Məhkəmə qərarları › İş №2-1(102)-301/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-301/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-301/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, əvvəlki vəzifəyə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçı Ağakişiyev Samir Şirməmməd oğlunun, onun vəkili Vəkil və cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakları ilə, iddiaçı cаvаbdе h Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1157/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə X6 polis nəfəri vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx xxxxxx 2019-cu il tarixli əmrilə iddiaçı “Azərbaycan Respubl ikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək onun işə bərpa olunmasını xahiş etmiş, lakin cavabdeh onun xahişini təmin etməkdən imtina etmiş və xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, onun xidmətdən xaric edilməsi barədə qəbul edilmiş qərar əsaslıdır və dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu ilin dekabr ayında cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə mürac iət edərək, daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmrinin ləğv olunması, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə X7 polis nəfəri vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə xx xxxxxx 2019-cu il tarixdən işə bərpa olunduğu tarixə qədər olan dövr üçün əmək haqqı ödənilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, DİN Daxili Təhqiqatlar İdarəsinin iddiaçıya ünvanlandığı x xxxxxx 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Diplomatik nümayəndəliklərin mühafızəsi üzrə X7 polis nəfəri vəzifəsində xidmət edərkən 2016-cı ildə həyat yoldaşı İ.Poladova ilə arasında yaranmış gərginliyin aradan qaldırılm ası üçün səy göstərmək əvəzinə, iddiaçı mütəmadi olaraq оnа qarşı kobudluğa yol verməsi münasibətlərinin daha da gərginləşməsinə, sonuncunun hüquq-mühafızə orqanlarına çoxsaylı şikayətlərinə və son nəticədə ailəsinin dağılma həddinə çatdırılmasına səbəb olduğuna, silah əvəzedici kartoçkasını girov qoyub qayınatası İ.Poladovdan aldığı pul borcu ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə DİN-in müvafıq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Bakı şəhəri Nəsimi rayon prokurorluğu xx.xx.2016-cı il tarixdə 6 saylı X11 stansiyasından iddiaçının keçmiş arvadı sağ bud nahiyəsinin əziyi diaqnozu ilə müraciəti üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2016-cı il tarixli 55/17 saylı rəyinə əsasən X3 bədənind ə hər hansı xəsarət aşkar edilməmişdir. X4 6 saylı TYS-da qoyulmuş "Sağ bud nahiyəsinin əziyi, 17-18 həftəlik hamiləlik, düşük təhlükəsi" diaqnozu xəsarətin obyektiv əlamətlərilə əsaslandırılmadığına və özünün məhkəmə-tibbi müayinəsi zamanı bədənində, eləcə də sağ bud nahiyəsində xəsarət aşkar edilmədiyinə görə xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisinin qəbul etdiyi 2016-cı il tarixli 63-C-16 saylı cinayət işinin başlanmasının rədd olunması barədə qərarla iddiaçi barəsində cinayət işinin başlanması onun hərəkətlərində cinayət tərkibi olmadığından rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə arvadı X4 heç bir xəsarət yetirməmişdir. İddiaçı silah əvəzedicisini keçmiş qayınatası İslam Poladova gi rov qoymamışdır və bunun müqabilində ondan borc pul almamışdır. Cavabdehə bu barədə məlumatları, iddiaçı ilə qərəzli münasibətlərdə olan İslam Poladov vermişdir. Lakin həmin məlumatlar heç bir rəsmi hüquqi sənədlə, məhkəmə qərarı ilə təsdiqlənməmişdir. X12 hər hansı borcunun iddiaçıdan geri alınması üçün məhkəməyə müraciət etməmiş, belə bir iddia qaldırmamışdır. İddiaçı xidmətdən xaric edilmə barədə əmrin surəti və əmək kitabçası da verilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-968/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. 5.1 Birinci instansiya məhkəməsi hesab etmişdir ki, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlərə yol verdiyindən iddiaçıya “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasn amə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmə tənbehinin tətbiq edilməsi əsaslıdır.

6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2-1(103)-1157/2020 nömrəli qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), C.Yusifov və X.Cəmilova) İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-968/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddi açı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 10.1. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İddiaçı 2016-cı ilin sentyabr ayında silah əvəzedici kartoçkasını itirməsi barədə bölük komandiri Zaur İsayevə şifahi formada məlumat vermişdir. Bölük komandiri Zaur İsayev tabor komandiri Mehdi Təmrazova məruzə etmişdir. İddiaçı bir gün xidmətə silahsız çıxmışdır. Növbəti xidmət günündə bölük komandiri Zaur İsayev bildirmişdir ki, İddiaçı dəftərxanadan yeni silah əvəzedici kartoçkasını götürsün. Bundan təxminən bir həftə sonra iddiaçı bölük komandiri Zaur İsayevin tələbi ilə bu barədə izahat yazmışdır. Bölük komandi ri iddiaçı ilə fərdi söhbət aparmış və bu barədə məlumat jurnalda qeyd edilmişdir. 10.2. İddiaçı silah əvəzedici kartoçkasını itirməsi barədə yazılı formada izahat tərtib olunmuş və qeydiyyata alınmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. 10.3. Qərarda iddiaçının silahəvəzedici kartoçkasını girov qoyaraq, keçmiş qayınatası İslam Poladovdan borc pul alması və geri qaytarmaması göstərilmişdir. Lakin qeyd olunan borc üzrə tərəflər arasında müqavilə bağlanmamışdır. Belə bir borcun olması faktı yalnız İslam Poladov və onun həyat yoldaşı Qalina Poladovanın verdikləri ifadədə göstərilir. Tərəflər arasında öhdəlik münasibətlərinin olmasını və ya onun pozulmasını hüququ pozulmuş şəxsin mülki iddia ilə məhkəməyə müraciət etməsi və bu iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən etmək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. X13 Ağakişiyevə qarşı borcun ödənilməsi tələbi ilə 2016-cı il tarixdən hazırki günə qədər məhkəməyə müraciət etməmişdir. 10.4. Bundan əlavə, iddiaçının keçmiş arvadı X1 bud nahiyəsinin əziyi diaqnozu ilə müraciəti faktı üzrə araşdırma xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Prokurorluğu tərəfindən aparılmışdır. Məhkəmə-tibb ekspertizası tərəfindən xx xxxx 2016cı il tarixli 55/17 rəy verilmişdir. Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi Pirayə Səmədzadənin qəbul etdi yi xx xxxx 2016-cı il tarixli 63-C-16 saylı cinayət işinin başlanmasının rədd olunması barədə qərarla İddiaçı barəsində cinayət işinin başlanması onun hərəkətlərində cinayət tərkibi olmadığından rədd edilmişdir. 10.5. İddiaçı ilə keçmiş arvadı X3 nikah münasibətlərinə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə xitam verilmişdir. 10.6. İddiaçının keçmiş qayınatası İslam Poladov qərəzli olaraq, ailədaxili mübahisələri və iddiaçının silahəvəzedici kartoçkasını girov qoyaraq ondan borc pul almasını əsas gətirərək 2019-cu ilin aprel-may aylarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinə şikayətlə müraciət etmişdir. Məhkəmə kollegiyası əsassız olaraq, İddiaçı barəsində cinayət işinin aparılma müddətini, cinayət işinin ba şlanmasının rədd edilməsi müddətini, eləcə də iddiaçının keçmiş qayınatası İ.Poladovun 2019-cu ildə şikayət etməsi və həmin müraciət əsasında xidməti araşdırma aparıldığını nəzərə alaraq mübahisəlşndirilən əmrin əsasnamə ilə müəyyən edilmiş 3 illik müddət çərçivəsində qəbul edildiyi nəticəsinə gəlmişdir. 10.7. İddiaçı barəsində cinayət işinin başlanması, cinayət işinin başlanmasının rədd edilməsi, eləcə də onun silah əvəzedici kartoçkasını itirməsi faktının rəsmiləşdirilməsi müddəti 2016-cı ili əhatə edir. 10.8. “Azərbaycan Respublikasında daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 126-cı maddəsinə əsasən, xidməti intizam qaydaları pozuntusunun törədildiyi gündən 3 ildən artıq müddət keçdikdə intizam tənbehi tətbiq edilmir. b. Kassasiya şikayətinə qarşı etiraz

11. Cavabde h kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı və vəkili kassasiya şikayətini müdafiə etdiklərini bildirərək təmin olunmasını xahiş etdilər.

13. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 14. "Polis haqqında" Qanun Maddə

3. Azərbavcan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Maddə

33. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: xidmət apararkən hüq uqa zidd hərəkət etdikdə; xidmət və icra intizamını pozduqda; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). Maddə 34 Polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. 15. "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"

11. Daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadı nlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar

114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə.

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə;

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx xxxxx 2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq e dilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksi" - Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış Kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərilərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. Həmin Kodeksin ümumi müddəalarında qeyd olunur ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsipləri ni və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Maddə

2. Hər bir əməkdaş xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Bənd

5. Xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının h əyat və sağlamlığını təhlükə altında qoymamalıdır. Maddə

8. Xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, xidməti və dövlət sirrinin yayılmasına yol verməməlidir. Maddə 9. çalışqanlığı, intizamlığı və təşəbbüskarlığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Maddə

22. Davranış kodeksində təsbit ol unmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfində n müəyyən edilir. 17. “İnzibati icraat haqqında” Qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Maddə

10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: inzibati aktı qəbul etmiş orqanın adı; inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ü nvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İslam Poladovun müraciəti əsasında xidməti təhqiqat aparlmışdır. Təhqiqatın nəticəsinə dair xx.xx.2019-cu il tarixli rəydə göstərilmişdir ki, “Polis serjantı İddiaçı 2016-cı il tarixdə qayınatası İslam Poladovdan bir neçə gün müddətində qaytarmaq şərti ilə 5.000 manat borc alaraq xx.xx.2014-cü il tarixli 7/12 nömrəli silah əvəzedici kartoçkasını girov qoymuş, üzərinə götürdüyü öhdəliyi hazıradək yerinə yetirməməklə sonuncunun çoxsaylı şikayətlərinə zəmin yaratmış, intizam məsuliyyətindən yayınmaq məqsədilə həmin kartoçkanı 2016-cı ilin yanvar ayında naməlum şəraitdə itməsi haqda bölük komandiri Elç in Cəbrayılov və taborun sabiq komandiri Mehdi Təmrazova şifahi məlumat versə də, sonuncular intizam qaydalarının pozulması faktını rəsmiləşdirmədən polis serjantı İddiaçı yeni kartoçka ilə təmin etmişlər.

23. Həmçinin iş materialları ilə müəyyən olunur ki, araşdırma zamanı İ.Poladov sözü gedən əvəzedici kartoçkanı bölük komandiri Elçin Cəbrayılovun iştirakı ilə taborun komandiri Mehdi Təmrazova təqdim etsə də, sonuncular və baş inspektor Rəşad Əliyev qeyd olunan faktın, eləcə də polis serjantı İddiaçı keçmiş qayınatası tərəfindən özünə qəsd etmə dərəcəsinə çatdırılması haqda məlumatın rəsmiləşdirilib DİN-in Tibb İdarəsinin Xüsusi həkim komissiyasında tibbi müayinədən keçirilməsini təmin etməyərək ona xidmətə çıxarkən tabel silahının verilməməsilə kifayətlənmişlər. Polis polkovnik-leytenan tı Əli Rüstəmov, eləcə də 2019-cu ilin aprel-may aylarında vət.İ.Poladovun eyni məzmunlu müraciəti üzrə araşdırma aparmış DİN ŞHİİ-nin Sosial və hüquqi müdafiə şöbəsinin inspektoru Orxan Dadaşlı taborun əməkdaşları tərəfindən yol verilmiş nöqsan və çatışmazlıqları vaxtında aşkar etməmişlər. Rəhbərlik tərəfindən mənfi xarakterizə olunan polis serjantı İddiaçı xidməti təhqiqat prosesində yol verdiyi qəbahətləri təkzib edərək qeyrisəmimilik göstərmişdir.

24. Həmçinin DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə X7 polis nəfəri İddiaçı 9 mm kalibrli "Zəfər-K" 13D markalı 01429 nömrəli tabel silahı, 2 ədəd daraq və 30 ədəd patron təhkim olunmuş, xx.xx.2014-cü və xx.xx.2018-ci il tarixlərdə ona 7/12 nömrəli silah əvəzedici kartoçkas ı verilmişdir. Taborun xx.xx.2019-cu il tarixli arayışında polis nəfəri İddiaçı silah əvəzedici kartoçkasının itirilməsi və ya korlanması ilə bağlı hər hansı raportun tərtib olunmaması göstərilmişdir.

25. Taborun “Silah, sursat və xüsusi vasitələrin təhvil-təslimi kitabı”na baxış zamanı xx.xx.2019-cu il tarixdən sonra polis nəfəri İddiaçı tabel silahını götürməməsi müəyyən edilmişdir.

26. Apelyasiya məhkəməsinin qərarında göstərildiyi kimi, polis orqanının əməkdaşı vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməli, xidməti borcun yerinə yetirilməsi zamanı başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalı, xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri möhkəm qorumalı, intizamlığı xidmətin əsas me yarlarından biri kimi qəbul etməli, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir.

27. Apelyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından göründüyü kimi qanunun tələblərini rəhbər tutmaq, vətəndaşların hüquq və mənafelərini hüquqazidd əməllərdən qorunması qayğısına qalmaq, istifadədə olan avadanlığı qorumaq kimi vəzifələr daşıyan polis əməkdaşı barəsində yaxın qohumlarının onun xidməti yerinə şikayət etməsi, həmin iddialarla bağlı aparılmış araşdırmaların nəticəsində iddiaçının silah əvəzedici kartoçkasının itməsi ilə bağlı qeyri-səmimilik göstərməsi müəyyən edilmişdir. Silah əvəzedici kartoçkasının borc əvəzində başqa şəxsə verilməsi, iddiaçının xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumaq, xidməti sirrinin yayılmasına yol verməmək kimi vəzifələrinə, ailə münaqişələri isə, xidmətdə və gündəlik şəxsi həyatında insan hüquq və azadlıqlarının qoruyucusu, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyini təbliğ edən şəxs kimipolis əməkdaşı vəzifəsindən irəli gələn tələblərə cavab verməsini, başqalarına yüksək mədəniyyət nümunəsi olmasını istisna etmişdir.

28. Məhkəmə kollegiyası, iddiaçı tərəfin inzibati tənbeh tətbiq etmə müddətlərinə istinadən irəli sürdüyü dəlilləri də əsassız hesab edir. Belə ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin intizam tənbehinin 3 il keçdikdən sonra tətbiq edilməsinin qanunsuz olması ilə bağlı dəlili ilə razılaşmamış və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqq ında Əsasnamə”nin 126-cı maddəsinə əsasən, xidməti intizam qaydaları pozuntusunun törədildiyi gündən 3 ildən artıq müddət keçdikdə intizam tənbehi tətbiq edilmir. Bu halda daxili işlər orqanları əməkdaşlarının məzuniyyətdə, xəstə olduqları, həmçinin barələrindəki cinayət işinin, yaxud xidməti yoxlamanın aparılma vaxtı göstərilən müddətlərə daxil edilmir. Kollegiya qeyd olunan normanın tələbindən çıxış edərək iddiaçı barəsində cinayət işinin aparılma müddətini, cinayət işinin başlanmasının rədd edilməsi müddətini, eləcə də iddiaçının keçmiş qayınatası İ.Poladovun 2019-cu ildə şikayət etməsi və həmin müraciət əsasında xidməti araşdırma aparıldığını nəzərə alaraq mübahisələndirilən əmrin əsasnamə ilə müəyyən edilmiş 3 illik müddət çərçivəsində qəbul edildiyi nəticəsinə gəlir.

29. İddiaçının k eçmiş qayınatası ilə borc barədə müqavilənin olmaması barədə dəlillə bağlı məhkəmə kollegiyasl qeyd edir ki, baxılan iddianın mahiyyəti baxımından yazılı müqavilənin olmaması əhəhmiyyətli deyildir. Baxılan iddianın həlli ilə bağlı əhəmiyyətli fakt ondan ibarətdir ki, iddiaçının xidməti silahın əvəzedici kartoçkasını İslam Poladov şikayəti üzrə araşdırma zamanı təqdim etmişdir. Silahın əvəzedici kartoçkasının iddiaçıda deyil, İslam Poladovda olması özlüyündə iddiaçının xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, intizamlı olması barədə tələblər əməml etməməsinin göstəricisidir.

30. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin halları üzrə düzgün nəticəyə gəlmiş, müəyyən olunmuş hallara maddi hüquq normaları nı düzgün tətbiq etmişdir.

31. Yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 21(103)-1157/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar