Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-301/2019 22.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiya fərqinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2193/2018 saylı iş üzrə 18 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 09 yanvar 2008-ci ildən hərbi xidmət dövrü ilə əlaqəli İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 23 noyabr 2017-ci il tarixdə İddiaçı əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlillik dərəcəsi 23 noyabr 2022-ci ilədək verilmişdir. İddiaçının yenidən şəhadətləndirilməsindən sonra aldığı pensiya məbləği dəyişmişdir. İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin sonradan dəyişməsinə baxmayaraq, əlilliyin yaranma əsasının ey ni olduğunu nəzərə alıb, keçmiş dövr üçün ödənilməmiş 25 faiz pensiya məbləğinin ödənilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən 12 fevral 2018-ci il tarixli 03/89/02-129 saylı məktubla imtina etmişdir. İddiaçı həmin imtinadan sonra hazırkı tələblə məhkəməyə müracəti edərək 23.11.2014-cü il tarixdən təminat xərcliyinin 55%-i miqdarında aldığı pensiya ilə 23.11.2017-ci il tarixdən “2-ci qrup Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi” ilə əlaqədar təyin edilmiş təminat xərcliyinin 80%-i miqdarı arasındakı fərqin 23.11.2014-cü il tarixdən 23.11.2017-ci il tarixədək olan müddət üçün hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunması barədə qəra r qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16.07.2003-il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Binə və Sədərək ticarət mərkəzlərində baş vermis yanğının söndürülməsi zamanı hündürlükdən yıxılaraq qapalı kəllə beyin travması, baş beyin silkələnməsi kimi xəsarət almış, sonra Səhiyyə Nazirliyi Neyrocərrahlıq xəstəxanasında, Daxili İşlər Nazirliyinin hospitalında və 1 saylı poliklinikasında dəfələrlə stasionar və ambulator müalicə almışdır. Dəfələrlə müalicə alsa da aldığı travmadan müalicə mümkün olmamış və Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 24 oktyabr 2007-ci il tarixli, 920ş saylı əmri ilə FHN Tibb Xidməti Xüsusi həkim ekspertiza komissiyasının 21 sentyabr 2007-ci il tarixli 155 saylı rəyi əsasında xidmətdən xaric edilmişdir. Həmin r əy əsasında 21 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona 09.01.2008-ci il tarixdə İİ qrup hərbi xidmət dövrü ilə əlaqəli əlillik dərəcəsi təyin edilmişdir. Sonradan yenidən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ona 23.11.2017-ci il tarixdə İİ qrup xidməti vəzifəsini yerinə yetirərkən, əlillik dərəcəsi təyin edilmişdir. 09.01.2008-ci ildə əlillik dərəcəsi təyin olunanda ona İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlilliyə əsasən pensiya müvafiq təminat xərcliyinin 55 faizi miqdarında hesablanaraq ödənilməsi göstərilmişdir. Lakin 23.11.2017-ci il tarixdə İİ qrup əlilliyə görə pensiya müvafiq təminat xərcliyinin 80 faizi miqdarında hesablanaraq qanuna müvafiq qaydada ödənilmişdir. İddiaçının qənaətinə görə ona 2008-ci ildə İİ qrup hərbi xidmət döv rü ilə əlaqəli əlillik dərəcəsi təyin olunarkən təminat xərcliyinin 80 faiz əvəzinə 55 faizi miqdarında hesablanaraq ödənməsi əsassız olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2507/2018 saylı, 21 iyun 2018ci il tarixli qərarı (hakim - E.Q.Məmmədov) ilə iddia tələbi təmin edilmiş, İddiaçı 23.11.2014-cü il tarixdən təminat xərcliyinin 55%-i miqdarında aldığı pensiya ilə 23.11.2017-ci il tarixdən “2-ci qrup Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi” ilə əlaqədar təyin edilmiş təminat xərcliyinin 80%-i miqdarı arasındakı fərqin 23.11.2014-cü il tarixdən 23.11.2017-ci il tarixədək olan müddət üçün hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fon dunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2193/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.N.Abiyeva, hakimlər - M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-2507/2018 saylı, 21 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasın ı xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Vətəndaşa verilən əlilliyin neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyin səbəbi TSEK müayinə aktından çıxarışında qeyd edilir və həmin çıxarış pensiya təyinatı aparan orqana göndərilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.3-cü bəndinə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik müəyyən edilməsi barədə tibbi ekspertiza sənədləri bilavasitə TSEK-dən rəsmi qaydada qəbul edilir və kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfındən qeydiyyatdan keçirilir. İddiaçıya ilkin olaraq İİ qrup əlilliyə görə müvafiq təminat xərcliyinin 55 faizi miqdarında pensiya təyin edilmişdir. İddiaçıya növbəti dəfə 23.11.2017-ci il tarixdə ikinci qrup hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik təyin edilmişdir. Bundan sonra ona «Əmək pensiyaları haqqında» Qanunun 20.16.1-ci maddəsinə əsasən müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiyası yenidən hesablanaraq ödənilməyə başlanılmışdır. Beləliklə, onun hüququ yarandığı gündən, yəni 23 noyabr 2017-ci il tarixdən pensiyası yenidən hesablanaraq təminat xərcliyinin 55 faiz indən 80 faizinə qaldırılmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə gönədrilməlidir. Apellyasiya məhkəməsi iddianın təmin edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, işin materiallarındakı tibbi sənədlərlə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasının 1074 saylı tibbi kartdan çıxarış, FHN Tibb Xidmətinin Xüsusi həkim ekspertiza Komissiyasının 05.10.2017-ci il tarixli 37/00396 saylı qərarı, TSEK-də sonuncu müayinəyə dair 27.11.2017-ci il tarixli məlumat) müəyyən edilir ki, əlilliyin səbəbi 23.11.2017-ci il tarixdə dəyişsə də, əslində hər iki səbəb üzrə əlaqənin müəyyən edilməsinə əsas olmuş hal eyni (qapalı-kəllə beyin travması, baş beynin silkələnməsi, asteno-nevrotik vəziyyət) olmuşdur. Ona görə də, hər iki səbəb üzrə əlaqəni n müəyyən edilməsinə əsas olmuş hal eyni olduğundan, əlilliyin səbəbinin sonradan dəyişməsi heç də iddiaçıya keçmiş dövr üçün alınmamış pensiya məbləğinin verilməsindən imtina üçün əsas hesab edilə bilməz. İddiaçının aldığı hərbi travma ilə bağlı ona 09.01.2008-ci ildə əlillik təyin edildiyindən (işin bu halı cavabdehin imtina məktubunda qeyd edilmişdir), bu hal onun 23.11.2014-cü il tarixdən 23.11.2017-ci il tarixədək olan dövr ərzində təminat xərcliyinin 80 faizi məbləğində pensiya almaq hüququ olduğu qənaətinə gəlmək üçün məhkəməyə əsas verir. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının əlilliyinin səbəb əlaqəsi sonuncu dəfə 23.11.2017-ci il tarixdə dəyişdiyindən, həmin tarixdən əvvəlki 3 (üç) il üçün pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödəni lməsi aşağadakı maddi hüquq normalarının tələblərinə uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi iddianın təmin edilməli olduğuna dair nəticə ilə razılaşmır. İddiaçıya birinci dəfə əlilliyin təyin edildiyi vaxtda (2008-ci ildə) qüvvədə olan, Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə ləğv edilmişdir) 1.5-ci maddəsinə əsasən, tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Həmin Əsasnamənin 3.1-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları:...həyat fəaliyyətinin məhdudlaşmas ının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir;... Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, əlillik müddəti “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə”yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, müayinə olunan şəxs tibbi-sosial ekspert komissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində zona TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda zona TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Həmin Əsasnamənin 5.6-cı bəndinə əsasən, ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. İddiaçıya ikinci dəfə əlilliyin səbəb əlaqəsi dəyişdirilməklə yenidən əlilliyin təyin edildiyi vaxtda (2017-ci ildə) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə ə sasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini v ə əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifələrindən biridir. Həmin Əsasnamənin 4.26-cə bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı say ılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən normativ aktların (istər iddiaçıya birinci dəfə əlilliyin təyin edildiyi vaxtda qüvvədə olan, istərsə də iddiaçıya ikinci dəfə əlilliyin səbəb əlaqəsi dəyişdirilməklə yenidən əlilliyin təyin edildiyi vaxtda qüvvədə olan) müddəalarından göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in belə qərarları inzibati aktdırlar. Çünki onlar iddiaçı üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Bu mənada, işin hallarından müəyyən edilir ki, əvvəllər iddiaçıya əlillik təyin edilən vaxtlarda əlilliklə bağlı müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilmiş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin sonrakı dövrdə iddiaçı həmin aktlarla bağlı mübahisə açmamış, TSEK-in qərarından inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər qəbul edilmiş qərar iddiaçıya məlum olmuş, onun tərəfindən mübahisələndirilməyərək hüquqi cəhətdən qüvvədə olmaqla etibarlılıq xüsusiyyətinə malik olmuşdur. Həmin inzibati akt əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Kollegiya qeyd edir ki, əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Çünki cavabdehin hansısa ödənişlər etmək vəzifəsi məhz TSEK-in müvafiq qərarı əsasında yaranır. Ona görə də, təkrar apellyasiya baxışı zamanı cavabdehin iddia tələbində qoyulmuş öhdəliyi daşıyıb-daşımadığı məsələsinə qeyd olunanlar nəzərə alınmaqla qiymət verilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən tə min edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2193/2018 saylı iş üzrə 18 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-301/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-301/2019
22.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver