Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-301/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: adın dəyişdirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “adın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 sentyabr tarixli, 2-1(103)-1672/20 21 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun adının dəyişdirilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 11 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)2456/2014 saylı, 2014-cü il 31 iyul tarixli qətnaməsinə əsasən iddiaçının adının Fəzaildən Fazil-ə dəyişdirildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiqlənmiş “Adın ata adının və soyadın dəyişdirilməsi” qaydalarının 6.3 bəndində göstərildiyi kimi adın ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilməməkdədir. İŞ ÜZ RƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 25 dekabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı adının Fazil-dən Fəzail-ə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1963-cü il 7 fevral təvəllüdlüdür. O, Səbail rayon Məhkəməsinə müraciət edərək, Zəngilan rayonu Alıbəyli icra nümayəndəliyi tərəfindən 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında aktda qeyd olunan İddiaçı ilə ASAN3 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd olunan X2 eyni adam olduğunun müəyyən edilməsi, doğum haqqında təkrar şəhadətnamə verilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziy yəti aktlarının reyestr xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Doğum haqqında şəhadətnamədə İddiaçı kimi qeydə alınsa da, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə X1 yazılmışdır. Həmin dövrdə başqa sənədlərdə adı “Fəzail” kimi qeyd edildiyinə görə doğum haqqında şəhadətnaməni qaralayaraq “Fazil” adını “Fəzail” adı etmişdilər. İddiaçının doğum haqqında şəhadətnaməsi qaralandığından düzəliş aşkar şəkildə seçilir. Bununla bağlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinə ərizə ilə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsini xahiş etmişdir. Reyestr xidməti iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsini mümkün saymayaraq bildirmişdir ki, Zəngilan rayon, Al ıbəyli kənd nümayəndəliyində 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən İddiaçı adının təqdim olunan "sənəddə göstərildiyi kimi “Fəzail” deyil, “Fazil” kimi qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi mümkün olmamışdır. Sonradan Səbail Rayon Məhkəməsinin 2(009)2456/2014 saylı, 2014-cü il 31 iyul tarixli qətnaməsi əsasında ərizəsi təmin edilmişdir. Lakin, övladlarına aid sənədlərdə “ata adı” qrafalarında bəzilərində “Fazil” bəzilərində isə “Fəzail” yazılmışdır. Bu isə iddiaçının övladlarının müəyyən sahələrdə sənədləşmə işlərində problemlərə yol açır. Adının yenidən dəyişdirilərək “Fəzail” olaraq yazılması üçün Səbail Rayon Qeydiyyat Şöbəsinə müraciət edilsə də, cavabdehin 20 20-ci il 16 dekabr tarixli, 05/12-1161/15 saylı imtina məktubu ilə müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 6 aprel tarixli, 2-1(112)-3359/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilkin doğum haqqında akt qeydində adı “Fəzail”, göstərilsə də onun müraciəti əsasında adı “Fəzail”dən “Fazil”ə dəyişdirilmiş, sonradan o yenidən cavabdehə müraciət edərək adının “Fazil”dən “Fəzail”ə dəyişdirilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırkı iddia ilə məhk əməyə müraciət etmişdir və iddiasının əsası kimi onu göstərmişdir ki, onun “Fazil” adında olması övladlarının müəyyən sahələrdə sənədləşmə işlərində problemlərə yol açır. Ad və soyadın dəyişdirilməsi məsələsi qanunvericilikdə dəqiq tənzimlənmişdir. Belə ki, 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla ad və soyadın dəyişdirilməsi hüququ tanınmış, növbəti dəfə dəyişdirilməsinə isə yalnız ər-arvaddan biri soyadını dəyişdirdikdə, yetkinlik yaşına çatan şəxsin atasının öz adını dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqların hər iki valideynin razılığı ilə valideynlərdən birinin soyadı dəyişdirdikdə, yetkinlik yaşına çatmış övladın valideynlərdən birinin və ya hər ikisinin soyadı dəyişdirildikdə imkan verilir. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd edilən əsasların mövcud ol ması məhkəməyə bildirilməmiş və həmin əsaslara dair dəlillər təqdim edilməmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 sentyabr tarixli, 2-1(103)-1672/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 6 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəl illərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıq dan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələr ində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDL ƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü maddəsinə istinadla qeyd etmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göründüyü kimi, 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla ad və soyadın dəyişdirilməsi hüququ tanınmış, növbəti dəfə dəyişdirilməsinə isə yalnız 6.24-6.28-ci bəndlərində sadalanan hallarda imkan verilmişdir....iddiaçının adının yenidən dəyişdirilməsinə imkan verilən halların mövcud olmasını təsdiq edən hər hansı sənəd sübutu məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir.
19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bu qənaətə dair əsaslandırmasını işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, iddiaçının dəlillərinə və işin materiallarına görə, Zəngilan rayonu Alıbəyli icra nümayəndəliyi tərəfindən 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında akt qeydində İddiaçı kimi qeydə alınsa da, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə X1 yazılmışdır. Həmin dövrdə başqa sənədlərdə adı “Fəzail” kimi qeyd edildiyinə görə doğum haqqında şəhadətnaməni qaralayaraq “Fazil” adını “Fəzail” adı etmişdilər. Bununla bağlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinə ərizə ilə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsini xahiş etmişdir. Reyestr xidməti iddiaçıya təkrar doğu m haqqında şəhadətnamənin verilməsini mümkün saymayaraq bildirmişdir ki, Zəngilan rayon, Alıbəyli kənd nümayəndəliyində 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən İddiaçı adının təqdim olunan "sənəddə göstərildiyi kimi “Fəzail” deyil, “Fazil” qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi mümkün olmamışdır. Sonradan Səbail Rayon Məhkəməsinin 2(009)2456/2014 saylı, 2014-cü il 31 iyul tarixli qətnaməsi əsasında ərizəsi təmin edilmişdir.
20. Göründüyü kimi, iddiaçı ilk dəfə cavabdehə adın dəyişdirilməsi ilə bağlı deyil, qaralanmış doğum haqqında şəhadətnamənin əvəzinə yenisinin verilməsini xahiş etmişdir. Bundan imtina olunduqda, məhkəməyə müraciət edərək Zəngilan rayonu Alıbəyli ic ra nümayəndəliyi tərəfindən 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında aktda qeyd olunan İddiaçı ilə ASAN3 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd olunan X2 eyni adam olduğunun müəyyən edilməsi, doğum haqqında təkrar şəhadətnamə verilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
21. Səbail Rayon Məhkəməsinin 2(009)-2456/2014 saylı, 2014-cü il 31 iyul tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Zəngilan rayonu Alıbəyli icra nümayəndəliyi tərəfindən 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında aktda qeyd olunan İddiaçı ilə 2014-cü il 9 iyun tarixdə ASAN3 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd olunan X2 eyni adam olması müəyyən edilmiş, X3 adı “Fazil” göstərilən doğum haqqında şəhadətnamənin təkrar verilməsi Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir.
22. Göründüyü kimi, iddiaçı həmin qətnamə ilə doğum akt qeydindəki “Fazil” adını dəyişməmiş, qaralanaraq “Fəzail” kimi yazılmış doğum haqqında şəhadətnamənin əvəzinə yenə də “Fazil” adı qeyd olunmuş şəhadətnamə almışdır.
23. Hazırkı halda isə, iddiaçı təkrarən deyil, doğuşdan indiyədək doğum akt qeydində yazılmış “Fazil” adının “Fəzail” adına dəyişdirilməsini tələb edir.
24. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndini tətbiq etməkdə haqlı olmamışdır. İddiaçı doğum akt qeydindəki adının məhz dəyişdirilməsi ilə bağlı ilk dəfə müraciət etdiyindən, apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərini və işin faktiki hallarını həmin məzmunda tələbə uyğun araşdırılmalı və qiymətləndirməli idi.
25. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 sentyabr tarixli, 2-1(103)-1672/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.