Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-301/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı işi üzrə Q Ə R A Rİ (iş № 2-1(102)-301/2020) Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar müddəti) sözlər:(57 yaşdan güzəştli pensiya, ümumi iş stajı, təhsil GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında” iddia tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2118/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh xx xxxxxx 2019-cu il tarixli məktubla onun müraciətini təmin etməmiş və bildirmişdir ki, təl əb olunan ümumi iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında olan iş dövrü və xx.xx.1978-ci il tarixdən xx.xx.1979cu il tarixinə olan təhsil dövrü ümumi iş stajına daxil edilməklə ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının 25 ildən çox ümumi və 12 il 6 aydan çox zərərli və ağır iş şəraitində əmək stajı vardır. O, 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli cavab məktubunda imtina edərək bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1 və 9.8-ci maddələrinə istinadən onun əmək kitabçasına əsasən xx.xx.1979-cu ildən xx.xx.2006-cı il tarixədək 24 il 01 ay 13 gün sığorta stajı vardır. Lakin tələb olunan 25 il sığorta stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyil. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1631/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə (hakim: R.M.Daşdəmirov) iddia təmin edilmiş, iddiaçının əmək kitabçasında olan iş dövrü və xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tar ixədək olan təhsil dövrü ümumi iş stajına daxil edilməklə ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş,işin apelyasiya mərhələsində iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsi nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2118/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: C.A.Y usifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1631/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi qərarında obyektiv həqiqəti ifadə edən hüquqi və faktiki əsasları qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qərar qəbul ed ilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixindən kişilər 63 yaş 06 ay tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. İddiaçının qanunla müəyyən edilmiş yaşı tamam olmadığından güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərl i və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ v erən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Daha sonra qeyd edilir ki, məhkəmə tərəfindən hazırki münasibətlərə qanunun 9.8-ci maddəsi tətbiq edilə bilməz. Belə ki, həmin maddənin tətbiq edilməsi üçün “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla müəyyən olunan ümumi və güzəştli staj xx.xx.2006cı il tarixinədək (“Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək) toplanmış olmalıdır. İddiaçı isə həmin tarixdə qeyd olunan ümumi və güzəştli iş stajına malik deyildi. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, 57 yaşı xx.xx.2019-ci il tarixində tamam olmuşdur. Həmin tarixdə isə artıq güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün minimal yaş həddi 60 idi, buna görə də, iddiaçıy a 60 yaşdan öncə pensiya təyin edilə bilməz. Etiraz: İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər k əsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüquq u vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İşin hallarında göründüyü kimi, cavabdeh imtina məktubunda, eləcə də şikayətlərində əmək kitabçası üzrə iddiaçının 24 il 1 ay 13 gün ümumi stajına malik olmasını bildirərək, 25 il ümumi stajının olmamasını mübahisələndirir. Həmçinin, cavabdeh iddiaçının 12 il 6 aydan cox xüsusi zərərli və ağır iş şəraitində işlədiyini mübahisələndirmir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə istinad edərək iddiaçının təhsil aldığı müddətin onun sığorta stajına daxil edilməsi mümkün olmadığına və beləliklə də, tələb olunan 25 il sığorta stajı toplanmadığına görə ona güzəştli pensiya təyin edilməsini mümkünsüz sayır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən o, xx xxxxxx 1961-ci il təvəllüdlüdür, onun 57 yaşı xx.xx.2018-ci ildə tarixində tamam olub. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddəti n azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixədək) qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən, yeraltı işlərdə, əmək şər aiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci ii 321İQD saylı Qanun ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan əmək kitabçasına, dəniz məktəbi attestatına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu il tarixədək Bakı Dənizçi Məktəbində təhsil almış və bundan sonra dəniz gəmiçiliyinə daimi işə keçirilmişdir (11 ay 14 gün). xx.xx.1979-cu il tarixdən başlayaraq isə xx xxxx 2017-ci il tarixli Qanunla «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə edilən dəyişiklik xx.xx.2017-ci il tarixində qüvvəyə minən dövrədək (hərbi xidməti də daxil olmaqla) onun nəinki 25 il, hətta 35 ildən də çox əmək stajının mövcudluğu müəyyən olunur. Xəzər Dəniz Neft Donanmasının işdə olan xx.xx.2019-cu il tarixli arxiv arayışından isə görünür ki, qeyd olunan iş stajının 25 ildən də çoxunu iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş, «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21.2-ci bəndinin «b» (Üzən heyət) yarımbəndində nəzərdə tutulan xüsusilə zərərli və ağır peşələrdə ( motorçu və mexanik) ça lışmışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1978-ci ildən - xx.xx.1979cu il tarixədək Bakı Dənizçi Məktəbindəki orta ixtisas təhsil dövrünü mübahisələndirməsinə gəldikdə isə məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından xx.xx.2006-cı ilə qədər qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qeyd olunan 67-ci maddəsinin 3-cü hissəsinin «d» bəndindən göründüyü kimi, orta ixtisas və texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları və qanunvericiliyin tələblərinə əsasən iddiaçının 25 il ümumi sığorta stajı olduğu və bunun da 12 il 6 ayın dan çoxunu zərərli və ağır iş şəraitində işlədiyindən onun 57 yaşından güzəştli pensiya hüququnun yarandığı müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququna malik olması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2118/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-301/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-301/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver