Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-301/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2-1(102)-301/2024 (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1141 saylı, xx.xx.1996-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q saylı məhəllədə İ ddiaçı MMC-yə (İddiaçı Kiçik Müəssisəsinə) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək verilməsi” barədə tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2843/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC cavabdeh Bakı şəhəri İcraHakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhər İcra Hakimiyyətinin üzərinə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli,1141 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q saylı məhəllədə İddiaçı Kiç ik Müəssisəsinə (İddiaçı MMC) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerquruluşu planının verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1673/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixində həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2843/2023 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün sayılmamışdır.
5. Bakı Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 21(112)-1673/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
6. Lakin, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1673/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixində verilmişdir.(məhkəmənin dəftərxanası ilə)
7. İPM-in 13-cü maddəsinə əsasən cavabdehə xx.xx.2023-cü il tarixli məktub göndərilərək buraxılmış prosessual müddətin ötmədiyinə dair sübutları və ya müddətin ötürülməsinin üzrlü sayılaraq bərpa edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etməsi təklif olunmuşdur və qeyd olunan məktub cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə alınsa da heç bir münasibət bildirilməmişdir.
8. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2843/2023 saylı qərardadında n kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
9. Məhkəmə kollegiyasının gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, işin faktiki hallarına əsasən Bakı İnzibati Məhkəməsinin qərarı cavabdehə xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Həmin qərardan xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti tərtib edilərək cavabdehin dəftərxanasında qeydə alınmış, bundan sonra isə xx.xx.2023-cü il tarixində poçt xidmətinə təhvil verilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 20 Təqd imetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiq i barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə k asasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivə sində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
15. Prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istina d etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
16. İşin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edilmişdir.(i/v- 106)
17. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 85-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qərarının rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 gün müddətində verilə bilər. Göründüyü kimi, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 5 gün ötürmüş, həmin müddətin bərpa edilməsinə dair məhkəməyə vəsatət verməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onların diqqətinə çatdırılmış, prosessual m üddətin buraxılmadığını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, qeyd olunan çatışmazlığın aradan qaldırılmamasının hüquqi nəticələri izah edilmişdir. Lakin cavabdeh apelyasiya məhkəməsinə hər hansı sübut təqdim etməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
19. Cavabdeh kassasiya şikayətinə apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə rabitə orqanına təhvil verilməsini təsdiq etmək üçün reyestr və poçt qəbzi əlavə etsə də, həmin reyestr və poçt qəbzindən məhz bu şikayətin həmin tarixdə göndərilməsi müəyyən edilmir. Həmçinin reyestr müvafiq qaydada təsdiq edilməmişdir.
20. Beləliklə, cavabdehin şikayəti üzrə apellyasiyanın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür.
21. Yuxarıda göstərilənlərə əsas ən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2843/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.