncamı hal-hazıradək qüvvədədir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. Eyni zamanda torpaq sahəsinin ayrıldığı tarixdən bugünədək iddiaçının daimi istifadəsində olması mübahisələndirilməmişdir.

32. Cavabdehin kassasiya şikayətinin “torpaq sahəsinə dair təqdim edilmiş xx.xx.1997-ci il tarixli, 97/40 nömrəli akt surətdir. Həmin aktın torpağı ayıran orqan tərəfindən imza və möhürlə təsdiq edilməsi müəyyən edilmir” dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarında olan xx.xx.1997-ci il tarixli, 97/40 nömrəli aktın əslindən müəyyən edilir ki, həmin akt lazımı qaydada imzalanmış və möhürlə təsdiq edilmişdir.

33. Üçüncü şəxsin icarə müqaviləsi bağlanılmalı olmas ı ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, Torpaq Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş və onun geriyə qüvvəsi yoxdur. Eyni zamanda bu qərarın 19-cu bəndində istinad olunan normanın məzmunundan aydın olur ki, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir.

34. Həmçinin qeyd olunmalıdır ki, sözügedən torpaq sahəsində ayrılma məqsədlərinə uyğun olaraq inşa edilməli çörək sexinin işçi layihəsi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 1998-ci il 22 yanvar tarixli məktubu ilə razılaşdırılmış və texniki pasportdan da göründüyü kimi 2000-ci ildə iki mərtəbəli çörək sexinin inşası tamamlanmışdır. Göründüyü kimi, həm torpaq sahəsinin iddi açıya ayrılmasına dair Sərəncamda, həm də inşa edilməli çörək sexinin işçi layihəsinin razılaşdırlmasına dair məktubda belə icarə müqaviləsi bağlanılması tələbi irəli sürülməmiş, torpağın icarəyə verilməsinə dəlalət edən şərtlər göstərilməmişdir. Qeyd edilənlər torpaq sahəsinin icarayə deyil, daimi istifadəyə ayrıldığına dəlalət edir.

35. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçının daimi istifadəsinə ayrılmışdır və daimi istifadəyə ayrılan torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmasının tələb olunması əsassızdır.

36. Torpaq sahəsinə dair 00186695 registr nömrəli dövlət əmlakının mövcud olması dəlilinə münasibətdə Kollegiya bildirir ki, torpaq sahəsinin registrdə dövlət əmlakı kimi qeydiyyata alınması iddiaçının hüquqlarının xitamına v ə ya dəyişdirilməsinə, eyni zamanda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmasına əsas vermir.

37. Kassasiya şikayətində Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-329/2025 nömrəli qərarına istinad edilərək bildirilir ki, Ali Məhkəmənin həmin qərarında ifadə olunan mövqeyinə əsasən, torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydə alınmasının müvafiq orqanın torpaq sahəsinin daimi istifadəyə ayrılması barədə qərarı və ya müqavilə əsasında mümkün olduğunu bildirmişdir. Belə bir sənəd mövcud olmadığı halda qeyriyaşayış obyektinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində istifadə hüquqlarının qeydiyyatının Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsi əsasında həyata keçirilməli olduğu qeyd edilmişdir.

38. Məhkəmə Kollegiyası üçüncü şəxsin kassasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(102)-329/2025 nömrəli qərarının 70 və 71-ci bəndlərində qeyd edilmişdir ki, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Göründüyü kimi, özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması üçün zəruri şərt həmin torpaq sahəsinə dair müvafiq qərar qəbul olunmalı və ya müqavilə bağlanılmalıdır.

39. Sözügedən qərarda özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi torpaq sahələri nəzərdə tutulmuş, kassator isə nədənsə bunu görməzdən gələrək sözügedən qərarı analoji iş kimi göstərməyə çalışmışdır. Həmçinin Kollegiya onu da diqqətə çatdırır ki, hazırkı işdə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya ayrılması barədə hazırda qüvvədə olan inzibati akt da mövcuddur.

40. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 29 may tarixli, 21(103)-324/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar