Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3009/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası «xxxx» MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (kameral vergi yoxlaması, qərarın ləğv edilməsi, müddət) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının direktoru Nümayəndə1, onun vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə2 və onun vəkili X2 iştirakı ilə, iddiaçı «xxxx» MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Na zirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1385/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 11 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, “xxxx” MMC (bundan sonra - iddiaçı) 10 fevral 2016-cı il tarixdə dövlət qeydiyyatından keçmiş hüquqi şəxsdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (bundan sonra - cavabdeh) 24.05.2018-ci il tarixli, **********056600 nömrəli qərarı ilə 2017-ci il dövrü üzrə iddiaçıya kameral vergi yoxlaması nəticəsində 43.278,60 manat mənfəət vergisi hesablanmış, cavabdehin **********8 nömrəli, 25.05.2018-ci il tarixli bildirişi ilə iddiaçıdan həmin tarixə dövlət büdcəsinə 56.030,80 manat, o cümlədən vergilər üzrə 50.304,49 manat, faizlər üzrə 5.726,31 manat borcu olduğu bildirilərək həmin məbləğin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «xxxx» MMC-yə kameral vergi yoxlaması nəticəsində əlavə vergi hesablanması barədə 24 may 2018-ci il tarixli, **********056600 nömrəli qərarının ləğv edilməsi və Departamentin iddiaçıya ünvanlandığı 25 may 2018-ci il tarixli bildirişdə göstərilən 56.030,80 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, öz fəaliyyəti dövrü ərzində iddiaçı daim öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirmiş, onun üzərinə düşən mənfəət vergisini və ƏDV-ni vaxtında bəyan etmişdir. Lakin 25 may 2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Departamenti iddiaçıya bildiriş ünvanlayaraq, iddiaçının dövlət büdcəsinə ümumilikdə 56.030,80 manat məbləğində borcunun olduğunu bildirmişdir. İddiaçı hesab edir ki, həmin məbləğ həqiqəti əks etdirmir və bu səbəbdən də, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kameral vergi yoxlaması əsasında əlavə borcun hesablanması barədə qərarı əs assızdır və ləğv edilməlidir, borc isə silinməlidir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, vergi borcunun ödənilməsinə dair 25.05.2018-ci il tarixli bildirişdə iddiaçının dövlət büdcəsinə ümumilikdə 56.030,80 manat borcunun olduğu qeyd edilmişdir. Vergilər üzrə borc 27.07.2017-ci il tarixdə 2017-ci ilin iyun ayı üzrə hesablanmış 1.741,15 manat cari ƏDV bəyannaməsindən yaranan borcdan, 16.04.2018-ci il tarixdə iddiaçının özü tərəfindən 2017-ci ilin iyul ayı üzrə hesablanmış 5.284,74 manat cari ƏDV bəyannaməsindən yaranan borcdan, 43.278,60 manat hissəsi isə 2017-ci ilin mənfəət vergisi üzrə hesablanmış kameral vergi yoxlamasından yaranan borcdan ibarətdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 307-ci sətrində 531.10 5,78 manat göstərilməsinə baxmayaraq, 2017-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilər olmadan təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 17.04.2018-ci il tarixli **********504500 nömrəli «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahatı, Cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə kameral vergi yoxlaması ilə baza məlumatlarına əsasən vergi ödəyicisinin gəlirləri və xərcləri nəzərə alınmaqla 2017-ci il üçün mənfəət vergi bəyannaməsi üzrə 43.278,60 manat məbləğində əlavə vergi məbləği hesablanmış və bu barədə, vergi ödəyicisinə 24.05.2018-ci il tarixli, **********056600 nömrəli «Vergilərin hesablanması barədə» qərar göndərilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-272/2019 saylı, 15 mart 2019-cu il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, cavabdehin iddiaçıya kameral qaydada vergi hesablanması barədə 24 may 2018-ci il tarixli, **********056600 nömrəli qərarının ləğv edilməsi və Departamentin «xxxx» MMC-yə ünv anladığı 25 may 2018-ci il tarixli bildirişdə göstərilən 56.030,80 manat məbləğində vergi borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1385/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-272/2019 saylı, 15 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Bakı Apelyasiya Məhkəməsi işə baxarkən, iddianın mümkünlük şərtlərini yoxlamadan, işin faktiki hallarını, qanunvericiliyin tələbləri və iş üzrə sübutları araşdırmadan iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, müəssisə tərəfindən 2017-ci ilin may və iyun ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 307-ci sətrində 531.105,78 manat dövriyyənin bəyan edilməsinə baxmayaraq, 16.04.2018-ci il tarixində 2017-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilər olmadan təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Müəssisənin 2017-ci il ərzində EVHF əsasında 103.900,67 manat məbləğində mal əldə etdiyi, 207.335,10 manat məbləğində mal idxal etdiyi, 2.850,0 manat əmək haqqı və 627,0 manat sosial sığorta haqqı, cəmi 314.71 2,77 manat xərcləri olduğu nəzərə alınaraq, 24.05.2018-ci il tarixli qərarla 43.278,60 manat [(531.105,78 - 314.712,77) x 20%] məbləğində mənfəət vergisi (2017) hesablanmışdır. Qeyd olunan hesablamadan sonra ifşa olunduğu görən müəssisə 04.02.2019-cu və 14.02.2019-cu il tarixlərdə 2017-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələri təqdim edərək müvafiq olaraq büdcəyə 3.655,56 manat və daha sonra bu məbləği artıraraq 18.876,58 manat mənfəət vergisi hesablamışdır. Belə ki, 04.02.2019-cu il tarixində 2017-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində iddiaçı gəlirini vergi orqanı ilə eyni məbləğdə (531.105.78 manat) bəyan etsə də, heç bir təsdiqedici sənədi olmadan malın dəyəri ilə bağlı xərclərini 505.170,00 manat göstərmişdir. Cəmi 10 gün sonra, yəni 14.02.2019-cu il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində iddiaçı gəlirini bir qədər artırmış (566.297,39 manat), xərclərini isə nisbətən azaltmışdır (471.914,49 manat). Daha sonra qeyd edilir ki, iddia müddətinin ötürülməsinə dair məhkəməyə təqdim edilmiş sübutlar araşdırılmamış və nəticədə əsassız olaraq iddia müddətinin bərpası ilə bağlı 08.01.2019-cu il tarixli qərardad qəbul edilmişdir. Eyni zamanda, 04.02.2019-cu və 14.02.2019-cu il tarixlərdə iddiaçı tərəfindən (2017-ci il) mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Departament tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilməsi səbəbindən kameral vergi yoxlaması başa çatanadək məhkəmə prosesinin təxirə salınmasına dair 11.03. 2019-cu il tarixli **********711200 nömrəli vəsatət ilə cavabdeh orqan tərəfindən məhkəməyə rəsmi müraciətin edilməsinə baxmayaraq, Departamentin vəsatəti təmin edilməmiş və 15.03.2019-cu il tarixdə iddianın təmin edilməsinə dair qərar qəbul edilmişdir. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən “Vergilərin hesablanması barədə’’ 24.05.2018-ci il tarixli **********056600 nömrəli inzibati akt öz hüquqi qüvvəsini itirmiş və Departament tərəfindən 04.04.2019-cu il tarixli **********878300 nömrəli “Vergilərin hesablanması barədə” yeni qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının direktoru və vəkili kass asiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələbl ərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə b u Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən, k ameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37-5-ci maddəsinə əsasən, bu Məcəllənin 15.1. 13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi m əbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kamera l vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına mün asibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın qərarları da, 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Belə ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Mənfəət ve rgisi üzrə il üzrə vergi bəyannaməsi növbəti ilin mart ayının 31-nə qədər təqdim edilir, belə olan halda cavabdehin il üzrə təqdim edilmiş bəyannaməni aprel ayının 31-nə qədər kameral qaydada yoxlamaq və əsas olduğu halda kameral qaydada vergilər hesablamaq hüququ var idi. Lakin vergi orqanı bu müddəti buraxaraq 24 may 2018-ci ildə iddiaçıya kameral qaydada mənfəət vergisi hesablanması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və q eyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğu l olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı;67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4-cü maddəsinə əsasən, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatların əsasında hesablandığını göstərməmiş, etirazında verginin baza məlumatları əsasında hesablandığını bildirsə də, həmin baza məlumatlarının əks olunduğu sənədləri (hesabatları, bəyannamələri) məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsində baza məlumatları əsasında vergi ödəyicilərinə əlavə vergilərin hesablanması nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçı 12.05.2017-ci ildə 1111,32 manat, 22.05.2017-ci ildə 5000,0 manat, 31.05.2017-ci ildə 3000,0 manat, 20.06.2017-ci ildə 3238,39 manat, 21.06.2017-ci ildə 30512,84 manat, 29.06.2017-ci ildə 3185,40 manat, 12.07.2017-ci ildə 231,54 manat, 28.07.2017-ci ildə 119,81 manat, 08.08.2017-ci ildə 16730,71 manat, 2017-ci ildə cəmi 63730 manat vergini dövlət büdcəsinə ödəmişdir, cavabdeh tərəfindən məhkəməyə iddiaçının ödədiyi vergi məbləğindən daha çox vergi tutulan dövriyyəsinin olmasına dair mötəbər məlumatlar, həmin məlumatları təsdiq edən sübutlar təqdim edilməmişdir. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apelyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən “Vergilərin hesablanması barədə’’ 24.05.2018-ci il tarixli **********056600 nömrəli inzibati akt öz hüquqi qüvvəsini itirmiş və Departament tərəfindən 04.04.2019-cu il tarixli **********878300 nömrəli “Vergilərin hesablanması barədə” yeni qərar qəbul edilmişdir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bu halı təsdiq edəcək sübutu işə baxan məhkəmələrə təqdim etməmişdir. Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması olduqda, şəxs vergi qanunvericili yinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Kameral vergi yoxlaması həyata keçirilərkən, yuxarıda sadalanan pozuntulara yol verildiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qə rar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin tə min edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1385/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3009/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3009/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver