Məhkəmə qərarları › İş №2-1(102)-301/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-301/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-301/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (bağ sahəsinə çıxarışın və plan ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı - İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reye stri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2170/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1982-ci ildən 1996-cı ilin ortalarına kimi Avtomobil Nəqliyyatı Nazirliyi sistemində, o cümlədən 1989-cu ildən Azərbaycan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyi “Avtonəqliyyattexnika” X2 işləmişdir.

2. İddiaçı 1989-cu ildə Bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, 01 noyabr 1989-cu il tarixdə “Avtonəqliyyattexnika” bağçılıq yoldaşlığın ikinci xəttində sahəsi 573,5 kv.metr olan 27 saylı sahə is tifadəsinə ayrılmış, ona 27 nömrəli X3 verilmişdir.

3. İddiaçı istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmişdir.

4. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Avtonəqliyyattexnika” bağçılıq yoldaşlıq birliyi nəzdində İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə ərazisində 22 saylı bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin İddiaçı 22 saylı (həmçinin 27 saylı) bağ sahəsinə dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar edilməmişdir. a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, 01 noyabr 1989-cu ildən iddiaçının qanuni ist ifadəsində və sahibliyində olan 573,5 m2 torpaq sahəsinə malik, “Avtonəqliyyattexnika” bağçılıq yoldaşçılığı tərəfindən ona 01 noyabr 1989-cu ildə ayrılmış 27 saylı (arxiv sənədləri üzrə 22 saylı) bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1982-ci ildən 1996-cı ilin ortalarına kimi Avtomobil Nəqliyyatı Nazirliyi sistemində, o cümlədən 1989-cu ildən Azərbaycan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyi “Avtonəqliyyattexnika” X2 çalışmışdır. Həmin dövrdə müəssisələrə, əmək kollektivində çalışan işçilərinin bağçılıq yoldaşçılığı yaradılması üçün torpaq sahələri ayrılırdı. “Avton əqliyyattexnika” X4 Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində ayrılmış torpaq sahəsində yaradılmış bağçılıq yoldaşçılığa onu da 01 noyabr 1989-cu ildə “Avtonəqliyyattexnika” bağçılıq yoldaşlığın üzvü qəbul edərək bağçılıq yoldaşçılığın ikinci xəttində sahəsi 573,5 m2 olan 27 saylı sahə istifadəsinə ayrılmışdır. Sonradan bağçılıq yoldaşçılığın digər üzvləri kimi ona ayrılmış həmin torpaq sahəsində də müəssisə tərəfindən beton konstruksiyalı iki otaqlı mənzil quraşdırılmışdır. 1989-cu ildə “Avtonəqliyyattexnika” bağçılıq yoldaşçılığından ayrılmış torpaq sahəsi faktiki olaraq onun istifadəsinə verilmiş və bu günə qədər də onun qanuni sahibliyində və istifadəsindədir. “Avtonəqliyyattexnika” bağçılıq yoldaşçılığın üzvü olmasını təsdiq edən 24 oktyabr 1991-ci il tarixli 27 saylı bağçılığın üzvlük kitabçası mövcuddur. Uzun müddətdir ki, həmin bağ sahəsindən istifadə edir və bu səbəbdən də mövcud qanunvericiliyin tələbinə uyğun olaraq qanuni istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın alınması üçün bağçılığın arxivində olan sənədlərin verilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan onun müraciətini təmin etməkdən imtina etmişdir.

7. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunsa da, adına 22 saylı bağ sahəsinin ayrıldığı qeyd olunmuşdur. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Avtonəqliyyattexnika” bağçılıq-yol daşlıq təsərrüfatının ayrıc aktından kənarda, digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşir və həmin bağçılığın 30 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********37 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmı şdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etd irən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi nin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-689/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qə rarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, 01 noyabr 1989-cu ildən iddiaçının qanuni istifadəsində və sahibliyində olan 573,5 m2 torpaq sahəsinə malik, “Avtonəqliyyattexnika” bağçılıq yoldaşçılığı tərəfindən ona 01 noyabr 1989-cu ildə ayrılmış 27 saylı (arxiv sənədləri üzrə 22 saylı) bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Həmçinin, cavabdeh inzibati orqan mübahisə predmeti olan bağ sahəsinin bağçılığın 30 saylı bağ sahəsinin ərazisinə uyğun gəlməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, arxivdə olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı olduğundan, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, 01 noyabr 1989-cu ildən iddiaçının qanuni istifadəsində və sahibliyində olan 27 saylı (arxiv sənədləri üz rə 22 saylı) bağ torpaq sahəsinin İddiaçı ayrılmasına dair ona müvafiq olaraq üzvlük kitabçası təqdim edildiyindən, cavabdeh inzibati orqanın yazılı etirazda qeyd etdiyi dəlillər iddiaçının təqsiri olmadığından və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə olmadığından cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

11. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2170/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 21(112)-689/22 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətlərinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı müvafiq bağ sahəsinə dair çıxarış almaq məqsədilə İdarəyə 17,08.2020-ci il tarixdə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur k i, “Avtonəqliyyattexnika” bağçılıq- yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adı aşkar olunsa da, adına 22 saylı bağ sahəsinin ayrıldığı qeyd olunmuşdur. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahəsi “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, digər (Avtomobil Nəqliyyat Nazirliyi) bağçılıq- yoldaşlıq təsərrüfatının ayrıc aktının daxilində yerləşir. İddia olunan torpaq sahəsi Avtomobil Nəqliyyat Nazirliyi bağçılıq-yoldaşlıq təsərrüfatının 30 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Məlumat üçün bildirilir ki, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 27 nömrəli bağ sahəsi ilə bağlı digər şəxsin (Şiyanova) adı qeyd edilmişdir. “Avtonəqliyyattexnikası” bağçılıq yoldaşlığı nəzdində 22 nömrəli b ağ sahəsinin bir hissəsi X1 adına qeydiyyatdan keçmişdir.

16. Hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2170/2022 saylı qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə ş ikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10 Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

20. Apellyasiya instan siyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, 01 noyabr 1989cu ildən iddiaçının qanuni istifadəsində və sahibliyində olan 573,5 m2 torpaq sahəsinə malik, “Avtonəqliyyattexnika” bağçılıq yoldaşçılığı tərəfindən ona 01 noyabr 1989-cu ildə ayrılmış 27 saylı (arxiv sənədləri üzrə 22 saylı) bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və tor paq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

22. Qeyd edilməlidir ki, cavabdehin iddiaçının yuxarıda göstərilmiş xahişi ilə bağlı iddiaçıya imtina verməsinin əsasları, həm cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixli imtina bildirişində, həm də sonradan yazdığı kassasiya şikayətində eynidir.

23. Belə ki, sözügedən sənədlərin hər ikisində cavabdeh göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, “Avtonəqliyyat-Texnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adı aşkar olunsa da, adına 22 saylı bağ sahəsinin ayrıldığı qeyd olunmuşdur. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Avtonəqliyyat-Texnika” bağçılıq-yoldaşlıq təsərrüfatının ay rıc aktından kənarda, digər bağçılıq-yoldaşlığın – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşir və həmin bağçılığın 30 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir.

24. Beləliklə cavabdehin kassasiya şikayətindəki dəlilləri, məhz yuxarıda göstərilən səbəblərdən ibarətdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki həmin dəlillər əsassızdır.

26. Belə ki, əvvəla cavabdeh özü etiraf edir ki, onun arxivində iddiaçının adı “Avtonəqliyyat-Texnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında mövcuddur.

27. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1982-ci ildən 1996-cı ilin ortalarına kimi Avtomobil Nəqliyyatı Nazirliyi sistemində, o cümlədən 1989-cu ildən Azərbaycan Respub likası Avtomobil Nəqliyyatı Nazirliyi “Avtonəqliyyattexnika” X2 işləmiş, 1989-cu ildə Bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona 27 nömrəli X3 verilmişdir.

28. Belə olan halda apellyasiya instansiyası məhkəməsi Torpaq Məcəlləsinin 84.1, 88-ci maddələrini, “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1.8, 8.0.7, 12.1, 15-ci maddələrini düzgün tətbiq etməklə doğru olaraq belə qənaətə gəlmişdir.

29. Mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən v ətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

30. Həmçinin məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə bağlı vurğulayır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müva fiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz.

31. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan bağ sahəsinin bağçılığın 30 saylı bağ sahəsinin ərazisinə uyğun gəlməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

32. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı iddia tələbi, məhz onun 01 noyabr 1989-cu il tarixindən Zirə bağ sahəsində yerləşən və faktiki istifadəsində və sahibliyində olan 573,5 kv.metr sahəsinə dair çıxarışın və texniki pasportun ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəldilmiş, həmin torpaq sahəsinə kimsənin iddiası olmamaqla yanaşı, hər hansı bir şəxsin adına çıxarışı da yoxdur.

33. Belə olan halda apelyas iya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, arxivdə olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adı olduğundan, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, 01 noyabr 1989-cu ildən iddiaçının qanuni istifadəsində və sahibliyində olan 27 saylı (arxiv sənədləri üzrə 22 saylı) bağ torpaq sahəsinin İddiaçı ayrılmasına dair ona müvafiq olaraq üzvlük kitabçası təqdim edildiyindən, məhz siyahı üzrə iddiaçının tələb etdiyi torpaq ölçüsü özündə olan eynidir, çünki A.Qədimlinin adına olan torpaq sahəsi 0,12 ha-dır. Cavabdeh inzibati orqanın yazılı etirazda qeyd etdiyi dəlillər iddiaçının təqsiri olmadığından və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə olm adığından cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

34. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2002-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2170/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar