Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3010/2019 30.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi) qarşı iş üzrə (Açar söz: məharət dərəcəsinin bərpa edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı vəkili X3, cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi) «məharət dərəcəsinin bərpa olunması» tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1306/2019 saylı 12 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 1996-cı ilin dekabr ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, birinci dəfə 2012-ci ilin dekabr ayında Tibb Baş İdarəsi tərəfindən təşkil olunmuş Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaq imtahanlarında iştirak edərək, 1-ci məharət dərəcəsini almış və novbəti sınaqlar zamanı malik olduğu 1-ci məharət dərəcəsini təsdiq etmişdir. 2017-ci ilin yanvar ayında növbəti sınaq imtahanında iddiaçı fiziki hazırlıq üzrə “qeyri-kafi” aldığından, komissiya tərəfindən onun 1-ci məharət dərəcəsinin endirilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı 16.06.2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2012-ci ildən malik olduğu 1-ci məharət (ixtisas) dərəcəsinin təsdiq edilməsi üçün 2017-ci ilin yanvar ayında keçirilən sınaq imtahanlarında fiziki hazırlıq üzrə qiymətləndirmə imtahanında yaş qrupuna (5-ci yaş qrupu) uyğun müsbət nəticə göstərmiş, bundan sonra ixtisas hazırlığı üzrə sınaq imtahanlarını uğurla vermiş, lakin ixtisas dərəcələrinin verilməsi barədə müvafiq əmr verilərkən onun sınaq imtahanlarından keçmədiyi məlum olmuş, malik olduğu 1-ci məharət dərəcəsi isə ləğv olunmuşdur. Əsassız olaraq məharət dərəcəsindən məhrum edildiy indən 1-ci məharət dərəcəsinin bərpa edilməsini xahiş etmişdir. Ərizəsi baxılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə göndərilmiş və həmin idarə tərəfindən verilən 29.06.2017-ci il tarixli, 26/2232 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, fiziki hazırlıq üzrə qiymətləndirilmə imtahanından qeyri-kafi qiymət aldığına görə (turnikdə dartınma çalışmasını 7 dəfə əvəzinə 5 dəfə yerinə yetirmişdir) 1-ci məharət dərəcəsindən məhrum edilmişdir. İddiaçı «iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə ünvanladığı 23.08.2017-ci il tarixli şikayət ərizəsinin cavablandırılmasına dair cavabdehin və 3-cü şəxsin hərəkətsizliklər inin qanunsuz hesab edilməsi, 2012-ci ildən malik olduğu 1-ci məharət (ixtisas) dərəcəsinin ləğv olunması barədə 2017-ci il tarixli müvafiq əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və 1-ci məharət (ixtisas) dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-219/2018 saylı 02 aprel 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, işdə olan sənədlərdən iddiaçının “1-ci” məharət dərəcəsinin təqdim edilməsi üzrə çalışmalardan biri üzrə (turnikdə 5 dəfə dartınma, 50 bal) 60 baldan az topladığı, ümumi qiymətləndirmə üzrə qeyri-kafi aldığı iş materialları ilə sübut edildiyindən, onun cavabdehə qarşı hazırki iddiası əsassızdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1797/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2-1(81)-219/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-655/2019 saylı 06 mart 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi və təsdiq edilməsi Azərbaycan Respublikası Müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir. Lakin buna baxmayaraq, işə baxan məhkəmələr qeyd edilən Əsasnaməni cavabdehdən tələb etməmiş, mübahisələndirilən əmrə Əsasnamənin normaları nəzərə alınmaqla hüquqi qiymət verilməmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı da bu barədə apellyasiya instansiya məhkəməsinə vəsatət verərək, həmin Əsasnamənin tələb olunmasını xahiş etmişdir. Buna baxmayaraq, vəsatət ümumiyyətlə məhkəmə tərəfindən müzakirə edilməmiş və vəsatətə münasibət bildirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1306/2019 saylı 12 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81) -219/2018 saylı 2 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətsizliyi qanunsuz hesab edilmiş və iddiaçının 2012-ci ildən malik olduğu 1-ci məharət (ixtisas) dərəcəsinin bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının fiziki hazırlıq üzrə sınaq im tahanında turnikdə dartınma çalışmasını yerinə yetirdikdən sonra digər idman çalışmalarına, daha sonra isə nəzəri imtahana buraxılması Əsasnamənin 22-ci bəndinin tələbləri baxımından onun turnikdə dartınma hərəkətini müvəffəqiyyətlə verməsinin göstəricisi hesab edilməli və cavabdehin iddiaçının turnikdə dartınma çalışmasını yerinə yetirməməsi barədə qərarı qanunsuz və əsassız hesab edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1306/2019 saylı 12 iyul 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti verərək,qərarın ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Müdafiə nazirinin 2016-cı il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Azərb aycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydaları haqqında” Əsasnaməsinin 37.2.4-cü bəndini nəzərə almamışdır. Bundan əlavə, məhkəmə qiymətləndirmə cədvəlindən çıxarışa qiymət verməmiş, şahid ifadəsi ilə kifayətlənərək hesab etmişdir ki, iddiaçı turnikdə dartınma çalışmasını tam yerinə yetirmişdir. Halbuki iddiaçı fiziki hazırlıq üzrə “qeyri-kafi” aldığından, komissiya tərəfindən onun 1-ci məharət dərəcəsinin endirilməsi barədə qərar qəbul edilmişdir. Lakin işə baxan məhkəmələr qeyd olunanları nəzərə almadan, şahid ifadəsini nəzərə alaraq iddia tələbini təmin etmişdir. Kassator İPM-nin 73.1-ci maddəsinə, MPM-nin 418.1, 418.2, 418.3-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1306/2019 saylı 12 iyul 2019-cu il tar ixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X6 Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1306/2019 saylı 12 iyul 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 və onun vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1306/2019 saylı 12 iyul 2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı A pellyasiya Məhkəməsinin 2-1(103)-1306/2019 saylı 12 iyul 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı 1996-cı ilin dekabr ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, birinci dəfə 2012-ci ilin dekabr ayında Tibb Baş İdarəsi tərəfindən təşkil olunmuş Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaq imtahanlarında iştirak edərək, 1-ci məharət dərəcəsini almış və növbəti sınaqlar zamanı malik olduğu 1-ci məharət dərəcəsini təsdiq etmişdir. 2017-ci ilin yanvar ayında növbəti sınaq imtahanında iddiaçı fiziki hazırlıq üzrə “qeyri-kafi” aldığından, cavabdeh tərəf indən onun 1-ci məharət dərəcəsinin endirilməsi barədə qərar qəbul edilmişdir. Döyüş Hazırlığı İdarəsi Fiziki hazırlıq və İdman şöbəsi tərəfindən verilmiş Tibb profilli (Silahlı Qüvvələrin Baş Kliniki Hospitalı) ixtisaslar üzrə «Usta» və 1-ci məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün sınaqlara təqdim olunan hərbi qulluqçuların fiziki hazırlıqdan qiymətləndirmə cədvəlindən Çıxarışa əsasən İddiaçı tərəfindən 1-ci məharət dərəcəsinin təsdiq edilməsinə təqdim olunan ballar: Turnikdə dartınma üzrə - 50 bal, arxası üstə uzanmış vəziyyətdən gövdənin qaldırılması üzrə 100 bal, 3000 (1000) m məsafəyə qaçış üzrə 85 bal, ümumi bal 235 toplamaqla, ümumi qiymət üzrə 2 (qeyri-kafi) qiymətləndirilmişdir. İddiaçının 1-ci məharət dərəcəsinin təqdim edilməsi üzrə çalışmalardan biri üzrə (Çalışma № 7 üzrə turnikdə 5 dəfə dartınma, 50 bal) 60 baldan az topladığından, ümumi qiymətləndirmə üzrə qeyri-kafi almışdır və bu səbəbdən cavabdeh tərəfindən onun 1-ci məharət dərəcəsinin endirilməsi barədə qərar qəbul edilmişdir. Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi və təsdiq edilməsi Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında» Əsasnamə ilə tənzimlənir. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən həmin həmin Əsasnamənin təqdim olunması cavabdehdən tələb olunmuş, «Məxfi» qrifi ilə olan həmin Əsasnamə məhkəməyə təqdim olunmuşdur və məhkəmədə həmin Əsasn aməyə baxış keçirilmişdir. Məhkəməyə təqdim edilmiş «Əsasnamə»nin 22-ci bəndinə əsasən, bir sınaqdan qeyri-kafi qiymət alan hərbi qulluqçu növbəti sınaqlara buraxılmır və məharət dərəcəsindən məhrum edilir. Buna baxmayaraq, iş materiallarında olan cavabdeh tərəfindən təqdim olunmuş «Tibb profilli (Silahlı Qüvvələrin Baş Kliniki Hospitalı) ixtisaslar üzrə «Usta» və «1-ci» məharət dərcəsinin verilməsi (təsdiq edilməsi) üçün sınaqlara təqdim olunan hərbi qulluqçuların fiziki hazırlıqdan qiymətləndirmə cədvəlindən Çıxarış»ına əsasən, iddiaçı «turnikdə dartınma» çalışmasından sonra «arxası üstə uzanmış vəziyyətdən gövdənin qaldırılması» və «3000 (1000) metr məsafəyə qaçış» çalışmalarına buraxılmış və digər iki sınaqdan yüksək bal toplamışdır. Həmçinin işin apellyasiya icraatı zamanı məhkəmə k ollegiyasının iclasında iş üzrə şahid qismində dindirilmiş, ehtiyatda olan tibb xidməti polkovniki X1 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı ilə eyni gündə sınaq imtahanlarına cəlb edilmiş, onunla eyni idman zalında çalışmaları yerinə yetirmişlər. O, iddaçının turnikdə azı 7 (yeddi) dəfə dartındığının şəxsən şahidi olmuşdur, belə ki, iddiaçıdan sonra o, turnikdə dartınma hərəkətlərini icra etmişdir. Daha sonra isə iddiaçının digər idman çalışmalarına cəlb olunduğunu görmüş və həmin gün iddiaçının hər hansı sınaqdan (çalışmalardan) kəsildiyinin şahidi olmamışdır. Eyni zamanda bundan bir müddət sonra iddiaçının nəzəri imtahanlara cəlb edildiyinin və yüksək nəticə əldə etdiyinin də şahidi olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının fiziki hazırlıq üzrə sınaq imtahanında turnikdə dartınma çalışmasını yerinə yetirdikdən sonra digər idman çalışmalarına, daha sonra isə nəzəri imtahana buraxılması Əsasnamənin 22-ci bəndinin tələbləri baxımından onun turnikdə dartınma hərəkətini müvəffəqiyyətlə verməsinin göstəricisi hesab edilməli və cavabdehin iddiaçının turnikdə dartınma çalışmasını yerinə yetirməməsi barədə qərarı qanunsuz və əsassız hesab edilməlidir Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edə n faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmə dən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1306/2019 saylı 12 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3010/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3010/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver