Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3009/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “xxxx” MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, riskli vergi əməliyyatı, əmtəəsiz əməliyyat, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ###### 2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*- *****/**** nömrəli qərara əsasən 2023-cü ilin mənfəət vergisi üzrə 315.225,61 manat əlavə vergi məbləği hesablanmışdır. Mübahisələndirilən ##.##.2024-cü il tarixli qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “Təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri”, “Hüquqi şəxslər üzrə icarə”, “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi-tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, “Nəqliyyat xərcləri”, “Digər xərclər”, “Royalti xərcləri”, “Sığorta xərcləri”, bəyannamənin * nömrəli Əlavəsində “Əsas vəsaitlərin dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlərin dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə “Ehtiyatlar”ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (1.514.394,52 manat riskli eqaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 1.576.128,05 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir”. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*- */*-*****/**** nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, vergi orqanının göndərdiyi “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubundan məlum olmuşdur ki, kameral vergi yoxlaması, məhz iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış satınalma müqaviləsi çərçivəsində tərtib edilmiş ##.##.2023-cü il tarixli EBDU seriyalı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDU seriyalı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDU seriyalı ****** nömrəli və üçüncü şəxs1 MMC arasında bağlanmış satınalma müqaviləsi çərçivəsində tərtib edilmiş ##.##.2023-cü il tarixli EBDV seriyalı ****** nömrəli elektron qaimə-fakturalar təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində vergi orqanı tərəfindən xərc sənədi kimi nəzərə alınmadığından, yaranmış kənarlaşmaya münasibətdə həyata keçirilmişdir. Belə ki, vergi orqanı hesab etmişdir ki, iddiaçı ilə “xxxx” MMC və üçüncü şəxs1 MMC arasında baş tutmuş əməliyyatlar əmtəəsiz əməliyyatlar olmuşdur. Iddiaçı fəaliyyəti ilə bağlı olaraq lazımlı malları ##.##.2023-cü il tarixli SM-**/** nömrəli alqı-satqı müqaviləsi əsasında “xxxx” MMC-dən (VÖEN **********) və ##.##.2023-cü il tarixli **/** nömrəli alqı-satqı müqaviləsi əsasında üçüncü şəxs1 MMC-dən (VÖEN **********) almışdır. Qeyd olunan müqavilənin icrası ilə bağlı “xxxx” MMC tərəfindən iddiaçıya ##.##.2023-cü il tarixli EBDU seriyalı ****** nömrəli (əsas dəyəri 336.600 manat, ƏDV məbləği 60.588 manat), ##.##.2023-cü il tarixli EBDU seriyalı ****** nömrəli (əsas dəyəri 120.700 manat, ƏDV məbləği 21.726 manat), ##.##.2023-cü il tarixli EBDU seriyalı ****** nömrəli (əsas dəyəri 271.940,5 manat, ƏDV məbləği 48.949,29 manat) və üçüncü şəxs1 MMC tərəfindən ##.##.2023-cü il tarixli EBDV seriyalı ****** nömrəli (əsas dəyəri 785.154,02 manat, ƏDV məbləği 141.327,72 manat) elektron qaimə-fakturalar göndərilmiş və qaimələrdə göstərilmiş malların əsas dəyəri və ƏDV məbləğləri qanunla müəyyən edilmiş qaydada alıcı İddiaçı MMC tərəfindən satıcılar “xxxx” MMC-yə və üçüncü şəxs1 MMC-yə ödənilmişdir. Göründüyü kimi, faktiki olaraq iddiaçının mal aldığı və həmin alqı-satqı əməliyyatlarını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirdiyi halda, vergi orqanı həmin əməliyyatlar əsasında tərtib olunmuş e-qaimə-fakturaları əmtəəsiz əməliyyat çərçivəsində əsassız sənədlər hesab edərək xərc sənədləri kimi tanımamış və beləliklə, kənarlaşma yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, satıcılar “xxxx” MMC və üçüncü şəxs1 MMC əməliyyat aparılan tarixlərdə riskli vergi ödəyicisi olmamış, lakin daha sonra vergi orqanı tərəfindən ##.##.2024-cü il tarixdə **************** nömrəli qərara, digəri isə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərara əsasən riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir.
3. Cavabdeh iddiaya etirazında qeyd edir ki, araşdırma zamanı əmtəəsiz əməliyyatlar çərçivəsində ##.##.2023-##.##.2023-cü il dövrü üzrə vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 1.514.394,52 manat dəyərində e-qaimə-fakturalar, təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Belə ki, təqdim olunmuş bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri”, “Hüquqi şəxslər üzrə icarə”, “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər”, “Nəqliyyat xərcləri”, “Digər xərclər”, “Royalti xərcləri”, “Sığorta xərcləri”, bəyannamənin * nömrəli Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə “Ehtiyatlar”ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə fakturaların (1.514.394,52 manat riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 1.576.128,07 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən əsaslı izahat, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından, 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 315.225,61 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərar qanuni və əsaslıdır.
4. Daha sonra cavabdeh tərəfindən yazılı etiraza əlavə təqdim edilmişdir. Əlavə yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci, 2.1.3-cü və 2.1.2-ci yarımbəndlərinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi və aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə qeyd edilən hal riskli əməliyyat olaraq qiymətləndirilir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlar”ının müddəalarına əsasən İddiaçı MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən ##.##.2023- ##.##.2023-cü il tarixədək olan dövr üzrə 1.514.394,52 manat dəyərində əldə edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz olaraq qiymətləndirildiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar “xxxx” MMC və üçüncü şəxs1 MMC tərəfindən təqdim edilmişdir. Həmin vergi ödəyiciləri tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların əmtəəsiz əməliyyatlar olduğu müəyyən edilmişdir. Vergi orqanı tərəfindən keçirilmiş monitorinq zamanı “xxxx” MMC-nin rəhbəri ilə əlaqə saxlanılmış, danışıq zamanı müəssisənin vergi orqanında qeydiyyata qoyulduğundan, fəaliyyətindən, obyektinin olmasından məlumatının olmadığını və adına aldadılaraq müəssisə açıldığını, bu barədə vergi orqanına müraciət edildiyi bildirilmişdir. Qeyd olunan hal da iddiaçının həmin müəssisə ilə apardığı əməliyyatların əmtəəsiz olmasına əsas verir. Riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır.
5. Bakı Inzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) ## ###### 2024-cü il tarixli, *- *(***)-*****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ###### 2024-cü il tarixli, *-**-*-*/*- *****/**** nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin müvafiq qərarına əsasən yuxarıda adıçəkilən hüquqi şəxslər riskli vergi ödəyiciləri hesab olunmuş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, həmin şəxslərin riskli vergi ödəyiciləri olması təkzibolunmaz bir haldır. Nəzərə alınmalıdır ki, həmin şəxslər hal-hazırda riskli vergi ödəyiciləri hesab olunsalar da, iddiaçı ilə onların arasında müqavilə münasibətləri yarandığı dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri olmamışlar. Belə ki, işdə olan sənədlərdən də göründüyü kimi, iddiaçının adıçəkilən hüquqi şəxslərlə müqavilə münasibətləri yarandığı, əməliyyatların aparıldığı dövrdə onlar riskli vergi ödəyiciləri hesab olunmamış, ümumiyyətlə, iddiaçı tərəfindən həmin şəxslərin riskli əməliyyatlar apardığı və gələcəkdə riskli vergi ödəyiciləri olmasının ehtimal edilməsi mümkün olmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta mülki əqdlər qüvvədə olduğu zaman həmin şəxslər riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdi. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır. Beləliklə, iddiaçı ilə həmin şəxslər arasında müqavilə münasibətləri yarandığından, iddiaçı həm müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər, həmçinin də Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə cavabdehlik daşımışdır ki, bu da müqavilə üzrə öhdəliklərini icra etməməsi, əməliyyatların aparılmaması zamanı onun əlavə məsuliyyətə cəlb edilməsi ilənəticələnə bilərdi. Nəzərə alınmalıdır ki, həmin hüquqi şəxslər hal-hazırda riskli vergi ödəyiciləri hesab olunsalar da, iddiaçı ilə onların arasında müqavilə münasibətləri yarandığı, əməliyyatların aparıldığı, elektron qaimə-fakturaların tərtib edildiyi dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri olmamış, yalnız iddiaçı ilə aparılmış əməliyyatlardan sonrakı tarixlərdə, yəni 2024-cü il tarixli qərarlar əsasında riskli vergi ödəyicisi hesab edilmişlər.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
10. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2-ci, 96.2- 96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
14. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin riskli vergi ödəyicisi qrupunda olması onunla aparılan əməliyyatın birmənalı olaraq əmtəəsiz və ya riskli əməliyyat olması anlamına gəlmir. Yəni iddiaçının riskli vergi ödəyicisi qrupunda olan şəxslə (məsələn, şəxsin obyekti uçota aldırmadığına görə, beşdən artıq müəssisədə direktor olmasına görə və s. əsaslarla riskli qrupa salındığı hallarda) alqı-satqı əməliyyatı apardığı hallarda da həmin əməliyyatın real olduğu istisna olunmur və oluna bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olmasına istinad yetərli deyil, bu zaman həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Həmçinin iddiaçının mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qərarları).
15. Yəni, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi üçün onun apardığı əməliyyatın əmtəəsiz olması vergi orqanı tərəfindən sübuta yetirilməlidir. Hazırkı iş üzrə aşağı instansiya məhkəmələrində araşdırma zamanı iddiaçının (vergi ödəyicisinin) apardığı əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməmişdir.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.