Məhkəmə qərarları › İş №2-1(102)-301/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-301/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-301/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğvi; riskli vergi ödəyicisinin mikro sahibkar kimi 75 faiz güzəşt hüququndan istifadə imkanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova X1 Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə B aş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 2-1(103)- 2131/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2023-cü il tarixli **********313700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ilə iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına da xil edilmişdir.

2. Qərar onunla əsaslandırılmışdır ki, təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022 -xx.xx.2023-cü il tarixlərində cəmi 21,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "polikarbonat (6*2.1m) qalın, dajdavik, aliminium uqolniklər, su ötürücüləri və s.” qeyd olunmasına baxmayaraq, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir.

3. Bundan əlavə, iddiaçı vergi orqanına təqdim etdiyi 2022 və 2023-cü illərin gəlir vergisi bəyannamələrində gəlir və xərclərini bəyan etmiş, həmçinin Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkar kimi gəlirlərinin 75 faizini gəlir vergisindən azad etmişdir.

4. Cavabdeh iddiaçının gəlir və xərclərini mübahisələndirməmiş, iddiaçının ris kli vergi ödəyicisi olması halından çıxış edərək, mikro sahibkar kimi gəlirlərinin 75 faizinin gəlir vergisindən azad edilməsi hüququ olmadığına istinadən, 2022-ci ilin gəlir vergisi üzrə 4223,44 manat (((52300,18-23539,88)*20%)-1528,62), 2023-cü ilin gəlir vergisi üzrə 1649,73 manat (((16000,00-5201,81 )*20%)-509,91) əlavə vergi məbləğləri hesablanmasına dair müvafiq olaraq, 06 iyun 2023-cü il tarixli **********330500 saylı və xx.xx.2023-cü il tarixli **********920000 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət ed ərək, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********313700 saylı qərarın, o cümlədən cavabdeh tərəfindən qəbul edilmiş 2022-ci il gəlir vergisi üzrə 06 iyun 2023-cü il tarixli **********330500 saylı və 2023-cü il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********920000 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv olunmasını xahiş etmişdir.

6. İddia ərizəsində işin hallarına istinad edilmiş və tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məktub ilə cavabdehə xx.xx.2023-cü il tarixində müraciət edilmiş və bildirilmişdir ki, o, fərdi sahibkar kimi məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı fəaliyyəti ilə məşğuldur. Eyni zamanda "xxxx" MMC-dən 2022-ci ili n müxtəlif tarixlərində metal vərəqələr və qutu profillərin alışını həyata keçirmişdir. Riskli vergi ödəyicisi hesab edilmə barədə qərarda qeyd olunan dajdavik, aliminium uqolniklər e-qaimə əsasında alinan metal vərəqələrdən əldə edilmişdir. Fərdi sahibkar fəaliyyətinə uyğun olaraq alış və satış həyata keçirmişdir.

7. Cavabdeh iddia tələbinə yazılı etirazında işin hallarına istinad edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində bildirmişdir ki, uyğunsuzluq təşkil edən məhsullar - dajdavik, aliminium uqolniklər elektron qaiməfakturalarda öz əksini tapmış metal vərəqələrdən əldə edilmişdir. İstehsal fəaliyyətinin həyata keçirilməsi üçün işçi qüvvəsi, istehsal üçün müvafiq avadanlıqlar və s. tələb olunur. Bu halda vergi ödəyicisinin sahibkarlı q fəaliyyətini həyata keçirdiyi yer olmalıdır. Riskli hesab edilən vergi ödəyiciləri barədə istənilən vergi yoxlaması və ya nəzarət tədbiri həyata keçirilərkən uçotda olan obyektin mövcud olması böyük əhəmiyyət kəsb edir. İddiaçının fəaliyyəti təhlil edilərkən istehsal edilmiş məhsulun həcminin onun obyektində yerləşdirilən avadanlıqlarının sayına və ya işçi sayının obyektin sahəsinə uyğunluğunu müəyyənləşdirmək zərurəti yaranacağı təqdirdə, təsərrüfat subyektinə yerində baxış keçirmək imkanı olmalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarına əsasən, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisi nə məxsus istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə, elektron və ya kağız daşıyıcıda uçota alınır. İstehsal fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, topdan və ya pərakəndə satış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların (hazır məhsulların) istehsal fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Vergi ödəyicisinə məxsus anbarlar və ya obyektlər (təsərrüfat subyektləri) məhsul istehsalı fəaliyyəti üzrə obyektin (təs ərrüfat subyektinin) hüdudlarından kənarda yerləşdikdə və hazır məhsulların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün əlavə olaraq “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir. İstehsalı başa çatmış hazır məhsullar, bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən istehsal olunmuş hazır məhsullar “Hazır məhsulların təhvilqəbul aktı” ilə anbarın məsul şəxsinə təhvil verilir. İstehsalçı istehsal etdiyi hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışını həyata keçirdikdə, həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sən ədləşdirilir. Yuxarıda qeyd olunan məsələlərin araşdırılması ilə əlaqədar iddiaçıya xx.xx.2023-cü il tarixli **********856600 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmiş və qısa müddət sonra - xx.xx.2023-cü il tarixdə (barəsində müvafiq qərar qəbul edilməmişdən əvvəl) iddiaçı tərəfindən adına olan obyektin qeydiyyatı ləğv edilmişdir. Bununla da, iddiaçının fəaliyyətinin araşdırılması baxımından vergi orqanının imkanları məhdudlaşdırılmışdır. Hətta məhkəmə prosesi zamanı obyektə yerində baxış keçirilməsi ilə əlaqədar istər vergi orqanının vəsatəti, istərsə də məhkəmənin öz təşəbbüsü olduqda belə, obyektin uçotu ləğv edildiyindən bunu həyata keçirmək mümkün olmayacaqdır. Qeyd edilmişdir ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi üçün araşdırılmalı ə n vacib məqamlardan biri işçi qüvvəsindən istifadə edilməsi ilə bağlıdır. ƏƏSMN-in elektron bazasından əldə olunmuş məlumata görə, iddiaçı ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən hər hansı işçi aşkar olunmamışdır. Beləliklə qeyd olunan halları nəzərə almaqla vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün deyildir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1556/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı (G.A.Sevdimalıyeva) ilə iddia təmin edilmiş, tərəfindən qəbul edilmiş iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********313700 saylı qərar və 2022-ci il gəlir vergisi üzrə 06 iyun 2023-cü il tarixli **********330500 saylı və 2023-cü il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********920000 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar ləğv edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı fəaliyyəti ilə məşğuldur. Müxtəlif tarixlər üzrə (eqaimə əsasında) metal vərəqələr və qutu profillərin alışını həyata keçirmişdir və bildirir ki, təqdim etdiyi malları (dajdavik, aliminium uqolniklər) e-qaimə əsasında alınan metal vərəqələrdən əldə etmişdir. İddiaçının qeyd etdiyi dəlilləri ağlabatandır və cavabdeh tərəfindən məhkəməyə həmin halları təkzib edən tutarlı arqumentlər bildirilməmişdir. Eyni zamanda, "xxxx" MMC (VÖEN: **********) tərəfindən qapı üzərilərində metal asmaların (3x0.35m) quraşdırılması – 1 ədəd vahidin qiyməti 750 manat; qapı üzərilərində asmaların (3x0.35m) quraşdırılması – 3 ədəd vahidin qiyməti 220 manat; mövcud qapıların sökülməsi, yeni qapıların (termo-aralıq/germetik) təmin olunması – 2 ədəd vahidin qiyməti 540 manat; mövcud qapıların sökülməsi, yeni qapıların (termo-aralıq/germetik) təmin olunması – 3 ədəd vahidin qiyməti 990 manat, ümumilikdə 5460 manat məbləğində xidmət göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələrə əsasən, onun tərəfindən məhz xidmət göstərilmişdir, digər tərəfdən təqdim edilən malların xüsusiyyəti nəzərə alınaraq, əldə edilmiş xammal əsasında hazırlanıb təhvil verilməsinin mümkünlüyü cavabdeh tərəfindən nəzərə alınmamışdır. Əlavə olaraq, vergi məsuliyyəti müəyyən edən qərarlara münasibətdə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddaçı gəlirlərin və xərclərin uçotunu aparm adığı üçün mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququndan istifadə edə bilməz. Belə ki, bu (avtomatik olaraq) onunla şərtlənir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuşdur. Cavabdeh bildirir ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkara münasibətdə müvafiq güzəşt hüququndan məhrum olma riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın nəticəsidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin təhlilinə əsasən, riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Odur ki, həmin qərarın nəticəsində əlavə araşdırma aparmadan (avtomatik olaraq) vergi ödəyicisinin qeyd edilən güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh qurum iddiaçının gəlir və xərclərinin uçotunun aparılmamasını sübut edən hər hansı dəlil təqdim etməmişdir. Əksinə, iddiaçı e-qaimə əsasında mal alaraq (emala məruz qoyaraq) e-qaimə əsasında iş və xidmət təqdim edir, vergi orqanına hesabatlarını verir. Digər tərəfdən, mikro sahibkarın riskli hesab olunması nəticəsində avtomatik olaraq onun vergi güzəştlərindən məhrum edilmiş hesab edilməsinə dair hər hansı müddəa yoxdur. Təsadüfi deyildir ki, həmin maddəyə (102.1.30) edilmiş dəyişiklik nəticəsində də, maddənin tətbiqi şərtləri konkretləşdirilmiş, vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda həmin maddə ilə müəyyən edilmiş vergi güzəştinin əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmədiyi qeyd olunmuşdur. Odur ki, iddiaçın ın Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olması cavabdeh tərəfindən sübut edilməli olan haldır və məhkəmə iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olduğu qənaətinə gəlmir. Vergi Məcəlləsinin 102.1.30cu maddəsində əks olunmuş güzəştin tətbiqi ilə bağlı isə qeyd edilməlidir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur.

10. Cavabdeh həmin qə rardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 2-1(103)- 2131/2024 nömrəli ilə (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1556/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində işin hallarına və iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, fərdi sahibkar olan iddiaçı gəlir və xərclərinin uçotunu aparmalı olduğu, əldə etdiyi mallar (işlər, xidmətlər) üzrə elektron qaimə-fakturalar tələb etməli olduğu halda, əldə etdiyi malları (işləri, xidmətləri) təqdim edən, həmçinin malların daşınmasını həyata keçirən şəxslər barədə məlumat verməməklə, həmin şəxslərin gəlirlərinin yayındırılmasına səbəb olmuşdur. Bundan əlavə, məhkəmə xüsusi bilik tələb edən sahə olmasına baxmayaraq (iş üzrə mütəxəssis rəyi almalı olduğu halda) şəxsi mülahizəsinə əsasən, dajdavik, alüminium uqolniklərin ə ldə edilməsi üçün metal vərəqələr və qutu profillərdən istifadə edilməsi qənaətinə gəlmiş və ehtimal əsasında qərar qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqan ının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə

109. Gəlirdən çıxılmayan xərclər... 109.9 Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan ç ıxarılması Qaydası və şərtləri”

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla, iş təkrar baxılması üçün həmin məhkəməy ə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

22. Hazırkı iş üzrə iddiaçının tələbi iki hissədən ibarətdir: - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********313700 saylı qərarın ləğv edilməsi; - 2022-ci il gəlir vergisi üzrə 06 iyun 2023-cü il tarixli **********330500 saylı və 2023cü il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********920000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi. İddia tələbinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********313700 saylı qərarın ləğv edilməsi” hissəsi ilə bağlı qeydlər

23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən ol unur ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********313700 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçının riskli vergi ödəyicisi hesab edilməsinin əsasını vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində cəmi 21,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "polikarbonat (6*2.1m) qalın, dajdavik, aliminium uqolniklər, su ötürücüləri və s.” qeyd olunmasına baxmayaraq, elektron qai mə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilməməsi olmuşdur.

24. İşə baxan aşağı instansiya məhkəmələri hesab etmişlər ki, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələrə əsasən, iddiaçı tərəfindən məhz xidmət göstərilmişdir, digər tərəfdən təqdim edilən malların xüsusiyyəti nəzərə alınaraq bu malların, əldə edilmiş xammal əsasında hazırlanıb təhvil verilməsinin mümkünlüyü cavabdeh tərəfindən nəzərə alınmamışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan yekun nəticəyə gəlmişdir.

26. Belə ki, məhkəmə iddiaçının fəaliyyətindən gəlirin xidmət göstərilməsi ilə əlaqəli olduğunu qeyd etsə də, iddiaçının özünün vergi orqanına təqdim edilmiş gəlir vergisi bəy annamələrində gəlirlərinin malların təqdim edilməsindən əldə edildiyi göstərilmişdir.

27. Bundan əlavə, məhkəmə bir tərəfdən iddiaçının xidmət göstərdiyi, digər tərəfdən isə mal istehsalı ilə məşğul olması ehtimalından çıxış etmişdir.

28. İddiaçının faktiki fəaliyyətinin müəyyən edilməsi üçün onun tərəfindən təqdim olunan (xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində) bütün qaimə fakturaların məzmunu təhlil edilməli və iddiaçının mal təqdim etdiyi, yaxud xidmət göstərdiyi müəyyən edilməlidir.

29. Əlavə olaraq, məhkəmə malların xüsusiyyəti nəzərə alınaraq əldə edilmiş xammal əsasında hazırlanıb təhvil verilməsinin mümkünlüyünün cavabdeh tərəfindən nəzərə alınmadığını bildirsə də, qeyd edilməlidir ki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Qeyd edilməlidir ki, iş materiallarında iddiaçının malları istehsal etməsinə dair hər hansı sübut yoxdur. Nəzərə alınmalıdır ki, istehsalla məşğul olan vergi ödəyicilərinin istehsalı həyata keçirdiyi yer (təsərrüfat subyekti), istehsalın həyata keçirilməsi üçün zəruri olan avadanlıqlar (icarə və ya mülkiyyət hüququ əsasında), istehsalla bağlı zəruri olduğu halda alınan icazələr, istehsalın baş verdiyini (istehsal həcminə uyğun) kommunal ödənişləri, istehsalı faktiki həyata keçirən işçi qüvvəsi olmalıdır.

31. Hazırkı işdə iddiaçı yuxarıda qeyd edilən halları təsdiq edən hər han sı sübut təqdim etməmiş, aşağı instansiya məhkəmələri də bu istiqamətdə hər hansı araşdırma aparmışdır.

32. Bu qəbildən olan işlərə baxarkən nəzərə alınmalıdır ki, vergi ödəyicisi təqdim etdiyi malları istehsal etməsini iddia etdiyi halda, istehsalın faktiki baş tutduğunu təsdiq edən mötəbər sübutlar mövcud olmalıdır. Əks halda, malların istehsal edilməsi ehtimala əsaslanar. İddia tələbinin “2022-ci il gəlir vergisi üzrə 06 iyun 2023-cü il tarixli **********330500 saylı və 2023-cü il gəlir vergisi üzrə xx.xx.2023- cü il tarixli **********920000 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi” ilə bağlı qeydlər

33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı vergi orq anına təqdim etdiyi 2022 və 2023-cü illərin gəlir vergisi bəyannamələrində gəlir və xərclərini bəyan etmiş, həmçinin Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkar kimi gəlirlərinin 75 faizini gəlir vergisindən azad etmişdir. Cavabdeh iddiaçının gəlir və xərclərini mübahisələndirməmiş, iddiaçının riskli vergi ödəyicisi olması halından çıxış edərək mikro sahibkar kimi gəlirlərinin 75 faizinin azad edilməsi hüququ olmadığına istinadən, 2022-ci ilin gəlir vergisi üzrə 4223,44 manat (((52300,18-23539,88)*20%)-1528,62), 2023-cü ilin gəlir vergisi üzrə 1649,73 manat (((16000,00-5201,81 )*20%)-509,91) əlavə vergi məbləğləri hesablanmasına dair müvafiq olaraq 06 iyun 2023-cü il tarixli **********330500 saylı və xx.xx.2023-cü il tarixli **********920000 nömrəli “vergilərin, sosial s ığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul etmişdir.

34. Göründüyü kimi, iddiaçının gəlir və xərclərinin məbləği tərəflər arasında mübahisələndirilmir.

35. İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin təhlilinə əsasən, riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Odur ki, həmin qərarın nəticəsində əlavə araşdırma aparmadan (avtomatik olaraq) vergi ödəyicisinin qeyd edilən güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz.

36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli qərarın qəbul edilməsi zamanı qüvvədə olan Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin redaksiyasına əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirləri n və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

37. Məhkəmə kollegiyası razılaşır ki, riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Belə ki, “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin mübahisəli qərarın qəbulu zamanı qüvvədə olan redaksiyasında riskli vergi ödəyicisi hesab edilməsinin əsaslarında həm də gəlirlərin və xərclərin uçotu ilə bağlı olmayan əsaslar olmuşdur, məsələn, beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquq i şəxslər.

38. Lakin Qaydaların 3.1.1-ci bəndinə nəzərdə tutulan hal - vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidləri göstərməsi, onun gəlirlərin və xərclərin uçotunu aparmayan ödəyici olmasına dair məntiqi nəticə doğurur.

39. Hazırkı halda da, iddiaçı məhz, Qaydaların 3.1.1-ci bəndinə əsasən riskli vergi ödəyicisi hesab edilmişdir.

40. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, tələbin ikinci hissəsinin qiymətləndirilməsi tələbin birinci hissəsi ilə bağlıdır. Belə ki, şəxsin barəsində qəbul edilmiş riskli vergi ödəyicisi barədə qərarin ləğvi iddia tələbinin ikinci hissəsinin də taleyini həll edir.

41. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə almadan iddia tələbini təm in etmişdir.

42. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2131/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar