Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3010/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi; iş yerindən verilmiş güzəştli arayış); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi barədə cavabdeh Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 57 yaşı tamam olan vaxt, yəni ##.##.2016-cı il tarixdə 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq xüsusi iş stajı mövcud olmuşdur. Belə ki, iddiaçı əmək fəaliyyətinə ##.##.1980-cı ildə başlamış, əmək fəaliyyətinə başlamamışdan əvvəl 1978-1980-cı illərdə hərbi xidmət keçmişdir. ##.##.1980-cı ildən ##.##.1985-ci ilə qədər “Azərtunelmetrotikinti” SC-nin Mexanikləşdirilmiş Idarəsində çilingər, ##.##.1985-ci ildən ##.##.1991-ci ilə qədər drezin sürücüsünün köməkçisi (yeraltı iş şəraiti), ##.##.1991-ci ildən ##.##.1992-ci ilə qədər çilingər, ##.##.1992-ci ildən ##.##.1999-cu ilə qədər sürücü, ##.##.1999-cu ildən ##.##.2014-cü ilə qədər xxxxnin Avtomotonəqliyyat xidmətinin Avtonəqliyyat distansiyasında avtokran sürücüsü peşəsində, ##.##.2014-cü ildən ##.##.2016-cı ilə qədər “xxxx” QSC-nin Avtonəqliyyat distansiyasında xüsusi kran sürücüsü, ##.##.2016-cı ildən bu günə qədər avtokran maşinisti peşəsində işləyir. Iddiaçı 57 yaşından güzəştli şərtlərlə yaşa görə görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun ##.##.1999 - ##.##.2014-cü illər arasındakı dövrdə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş kran maşinisti (krançı) vəzifəsinə aid deyil.
3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının ümumi iş stajı 45 il 2 ay 25 gün (##.##.2006-cı il tarixədək 27 il 2 ay 25 gün (##.##.1978 - ##.##.1980-cı il hərbi xidmət dövrü), ##.##.1980 - ##.##.1999-cu il, ##.##.1999 - ##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 6 ay), pensiya hüququnun yarandığı ##.##.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 60947,17 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və sair yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) kran maşinistləri (krançılar) vəzifəsi nəzərdə tutulmuşdur. Iddiaçının təqdim etdiyi##.##.2024-cü il tarixli, A/*** saylı arayışda ##.##.1999-##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində xxxxnin Avtomotonəqliyyat xidmətinin Avtonəqliyyat distansiyasında avtokran sürücüsü və ##.##.2016-cı il tarixdən bu günədək Avtonəqliyyat distansiyasında avtokran maşinisti peşələrində işlədiyi qeyd olunmuşdur. Iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd edilən qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifəyə aid deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay 25 gün (##.##.1985 - ##.##.1991-ci il tarixləri arasındakı dövr) təşkil edir. Odur ki, güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
4. Bakı Inzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı 57 yaşdan (##.##.2016-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ##.##.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Işin faktiki hallarına əsasən, iddiaçının 57 yaşı ##.##.2016-cı ildə tamam olmuşdur və ümumi əmək stajı 25 ildən çoxdur, işin bu halları cavabdeh tərəfindən mübahisələndirilmir. Iddiaçı ilə cavabdeh arasında mübahisənin yaranmasına səbəb olmuş hal ondan ibarətdir ki, cavabdeh iddiaçının 57 yaşı tamam olduğu ##.##.2016-cı il tarixə güzəştli iş stajının 12 il 6 aydan az olmasını göstərir, güzəştli iş stajını 5 il 11 ay 25 gün (##.##.1985 - ##.##.1991-ci il tarixləri arasındakı dövrü) qəbul edir. Halbuki, iddiaçı ##.##.1999-cu ildən ##.##.2016-cı ilə qədər xxxxndə Avtonəqliyyat xidmətində avtonəqliyyat distansiyasında avtokran sürücüsü işləmişdir ki, həmin müddət 17 il 3 aydan çoxdur. Həmin müddətdə iddiaçının peşəsi avtokran sürücüsü olmaqla işəgötürənin arayışına əsasən, Azarbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci maddəsinin (Dağ-mədən işləri) 1.1.2-ci bəndinin (Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s.yeraltı qurğularda yeraltı işlər) “a” yarımbəndində göstərilən kran maşinistləri (krançılar) sətirində göstərilən peşəyə aiddir. 5.2. Beləliklə, işin faktiki halları ilə təsdiq edilir ki, iddiaçının 57 yaşı ##.##.2016-cü ildə tamam olmuşdur və həmin tarixə ümumi iş stajı 25 ildən, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə iş stajı isə 12 il 6 aydan çoxdur, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur, halbuki cavabdeh qeyd edilən halları nəzərə almayaraq iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmiş, bununla da, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. 5.3. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı ilk dəfə ##.##.2024-cü ildə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Belə olan halda, iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ 57 yaşının tamam olduğu tarixdən yaransa da, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni ##.##.2021-ci ildən təyin edilərək ödənilməlidir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: N.X.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
15. Hazırkı iş üzrə iddiaçı ##.##.1959-cu il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (57 yaşa) çatması və həmin vaxt (##.##.2016-cı il) 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı 57 yaşı tamam olduğu ##.##.2016-cı il tarixə azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin həmin vaxt (## #### 2017-ci il tarixədək) qüvvədə olan redaksiyasına əsasən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir və həmin normada bu kateqoriyadan olan şəxslərə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Odur ki, cavabdehin iddiaçının bu şərtə (pensiya kapitalı) cavab verməməsi barədə dəlili də əsassızdır.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI : Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.